Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cirrhopetalum rivesii
Bulbophyllum andersonii (lat. Bulbophyllum andersonii) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Bulbophyllum andersonii növü Sikkimdən Çinə qədər, həmçinin Hind-Çində yayılmışdır. == Sinonim == Bulbophyllum henryi (Rolfe) J.J.Sm. Cirrhopetalum andersonii Hook.f. Cirrhopetalum henryi Rolfe Cirrhopetalum rivesii Gagnep.
Modus vivendi
Modus vivendi (lat. həyat tərzi, yaşayış üsulu) — daimi, uzunmüddətli, yaxud müfəssəl xarakterli sazişlərlə əvəz olunması nəzərdə tutulan müvəqqəti və ya ilkin, sazişləri adlandırmaq üçün işlədilən diplomatik termin. Modus vivendi əksər halda nota mübadiləsi formasında müəyyən olunur.
Navesti çayı
Navesti — Estoniyanın cənub-qərbində 100 km (62 mil) uzunluğunda çay. Bu Pyarnuya axan ən böyük çaydır. Navestinin mənbəyi Yarvamaa rayonundakı İmavere kəninə yaxındır. Çay qərbdən axır və üç rayondan: Yarvamaa, Vilyandimaa və Pyanumaadan keçir. Navestinin hövzəsinin sahəsi 3,000 km2 (1,200 mil2), orta axın sürəti isə saniyədə 27.9 kub metrdir.Vırtsyavr gölünün Emajogi vasitəsi ilə Peypus gölünə axmasından əvvəl Navesti çayının mənsəbi Vırtsyavr gölü idi. == Balıqlar == Navestidə 18 növə qədər balıq mövcuddur, bunlara çapaq, lota, Qafqaz enlibaşı, ide, xanı, adi durnabalığı, kumja, külmə və ruff daxildir.
Afrika siveti
Afrika siveti (lat. Civettictis civetta) — Məməlilərin Viveralar fəsiləsinə daxil olan yırtıcı heyvan növü. Viveralar fəsiləsi, Afrika sivetləri cinsinə (Civettictis) daxil olan yeganə növ. == Təsviri == Xarici görünüş baxımından Afrika sivetləri pişiyə bənzəyir. Enli kəllə quruluşuna sahibdir. Qulaqları qısa və itidir. Bədənləri uzun və kök formada olur. Orta uzunluğa malik olan quyruqları, bədəninin yarısına bərabərdir. Onların kürkü çox kobud və çox nadirdir. Yal bədənin ortasında uzanır və quyruqda bitir.
Kumandin şivəsi
Kumandın şivəsi — kumandıların dili, şimali altay dilinin üç şivəsindən biri. Öz adlanması: kumandı / kubandı / kuyandı / kuvandıq. == Ədəbiyyat == Баскаков Н. А. Алтайский язык (введение в изучение алтайского языка и его диалектов). М., 1958. Баскаков Н. А. Диалект кумандинцев (куманды-кижи): грамматический очерк, тексты, переводы и словарь. М., 1972. Сатлаев Ф. А. Кумандинцев язык // Красная книга языков народов России: Энциклопедический словарь-справочник. М., 1994. С. 34-35. Сатлаев Ф. А. Кумандинцы: Историко-этнографический очерк XIX — первой четверти XX века.
İlisu şivəsi
İlisu şivəsi — Qax rayonunun İlisu, Sarıbaş, Ağçay kəndlərində istifadə olunur. Şimal qrupu dialekt və şivələrinə aiddir. (Şəki dialekti, Zaqatala-Qax şivəsi). İlisunun ən böyük tarixi məziyyəti qədim türk-oğuz,Dədə Qorqud dilini qoruyub saxlamasıdır. İlisu şivəsi haqqında təsəvvür yaratmaq üçün onu başqa dialekt və şivələrimizdən ayıran başlıca xüsusiyyətləri nəzər-diqqətə çəkmək vacibdir. İlisuda yaşayan əhəlinin nitqində aşağıdakı maraqlı, səciyyəvi fonetik, morfoloji və leksik xüsusiyyətlər mövcuddur. == Fonetik xüsusiyyətlər == İlisu şivəsi ilə ilk tanışlıq onun zəngin fonetik xüsusiyyətlərindən başlayır. İlisu şivəsində fonemlər rəngarəngdir. Bu fonemlərin incə xüsusiyyətləri var. Bu xüsusiyyətlər İlisu şivəsini öyrənən və fonemləri tələffüz etməyə çalışan şəxslər üşün çox çətinlik törədir.
