Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Köşk
Köşk – xırda ticarət və ya xidmət göstərmək üçün nəzərdə tutulmuş ölçüləri çox da böyük olmayan tikili. “Kiosk” sözü Avropa dillərinə türk dilindən keçmişdir. Bank terminalı, ödəniş terminalı, yaxud informasiya terminalı da köşk şəklində hazırlana bilər. İnformasiya vermək və informasiya almaq üçün nəzərdə tutulmuş informasiya köşkləri sensor ekranlı kompüter terminalı şəklində olur. == Həmçinin bax == ATM (Bank) == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Volsk
Volsk — Rusiya Federasiyasında yerləşən şəhər. Saratov vilayətinə daxildir.
Koşk saray
Köşksaray — İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 7,439 nəfər və 1,858 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Köşk (dəqiqləşdirmə)
Köşk — xırda ticarət və ya xidmət göstərmək üçün nəzərdə tutulmuş ölçüləri çox da böyük olmayan tikili. Köşk (Şəbüstər) — İranda kənd.
Köşk (Şəbüstər)
Köşk (fars. كوشك‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 625 nəfər yaşayır (157 ailə).
Pərili köşk
Pərili köşk (əslən Yusif Ziya Paşa köşkü olaraq tanınır və hal hazırda Borusan Holdinq və Borusan Contemporary incəsənət muzeyinin mərkəzi binasıdır) ― Türkiyənin İstanbul ilində, Sarıyer ilçəsinin Rumelihisarı məhəlləsində yerləşən tarixi abidə. 1911-ci ildə qırmızı kərpicdən tikilmiş vitray pəncərələri olan bu qəsrə bənzər malikanə Bosfor boğazının üzərindəki Fateh Sultan Mehmet körpüsünün yaxınlığında yerləşir. Bina 9 mərtəbəlidir və ümumi sahəsi təxminən 5 000 kvadrat metrdir.Konakın məşhur ləqəbi olan Pərili köşk (türk dilində "ruhların olduğu köşk" mənasını verir) inşasının uzun müddət qismən yarımçıq qalması (ikinci və üçüncü mərtəbələri on illərdir boş qalmışdır) nəticəsində yaranmışdır. Binanın xarici görünüşü memar Hakan Kıran tərəfindən 1995–2000-ci illər arasında orijinal dizaynına uyğun olaraq diqqətlə bərpa edilmiş və tamamlanmışdır. O, həmçinin köşkün içini də yeniləmişdir.Pərili köşk eyni zamanda türk yazıçı Ömər Seyfəddinin hekayəsinin adıdır. == Tarix == Köşk Osmanlının ABŞ-dakı səfiri, Osmanlı hökumətinin üzvü Yusif Ziya paşa tərəfindən ailəsi üçün tikilmişdir. Binanın inşası 1910-cu illərin əvvəllərində başlamış, lakin Osmanlı imperiyası Birinci Dünya müharibəsinə girdikdə sənətkarların silahlı qüvvələrə qoşulması ilə dayanmışdır. Yusuf Ziya paşanın ikinci həyat yoldaşı olan Nəbiyə xanım və onun birinci ərindən olan üç qızı 1926-cı ilə qədər malikanədə yaşamışdır. Yusuf Ziya paşanın ölümündən sonra ailə 1990-cı illərin əvvəllərinə qədər malikanəyə sahib çıxmağa davam etmişdir. == Təmir == Malikanə 1993-cü ildə xeyriyyəçi iş adamı Basri Ərdoğan tərəfindən satın alındı və 1995-ci ildə binanın təmirinə başlanıldı.
Rudolfo Volk
Rodolfo Volk (xorv. Rodolfo Volk; 14 yanvar 1906, Riyeka – 2 oktyabr 1983, Nemi[d], Latsio) — Xorvat əsilli İtaliyalı futbolçu. Mövqeyi hücumçu olub. İtaliyada Rodolfo Folki (it. Rodolfo Folchi) adı ilə yaşayıb. == Karyera == İtaliyada "Fiumania", "Fiorentina", "Roma", "Pisa" və "Triestina" komandalarında oynayıb. Faşist rejimi dövründə İtaliyada yaşayıb işləyə bilmək üçün Folki soyadını götürdü. İtaliyanın ikinci milli komandası 5 oyun keçirdib.
