Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kvadrat
Kvadrat (ing. quad — dörd) — düzgün dördbucaqlı Diaqonalları bir-birinə bərabərdir, hər birinin uzunluğu kvadratın tərəfinin √2 mislinə bərabərdir; Diaqonalları düz bucaq altında kəsişir və kəsişmə nöqtəsində yarıya bölünür; Diaqonallar həm də tənböləndir; Diaqonalların hər biri ayrılıqda kvadratı sahələri bərabər olan 2 düzbucaqlı üçbucağa ayırır; Kvadratın hər bir diaqonalı xaricə çəkilmiş çevrənin diametridir (həmin çevrənin radiusundan 2 dəfə uzundur); Kvadrat — bütün tərəfləri və bütün bucaqları bərabər olan paraleloqramdır. Daxili bucaqlarının cəmi 360°-dir (4•90°=360°). Tutaq ki, kvadratın tərəfi t {\displaystyle t} , xaricinə çəkilmiş çevrənin radiusu R {\displaystyle R} , daxilinə çəkilmiş çevrənin radiusu isə r {\displaystyle r} -dir. Kvadratın xaricində bucaqlarının cəmi 360 dərəcədir. Daxilə çəkilmiş çevrənin radiusu: r = t 2 {\displaystyle r={\frac {t}{2}}} , Xaricə çəkilmiş çevrənin radiusu: R = 2 2 t {\displaystyle R={\frac {\sqrt {2}}{2}}t} , Kvardratın perimetri:P=4a P = 4 t = 4 2 R = 8 r {\displaystyle P=4t=4{\sqrt {2}}R=8r} , Sahəsi: S=a×a=a2 S = t 2 = 2 R 2 = 4 r 2 {\displaystyle S=t^{2}=2R^{2}=4r^{2}} .
Midraş
Midraş (İvrit dili: מדרש; əsasən midraşim), İudaizmdə olan müqəddəs mətnlərin həftəlik keçirilən sinaqoq yığıncaqlarında oxunması və dinləyicilərə dərs olaraq keçirilən və onları müşahidə edən izahlardan ibarət olan külliyyatdır. Midraş İslam mədəniyyətində olan təfsir ilə bərabərdir. Eyni zamanda bu məqsədlə yazılmış olan kitablara da midraş deyilir. Talmud və Midraş yəhudi mədəni qaydaları, yazılı qanunlar və əfsanələrdən formalaşmışdır. Danışılan hekayələrdə reallıq deyil, alınması vacib olan dərs önəmlidir; “Midraş Rabbah”a görə, İbrahim məbəddəki ən böyük bütdən başqa hamısını sındırır. Bundan sonra atası Taruh və digər rəhbər adamlar tərəfindən sorğu-sual edilən İbrahim, suallara kinayəli bir üslubda cavab vermişdir. İbrahim bütlərin yeməsi üçün ən böyük bütə bir öküz verdiyini, ancaq kiçik bütlərin cəld tərpənib öküzü yediklərini, böyük bütün də özünə qarşı edilmiş olan hörmətsizliyə görə əsəbləşərək digərlərini parçaladığını bildirmişdir. Başqa bir hekayədə İbrahimin böyük bütə verdiyini bildirdiyi şeyin bir qab buğda unu olduğu bildirilir. Ayrıca sinaqoqlarda dini təhsil verən məktəblərə də midraş adı verilir. Türkiyədəki sinaqoqların midraş bölümləri, 1948-ci ildə İsrail dövlətinin yaranması ilə Türkiyədə yaşayan yəhudilərin adı çəkilən dövlətə köçməsi ilə yəhudi toplumun sayca azalmasına görə bağlanması zəruri olmuşdur.
