Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vulkanik ada
Vulkanik ada — vulkanın fəaliyyəti nəticəsində suyun dibindən yüksələrək səthdə əmələ gəlmiş ada. Praktika göstərir ki, vulkanın fəaliyyəti nəticəsində əmələ gələn adaların ətrafında çoxlu sayda digər adalar olur. Bunlara misal kimi Havay adaları, Kuril adaları, Kanar adaları Vozneseniya və s. Vulkanik adalar – dənizin dibində vulkan fəaliyyəti nəticəsində əmələ gəlmiş adalar. (rus. вулканические острова, ing. volcanic islands) Ada sualtı vulkanı xatırladır. Adaların əmələ gəlməsi bir necə dəfə baş verir. Çarlz Darvin ilk dəfə belə fikirə gəlmişdir ki, mərcan adaları öz növbəsində vulkanik məşəllidir. Belə ki, sualtı vulkanların üzərini mərcanlarla örtülür sonradan isə o dənizin çəkilməsi ilə səthə çıxır.
Vulkanik günbəzlər
Vulkanik və ya ekstruziv-eksploziv gümbəzlər müxtəlif ölçülü, hərdən yüzlərlə metr hündürlüyə çatan dəyirmi qübbəvari və sərt yamaclı relyef formaları olaraq, qatı lava kütləsinin vulkan kanalından sıxılıb çıxarılması nəticəsində yaranmışlar. Onlar özlüyündə həm geoloji (tektonik-maqmatik), həm də geomorfoloji obyektlər olub planetin qədim və müasir vulkanik-plutonik qurşaqları üçün səciyyəvidir və adətən heyrətamiz dərəcədə gözəl və cəlbedici görünüşə malikdirlər. Azərbaycan Respublikası hüdudlarında ətraf landşaftda üstünlük təşkil edən bu relyef formaları Kiçik Qafqazın şimal, şimal-şərq yamacları və cənub-şərq batımında, həmçinin Naxçıvan MR ərazisində kifayət qədər geniş inkişaf etmişlər. Bənzərsiz skulpturaya malik olan vulkanik gümbəzlərin bir qismi ölkənin geoloji irsinin siyahısında layiqincə təmsil edilmişdir.
Vulkanik şüşə
Vulkanik şüşə və ya vulkan şüşəsi (İng. Volcanic glass) – tez soyuma nəticəsində kristallama bilməyən soyumuş maqmatik ərintidir. O adətən effuziv süхurların tərkibinə daхil olur, bəzən isə bütövlüklə onu təşkil edir. O amorfdur, izotropdur. Rəngi qara, boz, qonurdur. Şlifdə rəngsiz, yaşılımtıl, qonurdur. Rəngi dəmirin oksidləşmə dərəcəsindən asılıdır. Vulkanik şüşənin tərkibi haqqında silisiumun miqdarı azaldıqca artan sıхlığı və sınma əmsalı ilə mülahizə yürütmək olar. Orta və əsəsi tərkibli vulkanik şüşələrin dəyişməsi nəticəsində onlar əksər hallarda хloritlə əvəz olunur, turş şüşələr isə kvarsın submikroskopik dənələrinə və çöl şpatlarına çevrilir. Onlar isə öz növbəsində pelit hissəciklərinə və serisitə çevrilir.
Ajdaak vulkanı
Ajdaak (Qızıl Dağ) (erm. Աժդահակ) — Ermənistan ərazisində sönmüş vulkan. Geqam silsiləsinin ən yüksək nöqtəsi. Dəniz səviyyəsindən 3597,3 metr yüksəklikdədir. Ermənistanın ərazisində və sərhədlərində yerləşən Alagöz, Qapıcıq və Ağdaban dağlarından sonra dördüncü ən yüksək dağ. Dağın başında, kraterdə adsız göl yerləşir. Vulkanın yuxarı hissəsindən Ararat, Hatis, Ara dağlarına, Sevan gölünə, həmçinin Qeqam silsiləsini və Kotyak Geqama silsiləsi yamaclarını və Kotayk bölgəsini görmək olar. vadisini görmək olar. Qeqam silsiləsində, vulkanın yaxınlığında Akna gölü (erm. Ակնալիճ) var.
Alaid vulkanı
Akaid vulkanı — Böyük Kuril cərgəsinə daxil olan Atlasov adasında yerləşən vulkan. Vulkan günümüzdə belə fəaliyyətini göstərir. O Kuril adalarında mövcud olan ən hündür və ən şimalda yerləşən vulkandır. Stratovulkan kraterə malik bir zirvədir. Vulkanın hündürlüyü 2339 metr təşkil edir. Oxot dənizi dibindən 2850–3000 metr hündürlükdə qərarlaşır. Vulkanın dəniz səviyyəsində uzununluğu 12–17 km təşkil edir. Kraterin diametri 900–1300 metrdir. Konusun dərinliyi 200 metr təşkil edir. Kraterin daxilində cavan konus vardır ki, onunda hündürlüyü 250 metrdir.