Arceş Piteşti FK
Arceş Piteşti FK — Rumıniyanın futbol klubu. == Tarixi == == Avropa kuboklarında iştirak == 9 dəfə Avropa kuboklarında iştirak edib.
Üz-üzə (povesti)
"Üz–üzə" — Çingiz Aytmatovun ilk povesti. == Mövzusu == "Üz-üzə" əsərində yazıçı İkinci Dünya müharibəsi əsnasında cəbhədən qaçan bir əsgərin savaşın əleyhinə çıxması və insanın öz həyatını qurtarmaq üçün çəkdiyi iztirabları təsvir edir. Əsərdə kiçik bir kənddə müharibədən əvvəl xoşbəxt yaşayan bir ailədən bəhs edilir. Yeni evli bu cütlüyün həyatı müharibənin başlamasıyla tamamilə alt-üst olur. Əsərdə müharibənin insan və cəmiyyət ruhunda meydana gətirdiyi aşınmalar, xalqın ölüm-dirim mübarizəsi təsirli bir şəkildə təsvir edilmişdir. Əsərin əsas leytmotivini fərari ərini qorumaq üçün Səidənin yaşadığı qorxunc çətinliklər, hisslər təşkil edir. Kənddəki digər qadınlara cəbhədəki ərləriylə əlaqədar acı xəbər gəldikcə Səidənin yaşadığı ziddiyyətli duyğuları yazıçı onu mühakimə və tənqid etmədən adi bir insan olaraq görməyimizə nail olmuşdur. == İdeyası == Əsərin əsas ideyası ictimai rifahın fərdi mənfəətdən daha əhəmiyyətli olmağını göstərməkdır. Çingiz Aytmatov kiçik mühitdən çıxaraq bütün dünyaya səslənir, yalnız milli deyil, bütün bəşəriyyətin faciəsinə çevrilmiş problemlərə işıq salır. Yazıçı "Üz-üzə" əsərində xalqının ağrılarını, qəhrəmanlıqlarını, təcrübələrini yazıya töküb ölümsüzləşdirmiş, müharibənin sərt qanunlarını ən inandırıcı şəkildə izah etmiş, öz ifadəsi ilə desək "tipik insan"ı ortaya qoymağa çalışmışdır.
İveti Sanqalu
İveti Sanqalu (port. Ivete María Dias de Sangalo Cady; d. 27 may 1972) — Braziliya axe, samba-reggae, pop müğənnisi, mahnı şairi, aktrisa, server və model.
Şəhzadə və Dilənçi (povesti)
== Haqqında == “Dünya uşaq ədəbiyyatından seçmələr” silsiləsindən olan bu kitaba milli Amerika ədəbiyyatının yaranması, inkişafı və təşəkkülündə əvəzsiz rol oynamış Mark Tvenin “Şahzadə və dilənçi” əsəri və görkəmli ingilis yazıçısı Oskar Uayldın nağılları daxil edilmişdir. “Şahzadə və dilənçi” povestində balaca, özündən bədgüman və əsl həyatın nədən ibarət olduğundan xəbəri olmayan bir şahzadənin başına gələn macəralardan bəhs edilir.Uayld nağılları isə özünəməxsus üslubu ilə oxucusunu vəcdə gətirir, oxuduqlarının gerçək olmadığını bilə-bilə onu gözəl sözün sehriylə bu uydurma tarixçələrə inandırır. == Qısa məzmun == Mark Tvenin “Şahzadə və dilənçi” povesti 200 ilə yaxındır ki, həm böyüklərin, həm də kiçiklərin sevimli əsəridir. Yazıçı əsərin qəhrəmanını kral sarayından İngiltərənin ən ucqar, ən gizli və təhlükəli yerlərinədək aparıb çıxarır, ağlasığmaz hadisələrlə qarşılaşdırır. Şahzadə Eduardın və dilənçi Tomun başına gələn məcəraların köməyi ilə orta əsrlər ingilis cəmiyyətin müxtəlif təbəqələrinin həyat tərzini, dünyagörüşünü, arzularını açıb göstərir. Şahzadə Eduardın üzləşdiyi vəziyyətlər o qədər gərgindir ki, oxucu onun döyülməsini, istehzaya məruz qalmasını, ölüm, asılmaq təhlükəsini sakitliklə qarşılaya bilmir, bəzən özünü qəhrəmanın yerində hiss edir, çətin vəziyyətdən necə çıxacağını fikirləşir. Sərsərilərin, kəndlilərin əhatəsinə, hətta həbsə düşən şahzadə tacqoyma mərasiminə gəlib çıxır. Bəs şahzadə, əsl kral öz haqqını ala biləcəkmi? Ədalət məhkəməsi qurulacaqmı? == Yazıçı haqqında == Mark Tven 30 noyabr 1835-ci ildə ABŞ-nin Missuri əyalətinin Florida bölgəsində dünyaya gəldi.Oxuculara daha çox "Şahzadə və dilənçi" və "Tom Soyerin macəraları" adlı romanları ilə tanışdır.
