Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Verst
Verst (rus. Верста) — keçmiş rus uzunluq ölçü vahidi. 500 sajenə, 1066,781 metrə bərabərdir. 1 verst = 1066 m = 3500 fut.
Narast (Sərdəşt)
Narast (fars. نارست‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 115 nəfər yaşayır (20 ailə).
Rast
Rast – Azərbaycan musiqisində 1) yeddi ladlarından (məqamlarından) biri, 2) əsas Azərbaycan muğam dəstgahlarından biri. Bütün müsəlman ölkələrində mövcuddur. "Rast" sözü farsca "düz, dürüst, müstəqim, düzgün" deməkdir. Orta əsr musiqi elmində Rast ən birinci və bütün digər muğamların əsası sayılır. Musiqişünaslar Rastı "muğamların anası" adlandırmışlar. Rast Yaxın Şərq xalqlarının şifahi – peşəkar musiqisində 12 əsas muğamdan biridir. Baxmayaraq ki, 12 klassik muğamdan bəziləri şöbə halına keçmiş, bəziləri isə kiçik həcmli muğam əhəmiyyətini kəsb etmişdir, qədim zamanlardan 12 muğamdan Rast öz əvvəlki mahiyyətini bu günədək qoruyub saxlamışdır. Üzeyir Hacıbəyov "Azərbaycan xalq musiqisinin əsasları" kitabında muğamların dəyişikliyə uğradığını söyləyir. O, Rastı "indiyədək zamanın və hadisələrin sarsdıcı təsirinə qarşı möhkəm duran yeganə muğam" adlandırmışdır. Bakı, Şamaxı, Şuşanın özünəməxsus "muğam məktəbləri"ndə Rast dəstəgahının şöbə və guşələrinin həm say, həm də ardıcıllıq etibarilə müqayisə nəticəsində belə qənaətə gəlmək olur ki, əgər Bakı musiqi məclisində Rast dəstgahı 15, Şuşa məclisində 18, Şamaxıda 21-ə çatır: Rast ailəsinə bir sıra muğamlar aiddir.
Chris Pratt
Kris Prett(ing. Christopher Michael Pratt , 21 iyun 1979, Los-Anceles, ABŞ) — Amerika aktyoru.
Konçita Vurst
Tomas Noyvirt (alm. Thomas Neuwirth‎, 6 noyabr 1988[…]) — və ya səhnə adı Konçita Vurst kimi tanınan Avstriyalı dreq kvin müğənni. Konçita Vurst Avstriyanı 2014 Avroviziya Mahnı Müsabiqəsində "Rise Like a Phoenix" mahnısı ilə təmsil etmiş və 290 xalla müsabiqədə ölkəsinə qələbə qazandırmışdır. Müsabiqə sayəsində beynəlxalq səviyyədə şöhrət qazanan müğənni müxtəlif LGBT paradlarına, Avropa Parlamentinə və Birləşmiş Millətlər Təşkilatının Vyanadakı ofisinə dəvət olunmuşdur. Avstriyanın Qmunden şəhərində anadan olan Tom daha sonra modelyerliyi əsas hədəf götürərək yetkinlik imtahanına hazırlaşmaq üçün ölkənin Qrats şəhərinə köçmüşdür. Təhsilini bitirdikdən sonra 2007-ci ildə musiqi karyerasına başlamaq üçün Avstriyanın Starmania musiqi yarışmasında iştirak etmişdir. O qısa müddətlik fəaliyyətdə olan Jetzt Anders! qrupunun üzvü olmuşdur. O 2011-ci ildən etibarən Konçita Vurst adlandırdığı saqqalı qadın xarakteri kimi səhnə almağa başlamışdır. Konçita Bakıda keçirilən 2012 Avroviziya Mahnı Müsabiqəsində öz ölkəsini təmsil etmək üçün "That's What I Am" mahnısı ilə Avstriyanın milli seçim turunda iştirak etmiş, lakin 2-ci yerdə qərarlaşaraq, yarışmada məğlub olmuşdur.
