Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nokia tune
Nokia tune — "Nokia" şirkətinin öz istehsalı olan mobil telefonlar üçün istifadə edilən klassik melodiyası
Tunes
Tunes (lat. Thunnus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin skumbriyakimilər dəstəsinin skumbriyalar fəsiləsinə aid heyvan cinsi. Tunes balıq sənayesində mühüm rol oynayır. Onların çox ovlanması bir neçə tunes tövünün nəsli kəsilmək təhlükəsi yaradıb. Tunesin cinsinə aid bəzi fərdlərin uzunluğu 3,5 metrə çatır. Dünyada qeydə alınan ən böyük kütləyə malik tunesin kütləsi 635 kq olub.
Vimne
Vimne (fr. və oks. Vimenet) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12303. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 141 nəfər (15-64 yaş arasında) 103 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə bu göstərici 69.8%).
Vişnə
Albalı (lat. Prunus subg. Cerasus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Albalı yarımcinsinə aid 140 növ var. Növ müxtəlifliklərindən ən çox yayılanı aşağıdakılardır: mərmərik albalı; mahaleb albalısı; çöl albalısı. Güman edirlər ki, adi mədəni albalı yabanı gilas ilə çöl albalılarının təbii hibrididir. Azərbaycanda mərmərik və çöl albalısı bitən sahələr çoxdur. Yabanı albalı aprel-mayda çiçəkləyir. Ağ rəngli çiçəkləri 2-4 ədəd bir yerdə uzun saplaq üzərində əmələ gəlir. Meyvələri iyulun axırı və avqustda yetişir.
Dune
Dune — L'Arc~en~Ciel qrupunun debut albomudur. 2004-cü ilin aprelin 21-də çıxan albomun yubiley buraxılışı orijinal albomundaki treklərin remaster versiyaları və üç bonus terkdən ibarətdir.
Pune
Puna (marathi पुणे) — Hindistanda şəhər. Əsası 1436-ci ildə qoyulub. Əhalisi 3 124 458 nəfərdir (2011).
Tuna
Dunay çayı (rum. Dunărea, mac. Duna, alm. Donau‎, serb. Дунав, slovak. Dunaj, bolq. Дунав, xorv. Dunav, ukr. Дунай, lat. Danubius, Danuvius, q.yun.
Tunc
Tunc — misin qalay, alüminium, berillium və digər kimyəvi elementlərlə ərintisi. Tuncda sink ya tamamilə olmur, ya da onda əsas legirləyici element kimi işlədilir. Misin sinklə ərintisinə bürünc deyilir. Qalaylı (əsas legirləyici elementi qalay olan) və qalaysız (xüsusi) tunclar var. Qalaysız tunclar ikili (alüminiumlu, berilliumlu, kadmiumlu və s.) və çox komponentli olur. Deformasiya edilən və tökmə tunclara ayrılır. Yüksək antikorroziya və antifriksion xassələri, plastikliyi, möhkəmliyini çox olması və bərkliyi ilə seçilir. Qalaylı tuncdan buxar-su armaturu, podşipnik (yataq), oymaq, bədii məmulat və s., qalaysız tuncdan isə kimyəvi aktiv mühitdə, yüksək temperaturda və s. şəraitdə işlədilən məmulatlar hazırlanır.
Turə
Turə — İranın Mərkəzi ostanının Şazənd şəhristanının Zaliyan bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,167 nəfər və 571 ailədən ibarət idi.
Vine
Vine — Twitter tərəfindən 2013-cü ilin yanvar ayında istifadəyə təqdim edilən pulsuz video paylaşma tətbiqi. Tətbiq, istifadəçinin maksimum 6 saniyəlik qısa videolar çəkməsini təmin edir. Çəkilən videolar Facebook və Twitter üzərindən paylaşıla bilir. Həmçinin, Dünyada və Türkiyədə gündəlik həyatda istifadə edilən tətbiqi halına gəlmişdir. 27 oktyabr 2016-cı ildə tətbiqin bağlanacağı çatdırılmışdır. İstifadəçilərin videoları Vine tətbiq daxilində yayımlanırdı və Facebook, Instagram və Twitter kimi digər xidmətlərdə də bu videoları paylaşmaq mümkün olurdu. Vine tətbiqi, digər istifadəçilərin yaydığı video materiallara, mövzu qruplarına və populyar meyilli video materiallara nəzər salmaq üçün də istifadə edilə bilirdi. Vine Instagram və Mobli kimi məşhur tətbiqlərlə yarışmağı bacarmışdır. 2015-ci ilin dekabr ayında, Vine, 200 milyon aktiv istifadəçiyə malik idi. Vine, Dom Hofmann, Rus Yusubov və Kolin Kroll tərəfindən 2012-ci ilin iyun ayında yaradılıb.