Vitraj
Vitraj — (fr. vitrage, lat. vitrum- şüşə sözündən)- şüşədən və s. şəffaf materiallardan düzəldilən ornametli və ya süjetli dekorativ kompozisiya. Şəffaf materialdan hazırlanmış ornamentli və ya süjetli kompozisiya pəncərə və qapı şəbəkələrinin bəzədilməsində, habelə interyerlərin tərtibatında vitrajdan istifadə olunur. Rəngli vitrajlar zəngin işıq boyaları əmələ gətirir və interyerin emosional ifadəliliyini artırır. Bəni Həsəndə (MƏR) və Romada tapılmış rəngli, hamar, şüşə parçalarından məlum olur ki, e.ə. II minillikdən Qədim Misirdə, eramızın I əsrindən isə Qədim Romada sadə vitrajlar hazırlanmışdır. Roma və Ravennadakı erkən xristian bazilikalarının pəncərə çərçivələrində şüşə alebastr və selenitdən hazırlanmış xüsusi kütlə ilə əvəz edilirdi; alebastr və selenit parlaq işığı keçirmədiyindən binanın interyerində əmələ gələn yarımqaranlıqda işıq zolaqlarından orijinal dekorativ effekt yaranırdı. X-XII əsrlərdə Fransada roman məbədlərində və Almaniyada dini mövzuda, sujetli vitrajlar düzəldilirdi.
Pirat
Dəniz quldurluğu və ya piratlıq — orta əsrlərdə dəniz quldurları tərəfindən okean və dənizlərdə, əsasən, ticarət gəmilərinə qarşı həyata keçirilən quldurluqdur. Dəniz quldurlarını, adətən, "flibustyer", "bukanyer", "kaper", "pirat" adlandırırdılar. Latınca "pirat" sözü "taleyini sınayan" deməkdir.
Sirat
Əs-Sirat (ərəb. الصراط‎‎‎) ― İslam və zərdüştilik dinlərinə görə cəhənnəm üzərində qurulmuş dar körpüdür. Zərdüşt dinində bu körpünün adı "Çinvat körpüsü" olaraq səslənir. Sırat ərəb dilindən tərcümədə "doğru yol" (ərəb. الصراط المستقيم‎‎) deməkdir. Lüğət alimlərinin bir qismi (o cümlədən, Süyuti) bu kəlmənin ərəb dilinə latın dilindən keçdiyini və "strata" sözündən qaynaqlandığını bildirirlər. Qurani-kərimdə bu söz tez-tez "sıratül-müstəqim" (istiqamətlənmiş, doğru yol) ifadəsi şəklində işlədilir ki, müxtəlif təfsirlərdə bunu İslam dininə inanmaq, halal-haramlara riayət etmək və hətta İmam Əli ibn Əbu Talibin (ə) imamətini qəbul etmək kimi yozurlar. Sırat körpüsü tükdən nazik, qılınc tiyəsindən itidir. Alimlərin bəziləri bu cəhəti hərfi mənada deyil, məcazi mənada qəbul etməyi tövsiyə edirlər. Yəni İslam müqəddəsləri sıratın bu qədər nazik olduğunu bildirməklə, əslində onun üzərindən keçməyin nə qədər çətin və təhlükəli olduğunu göstərmək istəyiblər.
