Çiune Suqihara

Çiune Suqihara (杉原 千畝?, 1900[1]31 iyul 1986[2][3][…], Kamakura, Kanaqava prefekturası)Yaponiya imperiyasının Litvanın Kaunas şəhərindəki konsulluğunda vitse-konsul vəzifəsində işləyən Yaponiya hökumət rəsmisi. İkinci dünya müharibəsi zamanı Suqihara işini və ailəsinin həyatını riskə ataraq 6 mindən çox yəhudi üçün viza çıxardaraq Yaponiya ərazisindən keçməklə Avropadan qaçmalarına kömək etmişdir.[4]

Çiune Suqihara
yap. 杉原 千畝
Doğum tarixi 1900[1]
Vəfat tarixi 31 iyul 1986(1986-07-31)[2][3][…]
Vəfat yeri
Vəfat səbəbi ürək-damar xəstəliyi[d]
Dəfn yeri
Uşağı 4
Təhsili
Fəaliyyəti diplomat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Suqihara 1918-ci ildə Vaseda Universitetində ingilis dili öyrənməyə başlamış, 1923-cü ildə Xarici İşlər Nazirliyinin keçid imtahanında rus dili imtahanını fərqləndirmə ilə keçmişdir. Çinin Harbin şəhərində alman dili öyrənmiş, bir müddət Mancuriyada işləmişdir. 1939-cu ildə Litvanın Kaunas şəhərinə göndərilmişdir.

Litvada işləyərkən Yaponiya hökumətinin ciddi viza kriteriyalarına baxmayaraq 6000-dən çox yəhudiyə viza verərək həyatlarını xilas etmişdir. Həmin yəhudilər Almaniya işğalı altındakı Qərbi Polşadan, SSRİ işğalı altındakı Şərqi Polşadan, eləcə də, Litvadan idilər. Suqihara qaçqınlara asan olsun deyə onlara ona "Sempo" (adının kanci yazılışının çin-yapon oxunuşu) deyə xitab etməsini söyləmişdir.[5] Kiçik vəzifəsi və Yaponiya Xarici İşlər bürokratiyasının mədəniyyətinə əsasən bu cür itaətsizlik nadir hal idi. Yaponiyaya qayıtdıqdan sonra Litvadakı bu hadisəyə görə işdən çıxarılmışdır.

1985-ci ildə İsrail dövləti Suqiharaya "Dünya xalqları ədalətlisi" adı vermişdir. O, bu ada layiq görülmüş yeganə yapondur. Litvada və İsraildə onun adına küçələr, Litva və Yaponiyada isə ona həsr olunmuş muzeylər var. Ölümündən sonra bir çox mükafata layiq görülmüşdür.

Suqiharanın doğum haqqında şəhadətnaməsi.

Çiune Suqihara 1 yanvar 1900-cü ildə Gifu prefekturasının Mino şəhərində orta sinifdən olan Yoşimi Suqihara ilə orta-yuxarı sinifdən olan Yatsu Suqiharanın oğlu kimi anadan olmuşdur. O, anadan olanda atası Kozuçidə yerləşən vergi ofisində işləyirdi, ailə isə buddist məbədi Kyosenin yaxınlığında yerləşən bir məbəddə yaşayırdı. O, beş oğlan və 1 qızdan ibarət ailənin ikinci oğlu idi.[6] Atasının işlədiyi vergi ofisləri tez-tez dəyişdiyindən ailə də tez-tez köçürdü. 1903-cü ildə ailə Fukui prefekturasının Asahi qəsəbəsinə, 1904-cü ildə Mie prefekturasının Yokkayçi şəhərinə, 25 oktyabr 1905-ci ildə Gifu prefekturasının Nakatsu qəsəbəsinə köçmüşdür. 2 aprel 1906-cı ildə Çiune Nakatsu ibtidai məktəbinə daxil olmuş, 31 mart 1907-ci ildə Mie prefekturasındakı Kuvana ibtidai məktəbinə keçmişdir. Həmin ilin dekabrında Furuvatari ibtidai məktəbinə keçmişdir. 1912-ci ildən Furuvatari ibtidai məktəbindən əla qiymətlərlə məzun olmuş və Aiçi prefekturasının 5-ci sinif orta məktəbinə (hazırda Zuyryo liseyi) daxil olmuşdur. Atası onun fizik olmasını istəyirdi, lakin Çiune giriş imtahanında kağıza adından başqa heç nə yaza bilməmişdir. Əvəzində 1918-ci ildə Vaseda Universitetinə daxil olmuş və ingilis dili öyrənməyə başlamışdır. Eyni zamanda, ingilis dilini inkişaf etdirmək üçün baptist Harri Bakster Benninhof tərəfindən qurulmuş xristian dərnəyi olan Yuay Qakuşaya daxil olmuşdur.