Vure
Vure (fr. Vourey) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Tyullen kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38566. Kommunanın 1999-cu il üçün əhalisi 1548 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 181 ilə 402 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 75 km cənub-şərqdə, Qrenobldan 22 km şimal-qərbdə yerləşir.
Xunə
Xunə və ya Xunəc — vaxtilə Azərbaycanda yerləşmiş şəhər. Bu şəhər sonralar Kağızkonan (Kağızkünan), yəni "kağız istehsal edənlər" adını daşımışdır. Keçmiş ərazisi hazırda İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanının Kağızkonan bəxşində yerləşir. 12–13-cü əsr coğrafiyaçısı Yaqut əl-Həməvi, Azərbaycanın ucqar hissəsində yerləşən Xunə şəhəri haqqında məlumat verərkən, onun Marağa ilə Zəncan arasında, Zəncandan iki günlük məsafədə yerləşdiyini qeyd etmişdir. Həmdullah Qəzvini isə Xunə ilə Ərdəbil arasında 7 fərsəx (39,79 km) məsafənin olduğunu qeyd etmişdir. Burada kağız istehsalına başlanandan sonra yerli əhali şəhərin adını "kağızqayıran, kağız buraxan yer" mənasında Kağızkunan adlandırmışdır. O zaman Azərbaycanın və ətraf bölgələrin inkişaf etmiş əsas şəhərləri Marağa, Xunəc, Miyanic (Miyanə), Ərdəbil, Təbriz, Mərənd, Naxçıvan, Bərdə, Gəncə və başqaları idi. Xunəc xaricə gedənlərin və xaricdən gələnlərin keçid yolu üstündə yerləşdiyinə görə yoxlanış məntəqəsi (gömrükxana) rolu oynayırdı. Bu yoldan keçənlər özləri ilə xaricə kağız da aparırdılar. Satıcılarla və alıcılarla hər gün dolu olan Xunəc (Kağızkünan) bazarında kağız, qələm və s.
Le-Verne
Le-Verne (Alye)
Rolling Stone
Rolling Stone — əsası 1967-ci il Noyabrın 9-da California ştatının San Fransisko əyalətində Yan Venner – hansı ki, indi də jurnalın baş redaktorudur – və musiqi tənqidçisi Ralf Qlison tərəfindən qoyulmuşdur. Jurnal əsasən 2 həftədə bir dəfə nəşr olunurdu və siyasət, mədəniyyət, musiqi və s. sahələrdə məqalələrdən təşkil olunurdu. 90-cı illərdən başlayaraq Rolling Stone gənc oxucuların marağını nəzərə alaraq daha çox gənclərə aid televiziya şouları, film aktyorları və dövrün populyar musiqi və musiqiçiləri barədə məqalələr yazmağa başladı. Son illərdə jurnal yenidən əvvəlki formatına qayıdıb.
Sarıüzgəc tunes
Sarıüzgəc tunes (lat. Thunnus albacares) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin skumbriyakimilər dəstəsinin skumbriyalar fəsiləsinin tunes cinsinə aid heyvan növü.
Stone Island
Stone İsland — İtalyan şirkəti, yüksək-səviyyəli geyim istehsalçısı. 1982-ci ildə Stone İsland geyim markası C.P.Company adını daşıyan şirkətin məhsulu kimi yaranıb. Onun işi nəticəsində Stone İsland markası altında həm materialın keyfiyyətinə, emal texnologiyalarına, həm də ekstremal dizayna görə nadir əşyaların sırasına peyda olmağa başladı. Stone İsland məhsullarının istehsalı zamanı istifadə edilən texnoloji prosedurların kökləri tez-tez qeyri-standart geyim istehsal etməyə imkan verən müxtəlif sənaye sahələrinə gedir. Yuxarıda sadalanan texnoloji gedişlərin tətbiqi nəticəsində şirkət Avropada populyarlıq qazanmağa başlayıb. Stone Island geyimləri tekstil brendlərinin A (lüks) seqmentinə daxildir. Stone İsland paltarının əsas və ən vacib detallarından biri, kompas şəklində bir şirkət emblemi ilə bir yamaq tikmədir. Adətən o sol qolda iki düymə (bəzi modellərdə — çiyində) bərkidilir. 1980-ci illərin ortalarında, əsasən, bu dizayner tapıntısı sayəsində Stone Island markası altında olan geyim eyni İngilis futbol azarkeşləri arasında populyarlaşdı. Stone İsland geyimlərinin vəziyyətində bu yamaq elementi, hətta paltardan belə vacib detala çevrildi.