İdrak
İdrak — sözü "düşüncə, təcrübə və hisslər vasitəsilə zehni hərəkət və yaxud bilik və anlayış əldə etmək prosesi" mənasına gəlir. İdrak qavrayış, diqqət, düşüncə, kamal, biliklərin formalaşması, yaddaş və iş yaddaşı, mühakimə və qiymətləndirmə, əsaslandırıcı və hesablama, problemlərin həlli və qərarların qəbul edilməsi, dil anlayışı və inkişafı kimi ağıllı funksiyaları və proseslərin bütün aspektləri əhatə edir. Bilişsel idraki proseslər mövcud biliklərdən istifadə edir və yeni biliklər ortaya çıxarır. İdraki proseslər müxtəlif kontekstlərdə, xüsusilə olaraq dilçilik, musiqişünaslıq, anesteziya, neyronauki(neyroniki), psixiatriya, psixologiya, təhsil, fəlsəfə, antropologiya, biologiya, sistemik elmləri, məntiq və informatika sahələrində müxtəlif aspektlərdən təhlil edilir. İdrak təhlili bu və digər yanaşmalar (təcəssüm etdirilmiş idrak kimi) getdikcə muxtar bir akademik intizam olan idrak elmin inkişaf sahəsində sintez olunur. İdrak sözü XV əsrə aiddir və mənası " düşüncə və məlumatlandırma " deməkdir. Bu termin Latın isimi olan cognitio (“imtahan”, “təlim” və yaxud “bilik”) sözündən gəlib. Cognosco mürəkkəb feilindən yaranan con (ilə) və gnosco (bilin) deməkdir. Sözün ikinci yarısı olan gnōscō yunan feili olan gi(g)nόsko (γι(γ)νώσκω (bilmək) mənasına gəlir. "İdrak" sözünün özü XV əsrə təsadüf etməsinə baxmayaraq, idraki proseslərə diqqət Aristotelin dövründən (e.ə 384-322) və onun ağılın daxili işinə marağından və insan təcrübəsinə necə təsir etdiyindən XVIII əsrdən əvvəl yaranmışdı.
Qırat
Azərbaycanda məşhur olan Koroğlu dastanında Rövşənin (Koroğlunun) atası Alı kişidən qalan iki atından biri. Dastana görə günlərin bir günü Həsən xan atlara baxan Alı kişiyə tapşırır ki mənə ən yaxşı iki dayçanı gətirərsən. Alı kişi Qır at ilə Dür atı seçir və xana gətirir. Atlar hələ kiçik olduqlarından arıq və cılız görünürlər və bunu görən xan Alı kişinin gözlərini çıxartdırır ki, əgər at seçə bilmirsə bu da cəzası olsun. Gənc Rövşən atasının sözü ilə hər iki atı 40 gün qaranlıq bir yerdə saxlayır. Atların üstünə gün işığı düşməməli idi. Rövşən 39-cu gün səbri tükəndiyindən qapını aralayır və beləcə Dür atın üstünə işıq düşür və o qanadlarını itirir. Qır at isə ildırım kimi sürətli qara və güclü olur.
Bakiç Vidyay
Bakiç Vidyay (erz. Бакич Видяй), əsl adı Viktor Mixayloviç Çiçaykin (rus. Виктор Михайлович Чичайкин; 4 iyun 1977, Povodimovo, Mordoviya MSSR[d]) — Rusiya və erzyan estrada müğənnisi, mahnılarının demək olar ki hamısını erzyan dilində ifa edir. Mordoviyanın əməkdar mədəniyyət işçisidir (2016). Viktor Çiçaykin 1999-cu ildə Oqaryov adına Mordoviya Dövlət Universitetinin milli mədəniyyət fakültəsinin aktyorluq bölməsini bitirmişdir. Müəllimlər onu parlaq emosionallıq, musiqi qabiliyyəti, plastikliyə malik istedadlı bir şagird kimi qeyd edirlər. Piano, düymə qarmonu, gitara və zərb alətlərində çala bilir, mahnılarının həm müəllifi, həm də ifaçısıdır. Musiqi karyerasına 14 yaşında "Altair" qrupunda başladı. Bakiç Vidyay A. P. Çexovun "Vanya əmi" (Serebryakov), A. S, Puşkinin "Daş qonaq" (Don Juan) və "Su pərisi" (Knyaz), V. Kavtayevin "Sevgi dövrü" (İqor) kimi tələbə tamaşalarında və "Mastorava" (Şeytan) və "Ermez" kimi xalq tamaşalarında rol almışdır. O, Mordoviya Milli Teatrının aktyoru olmuşdur, "Mordoviya" Dövlət Televiziya və Radio Yayım Şirkətinin əməkdaşı kimi çalışmışdır.