1919-cu ildə Xarici İşlər Nazirliyinin təqaüd imtahanından keçmişdir. 1920–1922-ci illərdə Yaponiyanın koloniyası olan Koreyada 79-cu piyada qoşununda ikinci leytenant kimi hərbi xidmətdə olmuşdur. 1922-ci ilin noyabrından ordudan ayrılmış və 1923-cü ildə Xarici İşlər Nazirliyinin dil imtahanlarına daxil olaraq rus dili imtahanını fərqləndirmə ilə keçmişdir. Yaponiya Xarici İşlər Nazirliyi onu Çinin Harbin şəhərinə göndərmiş, Çiune orda rus və alman dillərini öyrənərək Yaponiya-Rusiya münasibətləri üzrə mütəxəssis olmuşdur.

Suqihara Macuriya Xarici İşlər Ofisində işləyərkən Şimali Mancuriya dəmiryolu xətti ilə bağlı SSRİ ilə əlaqələrdə iştirak etmişdir. Harbində olarkən Suqihara Klaudiya Semionovna Apollonova ilə evlənmiş, xristian (rus ortodoks kilsəsi) olmuş və özünə Sergey Paveloviç baptist adını götürmüşdür.[7][8]

1935-ci ildə Suqihara Yaponiyanın yerli çinlilərə pis davranmasına etiraz etmək üçün Mancuriyadakı işindən çıxmışdır.

Suqihara həyat yoldaşı ilə 1935-ci ildə boşanmış və Yaponiyaya qayıtmışdır. Yaponiyada Yukiko Kikuçi ilə evlənmişdir.[9] Evlilikdən sonra onların 4 oğlu (Hiroki, Çiaki, Haruki, Nobuki) olmuşdur. 2010-cu ilə kimi ailədən ancaq Nobuki sağ qalmışdır.[10] Çiune Suqihara həmçinin Xarici İşlər Nazirliyinin İnformasiya Departamentində və Yaponiyanın Finlandiyanın Helsinki nümayəndəliyində tərcüməçi kimi fəaliyyət göstərmişdir.[5]

Litvadakı fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
Suqiharanın fəaliyyət göstərdiyi Yaponiyanın keçmiş Litva konsulluğu binası.

1939-cu ildə Suqihara Yaponiyanın Litvanın Kaunas şəhərindəki konsulluğunun vitse-konsulu təyin olunmuşdur. Onun vəzifələrinə Sovet və alman ordularının hərəkətlərini,[6] Almaniyanın SSRİ-yə hücum etmə planının olub-olmadığını aydınlaşdırıb detalları Berlin və Tokiodakı üstlərinə bildirmək də daxil idi.[11]

