Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vosret
Vosret — Vosret, Vaset və ya Voset, "qüdrətli" mənasını verən bir Misir ilahəsi idi, Yuxarı Misirdəki Tebesdə yerləşirdi və onun adı Vaset şəhərinin Misir adı ilə eyni idi. O, kiçik bir ilahə idi, lakin On İkinci Sülalə dövründə üç firon onun adını öz adlarına daxil etdilər: Senusret və ya Senusret "Vosretdən olan adam" deməkdir.Vosretin təsvirində onun üçün heç bir məbəd tapılmamışdır. Təsvir edilən zaman o, başında əsa (adı ilə əlaqəli) olan hündür bir tac geyirdi və nizə, yay və oxlar kimi digər silahları daşıyırdı. O, Amonun ilk arvadı idi (Con Rey onu "qonşu qızın teoloji ekvivalenti" adlandırır) və Mut ilə əvəz olundu, baxmayaraq ki, Mut sadəcə Vosret üçün sonrakı addır.
Gospel
Qospel və ya Gospel - ing. Gospel music Xristian Yevangeliya mətnlərinə əsaslanan ruhani musiqi janrı olub XIX əsrin ABŞ sonlarında yaranmış, XX əsrin ilk rübündə inkişaf etmişdir. Çox zaman afroamerikan və bəyaz/ağların qospelləri bir-birindən fərqləndirirlər. Ümumi cəhət odur ki, hər iki növ ABŞ-nin cənubunda Metodizm kilsələrinin mühitində üzə çıxmışdır. İlk dəfə gospel termini Filipp Bliss tərəfindən 1874-cü ildə tərtib olunmuş "Yevangeliya yığıncaqları üçün seçilmiş Qospel mahnılar, köhnə və təzə himnlərin və mahnıların məcmuəsi" toplusunda istifadə edilmişdir. == Janrın tarixi == === Bəyaz qospel === Bəyaz qospel sıx dini musiqi kanrı kimi XIX əsrin sonlarında xalq melodiyaları ilə xristian himnlərinin qovuşmasından törəmişdir. Zaman keçdikcə qospel musiqi industriyasında tamhüquqlu yerini tutmuşdur. Qospelin ilk uğurlu ifaçılarından biri Karter Ailəsi (Carter Family) kollektivi olmuşdur ki, onların da valları 1920-30-cu illərdə böyük populyarlıq qazanmışdır. === Afroamerikan qospeli === Qara qospel1930-cu illərdə afroamerikan kilsə mühitində yaranmış və spiriçuels ənənəsini davam etdirərək, inkişaf etmişdir. Janrın banisi Metodist keşişi, metodist dini mətnlərə melodiyalar bəstələyən Çarlz Tindli (təxm.1859-1933) hesab olunur.
Lionel Jospen
Lionel Jospen (fr. Lionel Jospin; 12 iyul 1937[…], Mödon[d]) — fransız siyasi-sosialist, baş nazir (1997–2002). == Bioqrafiya == Paris yaxınlığında Medon şəhərində anadan olub. Orduda xidmət etdikdən sonra 1963-cü ildə Dövlət İdarəetmə Məktəbinə daxil oldu. Siyasi Elmlər İnstitutunu da bitirib. Gəncliyində o, sonradan gizlətdiyi Trotskiçi idi. Fransua Mitteranın yaxın tərəfdaşı idi və 1981-ci ildə respublika prezidenti seçildikdən sonra Fransa Sosialist Partiyasının sədri oldu. Müxtəlif nazir vəzifələrini tutub. 1995-ci ildə partiya prezident seçkilərində vəzifəsindən istefa verən Mitterrandın yerinə namizəd olaraq irəli sürüldü, ilk turdan sonra birinci yeri tutdu, ancaq ikinci turda yeni prezident olan Jak Şirak'a məğlub oldu. 1997-ci ildə sosialistlər erkən parlament seçkilərində qalib gəldi və Şirak rəqibinə baş nazir olaraq hökumət qurmağı tapşırdı.