Berilium nitrat
Berilium nitrat - Be(NO3)2 formuluna malik kimyəvi birləşmədir. Berilium və nitrat turşusunun orta duzudur. Berilium nitrat – bərk kristal maddədir. Suda yaxşı həll olunur (107 q/100 ml 20 0C –də). Birləşmə müxtəlif tərkibli kristalhidratlar şəklində mövcuddur. Qatı HNO3 əlavə edildikdə Be(NO3)2•4H2O və ya [Be(H2O)4](NO3)2) tetrahidrat sulu məhlullardan ayrılır. Be(NO3)2•3H2O trihidrat (xüsusilə 54% HNO3 olan məhlullardan kristallaşır) və Be(NO3)2•2Н2O dihidrat da məlumdur. Berilium nitratı berilium oksid və ya berilium hidroksidin nitrat turşusu ilə və ya mübadilə reaksiyası zamanı almaq olar: B e O + 2 H N O 3 ⟶ B e ( N O 3 ) 2 + H 2 O {\displaystyle {\mathsf {BeO+2\ HNO_{3}\longrightarrow \ Be(NO_{3})_{2}+H_{2}O}}} B e ( O H ) 2 + 2 H N O 3 ⟶ B e ( N O 3 ) 2 + 2 H 2 O {\displaystyle {\mathsf {Be(OH)_{2}+2\ HNO_{3}\longrightarrow \ Be(NO_{3})_{2}+2H_{2}O}}} B e S O 4 + B a ( N O 3 ) 2 ⟶ B e ( N O 3 ) 2 + B a S O 4 {\displaystyle {\mathsf {BeSO_{4}+Ba(NO_{3})_{2}\longrightarrow \ Be(NO_{3})_{2}+BaSO_{4}}}} Berilium nitrat digər nitratlar kimi mübadilə reaksiyalarının əksəriyyətinə daxil olur. Qələvi metalların karbonatları, sulfidləri və ammonium ilə reaksiyaya daxil olaraq berilium hidroksid alınır: B e ( N O 3 ) 2 + N a 2 S + 2 H 2 O ⟶ B e ( O H ) 2 + H 2 S + 2 N a N O 3 {\displaystyle {\mathsf {Be(NO_{3})_{2}+Na_{2}S+2H_{2}O\longrightarrow Be(OH)_{2}+H_{2}S+2NaNO_{3}}}} B e ( N O 3 ) 2 + N a 2 C O 3 + H 2 O ⟶ B e ( O H ) 2 + C O 2 + 2 N a N O 3 {\displaystyle {\mathsf {Be(NO_{3})_{2}+Na_{2}CO_{3}+H_{2}O\longrightarrow \ Be(OH)_{2}+CO_{2}+2NaNO_{3}}}} Berilium nitrat sulu məhlullarda qismən hidrolizə uğrayır və əsası nitrat alınır: B e ( N O 3 ) 2 + H 2 O ⟷ B e ( O H ) N O 3 + H N O 3 {\displaystyle {\mathsf {Be(NO_{3})_{2}+H_{2}O\longleftrightarrow Be(OH)NO_{3}+HNO_{3}}}} 1000 0C –də termiki parçalanma baş verir və berilium oksid,oksigen, azot oksidləri alınır: 2 B e ( N O 3 ) 2 ⟶ 2 B e O + 4 N O 2 + O 2 {\displaystyle {\mathsf {2Be(NO_{3})_{2}\longrightarrow \ 2BeO+4NO_{2}+O_{2}}}} Əvvəllər, elektrik işıqlandırmanın geniş yayılmadığı dövrdə berilum nitratı, qaz ilə işləyən lampaların qapaqlarını hazırlamaq üçün istifadə edirdilər. Неорганическая химия.
Dendrocygna viduata
Solğun fitçalan ördək (lat. Dendrocygna viduata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin ağac ördəyi cinsinə aid heyvan növü.
