Azərbaycan dilinin formaları |
---|
|
Qərb dialektləri (Gəncəbasar) |
Şərq dialektləri |
Cənub dialektləri |
Şimal dialektləri |
Yaxın və keçid dialektlər |
İlisu şivəsi — Qax rayonunun İlisu, Sarıbaş, Ağçay kəndlərində istifadə olunur. Şimal qrupu dialekt və şivələrinə aiddir. (Şəki dialekti, Zaqatala-Qax şivəsi).[1] İlisunun ən böyük tarixi məziyyəti qədim türk-oğuz,Dədə Qorqud dilini qoruyub saxlamasıdır. İlisu şivəsi haqqında təsəvvür yaratmaq üçün onu başqa dialekt və şivələrimizdən ayıran başlıca xüsusiyyətləri nəzər-diqqətə çəkmək vacibdir. İlisuda yaşayan əhəlinin nitqində aşağıdakı maraqlı, səciyyəvi fonetik, morfoloji və leksik xüsusiyyətlər mövcuddur.
İlisu şivəsi ilə ilk tanışlıq onun zəngin fonetik xüsusiyyətlərindən başlayır. İlisu şivəsində fonemlər rəngarəngdir. Bu fonemlərin incə xüsusiyyətləri var. Bu xüsusiyyətlər İlisu şivəsini öyrənən və fonemləri tələffüz etməyə çalışan şəxslər üşün çox çətinlik törədir. İlisu şivəsinə məxsus fonemlər daha çox b, d, c, q, g samitləri ilə əlaqəlidir. Bu hərflər hər biri İ.ş-də özünəməxsus tələffüz məxrəci qazanır. Bu səslər üçün xarakterik cəhət, onların, əsasən, dilarxası və boğaz samitləri kimi səslənməsidir. Aşağıda bu samitlərin sözlərdə özlərini necə göstərməsinə nümunələr göstərilir.
(dovşan).
Nq-bildiyimiz kimi "n" samitinin qədim şəkli qovuşuq nq, ng, nğ olmuşdur [ŋ]. İlisu şivəsi bəzi sözlərin ilkin fonetik tərkibini bu günə qədər mühafizə etmək cəhətdən də çox maraqlıdır. məsələn: zirəng
(zirək), əng (ən), gəng (gen), yengi (təzə).
İlisu şivəsində maraqlı fonetik hadisələrdən biri də saitlərin əvəzlənməsidir. Bu əvəzlənmələri qədim və müasir türk dilləri ilə müqayisə etməklə aydın olur ki, başqa türk dillərində olduğu kimi İlisu şivəsi də qədim tarixi kökləri ilə bağlıdır, çünki bu əvəzlənmələrin izləri qədim yazılı abidələrdə də öz əksini tapmışdır.[2]
Saitlərin əvəzlənməsi.
(ovçu), tavux (toyuq);
Samitlərin əvəzlənməsi.
İlisu şivəsində diqqəti cəlb edən xüsusiyyətlər içərisində morfoloji hadisələr də maraqlıdır. İlisu şivəsində ismi xəbərlər şəxs sonluqları ilə deyil, şəxs əvəzliklərinin ismin əvvəlinə yanaşması ilə analitik yolla ifadə olunur. Xəbərliyin belə ifadəsi İlisu şivəsinin dilinin çox qədim dövürlərlə bağlı olduğunu göstərir. Bu xüsusiyyət tatar dilində geniş yayılmışdır.
Ədəbi dilimizdən fərqli olaraq II şəxsin təkini təkini bildirən- san,-sən şəkilçiləri — sin,-sin,-sun,-sün kimi ifadə olunur, məsələn: honun qızısın (onun qızısan), atasısın (atasısan) və s. İlisu şivəsində mənsubiyyətin analitik-sintaktik yolla ifadəsinə təsadüf edilir. Sahib şəxslə mənsub əşya arasındakı münasibəti bildirmək üçün şəxs əvəzlikləri isimdən əvvəl gəlir və mənsubiyyəti ifadə edir, məsələn:(senin; honun; bizin; hoların) uşax (at, qız).
Qohumluq əlaqələri bildirən isimlərin əksəriyyəti "-sı,-si" nisbət şəkilçisini qəbul edir, məsələn: atası, əməsi (bibisi), daysı, baysı (bacım, bacın, bacısı), balası, yengəsi (qardaş aravadı), inisi(qayın).[3][4][5]
Sifət ən çox leksik cəhətdən fərqlənən bir nitq hissəsidir, məsələn: tap (əzilmiş), uyux (müqəvva), abal (key), ufdan (yaraşıqlı), lənbə (kök), kərəhət (kifir), çəpəl (murdar, kifir), ağlax(gen). "Say" sözü əvəzinə "san" işlənir. Qədim və bəzi müasir türk dillərində də say "san" kimi ifadə olunur. Bəzi saylar fonetik cəhətdən ədəbi dilimizdəkindən fərqlənir, məsələn: bi (bir), öç (üç), elli, igirmi. Ədəbi dilimiz üçün yad kimi görünən öç (üç) tələffüzü müasir tatar dili üçün tamamilə təbiidir. Ədəbi dilimizdən fərqli olan əvəzliklər aşağıdakılardır: men, sen, ho, mağa (mənə), sağa (sənə) və s.
İlisu şivəsində ne?, nara? (hara), navax? əvəzlikləri xüsusi maraq doğurur. Azərbaycan ərazisində yalnız İlisuda "nara" əvəzliyi hallanaraq naranın, naraya, naranı, narda, nardan şəklində işlənir. Bu, türk dillindəki nereye, nerede və s. tələffüzlərinə uyğun gəlir. Bundan başqa -iban,-ibən,-uban,-übən feli bağlamaları geniş yayılmışdır, məsələn: Duruban qonaxlara çey tokdu (tökdü). Buqun surhü bişiribən yığnax eliy. Feli bağlamanın bu növü Kitabi-Dədə Qorqudda və klassiklərimizin dilində mövcuddur.
İlisu şivəsinin leksikası məna xüsusiyyətlərinə görə, lüğət tərkibi, sözlərin quruluşu, həmçinin sabit söz birləşmələri cəhətdən olduqca maraqlıdır. Lüğət tərkibi zəngindir.
Adıgörükülü. Ayrılıqda görkülü sözü gözəl mənasını bildirir. İlk İlisu sultanının və onun nəvəsinin adı Adıgörkülü olmuşdur.[6]
Yengəsi. Qardaş arvadı mənasında işlənir. İnisi. Qayın mənasını daşıyır. Bu arxaik söz türk dillərinin əksəriyyətində bu günə qədər yaşayır. Xatınşı. Dilimizin qədim dövürləri ilə əlaqəli olaraq bu şivədə qadın "xatln kişi" adlanmışdır. Piçə(xanım). İlisuda hörmətli qadın və qıza "piçə" deyirlər. Bu söz başqırd və tatar dilində də həminmənada işlənir. İlisu şivəsində yüzlərcə söz mövcuddur ki, bunlara ədəbi dildə, onun dialekt və şivillərdən təsadüf edilmir. Ufanmaq. Bu arxaik söz Kitabi-Dədə Qorqud da həmin mənada işlənmişdir.[7] Ümumən İlisu leksikonunda olan sözlər mənşəyinə görə üç qrupa bölünür:türk, çox az hissəsi ərəb-fars, iber-qafqaz dilləri.