Torben Vosik
Torben Vosik (8 oktyabr 1973) — Almaniyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Torben Vosik Almaniyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Çinili köşk
Çinili köşk — Topqapı Sarayının kənar qala divarlarının içində yerləşir. 1472-ci ildən qalma bir köşkdür. Osmanlı sultanı Fateh Sultan Mehmet tərəfindən yazlıq saray və ya köşk olaraq tikdirilmişdir. Memarı qəti olaraq bəlli olmasa da, bəzi mənbələr Memar Çevik Sinan tərəfindən inşa edildiyini bildirilir. Sırça Köşk və ya Sırça Saray kimi də adlandırılır. 1875-1891-ci illərdə Muzeyi Hümayun (İmperiya Muzeyi) olaraq xidmətə verilmişdir. 1953-cü ildə Türk və İslam İncəsənəti Muzeyi olaraq açılmıştır. Daha sonra İstanbul Arxeologiya Muzeyinin tərkibinə qatılmışdır. Muzeydə Səlcuqlu və Osmanlı dövrlərindən qalma İznik çinisi və keramika nümunələri nümayiş etdirilir. == Quruluşu == Köşkün daxilində dörd iç eyvanı və bunları birləşdirən tək bir qübbə, künclərdə dörd, biri əsas olmaqla beş otağı vardır.
Avqust Voss
Avqust Voss (latış. Augusts Voss‎;30 oktyabr 1916, Tümen vilayəti – 10 fevral 1994, Moskva) — Latviya Sovet partiya və dövlət xadimi. == Həyatı == Kəndli ailəsində anadan olub. Tümen Müəllimlər İnstitutunu bitirdikdən sonra (1939) orta məktəbdə işləyib. 1940-cı ildən - Qırmızı Orduda. Böyük Vətən Müharibəsi illərində orduda siyasi işdə. 1945-ci ildə Latviya Kommunist Partiyası Mərkəzi Komitəsində təlimatçı işləyib. 1945-1948-ci illərdə Sov.İKP MK yanında Ali Partiya Məktəbində oxuyub. 1949-cu ildə - Latviya Kommunist Partiyası Mərkəzi Komitəsinin elm və universitetlər sektorunun müdiri, sonra P.Stuçka adına Latviya Universitetinin partiya təşkilatının katibi olub. 1950-1953-cü illərdə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasının aspiranturasında təhsil almışdır.
Vos (kommuna)
Vos (fr. Veauce) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Ebryoy kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03302. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 41 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 28 yaşdan yuxarı (15-64 yaş arasında) 13 nəfər iqtisadi fəal, 15 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 46.4%, 1999-cu ildə 61.5%) idi. Fəal olan 13 nəfərdən (7 kişi və 6 qadın) çalışdı, işsizlər yox idi. 15 hərəkətsiz 5 nəfər arasında şagird və ya tələbə, 6 nəfər təqaüdçü, 4 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Sahle-Vork Zevde
Sahle-Vork Zewde (afar. Sahle-Work Zewde; amh. ሳህለወርቅ ዘውዴ; oro. Sahle-Work Zewde; somali Sahle-Work Zewde; tiqr. Sahle-Work Zewde; 21 fevral 1950, Əddis-Əbəbə, Efiopiya imperiyası) — 2018-ci ildən etibarən Efiopiya Prezidenti, bu vəzifəni tutan ilk qadın siyasətçi və diplomat. Amerikan biznes jurnalı "Forbes" jurnalının illik nəşrində "Dünyanın 100 Ən Güclü Qadını" siyahısında Sahle-Vork dünyanın 96-cı ən güclü qadını və Afrika ən güclü qadını olaraq göstərildi. == Həyatı == Əddis-Əbəbədə anadan olan Sahle-Vork Əddis-Əbəbədə Qebre-Mariam Liseyində ibtidai və orta təhsilini aldı, daha sonra Fransanın Monpelye Universitetində təbiət elmləri üzrə təhsil aldı. Amhar, fransız və ingilis dillərini mükəmməl bilir. == Fəaliyyəti == === Diplomatik fəaliyyəti === Sahle-Vork Efiopiya tarixində səfir təyin edilən ikinci qadın oldu.Efiopiya xarici işlərində təcrübəli olan Sahle-Vork 1989–1993-cü illərdə Mali, Kabo-Verde, Qvineya-Bisau, Qambiya və Qvineyada akkreditasiya ilə Seneqal səfiri olaraq çalışdı. 1993–2002-ci illərdə isə Cibutiyə səfir təyin edildi.