Amsterdam vulkanı
Amsterdam vulkanı — Amsterdam adasının cənub-qərbində yerləşən yatmış vulkan. Vulkanın püskürməsi qeydə alınmamışdır. Ətrafı sıx bitkilərlə örtülüdür. Hündürlüyü 881 metrdir. Vulkanının sualtı hissəsi 365 metr hündürlüyə malikdir. Antarktika plitəsinin şimalında yerləşir. Vulkanın formalaşması iki etapda baş tutmuşdur. Ən çox püskürmə və yala axını adanın şimal-şərqində yerləşən Dyoma kraterində baş vermişdir.
Erebus vulkanı
Erebus — Antarktida və Cənub yarımkürrəsində Cənub qütbünə ən yaxın fəaliyyət göstərən vulkan. Vulkan Ross adasında yerləşir. Erebusdan başqa adada üç sonmüş vulkan vardır. Vulkanın hündürlüyü 3794 metr təşkil edir. Vulkanın aktivliyi 1972-ci ildən müşahidə edilir. Nyu-Meksiko ştatının dağlarda ehtiyat çıxarma və texnologiya mühəndisliyi tərəfindən vulkanda müşahidə stansiyası qurulur. Vulkan kraterində lava gölü vardır. Erebus vulkanı 28 yanvar 1841-ci ildə İngilis ekspedisiyası rəhbəri Ceyms Ross rərəfindən kəşf edilir. Ekspedisiya Erebus(1826) və Terror(1813) gəmiləri ilə həyata keçirilir. Vulkanın kraterinə ilk dəfə 10 mart 1908-ci ildə Ernest Şelktonun birinci ekspedisiyası zamanı çıxılır.
Eyyafyatlayokudl vulkanı
Eyyafyatlayokudl vulkanı — İslandiyada vulkan. Vulkan İslandiyanın cənubunda, paytaxt Reykyavikdən 125 km şərqdə yerləşən Eyyafyatlayokudl (isl. Eyjafjallajökull) buzlağının altında yerləşir. Buzlaqın adı "ada dağların buzlaqı" kimi tərcümə olunur. Eyja [ɛɪja] — ada, Fjall [fjatll] — dağ, Jökull [jœːkʏtl] — buzlaq. Vulkanın son püskürməsi 20 mart 2010-cu il tarixində müşahidə olunmuşdur. 14 aprel 2010-cu ildə vulkandan böyük həcmdə külün püskürməsi nəticəsində Avropanın bir çox ölkələri hava nəqliyyatını dayandırmışdı.
Fueqo vulkanı
Fueqo vulkanı (isp. Volcán de Fuego) — Qvatemalada Çimaltenanqo, Eskuintla and Sacatepquez deparatmentlərinin sərhəddində yerləşən aktiv stratovulkan. Volkan Qvatemalanın ən məşhur və turistik şəhəri olan Antiquanın 16 km qərbində yerləşir. O, İspaniyanın işğalından bəri tez-tez püskürür, ən son 2018-ci ilin iyun və noyabr aylarında püskürmüşdür. Fueqo aşağı səviyyədə davamlı olaraq aktiv olması ilə məşhurdur. Kiçik qaz və kül püskürmələri hər 15–20 dəqiqədə bir təkrarlanır, ancaq böyük partlayışlar çox nadir görünür. Andezit və bazalt lava tipləri üstünlük təşkil edir və son partlayışlar köhnə partlayışlarla müqayisədə daha ağır materialları püskürtmüşdür. Fueqo Akatenanqo vulkanı ilə birlikdə La Horkita kimi bilinən vulkan kompleksini yaradır.
Hekla vulkanı
Hekla - İslandiyanın cənubunda vulkan. Hündürlüyü 1481 metrdir. 874- cü ildən bəri 20 dəfə püskürüb və İslandiya adasının aktiv vulkanı hesab edilir. Orta əsrlərdə islandlar bu vulkanı "cəhənnəmdəki su " adlandırırdılar. Vulkan külünün öyrənilməsi nəticəsində məlum olmuşdur ki, vulkan 6600 il ərzində aktiv olmuşdur. Sonuncu püskürməsi 2000-ci ildə baş vermişdir. Hekla-uzunluğu 40 km olan vulkan dağının bir hissəsidir. Belə ki, bu dağın ən aktiv tərəfi 5,5 km-lik hissəsi olub Heklugja adlanır və hansı ki, Hekla vulkanına aiddir. == Püskürmənin tarixi == Vulkanın ən erkən püskürməsi 1104-cü ildə qeydə alınmışdır ki, bundan bəri 20-30 püskürmə müşahidə edilmişdir. Heklanın püskürmələri bir-birinə oxşamır.