Joan Enrik Vives Siciliya
Joan Enrik Vives-i-Siciliya (kat. Joan-Enric Vives i Sicília; 24 iyul 1949, Barselona, İspaniya) — Urgel Katolik Yeparxiyasının hazırkı Yepiskopu və Andorra şahzadəsi. == Həyatı == Vives-i-Siciliya 1949-cu ildə Barselonada anadan olub və xırda sahibkar Françeska Vives Pons və Korneliya Siciliya İbanezin üçüncü oğludur. 1965-ci ildə seminariyaya daxil olmuş və Humanitar, Fəlsəfə və İlahiyyatı fakültəsini bitirmişdir. 1974-cü ildə Vives evindəki Santa Mariya del Taulat de Barselona kilsəsində keşiş təyin edildi. Ata Vives-i-Siciliya daha sonra 1993-cü ildə Barselona Yepiskopunun köməkçisi təyin edildi və avtomatik olaraq İspaniya Yepiskopal Konfransının üzvü oldu. Papa İohann Pavel onu 2001-ci ildə Urgeldə yepiskop köməkçisi təyin etdi. 2003-cü ildə sələfi Juan Marti Alanisin təqaüdə çıxmasının taman olmasından iki il sonra onu 12 may 2003-cü ildə Urgel Yepiskopu olaraq təyin etdi və bu səbəbdən Pireney yüksəkliklərində yerləşən Andorra Knyazlığında Andorranın şahzadəsi oldu. 10 iyul 2003-cü ildə Andorranın Kaza de la Val səmtində, Andorra la Vellada yeni şahzadə olaraq konstitusiya andı içdi. Vives-i-Siciliya daha sonra 2010-cu ilin mart ayında Papa XVI Benedikt tərəfindən Baş yepiskop rütbəsinə qaldırıldı.
Joan Enrik Vives-i-Siciliya
Joan Enrik Vives-i-Siciliya (kat. Joan-Enric Vives i Sicília; 24 iyul 1949, Barselona, İspaniya) — Urgel Katolik Yeparxiyasının hazırkı Yepiskopu və Andorra şahzadəsi. == Həyatı == Vives-i-Siciliya 1949-cu ildə Barselonada anadan olub və xırda sahibkar Françeska Vives Pons və Korneliya Siciliya İbanezin üçüncü oğludur. 1965-ci ildə seminariyaya daxil olmuş və Humanitar, Fəlsəfə və İlahiyyatı fakültəsini bitirmişdir. 1974-cü ildə Vives evindəki Santa Mariya del Taulat de Barselona kilsəsində keşiş təyin edildi. Ata Vives-i-Siciliya daha sonra 1993-cü ildə Barselona Yepiskopunun köməkçisi təyin edildi və avtomatik olaraq İspaniya Yepiskopal Konfransının üzvü oldu. Papa İohann Pavel onu 2001-ci ildə Urgeldə yepiskop köməkçisi təyin etdi. 2003-cü ildə sələfi Juan Marti Alanisin təqaüdə çıxmasının taman olmasından iki il sonra onu 12 may 2003-cü ildə Urgel Yepiskopu olaraq təyin etdi və bu səbəbdən Pireney yüksəkliklərində yerləşən Andorra Knyazlığında Andorranın şahzadəsi oldu. 10 iyul 2003-cü ildə Andorranın Kaza de la Val səmtində, Andorra la Vellada yeni şahzadə olaraq konstitusiya andı içdi. Vives-i-Siciliya daha sonra 2010-cu ilin mart ayında Papa XVI Benedikt tərəfindən Baş yepiskop rütbəsinə qaldırıldı.