Kalium nitrat
Kalium nitrat (KNO3) - qeyri -üzvi bir birləşmədir, nitrat turşusunun kalium duzuna deyilir. Təbiətdə nitrokalit mineralı kimi tanınır. Təbii kalium nitrat azot tərkibli maddələrin parçalanması nəticəsində tapılır. Bitkilərdə və heyvanlarda çox az miqdarda olur. Suda yaxşı həll olunur, orta dərəcədə qliserində, maye ammonyakda, hidrazində, təmiz etanolda və efirdə həll olunmur. Gübrənin çürüməsi nəticəsində azot əmələ gəlir və saman qatlarında toplanaraq nitrifikasiyaya məruz qalır və əvvəlcə azotlu, sonra isə nitrat turşusuna çevrilir. Nitrat turşusu əhəngdaşı ilə qarşılıqlı təsir göstərərək, su ilə yuyulmuş Ca(NO3)2 alınırdı. Odun külünün əlavə edilməsi CaCO3 çökdürdü və kalium nitrat məhlulu əmələ gətirdi. Çox zaman əhəng daşı əvəzinə yığına dərhal kül əlavə edilir və kalium nitrat alınır. C a ( N O 3 ) 2 + K 2 C O 3 ⟶ 2 K N O 3 + C a C O 3 ↓ {\displaystyle {\mathsf {Ca(NO_{3})_{2}+K_{2}CO_{3}\longrightarrow 2\ KNO_{3}+CaCO_{3}\downarrow }}} 1854-cü ildə alman kimyaçısı K. Nöllner daha əlverişli və daha ucuz kalium xlorid və natrium nitratın reaksiyasına əsaslananaraq kalium nitrat istehsal etdi: K C l + N a N O 3 ⟶ K N O 3 + N a C l {\displaystyle {\mathsf {KCl+NaNO_{3}\longrightarrow KNO_{3}+NaCl}}} Kalium nitratın alınmasının bir neçə başqa yoluda var.
Kvadrat (cəbr)
Kvadrat ədəd - ədədin özü-özünə vurulmasından alınan hasil. Kvadrat dərəcəsi 2 olan qüvvət şəklində göstərilir. Kvadrat sırası: 0, 1, 4, 9, 16, 25, 36, 49, 64, 81, 100, 121, 144, 169, 196, 225, 256, 289, 324, 361, 400, 441, 484, 529, 576, 625, 676, 729, 784, 841, 900, 961, 1024, 1089, 1156, 1225, 1296, 1369, 1444, 1521, 1600, 1681, 1764, 1849... Tarixən bu ardıcıllıqlar həqiqi ədədlərin "kvadratı" adlandırılır. n {\displaystyle n} həqiqi ədədinin kvadratını n-ə qədər olan ilk tək ədədlərin cəmi şəklində göstərmək olar: 1: 1 = 1 {\displaystyle 1=1} 2: 4 = 1 + 3 {\displaystyle 4=1+3} … 7: 49 = 1 + 3 + 5 + 7 + 9 + 11 + 13 {\displaystyle 49=1+3+5+7+9+11+13} … Həqiqi ədədin kvadratının göstərilməsinin daha bir üsulu: n 2 = 1 + 1 + 2 + 2 + . . . + ( n − 1 ) + ( n − 1 ) + n {\displaystyle n^{2}=1+1+2+2+...+(n-1)+(n-1)+n} Nümunə: 1: 1 = 1 {\displaystyle 1=1} 2: 4 = 1 + 1 + 2 {\displaystyle 4=1+1+2} … 4: 16 = 1 + 1 + 2 + 2 + 3 + 3 + 4 {\displaystyle 16=1+1+2+2+3+3+4} … Cəbri formada olan kompleks ədədin kvadratını aşağıdakı düstur ilə hesablamaq olar: ( a + b i ) 2 = ( a 2 − b 2 ) + 2 a b i . {\displaystyle \left(a+bi\right)^{2}=\left(a^{2}-b^{2}\right)+2abi.} Triqonometrik formada kompleks ədəd üçün analoji düstur: r ( cos ⁡ ϕ + i sin ⁡ ϕ ) 2 = r 2 ( cos ⁡ 2 ϕ + i sin ⁡ 2 ϕ ) .