Suqihara daha böyük Yaponiya-Polşa əməkdaşlıq planı üçün Polşa kəşfiyyatı ilə əməkdaşlıq etmişdir.[12] SSRİ 1940-cı ildə Litvanı işğal edəndə bir çox Polşa yəhudisi və Litva yəhudisi çıxış vizası əldə etməyə çalışmışdır. Vizasız səyahət etmək təhlükəli idi, lakin viza vermək istəyən ölkə tapmaq mümkünsüz idi. Yüzlərlə yəhudi Yaponiyaya viza əldə etmək üçün Kaunasdakı Yaponiya konsulluğuna gəlmişdir. Həmin anda Litva yəhudiləri Litvanın şəhər əhalisinin üçdə birini, Litvadakı hər şəhərin əhalisinin isə yarısını təşkil edirdilər.[13] 16 iyul — 3 avqust 1940-cı ildə Hollandiyanın fəxri konsulu Yan Zvartendiyk 2200-dən çox yəhudiyə Kürasaoya (viza tələb edilməyən Hollandiya koloniyası olan Karib adası) və Surinama getməyə kömək etmişdir. Yaponiya hökuməti ancaq immiqrasiya prosedürlərinə uyğun gələn və kifayət qədər pulu olan şəxslərə viza verilməsinə icazə verirdi. Bir çox yəhudi kriteriyaları qarşılamırdı. Suqihara Yaponiya Xarici İşlər Nazirliyi ilə göstərişlər barədə 3 dəfə əlaqə saxlamışdır. Hər dəfəsində nazirlik istinasız hər Yaponiya vizası olan şəxsin ölkədən çıxmaq üçün üçüncü bir ölkənin də vizasına malik olmalı olduğunu bildirirdi.[6]

18 iyul-28 avqust 1940-cı ildə həmin yəhudilərin təhlükədə olacağından xəbərdar olan Suqihara əmrləri saymayıb 10 günlük vizalar hazırlamağa başlamışdır. Kiçik vəzifəsi və Yaponiya Xarici İşlər bürokratiyasının mədəniyyətinə əsasən bu cür itaətsizlik nadir hal idi. O, Sovet rəsmiləri ilə danışaraq standart qiymətdən 5 dəfə bahalı olan qiymətə yəhudilərin Trans-Sibir dəmiryolu ilə səyahət etmələrinə nail olmuşdur.

Suqihara gündə 18–20 saatını əllə viza yazmağa sərf etməyə davam etmişdir. O, 4 sentyabrda postunu tərk edənə qədər hər gün normal ayda buraxılan viza qədər viza buraxırdı. Bu zaman o, minlərlə yəhudiyə viza vermişdir. Onların çoxu ev başçısı olduğu üçün ailələrini də özləri ilə apara bilmişdirlər. İddiaya görə o getməzdən öncə yəhudilərin özləri viza hazırlaması üçün konsulluğun rəsmi möhrünü onlara vermişdir.[14] Lakin oğlu Nobuki Suquhara bu faktı inkar edir.[15] Şahidlərə görə Suqihara hətta hoteldən qatara gedərkən belə viza yazmağa davam edirdi və qatar yola düşməzdən öncə hazırladığı vizaları qatarın pəncərəsindək kütləyə doğru atmışdır.

Suqihara yolda düşməzdən öncə "Xahiş edirəm ki, bağışlayın məni. Daha çox yaza bilmirəm. Ən yaxşısını sizə arzu edirəm" sözlərini demişdir. Bu zaman kütlədən biri "Suqihara, biz səni heç vaxt unutmayacayıq. Mütləq yenə görüşəcəyik!" deyə qışqırmışdır.[5]

Suqiharanın özünə də yazdığı minlərlə vizalara rəsmi reaksiyanın necə olacağı maraqlı idi. Neçə illər sonra o xatırlayır: "Heç kim bu barədə bir söz demədi. Onların mənim nə qədərini hazırladığımı anlamadıqlarını düşünürdüm".[16]

Xilas edilənlər

[redaktə | mənbəni redaktə et]
1940-cı ildə Suqiharanın yəhudilər üçün yazdığı vizalardan biri.