Kelud vulkanı
Alimlər Kelud vulkanının püskürmə təhlükəsinin real olduğunu bildirirlər. İndoneziya dakı ən təhlükəli vulkanlardan biri olan Kelud vulkanı fəallaşıb. Bununla əlaqədar ətraf ərazilərin sakinləri müvəqqəti sığınacaqlara evakuasiya ediliblər. Alimlər vulkanın fəalığının son mərhələyə çatdığını xəbərdarlıq edərək püskürmə təhlükəsinin real olduğunu bildirirlər. == 1919 == Ən dağıdıcı püskürmə isə 1919-cü ildə qeydə alınıb. O zaman baş verən güclü partlayış yüzlərlə yaşayış məntəqəsini dağıtmış və 5160 insanın həyatına son qoymuşdu. == 1990 == Xatırladaq ki, dünyanın ən fəal vulkanlarından olan Kelud vulkanı 1990-cı ildə püskürmüşdü və həmin vaxt onlarla insan tələf olmuşdu. == 2007 == === 17.10.2007 === İndoneziyadakı ən təhlükəli vulkanlardan biri olan Kelud vulkanı fəallaşıb. Bununla əlaqədar ətraf ərazilərin sakinləri müvəqqəti sığınacaqlara evakuasiya ediliblər. Alimlər vulkanın fəalığının son mərhələyə çatdığını xəbərdarlıq edərək püskürmə təhlükəsinin real olduğunu bildirirlər.
Klivlend vulkanı
Klivlend vulkanı (ing. Cleveland Volcano) — Şimali Amerikada, Alyaska ştatı, Çuqinadak adasında yerləşən aktiv vulkan. Vulkan 1730 m yüksəklikdə yerləşir. Aleut adalarının ən aktiv vulkanıdır. == Fəaliyyət == Bu vulkanın 19-cu və 20-ci əsrlərdə bir çox qeydə alınmış püskürmələri, həmçinin 18-ci əsrdə ərazidə vulkanik fəaliyyətin bir neçə hesabatı vardır. Son püskürmə 2011-ci ildə baş vermişdir. Vulkan 2011-ci il dekabrın 30-da 4,5 kilometr məsafəyə kül püskürmüşdür.
Krakatau vulkanı
Krakatau (ind. Krakatau) — İndoneziya ərazisində fəaliyyətdə olan vulkan, Malay arxipelaqına daxil olan Yava və Sumatra adaları arasında Zond boğazında yerləşir. Adanın sahəsi 10,5 km² təşkil edir. Hazır ki vulkanın hündürlüyü 813 metrdir. 1883-cü il püskürməsinə qədər vulkanın hündürlüyü daha böyük idi. Böyük ada yerləşən vulkan patlayışdan sonra tamamən dağılır və suya gömülmüşdür. == Tarixi == Krakatau stratovulkan olduğundan hər zaman püskürkələr və küll dumanları müşahidə edilir. Vulkonoloqların fikircə 535-ci ildə baş vermiş ən güçlü püskürmədir. Alimlər belə düşünür ki, bu püskürmə nəticəsində Zond boğazı yaranıb. Belə ki, Sumatra və Yava adaları bir birindən ayrılaraq iki müstəqil adalara çevrilmişlər.
Lava vulkanı
Lava vulkanı (rus. вулкан лавовый, ing. lava volcano) — əsasən lavadan, qismən də şlak və başqa qırıntılı məhsullardan təşkil olunmuş əksər halda qalxanvarı formalı vulkan. lava püskürməsi sakit və partlayışsız (eksplozivlik əmsalı 10%-dən az) keçir. Sin. effuziv vulkan.
Marumukutru vulkanı
Marumukutru vulkanı (malaq. Maromokotro) — Adanın ən hündür nöqtəsi sönmüş vulkanıdır. Hündürlüyü 2876 metrdir. Zirvə Saratanana dağ massivində yerləşir. Tərcümədə "meyvə ağacları barı" anlamını verir.