Qaraağac-i Köşk (Çaroymaq)
Qaraağac-i Köşk (fars. قره اغاج كوشك‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 74 nəfər yaşayır (12 ailə).
Ein Volk, ein Reich, ein Führer
Ein Volk, ein Reich, ein Führer — Azərbaycan dilində “Tək Xalq, tək İmperiya, tək Lider” mənası verən nasional-sosialistlərin təbliğat sözü və qanunudur (prinsip). Bu prinsip Üçüncü Reyxin xarici siyasətinin əsasını formalaşdırmışdır. Adolf Hitler 1933-cü ildə hakimiyyətə gəldikdən sonra bu məqsədə doğru addım irəliləmişdir və onu reallaşdırmağa başlamışdır. 1934-cü ildə Almaniya ilə Avstriyanın birləşdirilməsi üçün etdiyi ilk cəhd uğursuzluqla nəticələndi. Ancaq bundan sonra Versal sülh müqaviləsinə görə Fransaya verilmiş olan Saar əyaləti referendum yolu ilə yenidən Üçüncü Reyxə birləşdirildi. 1938-ci ildəki ikinci anşlüs cəhdi isə uğurla nəticələnmişdir və 1938-ci ilin mart ayında Avstriya Almaniyaya birləşdirilmişdir. Həmin ildə Hitler Çexoslovakiyanın Sudet vilayətinin Almaniyaya birləşdirilməsi üçün bu ölkəyə təzyiqlərə başladı. 1938-ci ilin sentyabr ayında baş tutmuş olan Münhen Konfransında əvvəlcə Sudet vilayəti, daha sonra isə bütün Çexoslovakiya Almaniyaya birləşdirilmişdir. Hitler “Tək Xalq, tək İmperatorluq, tək Lider” şüarını böyük miqyasda həyata keçirdikdən sonra xarici siyasətinin ikinci mərhələsi olan Lebensraum (həyat sahəsi) üçün fəaliyyətə başladı. Lebensraum, dünyanın supergücü halına gətirmək istədiyi Almaniya üçün mərkəzi bölgə hakimiyyətinin şərt olduğunu fikirləşən Hitlerin müharibə səbəblərindən biri idi.
Aost
Aost (fr. Aoste) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Şartryoz-Qye kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38153. Kommunanın 1999-cu il üçün əhalisi 1715 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 207 ilə 256 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 65 km şərqdə, Qrenobldan 50 km şimalda yerləşir.
Arsk
Arça və ya Arsk (tatar. Арча; rus. Арск) — Rusiya Federasiyasında yerləşən şəhər. Tatarıstan Respublikasına daxildir.
Avoska
Avoska — tor zənbil XIX əsrdə Çexiyada Vavrjin Krçil tərəfindən icad olunmuşdu. O saç üçün tor istehsalına başlayır. Lakin bunlara tələbat olmadığını gördükdə ona qulp əlavə edərək zənbil kimi satışa çıxarır. Tor zənbilin üstünlüyü onda idi ki, həm möhkəm olur, həm də cibdə rahat şəkildə yerləşirdi. 1935-ci ildən SSRİ-də geniş şəkildə istifadə olunmağa başlamışdır.