Marsel Prust
Valentin Lui Jorj Ejen Marsel Prust (fr. Valentin Louis Georges Eugène Marcel Proust; 10 iyul 1871[…], Parisin 16-cı dairəsi[d] – 18 noyabr 1922[…], Parisin 16-cı dairəsi[d]) — Fransa romançısı, esseçisi və tənqidçisi. Onun ən məşhur əsəri 1913-1927-ci illər aralığında yazdığı, yeddi cilddən ibarət İtirilmiş zamanın axtarışında (fr. À la recherche du temps perdu) romanıdır. O, 20-ci əsrin ən nüfuzlu yazıçı və tənqidçilərindən biri kimi qəbul edilir. == Həyatı == Marsel Prust 1871-ci ildə, Fransa-Rusiya müharibəsinin "Frankfurt" müqaviləsi əsasında rəsmən bitdiyi gün Parisdə dünyaya gəlir. Atası əslən fransız olub, anası isə kübar yəhudi nəslindən idi. Asma xəstəliyi onu ömrünün sonuna qədər təsiri altında saxlayır. 11 yaşlı Prust liseyə yazılır, lakin təhsili də xəstəliyi üzündən yarımçıq qalır. Bunlara baxmayaraq, Prust ədəbiyyat bacarığı ilə önə çıxmağı bacarır və təhsilinin son ilində mükafat alır.
Piast FK
Piast FK – Polşanın futbol klubu.
Puerto-Varas
Puerto Varas — Çilidə şəhər. Əhalisi 32912 nəfərdir (2002). Ərazisi — 4065 km², əhali sıxlığı — 9,2 nəfər/km²-dir.
Puerto Varas
Puerto Varas — Çilidə şəhər. Əhalisi 32912 nəfərdir (2002). Ərazisi — 4065 km², əhali sıxlığı — 9,2 nəfər/km²-dir.
Sprayt (kompüter qrafikası)
Sprite — kompüter qrafikində böyük bir səhnəyə inteqrasiya olunmuş 2D (iki ölçülü) bitmap təsviridir. Əvvəlcə sprite arxa fon və aparat təminatı kimi bir-biri ilə digər elementlər ilə birləşən müstəqil obyektlər idi. Bu, hər bir skan xətti əsas ekran prosessoru olmayan və tam ekran çərçivə buferinə ehtiyac olmadan CRT kimi video çıxış cihazı üçün hazırlandıqda baş verir. Spritelər təşkil və ya avadanlıq yaradılması zamanı istifadə atributları qəbulu ilə dəyişdirilə bilər. Təchiz edilmiş spritelər sistemləri 8-bit Atari, Commodore 64, Nintendo Entertainment System və Sega Genesis daxildir.
Cozef Lui Prust
Cozef Lui Prust (fr. Joseph Louis Proust, 26 sentyabr 1754, Anje — 5 iyul 1826, Anje) — fransız kimyaçısı. == Həyatı == Cozef Lui Prust 1754-cü ildə anadan olmuşdur. 1799-cu ildən 1806-cı ilə qədər olan dövrdə müxtəlif oksidlərin, sulfidlərin və başqa maddələrin tərkibini tədqiq etmişdir. Nəticədə kimyəvi birləşmələrin tərkibinin sabitliyi qanununu kəşf etmişdir. == Mənbə == Биографии великих химиков. Перевод с нем. под редакцией Быкова Г. В. — М.: Мир, 1981. 320 с. Волков В. А., Вонский Е. В., Кузнецова Г. И. Выдающиеся химики мира.