Suqihara vizaları ilə Yaponiyaya gedən qaçqınların sayı ilə bağlı rəqəmlər müxtəlifdir. İki sənədə görə onların sayı 2200 və 6000-dir.[5][17] Ken Vatanabeyə görə 6000 nəfər qaçqının olması mümkündür, çünki hər üç ailənin bir vizadan istifadə etməsi mümkündür. Həmçinin bir qəzetdə 6000 nəfər qaçqının olduğu yazılmış, həmin yəhudilərin çoxu Suqihara vizaya malik olduqlarını etiraf etmişdilər. 29 sentyabr 1983-cü ildə Fuji TV bir verilişdə bu sayın 4.500 olduğunu bildirmişdir. 1985-ci ildə Çiune Suqihara "Dünya xalqları ədalətlisi" adını alanda bəzi Yaponiya qəzetləri 6000, bəziləri isə 4500 qaçqın xilas etdiyini yazmışdır. Simon Vizental Mərkəzinə görə Suqihara vizaları ilə Yaponiyaya gələn yəhudilərin sayı 6000-dir və onların Yaponiyada yaşayan törəmələrinin sayı 40.000-dir.[6] Suqiharanın dul həyat yoldaşı və ən böyük oğlu isə 10.000 yəhudi xilas etdiyini bildirmişdir və Boston Universitetindən professor və müəllif Hillel Levin də eyni fikrə gəlmişdir.[18] Suqihara vizası alıb Litvanı vaxtında tərk etməyən yəhudilər isə 22 iyun 1941-ci ildə Nasist Almaniyasının SSRİ-ni işğal etməsindən sonra Holokost qurbanı olmuşdurlar.

Xarici İşlər Nazirliyinin Diplomatik Qeydlər Ofisi Suqihara haqqında iki sənədi ictimaiyyət üçün açmışdır. Birinci sənəd Çine Suqiharanın Yaponiya Xarici İşlər Naziri Yosuke Matsuokaya 5 fevral 1941-ci ildə göndərdiyi diplomatik notadır. Sənəd görə Suqihara 2139 tranzit vizasını Polşa yəhudilərinə vermişdir. O biri sənədə görə isə Kaunasda 5580 vizanın 3448-i əlavə viza idi və çox güman ki, Litvadakı yəhudilər üçün verilmişdi.

Bir çox qaçqın vizalarından istifadə edərək SSRİ boyunca Vladivostoka, daha sonra su yolu ilə Yaponiyada yəhudi icmasının yaşadığı Kobeyə gəlmişdir. Polşanın Tokiodakı səfiri Tadeuş Romer onlara kömək etmişdir. 1940-cı ilin avqustundan 1941-ci ilin noyabrına kimi o, Kobedəki və Şanxay gettosundakı yəhudilər üçün Yaponiyada tranzit vizaları, Kanada, Avstraliya, Yeni Zelandiya, Birma üçün yaşayış vizaları, Britaniya mandatı Fələstin üçün immiqrasiya sertifikatları və ABŞ və bir neçə Latın Amerikası ölkəsi üçün immiqrasiya vizaları almağa çalışmışdır.

Suqihara sağqalanları daha sonra böyük yəhudi icmasının yaşadığı Şanxaya köçürülmüşdür.

Sonrakı həyatı

[redaktə | mənbəni redaktə et]
Çiune və oğlu Nobuki İsraildə (dekabr 1969).

Suqihara Şərqi Prussiyanın Köniqsberq şəhərinə göndərildikdən[18] sonra 1941–1942-ci illərdə Çexoslovakiyanın Praqa şəhərində konsul-general kimi, 1942–1944-cü illərdə Rumıniyanın Buxarest şəhərində elçi kimi fəaliyyət göstərmişdir. 1943-cü ildə üçüncü katib dərəcəsi almış, 1944-cü ildə 5-ci dərəcəli Müqəddəs Xəzinə ordeni almışdır. SSRİ orduları Buxarestə daxil olanda onlar Suqihara və ailəsini həbs edərək əsir düşərgəsinə göndərmiş, onları burda 18 ay saxlamışdırlar. Onlar 1946-cı ildə azad edilmiş, Trans-Sibir dəmiryolu və Naxodka limanı vasitəsilə Yaponiyaya qayıtmışdırlar. 1947-ci ildə Yaponiya xarici işlər ofisi ondan istifa etməsini istəmişdir. Bəzi mənbələrə və həyat yoldaşı Yukiko Suqiharaya görə bunun səbəbi Litvadakı hadisə idi.[18][19]

