Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vtoroy adası (Karaqin rayonu)
Vtoroy adası — Rusiyanın Kamçatka diyarı ərazisində yerləşən ada. Kiniqa burnundan şimal-qərbdə, Konus və İviniçamandan şimal-qərbə, Podqarenaya çayının mənsəbindən şimal-şərqdə, Oxot dənizinə daxil olan Şelixov körfəzində, Kamçatka yarımadasının qərb sahilinin şimalında yerləşir.
Vtoroy adası (Penjin rayonu)
Vtoroy adası — Rusiyanın Kamçatka diyarı ərazisində yerləşən ada. Oxot dənizinə daxil olan (Şelixov körfəzi) Penjin körfəzində, Treti adası və Melkovodnı körfəzindən cənub-şərqdə, Elistratova burnu və yarımadasından cənubda, Kraynı adasından isə şimalda yerləşir. İnzibati baxımından Kamçatka diyarı Penjin rayonu ərazisinə daxildir.
Toros
Toros (rus. торос, ing. ice hummock) — su hövzələrinin dəniz , çay, göl buz örtüyündə, buz sahələrinin bir-birinə, eləcə də sahilə təzyiqi sıxılması və onların kənarlarının qırılması nəti-cəsində əmələ gəlmiş və üst-üstə toplanmış buz parçaları.
Vorey
Vorey (fr. Vaureilles, oks. Vaurelhas) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Monbazan kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12290. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 115 km şimal-şərqdə, Rodezdən isə 32 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 499 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 280 nəfər (15-64 yaş arasında) 199 nəfər iqtisadi cəhətdən, 81 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71,1%, 1999-cu ildə bu 72.4%).
Boroy adası
Boroy (far. Borðoy), Boryu (dan. Bordø) — Farer adalarının şimal-qərbində yerləşən ada. 2013-cü il məlumatına görə8 yaşayış məntəqəsində 4954 nəfər yaşayır. Onlardan ən böyüyü Klaksvuykdır. Sahəsi 96 km²-dır. Ən yüksək nöqtəsi hündürlüyü 772 m-dir.
Şandor Vöröş
Şandor Vöröş (mac. Sándor Weöres; 22 iyun 1913, Sombatxey — 22 yanvar 1989, Budapeşt) — macar şair, tərcüməçi, yazıçı. == Həyatı == Sombatxeydə anadan olan Vöröş Çönqe qəsəbəsində böyümüşdür. Hələ 14 yaşında ikən ilk şeirlərini yazıb; həmin şeirlər nüfuzlu "Nyuqat" ("Qərb") jurnalının redaktoru, şair Mihay Babiçin qəbul etməsi ilə jurnalda nəşr olunub. Peç Universitetinə qəbul olan Vöröş ilk öncə hüquq, daha sonra coğrafiya və tarix ixtisası üzrə təhsilini başa vurur. Nəticədə o, fəlsəfə və estetika üzrə doktorluq dərəcəsi alır. Onun doktorluq dissertasiyası olan "Şeirin doğuşu" 1939-cu ildə nəşr olunmuşdur. 1937-ci ildə o, xaricə ilk səyahətlərini edir; ilk növbədə Manilaya gedərək Yevxaristiya konqresində iştirak edir, daha sonra isə Vyetnam və Hindistana səfər edir. İkinci Dünya müharibəsi dövründə Vöröş məcburi əməyə hazırlansa da, cəbhəyə göndərilmədi. Müharibə başa çatdıqdan sonra Çönqeyə qayıtdı və fermer kimi yaşamağa başladı.
Toros Toromanyan
Toros Arutyunoviç Toromanyan (həmçinin Toramanyan, erm. Թորոս Հարությունի Թորամանյան; 18 mart 1864 – 1 mart 1934, İrəvan) — erməni mənşəli Osmanlı və SSRİ memarı və arxeoloqu, Ermənistan memarlıq tarixinin tədqiqatçısı. Ermənistan SSR əməkdar elm xadimi (1933). == Həyatı == 1864-cü ildə Osmanlı imperiyasının Şapin-Karahisar şəhərində anadan olmuşdur. O, Konstantinopol Rəssamlıq Akademiyasını bitirdikdən sonra Konstantinopolda, sonra 1896-cı ildə köçdüyü Bolqarıstanda, həmçinin Rumıniyada şəxsi və ictimai binaların layihələndirilməsi ilə məşğul olmuşdur. 1902-ci ildə Toramanyan Aniyə ekspedisiyada iştirak etmək təklifini qəbul etmişdir. O, 1903-cü ildə buraya gəlmiş və Nikolay Marrın ekspedisiyasına qoşulmuşdur. 1904-cü ildə Toramanyan arximandrit Xaçik Dadyanın dəvəti ilə Zvartnots kilsəsinin qazıntılarına qoşulmuşdur. O, 1905-ci ildə tədqiqatının nəticələrini "Zvartnots məbədi" əsərində dərc etmişdir. 1921-ci ildə Ani Türkiyə ərazisinin bir hissəsi olduqdan sonra Toramanyan orada tədqiqat aparmaq imkanını itirmişdir.