Prasa-du-Komersiu
Bazar meydanı (port. Praça do Comércio) — Lissabonda meydan, Portuqaliya. 1755-ci ildə zəlzələ nəticəsində dağılmış olan Ribeyra Sarayının yerində olduğu üçün Saray Meydanı olaraq da bilinir. Zəlzələdən sonra ərazi tamamilə yenidən quruldu. Taxo çayının sahillərində bir şəhər yaşayış yerinin meydana gəlməsi, şəhər divarlarının xaricində, çayın yaxınlığında yeni bir kral iqamətgahı (Ribeyra Sarayı) inşa edən Kral I Manuelin fəaliyyəti ilə əlaqələndirilir. Portuqaliya, Avropanın digər bölgələri ilə Afrika, Asiya və Amerikadakı koloniyalar arasında ticarəti tənzimləyən bir liman, bir gəmiqayırma zavodu, Hindistan Evi və digər inzibati binaların tikintisi ilə əlaqədar olaraq ərazi daha da inkişaf etdirilmişdir. Meydana Ticarət adı verildi, bu da Lissabon iqtisadiyyatında yeni funksiyalarını təyin etdi. Meydandakı simmetrik binalar gömrük və liman işlərini tənzimləyən hökumət büroları ilə doldu. Əsas cazibə meydanın mərkəzində 1775-ci ildə açılışı olmuş Kral I Xose heykəlidir. Lissabon Kralına həsr olunmuş yeganə bürünc abidə, dövrünün Portuqaliyalı heykəltəraşı Joakim Maşadu de Kaştru tərəfindən dizayn edilmişdir.
İnvestisiya trast fondu
RAST (qrup)
RAST — Azərbaycanda, əsasən pop — caz janrında ifa edən məşhur qrup Rəhbəri Azərbaycan Respublikasının Əməkdar Artisti pianoçu-bəstəkar, həmçinin aranjemançı Rəşad Haşımovdur, 1993-cü ildə Vaqif Gərayzadənin rəhbəri olduğu ''Aypara'' qrupunun 4 üzvü (Rəşad Haşımov (pianoçu), Asif Kərimov (skripka), Vilayət Qəhrəmanzadə (ritm guitar), İlqar Quliyev (vokal)) tərəfindən yaradılmışdır. Bir müddət sonra qrupa İlham Ələsgərov (solo guitar) Sevda Ələkbərzadə (vokal), daha sonralar Ruslan Hüseynov (bass guitar) İsgəndər Ələsgərov (zərb alətləri) Emin Kərimi (pianoçu) qoşulmuşdur. 1993–2001-ci illərdə qrupun solisti Sevda Ələkbərzadə olmuşdur. 1996-cı ildə Fransada keçirilən ''Radio France Internationale'' müsabiqəsində 365 qrupdan 11 ən yaxşı qrup adını qazanmışdır. 1997-ci ildə ''Rast"[1] adlı ilk albom tamaşaçılara təqdim olunmuşdur. Bu albomun ən çox sevilən mahnılarından "Gəl Yanıma"[2] və "Ömrün Allahı Sevgidir"[3] kliplərini misal göstərmək olar. Qrup, 1999-cu ildə H. Əliyev adına sarayda möhtəşəm solo konsertlə tamaşılarını sevindirmişdir.[4] 2000-ci ildə isə ''Rast Dünyası"[5] adlı albomlar tamaşaçılara təqdim olunmuşdur. Bu albomun, ümumilikdə bu dövrün ən çox sevilən mahnısı ''Kaş ki, mən dəniz olaydım'' [6] klipidir. Mahnının sözləri Samirə Xasməmmədovaya, musiqisi Rəşad Haşımova aiddir. Sevda Ələkbərzadə'nin solo karyeraya başlamasının ardından, qrup Zülfiyyə Xanbabayeva ilə əməkdaşlığa başladı.
Rast (balet)
"Rast" — Niyazinin eyniadlı simfonik muğamı və skif qadın-sərkərdəsi Tomris haqqında əfsanə əsasında 2004-cü ildə səhnəyə qoyulmuş ilk ikipərdəli muğam-balet. Libretto müəllifi jurnalist Əjdər Ulduzdur, xoreoqrafı Tamilla Şirəliyeva, quruluşçu-rəssamları Rafiz İsmayılov və Tahir Tahirovdur. Tomris Banu Искусствовед-хореограф Афаг Гусейнова. Магистр хореографического искусства.
Rast (dəqiqləşdirmə)
Rast — əsas Azərbaycan muğam dəstgahlarından biri. Rast (balet) — ilk ikipərdəli muğam-balet. RAST (qrup) — Azərbaycanda caz janrında musiqi ifa edən qrup. Rast. Niyazi (film, 2014) — rejissor Nonna Müzəffərovanın sənədli filmi.