Suqihara ailəsi ilə birlikdə Kanaqava prefekturasının Fucisava şəhərinə köçmüşdür. Pul qazanmaq üçün kiçik işlərlə məşğul olmuş, hətta qapı-qapı dolaşaraq lampa satmışdır. 1947-ci ildə ən kiçik oğlu Haruki 7 yaşında ölmüşdür.[11] 1949-cu ildə onun Nobuki adlı bir oğlu da olmuşdur. Nobuki hazırda Belçikada yaşayır və Suqihara ailəsindən sağ qalan yeganə şəxsdir. Suqihara daha sonra ABŞ Hərbi Poçt Mübadiləsinin ümumi meneceri kimi eksport şirkəti üçün işləməyə başlamışdır. Rus dilini yaxşı bilən biri kimi Suqihara 16 il boyunca SSRİ-də işləmiş, bu zaman ailəsi Yaponiyada qalmışdır.

1968-ci ildə İsrailin Tokio səfirliyinin işçisi və Suqihara tərəfindən xilas edilənlərdən biri olan Yenoşua Nişri nəhayət onunla əlaqə saxlamışdır. Nişri 1940-cı illərdə yeniyetmə gənc idi. Növbəti il Suqihara İsrailə getmiş və İsrail hökuməti tərəfindən qarşılanmışdır. Suqihara sağ qalanları onun Yad Vaşem tərəfindən tanınması üçün birlikdə işləməyə başlamışdırlar. 1985-ci ildə Yad Vaşem ona "Dünya xalqları ədalətlisi" adını vermişdirlər. Suqihara İsrailə getmək üçün çox xəstə olduğundan həyat yoldaşı və Nobuki onun adından İsrailə getmişdirlər.

Suqihara 31 iyul 1986-cı ildə Kamakurada bir xəsətəxanada ölmüşdür. İsraildə və digər ölkələrdə çox tanınmasına baxmayaraq, Yaponiyada çox da tanınmırdı. Ancaq böyük yəhudi nümayəndəliyi və İsrailin Yaponiyadakı səfiri onun dəfnində iştirak etdikdən sonra Yaponiyada tanınmışdır.[19][20]

Həyat yoldaşı Yukiko Suqihara (2000).

Suqihara 1923-cü ildə Harbində ikən Klaudiya Semionovna Apollonova ilə evlənmişdir. 1935-ci ildə isə ondan boşanmışdır. Yaponiyaya qayıtdıqdan sonra Yukiko Kikuçi ilə evlənmişdir.

İkinci həyat yoldaşı Yukiko Suqihara (1914–2008) şair və "6000 həyat üçün vizalar" kitabın müəllifidir. Kaqava prefekturasında lisey müdirinin ən böyük qızı, İvate prefekturasının Buddist rahibin nəvəsidir. Alman dilini öyrənmişdir. Kanaqava Prefektura Poeziya Komitəsinin və Asahi Shimbunun Kadan poeziya bölməsinin Seçki Komitəsinin üzvü olmuşdur. "Ağ gecələr" kimi şeir antologiyalarının müəllifidir.

Ən böyük oğlu Hiroki Suqihara (1936–2001) Kanaqava prefekturasının Şonan liseyindən məzun olandan sonra Kaliforniyada oxumuşdur. Anasının "6000 həyat üçün vizalar" kitabını ingilis dilinə tərcümə etmişdir. Çiaki Suqihara (1938–2010) ikinci oğludur. Helsinkidə anadan olmuş, Kaliforniyada təhsil almışdır. Haruki Suqihara (1940–1947) üçüncü oğludur. Kaunasda anadan olmuşdur. 7 yaşında leykoz üzündən ölmüşdür. Nobuki Suqihara (1949) dördüncü oğludur. İsrail Xarici İşlər Nazirliyinin və Yəhudi Fondunun dəvəti ilə 1968-ci ildə Yerusəlim Yəhudi Universitetində təhsil almışdır. Çiunenin sağ qalan yeganə oğludur. Suqihara ilə bağlı tədbirlərdə aktiv iştirak edir. Nobuki Orta Şərqdə sülhü qorumaq üçün Belçikada qurulmuş NPO Suqihara təşkilatına başçılıq edir.