Toros qurbağası
Toros qurbağası (lat. Pelophylax ridibundus) — Türkiyədə orta uzunluğu 6 sm-dən 7,5 sm-ə qədər olan Ranidae fəsiləsindən olan endemik qurbağa növüdür. Bundan əlavə, dünyada oxumayan yeganə qurbağa növü Toros qurbağasıdır. Orta Toroslarında yerləşən Bolkar dağlarında yalnız Çiniligöl (2600 m.) və Qaragöldə (2500 m.) yaşadığı düşünülürkən 2007-ci ildə aparılan araşdırmalar nəticəsində onun bu dağın 3000 m yüksəkliyində, Əyrigöl bölgəsində yaşadığı ilk dəfə müəyyən edilib. Bu növün morfoloji quruluşu arxa tərəfində sarı, yaşıl və qara naxışlarla müşahidə oluna bilər, qarın isə çəhrayı və ya sarımtıl rəngdədir. Onların əsas qidası göl kənarındakı çəmənliklərdə yaşayan böcəklər və digər buğumayaqlılardır. 1990-cı illərdə Toros qurbağasının kürü tökdüyü göllərə düşünülmədən gətirilən güzgü sazan balığı səbəbindən nəsli kəsilmək təhlükəsi ilə üzləşib. Toros qurbağalarının yaşayış yeri çox dardır, ona görə də onların nəsli təhlükə qarşısındadır. Bu qurbağaların məskəni olan dağ göllərinə gedən yolların uzadılmaması, düşərgəyə icazə verilməməsi və göllərə nəzarət edilməsi ilə növlərin qorunması mümkündür. 2007-ci ilin oktyabrında Niğdə Ekologiya və Meşə İl Müdiri Metin Süzgəç Toros qurbağalarının sayında əhəmiyyətli artım müşahidə etdiklərini açıqlamışdır.
Melisa Toros
Melisa Toros (28 iyul 1986, İstanbul) — türkiyəli aktrisa və aparıcı. O, "S'nek" kanalında Fulya və Neşe ilə "əks cinsin casusları" adlı televerilişin aparıcısı olub. 2013-cü ildə "Show TV"də "Hər şey yolunda mərkəz" teleserialında rol alıb. O, çox gənc yaşlarından balet və musiqi təhsili alıb. Bir neçə ildir ki, aktyorluğa maraq göstərir. O, aktyorluq təhsili alıb, Beykent Universitetinin aktyorluq fakültəsinə daxil olub. Bu arada o, Anadolu Universitetində ictimaiyyətlə əlaqələr üzrə təhsil alır.
Puerto Toro
Puerto-Тоrо — kiçik Çili kəndi olaraq Odlu Torpaq arxipelaqına daxil olan Navarino adasındadır. Kənd Biql boğazı sahilində yerləşir. Kəndə 36 nəfər yaşayır. Balıqçılar və onların ailə üzvlərindən ibarətdir. Qütb stansiyalarını çıxmaq şərti ilə Puerto Toro Cənub qütbünə ən yaxın və Cənub yarımkürrəsinin ən cənubda yerləşən yaşayış məntəqəsidir. Bəzən isə bu göstəriçidə Puerto-Vilyam qəsəbəsi və ya Uşuya şəhəri gösdərilir. XIX əsrdə kənd qızıl hərisliyi zamanı kiçik şəhərə çevrilir. Puerto Toro təkcə balıq ovu seçilmir. Burada həmcinin cənub dəniz krabı ovlanılır. Kənd bütünllüklə Magellan meşələri içərisində yerləşir.