Palçıq vulkanı
Palçıq vulkanları – vulkan palçığı materiallarından təşkil olunmuş, zirvəsində krateri olan yastı konus formalı təpə (hündürlüyü 400m-dək). Fasiləsiz və ya vaxtaşırı vulkan palçığı, qaz, suxur qırıntıları, su (bəzən neftli) püskürür. Azərbaycanın neft-qaz rayonlarında 300-dən çox palçıq vulkanı və palçıq vulkanı təzahürü yerləşmişdir. Onların əksəriyyəti intensiv qrifon-salza fəaliyyəti ilə səciyyələnir və yer səthinə KH qazları, minerallaşmış sular, neft emulsiyalı lilli palçıq çıxarır. Adətən palçıq vulkanının püskürməsi güclü yeraltı uğultu və partlayışla başlanr. Yerin dərin qatlarından yer səthinə çıxan qazlar alışır. Bəzən vulkan üzərində alovun hündürlüyü 1000 metrə (Qarasu a.vulkanı) çatır. Palçıq vulkanının qazları əsasən, metandan, qismən ağır karbohidrogenlər və təsirsiz qazlardan ibarət olur. Palçıq vulkanının suyu yod, brom, bor və s-li hidrokarbonatlı-natriumlu olur, palçığının tərkibində çoxlu mikroelement (bor, civə, manqan, mis, barium, stroisium, litium və s.) olur. Hər il Azərbaycanda 2-dən 5-dək, bəzən daha çox püskürmə paroksizmi baş verir.
Qarqar vulkanı
Qarqar vulkanı — Azərbaycan və Ermənistan sərhəddində yerləşən yatmış vulkan. Vulkanın hündürlüyü 3584 metr təşkil edir. Son püskürmənin b. e. ə 3000 illərdə baş verməsi ehtimal edilir.
Santorini vulkanı
Santorini (yun. Σαντορίνη) — Egey dənizində yerləşən Tira adasında olan vulkan şəbəkəsinə aid kaldera. Bu kalderanın əmələ gəlməsi zamanı güçlü vulkan püskürməsi baş vermiş və nəticədə Egey sivilizasiyası, Krit, Tira adaları və Egey dənizi sahillərində olan yaşayış məntəqələrti məhv olmuşdur. Pürkürmənin b.e.ə 1645—1600 illərdə olması qeyd olunur. Partlayışın güçü 7 ball olaraq qiymətləndirilir. Bu isə Tambora və Krakatau vulkanlarının püskürməsindən 3 dəfə güçlü olması anlamına gəlir. Sunaminin hündürlüyü 100 metrə çatmnası ehtimal edilir. Nəticədə isə Krit adasında mövcud olan Minoy sivilizasiyası məhv olmuşdur. Vulkandan 200–1000 km aralıda yerləşən ərazilər küllə örtülmüşdür Minoy sivilizasiyasında yaşayan insanlar yaxşı dənizçilər və tacirlər idilər. Onların donanması bir zamanlar Egey dənizində hakimlik edirdi.
Solfatara vulkanı
Solfatara (it. Solfatara di Pozzuoli) — İtaliyanın Possuoli şəhəri yaxınlığında yerləşən vulkan. Bu vulkan roma mifalogiyasına görə Vulkan adlı dəmirçılık tanrısının evi olmuşdur. Bir deyimə görə vulkanın adı italyanca «solfo» yəni «azot» sözündən əmələ gəlmişdir. Digər versiyada isə latınca «Sulpha terra» sözündən əmələ gəlmiş mənası «Kükürdlü torpaq» mənasını verir.
Tanaqa vulkanı
Tanaqa vulkanı (ing. Tanaga Volcano) — Aleut adaları sistemindəki Tanaqa adasının şimal ucunda yerləşən stratovolkan. Əsas zirvənin şərqində başqa bir konusda vardır. Onun bir neçə püskürməsi 1763-cü ildən bəri məlumdur: 1763-1770, 1791, 1829, 1914-cü illərdə.