Çiune Suqiharanın 9 nəvəsi (8-i sağdır) və 7 kötükcəsi var.

İsrailin Netanya şəhərində onun şərəfinə adlandırılmış küçə.

Litvanın Vilnüs şəhərində Suqihara küçəsi, İsrailin Yaffa şəhərində Çiune (Sempo) Suqihara küçəsi, 25893 Suqihara asteroidi onun şərəfinə adlandırılmışdır.

1992-ci ildə Yaotsu şəhəri İnsanlıq parkı açmışdır. 2000-ci ildə Çiune Suqihara Memorial Zalı ictimaiyyətə açılmışdır. 600 mindən çox ziyarətçi həmin zalı ziyarət etmişdir.

Yaponiyanın Fukui prefekturasının Tsuruqa şəhərində yəhudi qaçqınların Yaponiyaya gəldiyi yer olan Tsuruqa limanında yerləşən İnsanlıq Limanı Tsuruqa Muzeyində Çiune Suqihara üçün guşə yaradılmışdır.[21]

Litvanın Kaunas şəhərində Suqiharanın ev muzeyi açılmışdır.[22] ABŞ-nin Massaçusetts ştatının Çestnut Hill qəsəbəsindəki bi sinaqoq Suqihara memorial bağını salmışdır və hər il onun şərəfinə xatirə konserti təşkil edir.[23]

Suqiharanın həyat yoldaşı Yukiko 1998-ci ildə Yerusəlimə səyahət edəndə Suqihara tərəfindən xilas edilən şəxslər ona əri tərəfindən imzalanmış vizaları göstərərək qarşılamışdırlar. Yerusəlimdə bir park onun şərəfinə adlandırılmışdır. Yaponiya hökuməti anadan olmasının yüzilliyi olan 2000-ci ildə onu şərəfləndirmişdir.[6]

2002-ci ildə ABŞ-də Los-Ancelesdəki Kiçik Tokioda Suqiharaya həsr olunmuş memorial tikilmişdir. Açılışda Yaponiya, İsrail və Litvadan konsullar, Los-Anceles şəhər rəsmiləri və Suqiharanın oğlu Çiaki iştirak etmişdirlər. "Çiune Suqihara Memorialı, Holokost qəhrəmanı" adlı memorialda Suqihara əlində viza tutmuş və skamyada oturmuş vəziyyətdə təsvir olunub, üstündə isə Talmuddan bu sitat yazılıb: "Birinin həyatı xilas edən bütün dünyanı xilas edər".[24]

Suqihara ölümündən sonra 2007-ci ildə Polşa Yenidən Doğuş Ordeni ilə Komandir xaçına[25] və 1996-cı ildə Polşa prezidenti tərəfindən Polşa Respublikasının Komandir xaçı ordeninə layiq görülmüşdür.[26] 1993-cü ildə Litvanın Həyat Xilas Etmə xaçı ilə təltif olunmuşdur. 2014-cü ildə Torontoda Yaponiya Kanada Mədəniyyət Mərkəzi (YKMM) tərəfindən Sakura mükafatına layiq görülmüşdür.

2016-cı ilin iyununda Suqiharanın oğlu Nobukinin iştirakı ilə Litva yəhudilərinin sıx yaşadığı İsrailin Netanya şəhərində onun şərəfinə küçə adlandırılmışdır.[27] Braziliyanın Londrina şəhərində Rua Konsul Çiune Suqihara adlı küçə var.