Boks
Boks — iki adamın müəyyən qaydalar çərçivəsində, hücum və müdafiə məqsədi ilə yumruqlarından istifadə edərək bir-birinə həmlə etdikləri bir idman növüdür. Boks qarşılaşmaları dünyanın çox ölkəsində maraqla izlənilir. Amma şiddət ehtiva etməsi səbəbiylə bu idmanın qadağan edilməsi lazım olduğunu düşünənlər də vardır. Boks qarşılaşmaları rinqdə keçirilir. Rinq, üç sıra kəndirlə bağlı və yerdən yüksəkdə kvadrat formasında bir sahədir. Peşəkar boksda rinqin böyüklüyü 5–6 m², həvəskar boksda isə ən az 3–6 m²dir. Boks qarşılaşmalarında, hər iki boksçu da eyni çəkidə (ağırlıqda) olmalıdır.Məşq üçün "armud" adlı alətdən istifadə olunur. Peşəkar və həvəskar boksun qaydaları bir-birindən fərqlidir. Həvəskar boksçular 227 qr ağırlığında, peşəkar boksçular isə ağırlığı 170–283 qr arasında dəyişən əlcəklər istifadə edirlər. Peşəkar boksçular yalnız şort, həvəskar boksçular isə şort və atlet geyirlər.
Cask
Cask — İranın Hörmüzgan ostanının şəhərlərindən və Cask şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,133 nəfər və 2,406 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfi sünni müsəlmandırlar.
Disk
Disk (yunan. δίσκος (Diskos) — metaldan və ya plastik kütlədən hazırlanmış, səthi maqnit materialı ilə örtülmüş dairəvi lövhə. İnformasiya bu lövhənin üzərinə sektorlara bölünmüş konsentrik cığırlar şəklində yazılır. Əyilən plastikdən (əyilgən disk) və ya əyilməyən metaldan (sərt disk) hazırlanmış, üzərinə maqnit materiallı örtük çəkilmiş və müəyyən elektrik təsiri nəticəsində rəqəmsal (ikilik) formatda yazılmış informasiyanı özündə saxlaya bilən dairəvi lövhə. Bir çox kompüterlərdə disk, informasiyanı daimi və ya uzun müddətli saxlamaq üçün əsas vasitədir. Diskin maqnit örtüyünü zədələnmədən və çirklənmədən qorumaq lazım olduğundan əyilgən disk (5,25 düymlük) və ya mikrodisk (3,5 düymlük) qoruyucu plastik örtüyə salınır. Yüksək dəqiqlikli məmulat olan sərt disk möhkəm korpusa salınır ki, onu da toz olmayan yerdə açmaq olar. Kompüterlərdə bu növ disklərdən istifadə olunur: əyilgən disklər, mikrodisklər, sərt disklər, çıxarılıb-taxılan sərt disklər, Bernulli diskləri kimi çıxarılıb-taxılan kartriclər. == Mənbə == Физико-математическа и техническа енциклопедия", том 1, АИ "Проф. Марин Дринов, София, 1990 İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Dost
Dostluq — insanlar arasındakı qarşılıqlı sevgi münasibətidir. Birlikdən daha güclü bir şəxsiyyətlərarası bağ formasıdır və ünsiyyət, sosiologiya, sosial psixologiya, antropologiya və fəlsəfə kimi akademik sahələrdə tədqiq edilmişdir. Sosial mübadilə nəzəriyyəsi, bərabərlik nəzəriyyəsi, əlaqəli dialektika və bağlılıq üslubları da daxil olmaqla müxtəlif akademik dostluq nəzəriyyələri təklif edilmişdir. Bəzi yerlərdə fərqli ola biləcək bir çox dostluq forması olmasına baxmayaraq, bu cür bağların bir çox növündə müəyyən xüsusiyyətlər mövcuddur. Bu xüsusiyyətlərə sevgi, xeyirxahlıq, fəzilət, rəğbət, şəfqət, dürüstlük, fədakarlıq, sədaqət, səxavət, bağışlama, qarşılıqlı anlaşma və şəfqət, bir-birinin yanında olmaq, güvən və öz-özünə olmaq, hisslərini başqalarına ifadə etmək qabiliyyəti daxildir. Dostluq münasibət qurma bacarıqlarının vacib bir tərəfidir. Məsələn 7a nın dostluğundan söhbət açmaq olar.
Eysk
Yeysk — Rusiya Federasiyasında yerləşən şəhər. Krasnodar diyarına daxildir.