Toro (fənər)
Toro ( "işıq səbəti", "işıq qülləsi") - daş, ağac və ya metaldan hazırlanan ənənəvi yapon çırağıdır. Yapon memarlığının digər elementləri kimi toro da Çin mənşəlidir. Yaponiyada torolar adətən buddist məbədlərinin qarşısında xətt boyunca düzülərək yolu işıqlandırırdı. Heyan dövrü ərzində onlar şintoist məbədləri, həmçinin həyət evlərində istifadə olunmağa başlamışdır. Daş və tuncdan olan çıraqlardan saxlanılanlardan ən qədimi Nara şəhərində tapılmışdır. Tayma-ci məbədində Nara dövrünə aid edilən daş çıraq vardır. Azuçi-Momoyama dövründə (1568- 1600) bu daş çıraqlar yapon çay mərasimləri ustaları sayəsində populyarlıq qazanmışdır. Belə ki bu çıraqlardan çay bağlarının bəzədilməsində istifadə olunurdu. Tezliklə onlar öz ehtiyaclarının ödəmək üçün yeni müxtəlif növ çıraqlar ixtira etməyə başladılar. Müasir bağ və parklarda onlar dekorativ məqsədlə saxlanılır və yola, suya və ya bina divarlarına yaxın yerdə yerləşdirilir.
Troy Pina
Troy Beyker
Troy Edvard Beyker (ing. Troy Edward Baker; 1 aprel 1976, Dallas) — ABŞ səs aktyoru. Bir sıra video oyunlarda əsas personajları səsləndirmişdir. O, "BioShock Infinite"də Buker Devitti, "Infamous: Second Son"da Delsin Rounu, "The Last of Us"da Coeli, "Batman: Arkham Origins"də Cokeri və daha başqa personajları səsləndirmişdir.
The Story of Us
“Bizim Hekayə” — rejissor Rob Reynerin çəkdiyi, baş rollarda Bruce Willis və Mişel Pfayferin oynadığı komediya, melodram janrında olan filmdir. == Süjet xətti == Ben və Keti on beş ildir evlidirlər, lakin onlar artıq bir-birləri ilə sakit danışa, öz aralarında razılığa gələ bilmirlər və ayrılmaq ərəfəsindədirlər. Bütün yaxınlaşma cəhdləri evlilik illərində yığılan aqressiyalara görə müsbət nəticələr vermir və mübahisələrlə başa çatır. Ancaq sonda həyat yoldaşları bir-birlərini bütün çatışmazlıqlarla qəbul etməyə güc tapacaqlar ...
Henri Devid Toro
Henri Devid Toro (12 iyul 1817[…], Konkord[d], Konkord[d], ABŞ – 6 may 1862[…], Konkord[d], ABŞ) — Amerika idealist filosofu və yazıçısı; Ralf Uold Emersonun başçılıq etdiyi Transsendentalistlər dərnəyinin üzvü. Toronun baxışları Avropa romantiklərinin, xüsusilə Karleylin və Russonun təsiri altında təşəkkül tapmışdır. Şərq fikrinin təsiri də görünür. Xırda burjua mövqelərindən kapitalizmin istismarçı mahiyyətini, onun mədəniyyətini tənqid etmişdir. O yazırdı: "Bir sinfin dəbdəbəsi digər sinfin yoxsulluğu ilə tarazlığa gəlir. Bir tərəfdən saray, digər tərəfdən dilənçilər üçün sığınacaq… ("Uolden, yaxud meşədə həyat" əsərindən, 1854.) Toro hesab edirdi ki, istənilən dövlət "kəmağıllıq xəstəliyinə tutulur" və bəlaya çevrilir. ABŞ dövləti haqqında o demişdir: "Onunla hər cür əməkdaşlıq insanı biabır edir". Mütəfəkkirin fərdiyyətçi sosial-etik idealı – (azad, cəmiyyətdən asılı olmayan, təbiətə təzim edən şəxsiyyət) burjua quruluşuna onun mənfi münasibətinin nəticəsi idi. Toronun fəlsəfi baxışları Panteizmdən ibarətdir; təbiətin və ümumdünya zəkasının qanunları (əxlaqi qayda da daxil olmaqla) biri-birinə uyğun gəlir. İdrakın məqsədi həqiqətdir; bunu da biz əhatə olunduğumuz Allah reallığını, yəni Təbiəti anlamaqla əldə edirik.