  1. 1 2 杉原千畝 // https://mairi.me/-/1054634.
  2. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 Chiune Sugihara // TracesOfWar.
  4. "Japan's Abe seeks Baltic support against North Korea" (English). AFP. 14 January 2018. 29 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 January 2018.
  5. 1 2 3 4 Yukiko Sugihara. Visas for life. Edu-Comm Plus. 1995. ISBN 978-0-9649674-0-3.
  6. 1 2 3 4 5 Tenembaum B. "Sempo "Chiune" Sugihara, Japanese Savior". The International Raoul Wallenberg Foundation. 2013-09-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-04-03.
  7. Pulvers, Roger. "Chiune Sugihara: man of conscience". The Japan Times Online (ingilis). 11 July 2015. ISSN 0447-5763. 2022-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-04.
  8. Levine, Hillel. In Search of Sugihara: The Elusive Japanese Diplomat Who Risked his Life to Rescue 10,000 Jews From the Holocaust. Free Press. 4 November 1996. səh. 69. ISBN 9780684832517.
  9. Masha Leon: "Remembering Yukiko Sugihara" Arxivləşdirilib 2021-10-09 at the Wayback Machine, forward.com
  10.  (fr.) Anne Frank au Pays du Manga – Diaporama : Le Fils du Juste Arxivləşdirilib 2019-06-29 at the Wayback Machine, Arte, 2012
  11. 1 2 Sugihara, Seishiro. Chiune Sugihara and Japan's Foreign Ministry, between Incompetence and Culpability. Lanham, Md.: University Press of America, 2001.
  12. "Polish-Japanese Secret Cooperation During World War II: Sugihara Chiune and Polish Intelligence". Asiatic Society of Japan. March 1995. 16 July 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-04-03.
  13. Cassedy, Ellen. "We Are Here: Facing History In Lithuania." Bridges: A Jewish Feminist Journal 12, no. 2 (2007): 77–85.
  14. Wolpe, David. "The Japanese Man Who Saved 6,000 Jews With His Handwriting." Arxivləşdirilib 2022-08-23 at the Wayback Machine New York Times. 15 October 2018. 15 October 2018.
  15. Interview with Ann Curry on may 22, 2019 at the Museum of Jewish Heritage in NYC
  16. Sakamoto, Pamela Rotner. Japanese diplomats and Jewish refugees: a World War II dilemma. New York: Praeger. 1998. ISBN 978-0-275-96199-2.
  17. Guryn, Andrzej. "Tadeusz Romer. Help for polish Jews in Far East Arxivləşdirilib 2011-07-27 at the Wayback Machine , translated in English by Google translator
  18. 1 2 3 Levine, Hillel. In search of Sugihara: the elusive Japanese diplomat who risked his life to rescue 10,000 Jews from the Holocaust. New York: Free Press. 1996. ISBN 978-0-684-83251-7.
  19. 1 2 Lee, Dom; Mochizuki, Ken. Passage to Freedom: The Sugihara Story. New York: Lee & Low Books. 2003. ISBN 978-1-58430-157-8.
  20. Fogel, Joshua A. "The Recent Boom in Shanghai Studies." Journal of the History of Ideas 71, no. 2 (2010): 313–33.
  21. "Port of Humanity Tsuruga Museum". Tmo-tsuruga.com. 2016-10-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-10-29.
  22. "Sugihara House Museum". 5 February 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-04-03.
  23. "Inside Our Walls". 2011-06-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-04-03.
  24. Velazco, Ramon G. "Chiune Sugihara Memorial, Hero of the Holocaust, Little Tokyo, Los Angeles". 2022-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-03.
  25. "2007 Order of Polonia Restituta" (PDF). 2012-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-03.
  26. "1996 Order of Merit of the Republic of Poland" (PDF). 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-03.
  27. "Israel names street after diplomat Sugihara, who issued 'visas for life' to Jews during WWII". japantimes.co.jp. The Japan Times. 8 June 2016. 8 June 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 June 2016. A ceremony on a planned street named after the late Japanese diplomat Chiune Sugihara was held in Netanya, Israel, on Tuesday. Sugihara issued transit visas to thousands of Jews people during World War II, which later came to be known as "visas for life," as they saved many from Nazi persecution. Netanya is known as a place where many Jews arrived after fleeing from the oppression thanks to visas issued by Sugihara. The plan to build the street marks 30 years since Sugihara's death. "It's such an honor. I wish my father was here," said Sugihara's fourth son, Nobuki, 67.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]