La-Roşet
La-Roşet (Yuxarı Alplar)
Vüsət Əfəndiyev
Vüsət Əmir oğlu Əfəndiyev (3 iyun 1953, Tovuz rayonu – 11 yanvar 2019, Bakı) — Bakı Dövlət Universitetinin Qazax filialının direktoru (2016–2019), əməkdar elm xadimi, coğrafiya elmlər doktoru, professor. Azərbaycan Respublikası Təhsil nazirinin Fəxri fərmanı (1994 və 2000), Akad. H.Ə.Əliyev adına müsabiqənin laureatı (1998), Təhsil Nazirliyinin "Qabaqcıl Təhsil işçisi" fəxri adı (2005), Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar elm xadimi" fəxri adı (2009). Qazax rayonunun Birinci Şıxlı kəndindəndir, Tovuz rayonunun Keşişkənd kəndində anadan olub. == Həyatı == Vüsət Əmir oğlu Əfəndiyev 1953-cü ildə anadan olmuşdur. Əslən Qazax rayonunun Birinci Şıxlı kəndinin Əfəndiyevlər soyundandır. 1970-ci ildə orta məktəbi bitirərək, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Geologiya-coğrafiya fakültəsinin coğrafiya şöbəsinə daxil olmuşdur. 1973-cü ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinə köçürülən V.Ə.Əfəndiyev 1977-ci ildə həmin universitetin coğrafiya fakültəsini bitirmişdir.V.Ə.Əfəndiyev 2005-ci ildə Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" adına layiq görülmüşdür. 2009-cu ildə "Əməkdar elm xadimi" fəxri adı verilmişdir. Təhsil Nazirliyinin qərarı ilə 1995-ci ildə müəllifi olduğu "Azərbaycan Respublikası şəhərlərinin inkişafının coğrafi məsələləri (Bakı: "Nicat" nəşriyatı 1995) əsəri akademik Həsən Əliyev adına mükafata layiq görülmüşdür.
Vüsət Əliyev
Vüsət Həsən oğlu Əliyev (28 may 1971; Nərimanlı, Basarkeçər, Göyçə mahalı — 27 iyul 1993; Gəncə şəhəri, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Birinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Vüsət Əliyev Göyçə mahalının Basarkeçər rayonun Nərimanlı kəndində anadan olmuşdur. Erməni işğalçıları tərəfindən dədə-baba torpaqlarından didərgin düşən Vüsət Əliyev daha sonra Gəncə şəhərində yerləşir. == Hərbi xidməti == Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq cəbhə bölgəsinə yollanır. 1991-ci ildən 1993-cü ilə qədər döyüşlərdə iştirak etmişdir. Ağdərə rayonunun geri alınması uğrunda gedən əks hücum zamanı ağır döyüşlərdə iştirak edir, başından qəlpə yarası alır. Yaralı olduğu halda döyüş yoldaşlarını mühasirədən çıxarmışdır. Bakı şəhərindəki hərbi hosbitala gətirilən Vüsət Əliyev 26 iyul 1993-cü il tarixində Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Övsət Abdinov
Ovsət Bəhram oğlu Abdinov (23 fevral 1944, Balakən – 29 oktyabr 2016) — fizika-riyaziyyat elmləri doktoru (1986), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2014). == Həyatı == Ovsət Abdinov 23 fevral 1944-cü ildə Balakən şəhərində anadan olub. 1966-cı ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Namizədlik dissertasiyasını 1972-ci ildə, doktorluq dissertasiyasını isə 1986-cı ildə müdafiə etmişdir. 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. == Əmək fəaliyyəti == Ovsət Abdinov müxtəlif illərdə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. Belə ki, o, 1973–1975-ci illərdə Bakı Dövlət Universitetinin Nəzəri fizika kafedrasında baş müəllim vəzifəsini icra edib. 1975-ci ildən AMEA Fizika İnstitutunun Yüksək enerjilər fizikası laboratoriyasının rəhbəri olub.1993–2002-ci illərdə Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ, Dubna şəh., Rusiya) baş elmi işçi vəzifələrində çalışıb. === Üzv olduğu şuralar === Ovsat Abdinov Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda Azərbaycan Respublikasının tamhüquqlu nümayəndəsinin müavini, həmçinin Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun Elmi Şurasının üzvü olub. O, AMEA Fizika İnstitutunun Elmi Şurasının, habelə AAK-ın Fizika üzrə Ekspert Şurasının üzvü olub.
Eylin de Koppet
Albaniyanın irsi şahzadəsi Eylin Vid (ing. Eileen Johnston; 3 sentyabr 1922, Çester, Çeşir[d] – 1 sentyabr 1985, Nyu-York, Nyu-York ştatı) — Albaniyanın irsi şahzadəsi Kerol Viktorun həyat yoldaşı olmuş ingilis qadın. Şahzadə Eylin İngiltərənin Çester şəhərində anadan olub. O, landşaft bağbanı Corc Constonun və onun həyat yoldaşı Elisin (qızlıq soyadı Persival) qızı idi. == Evlilikləri və ölümü == O, iki dəfə evləndi, hər ikisində dul qaldı. Onun ilk evliliyi 6 noyabr 1943-cü ildə Nyu-Yorkda ABŞ ordusunun zabiti, İsveçrə əsilli amerikalı kapitan Andre de Koppet (1892–1953) ilə olub. Onların uşaqları yox idi. Andre 1 avqust 1953-cü ildə İsveçrənin Lozanna şəhərində vəfat edəndə Eylin birinci dəfə dul qaldı. 8 sentyabr 1966-cı ildə Nyu-Yorkda Kerol Viktor ilə evləndi. Daha sonra İngiltərəyə köçdülər və Çeyn-Uolk, Çelsi, Londonda yaşadılar.