TV Tuner
TV Tuner - televizor üçün nəzərdə tutulmuş siqnalları rəqəmli formata çevirən qurğu. TV Tuner vasitəsilə antennanı və ya TV üçün PAL, SECAM və ya NTSC formatlı siqnalları göndərəbiləcək qurğu ilə birləşdirilir. Sonra bu qurğunun içində həmin siqnallar emal olunur və kompüterə ötürülür. Bu üsulla kompüterdə televizora baxmaq, istənilən videotəsviri rəqəmli formata salmaq mümkündür.
Tunel (funikulyor)
F2 xətti — Türkiyənin İstanbul şəhərində olan yeraltı metrosu. 1863-cü ildə Londonda xidmətə verilən yeraltı sərnişin daşıma sistemlərindən sonra inşa edilən dünyanın ən qədim 2-ci yeraltı sərnişin daşıma sistemidir. 17 yanvar 1875-ci ildə açılmışdır. Ümumi uzunluğu 573 metr olan Tunelin inşasına 1871-ci ildə başlandı və tikinti 1874-cü ildə tamamlandı. 1910-ci ildə elektrik sistemə keçən tunel, 1939-cu ildə İETT ümumi müdiriyyətinə təhvil verildi. 1970-ci ildə bir Fransız firması tərəfindən tamamilə yenilənən tunel, 90 saniyədə Qalata ilə Bəyoğlunun bir-birinə bağlamaqdadır. 2009-ci ilin statistikasına görə hər gün orta hesabla 15 min sərnişin daşıyan tunel, ildə ortalama 64 min 800 dəfə səfər edir və ortalama 37 min kilometr yol qət edir. Tüneli hal-hazırda İstanbul Elektrik Tramvay və Tunel İşlətmələri (İETT) işlədir. Fransız mühəndis Eugene Henri Gavand, 1867-ci ilin mayında İstanbula gəlir, Qalata ilə Bəyoğlu arasındakı gündə ortalama qırx min adamın enib çıxdığını təsbit edir. Buna görə də lift tipində bir dəmiryolu layihəsi hazırlayıb İngilis hökumətindən kredit alıb Osmanlı hökumətinə təqdim edir.
Tunel (pirsinq)
Tunel — qulağın sırğalıq nahiyyəsinə taxılan halqa şəklində və böyük ölçüdə olan bəzək əşyası. Adi sırğadan dəliyin böyük diametri ilə fərqlənir. Həmçinin sonradan həmin dəliyin bağlanma prosesi Plaq (ing. plug — «tıxac») adlanır. Tunel və Plaqlar hələ qədim dövrlərdən məlum idi, çünki qulaqların modifikasiyası hələ Afrika kontinentində yaşayan erkən insanlar tərəfindən təcrübələnirdi. Xalqların Afrika materikindən yeni ərazilərə köçməsi ilə tunel də Avrasiya və digər kontinentlərə də yayıldı. Arxeoloji qazıntılar tunellərin Qədim Misirdə, İnd vadisi mədəniyyətində, Hind-Çində və Mezoamerika mədəniyyətlərində geniş istifadəsini təsdiqləyir. Mohenco-Daroda aparılan arxeoloji qazıntılarda çoxlu sayda qulaq dəliklərini genişləndirmək üçün istifadə edilən alətlər və halqalar aşkar edilmişdi. İnd vadisi boyunca yaşayan xalqlarda tunel və plaqlar kundala (sanskr. कुण्डलिन्; “halqalarla bəzədilmiş qulaqlar”) adlanırdı.
Uzunüzgəc tunes
Uzunüzgəc tunes (lat. Thunnus alalunga) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin skumbriyakimilər dəstəsinin skumbriyalar fəsiləsinin tunes cinsinə aid heyvan növü. Tropik və ilıq okeanlarda və Aralıq dənizidə tapılar. Boyu 140 sm və ağırlığı 60,3 kq-a çata bilər. Çox qiymətli bir qida balığı olan tunes, gəmilərdən qarmaq ilə ya da gəminin arxasından süründürülən şəbəkələrlə ovlanar. Konservlərdə satılan tunes arasında ən yüksək keyfiyyətlisidir.