Vezuvi vulkanı
Vezuvi vulkanı (it. Monte Vesuvio, lat. Mons Vesuvius) — İtaliyanın Neapol şəhəri yaxınlığında yerləşən və yüksəkliyi 1280 metr olan vulkanik dağ. Eramızın 79-cu ilində Ve­zu­vi vul­ka­nı­nın partlayışı Neapol­un cə­nu­bun­da­kı Pompey, Herkulanum və Stabiya şə­hə­rləri­nin yox ol­ma­sı­na səbəb olmuşdur. Vezuvi vulkanı eyni zamanda Spartakın başlatdığı üsyana ev sahibliyi edən ilk yerdir. Spartak, eramızdan əvvəl 73-cü ildə Capua şəhərindəki qladiator məktəbindən qaçan 77 dostu ilə birlikdə Vezuvi dağına sığındı. Maqma dəliklərindən çıxan maddələri tədqiq edən Fransa və İtaliya alimləri 1944-cü ildən bəri "susan" Vezuvinin partlayacağı halda 700 min nəfərin həyatının təhlükə altında qala biləcəyini bildirirlər. Yerin 8–9 km dərinliyində maqma növünün araşdırılmasının çox əhəmiyyətli olduğunu bildirən tədqiqatçılar indiki maqmanın tərkibinin min illər bundan əvvəlkinə oxşar olmasını və son dərəcə güclü partlayış meydana gətirəcəyini vurğulamışlar. Bu maqmanın sonuncu, 1944-cü ildəki partlayışda olduğu kimi bazaltik xüsusiyyətə sahib olması halda, partlayışın çox şiddətli olmaması ehtimalı ifadə edilmişdir.Vezuvi vulkanı püskürdükdə İtaliyanın bir şəhəri lavanın altında qalmışdır. Mütəxəssislər lazımi tədbirlər görülməsə Vezuvi vulkanının növbəti püskürməsi zamanı 300 min insanın öləcəyini bildirirlər.
Çimbaroso vulkanı
Çimbaroso (isp. Chimborazo) ― Ekvadorun ən hündür nöqtəsi olub, sönmüş vulkandır. Hündürlüyü 6267 m-dir. Son püskürməsi eramızın ilk yüzüllüyündə baş vermişdir. XVI və XIX əsrlərdə o dünyanın ən hündür nöqtəsi hesab edilirdi. Vulkanın ətəyində Quayas çayı başlanğıcını götürür. Vulkanın adı Çimbaroso əyalətinin adından götürmüşdür. Çimbarosonun adının tarixi haqqında müxtəlif fərziyyələr var. Keçua "çimba" tərcümədə "digər tərəfdən" və ya "çayın digər sahilində" mənasını verir. Həmçinin "razu" sözü "qar" və ya "buz" mənasını verir.
Fərat vulkanı
Fərat vulkanı (ərəb. بُرْكَان الْفُرَات‎, Burkan əl-Furat) — Suriyada vətəndaş müharibəsi zamanı qurulan birgə əməliyyat otağı və koalisiya. Əsasən Suriya kürdlərinin Xalq Müdafiə Birlikləri (XMB) və Azad Suriya Ordusunun (ASO) müəyyən fraksiyalarından ibarət olmuşdur. Qrup İraq və Şam İslam Dövlətini Hələb və Rəqqə mühafəzələrindən çıxarmaq üçün mübarizə aparmışdır. 2015-ci ilin oktyabrında Vaşinqtonda yerləşən "Institute for the Study of War" qurumu "Fərat vulkanı"nı Hələb mühafəzəsindəki "güc vasitəçilərindən" biri hesab etmiş, ilk növbədə "İŞİD-ə qarşı" olduğunu, lakin mütləq "rejim əleyhdarı" olmadığını əlavə etmişdir.
Uzon vulkanı
Uzon — Rusiyanın Kamçatka yarımadasında parçalanmış və sönmüş vulkan. Uzon vulkanı Kronos yarımadasında, Kronos qoruğunun ərazisindəki Kronos gölünün cənubunda yerləşir. Bu ərazi müasir vulkanizm, termal bulaqların, qeyzerlərin, mineral, filiz və cavan neft yataqlarının olması ilə fərqlənir. Uzon vulkanının ilkin forması konus formalı, hündürlüyü isə 3000 metr olmuşdur. Güclü püskürmədən sonra müasir parçalanmış kalder formalaşmışdır. Uzon vulkanının kalderi Kamçatkanın böyük kalderlərindən biri hesab olunur. Kalderin təxmini ölçüləri 12x9 km-dir. Ümumi sahəsi 100 km²-dir. Kalderin dibi nisbətən düzdür və dəniz səviyyəsindən 700 metr yüksəklikdədir. Cənub, qərb və şimal yamacları dik olub hündürlük 200-800 metr arasında dəyişir.
Terror vulkanı
Terror — Antarktida ərazisində yerləşən vulkan. Vulkanın püskürməsi indiyənə kimi müşahidə edilməmişdir. Terror Erebus vulkanınından 30 km aralıda yerləşir. 820 000 il öncə hündürlüyü 3230 m olan vulkan formalaşmışdır. Ross adasının şərq hissəsinin ərazisini əmələ gətirir. 2000-ci ildə vulkan ətrafında güçlü zəlzələ baş vermişdir. Vulkanın adı Ceyms Rossun təşkil etdiyi ekspedisiyasında iştirak etmiş Terror gəmisinin şərəfinə 1841 ildə adlandırılmışdır.