Foks
Foks — ad. Ana Foks — ABŞ pornoaktrisası və modelidir. Qay Foks — əsgər.Samanta FoksSamanta Foks (pornoaktrisa) — ABŞ pornoaktrisası. Samanta Foks (ifaçı) — Böyük Britaniya fotomodeli və ifaçısı.Ceymi Foks — Amerika aktyoru, söz yazıçısı, komediyaçısı, müğənnisi. Meqan Foks — ABŞ aktrisası. Terri Foks — kanadalı atlet və xərçəngin müalicəsində könüllü surətdə iştirak etmiş aktivist. Metyu Foks — amerikalı kinoaktyordur. Elyar Foks — azərbaycan mənşəli Böyük Britaniyalı müğənni, musiqiçi və söz yazıçısı.DigərFoks yarımadası — Baffin Torpağının cənubunda yerləşən yarımada.
Folk
Folk-musiqi - xalqın musiqi yaradıcılığı. AZƏRBAYCAN FOLKLORUNDA “YALLI” RƏQSİNİN YARANMA VƏ İNKİŞAF TARİXİ Azərbaycan xalq musiqisinin, musiqi folklorumuzun çox geniş yayılmış və qədim tarixə malik olan janrlarından biri də rəqslərdir. Rəqs sənətinin çoxəsrlik tarixə malik olması faktı xalq rəqslərimizin əsas qollarından biri sayılan “Yallı”nın yaranması ilə bağlıdır. Azərbaycanda “Yallı”nın dərin kökləri haqqında bir çox mənbələr, arxeoloji qazıntılar, tarixi ərazilər bizə mühüm və maraqlı məlumatlar açıqlayır. Belə ki, Qobustan ərazisindəki qayaüstü təsvirlər, Ordubad ərazisində Gəmiqaya dağındakı əl-ələ verib dövrə ətrafında rəqs edən insan cizgiləri, arxeoloji qazıntılar zamanı tapılmış müxtəlif əşyaların üzərindəki “Yallı” oynayan insan rəsmləri, tarixçilərin, alimlərimizin illərlə apardıqları elmi araşdırmalar Azərbaycanda mərasim rəqsi sayılan “Yallı”nın tarixini e.ə. V minilliyə aid olduğunu sübuta yetirmişdir. Heç bir biliyə malik olmayan, odun gücünə inanan ibtidai insanlar ov zamanı hansısa bir vəhşi heyvanın ovlanması sevincini və ya müxtəlif tapıntılarını, əldə etdikləri yeni nailiyyətlərini qeyd etmək üçün tonqallar qalayar, əl-ələ verib cərgə-cərgə, qrup halında odun ətrafında dövrə vuraraq müxtəlif rəqslər oynayardılar. Qədim dövrün bu adət-ənənələrindəki bəzi elementlər əsrlərin süzgəcindən keçərək bu günümüzədək gəlib çatmış və indi də “Yallı”larımızın ifası zamanı istifadə olunmaqdadır. “Yallı”lar qədim dövrlərdən bəri Azərbaycan ərazisinin indiki Şərur, Ordubad, Şahbuz, Şəki, Kəlbəcər, Laçın, Qazax və Qərbi Azərbaycan ərazisi olan İrəvan bölgəsində çox geniş yayılmışdır. Bu bölgələrdə əsasən, toylarda və el şənliklərində yaşlı insanlardan başlayaraq uşaqlara kimi hər kəs dəstə tutub “Yallı” gediblər.
HOST
H. O. S. T (Hava Od Su Torpaq) – Azərbaycan rep qrupu. Qrupun yaranma tarixinə qədər də, üzvlər ayrılıqda rep fəaliyyəti ilə məşğul olub. PRoMete, eyni zamanda Qaraqan və Jamal Ali Alliance-a qədərki vaxt mərhələsində bir neçə treklər yazdırıb, konsertlərdə çıxış edib. 2005–2006-cı illər ərzində əsası qoyulan və fəaliyyətdə olan Baku Clan isə uşaqlıq dostlarını özündə birləşdirib – artıq çoxdandı rep yazan Qaraqan və Jamal Aliyə Felon De Jure, Feck, ErranT da qoşulub. "Sənsiz (Love Story)" hiti də məhz o dövrdə yazılır. Elə həmin dövrdə Baku Clan üzvləriylə yaxın dostluq əlaqələrinə malik olan PRoMete də SRB-nin (Sumqayıt Rep Birliyi) nəzdində çıxış edirdi. Birliyin yaradıcısı bir neçə konsert verməklə bərabər Baku Clan'la da bir sıra tracklər yazdırır. 2006-cı ilin dekabrında artıq sıx-sıx görüşməyə başlayan bu dost əhatəsi, yalnız repi yox, bir sıra digər məsələləri də müzakirə edə-edə ortaq nöqtələr və onları birləşdirən hədəflər tapır. Elə həmin müzakirələr və danışıqlar gələcəkdəki hərəkatın təməlini qoyur. 2007-ci il fevralın 13-də isə artıq bu dostluq əhatəsi yekdilliklə qərar verərək özünü – H. O. S. T Alliance adlandırır.