Verne (Alye)
Verne (fr. Verneix) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Qərbi Monlyuson kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03305. 2008-ci ildə əhalinin sayı 570 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 361 nəfər (15-64 yaş arasında) 268 nəfər iqtisadi fəal, 93 hərəkətsiz (fəaliyyət göstərici 74.2%, 1999-cu ildə 70.2%) idi. Fəal olan 268 nəfərdən 236 nəfər (134 kişi və 102 qadın), 32 nəfər işsiz (13 kişi və 19 qadın) idi. 93 hərəkətsiz 24 nəfər arasında şagird və ya tələbə, 34 nəfər təqaüdçü, 35 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Çiune Suqihara
Çiune Suqihara (杉原 千畝, 1900 – 31 iyul 1986[…], Kamakura, Kanaqava prefekturası) — Yaponiya imperiyasının Litvanın Kaunas şəhərindəki konsulluğunda vitse-konsul vəzifəsində işləyən Yaponiya hökumət rəsmisi. İkinci dünya müharibəsi zamanı Suqihara işini və ailəsinin həyatını riskə ataraq 6 mindən çox yəhudi üçün viza çıxardaraq Yaponiya ərazisindən keçməklə Avropadan qaçmalarına kömək etmişdir. Suqihara 1918-ci ildə Vaseda Universitetində ingilis dili öyrənməyə başlamış, 1923-cü ildə Xarici İşlər Nazirliyinin keçid imtahanında rus dili imtahanını fərqləndirmə ilə keçmişdir. Çinin Harbin şəhərində alman dili öyrənmiş, bir müddət Mancuriyada işləmişdir. 1939-cu ildə Litvanın Kaunas şəhərinə göndərilmişdir. Litvada işləyərkən Yaponiya hökumətinin ciddi viza kriteriyalarına baxmayaraq 6000-dən çox yəhudiyə viza verərək həyatlarını xilas etmişdir. Həmin yəhudilər Almaniya işğalı altındakı Qərbi Polşadan, SSRİ işğalı altındakı Şərqi Polşadan, eləcə də, Litvadan idilər. Suqihara qaçqınlara asan olsun deyə onlara ona "Sempo" (adının kanci yazılışının çin-yapon oxunuşu) deyə xitab etməsini söyləmişdir. Kiçik vəzifəsi və Yaponiya Xarici İşlər bürokratiyasının mədəniyyətinə əsasən bu cür itaətsizlik nadir hal idi. Yaponiyaya qayıtdıqdan sonra Litvadakı bu hadisəyə görə işdən çıxarılmışdır.
Vətənə xəyanət
Vətənə xəyanət — vətəndaşın öz ölkəsinin suverenliyinə qarşı qəsdən törətdiyi əməldən ibarət cinayət. Vətənə xəyanət edən şəxs xain kimi tanınır. Dövlətə xəyanətə xüsusilə aşağıdakılar aid edilir: müharibə zamanı düşmən tərəfinə keçmək (kollaborasionizm); dövlət sirrinin və hərbi sirrin verilməsi və açıqlanması; casusluq; hökumətin və başqalarının iradəsinə zidd olaraq düşmənlə ayrı aparılan danışıqlar.
Vətənə qayıt
Vətənə qayıt — Əzizə Cəfərzadənin 1973-cü ildə yazdığı və "Şirvan" trilogiyasının 1-ci kitabı olan roman. Əzizə Cəfərzadə 1973-1978-ci illərdə ilk tarixi romanı olan “Aləmdə səsim var mənim” adlı əsəri yazarkən, eyni vaxtda “Vətənə qayıt” tarixi romanını da yazmış və bu əsəri XVIII əsrdə rus qoşunlarının Azərbaycana ilk yürüşü zamanı şair Nişat Şirvaninin həyatında baş verən hadisələrə həsr etmişdir. Romanda vətən və məhəbbət xətti aparıcı yer tutmaqdadır. Yazıçı bütün roman boyu bu sujet xətlərini paralel, bəzənsə qovşaq təsvirini vermişdir. Əsərdə yalnız Nişat Şirvaninin deyil, taleyini vətənlə bağlamış bir sıra qəhrəmanların obrazları da bədii inikasını tapmışdır. "Vətənə qayıt" əsərində hadisələrin cərəyan etdiyi tarixi dövr haqqında oxucuda bitkin təsəvvür yarada bilmişdir. Romanın başlanğıcı olan "Beş qız idik..." hekayəsi xüsusilə diqqət çəkir. Təsvir edilən hadisə Azərbaycan xalqının faciəvi həyatını öyrənmək üçün oxucunu keçmişə aparır. Əsərin qəhrəmanlarından biri olan Sürəyya xanımın gözəl qızı Nisəbəyimin yad ellərə düşməkdənsə övladı ilə birlikdə od içində yanması xalqın sonsuz qəzəbindən xəbər verir. Romanda təsvir olunan hadisələr, əsasən, qədim Şamaxıda cərəyan edir.
Turne (şəhər)
Tournai ( fransa: Tournai, flamand: Doornik, latın: Tornacum ) — Belçikanın cənub-qərbində Hainaut əyalətində şəhər və bələdiyyədir. Monsun şimal-qərbində, Şelde çayının sahilində yerləşir.