Henri Deyvid Toro
Henri Devid Toro (12 iyul 1817[…], Konkord[d], Konkord[d], ABŞ – 6 may 1862[…], Konkord[d], ABŞ) — Amerika idealist filosofu və yazıçısı; Ralf Uold Emersonun başçılıq etdiyi Transsendentalistlər dərnəyinin üzvü. Toronun baxışları Avropa romantiklərinin, xüsusilə Karleylin və Russonun təsiri altında təşəkkül tapmışdır. Şərq fikrinin təsiri də görünür. Xırda burjua mövqelərindən kapitalizmin istismarçı mahiyyətini, onun mədəniyyətini tənqid etmişdir. O yazırdı: "Bir sinfin dəbdəbəsi digər sinfin yoxsulluğu ilə tarazlığa gəlir. Bir tərəfdən saray, digər tərəfdən dilənçilər üçün sığınacaq… ("Uolden, yaxud meşədə həyat" əsərindən, 1854.) Toro hesab edirdi ki, istənilən dövlət "kəmağıllıq xəstəliyinə tutulur" və bəlaya çevrilir. ABŞ dövləti haqqında o demişdir: "Onunla hər cür əməkdaşlıq insanı biabır edir". Mütəfəkkirin fərdiyyətçi sosial-etik idealı – (azad, cəmiyyətdən asılı olmayan, təbiətə təzim edən şəxsiyyət) burjua quruluşuna onun mənfi münasibətinin nəticəsi idi. Toronun fəlsəfi baxışları Panteizmdən ibarətdir; təbiətin və ümumdünya zəkasının qanunları (əxlaqi qayda da daxil olmaqla) biri-birinə uyğun gəlir. İdrakın məqsədi həqiqətdir; bunu da biz əhatə olunduğumuz Allah reallığını, yəni Təbiəti anlamaqla əldə edirik.
Skuderiya Toro Rosso
Scuderia Toro Rosso (italyanca "qırmızı öküz") — Formula 1-də iştirak edən italyan komandası, Red Bull-un 2-ci komandası. Komandanın bütün sürücüləri Sebastyan Burde istisna olmaqla, Red Bull Junior Team-in üzvü olub.
Story of My Life (Lesli Roy mahnısı)
"Story of my life" (azərb. Mənim həyat hekayəm‎) — İrlandiyalı müğənni-söz yazarı Lesli Royun mahnısı. Mahnı İrlandiyanı, Niderlandın Rotterdam şəhərində keçirilməsi planlaşdırılan, sayca 65-ci Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəkdi. == Mahnı == İrlandiyalı milli yayım şirkəti RTÉ, Avroviziya Mahnı Müsabiqəsinin 2020-ci il buraxılışında ölkə təmsilçisini təyin etmək məqsədilə, ölkədəki tanınmış bəstəkar və sənətçiləri 2FM ilə birlikdə iş birliyinə dəvət etmişdir. Milli yayımçı, İrlandiyanın Avroviziya tarixində ilk dəfə olaraq ölkənin məşhur prodüser şirkəti olan "THISISPOPBABY"yi seçərək, iştirakın yaradıcılıq yönü ilə bağlı bütün hazırlıq işlərini ona həvalə edib. Nəticə olaraq, 5 mart 2020-ci tarixində, milli yayımçı ölkəni 2020 Avroviziya Mahnı Müsabiqəsində, "Story of my life" mahnısı ilə Lesli Royun təmsil edəcəyini elan etmişdir. Mahnının sözləri və bəstəsi Lesli Roy, Robert Marvin, Kett Qravit və Tom Şapiro tərəfindən ərsəyə gətirildi. İfaçı Lesli Roy mahnısı haqqında: "Mahnı şəxsiyyətin həyatda qarşılaşdığı bütün çətinliklərin öhdəsindən gələrək, yenidən ayağa qalxmağa səsləyir və hər zaman qələbə ruhlu olmağa dəvət edir" ifadələrini bildirmişdir. == Buraxılış tarixi == == Beynəlxalq arenada == Avropa Yayım Birliyinin (EBU), 28 yanvar 2020-ci tarixində təşkil etdiyi ənənəvi püşkatma mərasimində, İrlandiyanın 12 may 2020-ci il tarixində baş tutacaq ilk yarımfinal mərhələsinin birinci hissəsində mübarizə aparacağı elan edilmişdir. Lesli Royun "Story of my life" mahnısı ilə Litvadan sonra və Rusiyadan əvvəl, yeddinci nömrə altında səhnədə çıxış edəcəyi açıqlansada, Avropa Yayım Birliyi (EBU) 18 mart 2020-ci tarixində, mövcud Koronavirus pandemiyasını əsas gətirərək, 2020-ci il Avroviziya Mahnı Müsabiqəsinin ləğv edildiyini elan etmişdir.