Hook.
William Jackson Hooker (ing. William Jackson Hooker; 6 iyul 1785[…], Noric – 12 avqust 1865[…]) — ingilisbotaniki, sistematiki, Kyu Kral Botanika Bağının ilk direktoru, Kral Cəmiyyətinin üzvü, Peterburq Elmlər Akademiyasının xarici müxbir üzvü (1837). İngiltərə, Afrika və Amerika florasına aid çoxlu işlərin müəllifidir. == Nəşr olunmuş əsərləri == Exotic Flora (ing.) (3 тома, 1822—1827) Account of Sabine’s Arctic Plants (ing.) (1824) Catalogue of Plants in the Glasgow Botanic Garden (ing.) (1825) The Botany of Parry’s Third Voyage (ing.) (1826) Icones Filicum (2 тома, 1829—1831) (Robert Qrevillə birlikdə) British Flora (ing.) (1830) British Flora Cryptogamia (ing.) (1833) Characters of Genera from the British Flora (ing.) (1830) Flora Boreali-Americana (2 тома, 1840) Icones plantarum (10 томов, 1837—1854) The Botany of Beechey’s Voyage to the Pacific and Behring’s Straits (ing.) (1841) (Corc Arnott ilə birlikdə) The Genera Filicum (1842) Notes on the Botany of the Antarctic Voyage of the Erebus and Terror (ing.) (1843) Species filicum (5 томов, 1846—1864) A Century of Orchideae (ing.) (1846) Niger Flora (ing.) (1849) Victoria Regia (ing.) (1851) Museums of Economic Botany at Kew (ing.) (1855) Filices exoticae (1857—1859) The British Ferns (ing.) (1861—1862) A Century of Ferns (ing.) (1854) A Second Century of Ferns (ing.) (1860—1861). == Vilyam Cekson Hukerin şərəfinə adlandırılmış taksonlar == Qırtıckimilər (Poaceae) fəsiləsinə aid Hookerochloa (Hook.f.) E.B.Alexeev, bəzən Austrofestuca (Tzvelev) E.B.Alexeev cinsinə aid edilir. × Hookerara hort. = (Brassavola R.Br. × Cattleya Lindl. × Caularthron Raf.) (Səhləbkimilər (Orchidaceae) fəsiləsi) === Növlər === Abies hookeri hort. ex Lavallée Acer hookeri Miq.
Konk
Konk (fr. Conques, oks. Concas) — Averonun Fransız departamentində kommuna. Əhalisi - 300 nəf. Orta əsrlərdə - Ruerg əyalətindəki bir şəhər, təsvirli şəkildə Həcc ziyarəti yolunda yüksək bir təpənin yamacında yerləşirdi. Fransanın ən gözəl kəndləri Birliyinə daxil edilmişdir. Konka gedən orta əsr zəvvarları əfsanəyə görə, nağıllarına görə, rahiblər Agendən oğurladığı nağıl bu reliklərin istirahət etdiyi abbey kilsəsi XI - XII əsrlərdə inşa edilmişdir. Roman üslubunda və dövrün monastır memarlığının bir nümunəsidir. 1424-cü ildə bağlandı, şəhər öldü və içərisində tikinti demək olar ki, dayandı. IX əsrdə Orta əsrlərin bu guşəsi tarix tamponları üçün Prosper Merimeyi yenidən kəşf etdi.