Mərgən-i Vəsət
Mərgan-i Vəsat (fars. مرگن وسط‎) – İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Opet bayramı
Opet festivalı və ya Opet bayramı (q.misir Ḥb-nfr-n-Jp(3)t) — Qədim Misirdə Amon və Mutun nikahının hər il qeyd edilməsi. Burada həmin tanrıların və onların uşağı Xonsunun (Teben triadası) təsvirləri olan barkalar Karnak məbəd kompleksindən (İpet-İsut və ya İpet-sut) Luksor şəhərinə aparılırdı. Prosesin kulminasiya nöqtəsi İpet-İsutdan olan Amon-Ranın Tebendən olan Amon ilə görüşü olmuşdu. Yenidən doğuş festivalın əsas mövzularından biridir, buna görə də fironun yenidən tacqoyma mərasimi adətən orada keçirilirdi. Bayram Yeni padşahlıq dövründən qeyd olunur. == İstinadlar == == Əlavə ədəbiyyat == Davies, V. & Friedman R. Egypt, British Museum Press, 1998 Nigel Strudwick and Helen Strudwick. Thebes in Egypt, Cornell University Press, 1999 Darnell, John C. Opet Festival // UCLA Encyclopedia of Egyptology. Jacco Dieleman, Willeke Wendrich. Los Angeles. — 2010.
Opet festivalı
Opet festivalı və ya Opet bayramı (q.misir Ḥb-nfr-n-Jp(3)t) — Qədim Misirdə Amon və Mutun nikahının hər il qeyd edilməsi. Burada həmin tanrıların və onların uşağı Xonsunun (Teben triadası) təsvirləri olan barkalar Karnak məbəd kompleksindən (İpet-İsut və ya İpet-sut) Luksor şəhərinə aparılırdı. Prosesin kulminasiya nöqtəsi İpet-İsutdan olan Amon-Ranın Tebendən olan Amon ilə görüşü olmuşdu. Yenidən doğuş festivalın əsas mövzularından biridir, buna görə də fironun yenidən tacqoyma mərasimi adətən orada keçirilirdi. Bayram Yeni padşahlıq dövründən qeyd olunur. == İstinadlar == == Əlavə ədəbiyyat == Davies, V. & Friedman R. Egypt, British Museum Press, 1998 Nigel Strudwick and Helen Strudwick. Thebes in Egypt, Cornell University Press, 1999 Darnell, John C. Opet Festival // UCLA Encyclopedia of Egyptology. Jacco Dieleman, Willeke Wendrich. Los Angeles. — 2010.
Qustav Şpet
Q.Q.Şpet — rusiyalı filosof, psixoloq, pedaqoq, Rusiya İncəsənət Elmləri Akademiyasının həqiqi üzvü (1921) və vitse-prezidenti(1923—1929). == Həyatı == 30-cu illərə qədər şəxsiyyətin inkişafının, mədəniyyətinin rolunu inqilabaqədərki ənənələr üzərində davam etdirməyə çalışan istiqamət də var idi. Bu istiqamətin yaradıcısı Q.Q.Şpet (1879- 1937) idi. Onun yaratdığı istiqamət marksizmə alternativ kimi nəzərdə tutulmuşdu. Kiyev Gimnaziyasını bitirdikdən sonra Şpet 1898-ci ildə Kiyev Universitetinin fizika- riyaziyyat fakültəsinə daxil olur. Psixologiyaya olan marağı onu tarix-filologiya fakültəsinə keçməyə sövq edir. O, 1905-ci ildə universitet təhsilini başa vurur və Çelpanovun tələbəsi olur. Çelpanov Moskvaya köçdükdən sonra Şpeti də ora dəvət edir. O, əvvəlcə Ali Qadın kurslarında, Şanyav Universitetində, 1910-cu ildən sonra Moskva Universitetində dərs deyir. 1907-ci ildə Çelpanov və Trubetskoyun zəmanəti ilə Moskva Psixoloqlar Cəmiyyətinə həqiqi üzv seçilir.
La-Roşet (Yuxarı Alplar)
La-Roşet (fr. La Rochette, oks. La Rocheta) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. La-Bati-Nyov kantonuna daxildir. INSEE kodu — 05124. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 380 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 246 yaşda olan (15-64 yaş arasında) 169 nəfər iqtisadi cəhətdən fəal, 77 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68,7%, 1999-cu ildə 70.6%). Fəal olan 169 nəfərdən 156 nəfər (89 kişi və 67 qadın), 13 nəfər işsiz (4 kişi və 9 qadın) idi.
La-Roşet (Yuxarı Provans Alpları)
La-Roşet (fr. La Rochette, oks. La Roqueta) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Antrevo kantonuna daxildir. Kommunanın dairəsi — Kastellan. INSEE kodu — 04170. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 57 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 39 yaşda (15-64 yaş arasında) 24 nəfər iqtisadi cəhətdən fəal, 15 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 61.5%, 1999-cu ildə 69.7%). Fəal olan 24 nəfərdən (13 kişi və 11 qadın) çalışdı, işsizlər yox idi.