Rast Prodakşn
RAST — Azərbaycanda, əsasən pop — caz janrında ifa edən məşhur qrup Rəhbəri Azərbaycan Respublikasının Əməkdar Artisti pianoçu-bəstəkar, həmçinin aranjemançı Rəşad Haşımovdur, 1993-cü ildə Vaqif Gərayzadənin rəhbəri olduğu ''Aypara'' qrupunun 4 üzvü (Rəşad Haşımov (pianoçu), Asif Kərimov (skripka), Vilayət Qəhrəmanzadə (ritm guitar), İlqar Quliyev (vokal)) tərəfindən yaradılmışdır. Bir müddət sonra qrupa İlham Ələsgərov (solo guitar) Sevda Ələkbərzadə (vokal), daha sonralar Ruslan Hüseynov (bass guitar) İsgəndər Ələsgərov (zərb alətləri) Emin Kərimi (pianoçu) qoşulmuşdur. 1993–2001-ci illərdə qrupun solisti Sevda Ələkbərzadə olmuşdur. 1996-cı ildə Fransada keçirilən ''Radio France Internationale'' müsabiqəsində 365 qrupdan 11 ən yaxşı qrup adını qazanmışdır. 1997-ci ildə ''Rast"[1] adlı ilk albom tamaşaçılara təqdim olunmuşdur. Bu albomun ən çox sevilən mahnılarından "Gəl Yanıma"[2] və "Ömrün Allahı Sevgidir"[3] kliplərini misal göstərmək olar. Qrup, 1999-cu ildə H. Əliyev adına sarayda möhtəşəm solo konsertlə tamaşılarını sevindirmişdir.[4] 2000-ci ildə isə ''Rast Dünyası"[5] adlı albomlar tamaşaçılara təqdim olunmuşdur. Bu albomun, ümumilikdə bu dövrün ən çox sevilən mahnısı ''Kaş ki, mən dəniz olaydım'' [6] klipidir. Mahnının sözləri Samirə Xasməmmədovaya, musiqisi Rəşad Haşımova aiddir. Sevda Ələkbərzadə'nin solo karyeraya başlamasının ardından, qrup Zülfiyyə Xanbabayeva ilə əməkdaşlığa başladı.
Rast. Niyazi (film, 2014)
Rast. Niyazi — rejissor Nonna Müzəffərovanın sənədli filmi. Beynəlxalq Muğam Mərkəzində filmin təqdimatı olub. Film Azərbaycanın görkəmli dirijoru və bəstəkarı, SSRİ Xalq Artisti, Dövlət və Beynəlxalq mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Niyazi Tağızadə-Hacıbəyova həsr olunmuşdur. Filmin çəkilişləri Azərbaycanda, Türkiyədə və Rusiyada aparılıb. Film üzərində işləyərkən Niyazinin ev-muzeyinin fondundakı sənədlərdən istifadə edilib. Filmdə Niyazinin "Rast" simfonik muğamından istifadə edilib.
Beynəlxalq Nadir Rast Gəlinən Xəstəliklər Günü
Beynəlxalq Nadir Rast Gəlinən Xəstəliklər Günü nadir xəstəliklərə diqqəti cəlb etmək, nadir xəstəlikləri olan şəxslər və onların ailələri üçün müalicə və tibbi təqdimat imkanlarını artırmaq məqsədilə fevralın son günündə qeyd olunan xüsusi gün. Bu tarix ona görə seçilib ki, uzun illərdə 29 fevral ən nadir tarixdir. Nadir Xəstəliklər üzrə Avropa Təşkilatı 2008-ci ildə naməlum və ya diqqətdən kənarda qalan xəstəliklər haqqında məlumatlılığı artırmaq üçün bu günü yaratmışdır. Bu təşkilata görə, bir çox nadir xəstəliklərin müalicəsi qeyri-kafi olduğu kimi, nadir xəstəlikləri olan şəxslərə və onların ailələrinə dəstək olmaq üçün sosial əlaqələr də yetərincə deyil; Bundan əlavə, hazırda xüsusi xəstəlikləri (QİÇS, xərçəng və s.) olan şəxslərə həsr olunmuş çoxsaylı günlər olsa da, əvvəllər nadir xəstəliklərdən əziyyət çəkənləri təmsil edən gün yox idi.