Kvadrat (dəqiqləşdirmə)
Kvadrat — bütün tərəfləri bərabər olan düzbucaqlı Kvadrat (cəbr) — ədədin özü-özünə vurulmasından alınan hasil. Kvadrat (film, 2017) — rejissor Ruben Estlundun 2017-ci ildə çəkdiyi film. Kvadrat kökləri — a {\displaystyle \!a} (2-ci dərəcəli kök) — x ⋅ x = a {\displaystyle x\cdot x=a} tipli bərabərliyin həlli. Ədədin kvadratı — ədədi özünə vurduqda alınan hasil onun kvadratı adlanır.
Kvadrat kilometr
Kvadrat kilometr (qısaca km²) — sahə ölçü vahidi.
Kvadrat köklər
Kvadrat kökləri a {\displaystyle \!a} (2-ci dərəcəli kök) — x ⋅ x = a {\displaystyle x\cdot x=a} tipli bərabərliyin həlli. Bir çox hallarda x {\displaystyle \!x} və a {\displaystyle \!a} kimi rəqəmlər başa düşülür. Bəzən riyazi obyektlər, məsələn, matrisa və operatorlar kimi də ola bilərlər.
Kvadrat metr
Kvadrat metr (m²) — üzrə sahənin ölçü vahidi. 1 m² bir tərəfi 1 metrə bərabər olan kvadratın sahəsinə bərabərdir.
Kvadrat qarpız
Kvadrat qarpız (ing. Square watermelon) — kub formasında xüsusi şəraitdə yetişidirilmiş qarpız çeşidi. Kvadrat qarpızlar əsasən Yaponiyada yetişdirilməkdədir və bir ədədi 100 ABŞ dolları dəyərində qiymətləndirilir. Kvadrat qarpızların ilk dəfə Yaponiyada istehsal olunmuşdur. Belə qarpızları ilk dəfə 1978-ci ildə Kaqava prefekturasının Zentsuci şəhərinin Fudeoka rayonunun fermerləri onların soyuducuya rahat yerləşməsi üçün istehsal ediblər. Sonradan Yaponiyanın qərbində yerləşən Kanaqava prefekturasını fermerləri dördbucaq qarpızların ölkə bazarlarına göndərilməsinə başlayıblar. XXI əsrdən etibarən məşhurluq qazanan qarpızların Amerika Birləşmiş Ştatlarında da istehsal olunmasına başlanılıb. Qarpızların bu formada yetişdirilməsi üçün xüsusi hazırlanmış istixanalardan istifadə olunur. Kvadrat qutuların içərisində yetişidirlən qarpızlara daimi nəzarət və qulluq tələb olunur. 2001-ci ilin məlumatlarına görə bu tip qarpızlar ədədi 83 ABŞ dollarına bərabər olduğundan əsasən zəngin və dəbdəbəli istehlakçılara xitab etmək üçün hazırlanmışdır.
Kvadrat tənlik
Kvadrat tənlik — a x 2 + b x + c = 0 {\displaystyle ax^{2}+bx+c=0} , ( a ≠ 0 {\displaystyle a\neq 0} ) şəklində olan tənliyə deyilir. Burada a, b, c sabit ədədlər, x isə məchuldur. a - birinci əmsal, b - ikinci əmsal, c - sərbəst hədd adlanır. Birinci həddin əmsalı (yəni a) 1-ə bərabər olan kvadrat tənlik Çevrilmiş kvadrat tənlik adlanır. Məsələn: ax²+bx+c=0 tənliyinin hər iki tərəfini a-ya bölməklə, x²+ b/a x +c/a=0 tənliyini alarıq. Burada b/a=p, c/a=q işarə etməklə, onu x²+px+q=0 şəklində yazmaq olar x²+px+q=0 𝐭ə𝐧𝐥𝐢𝐲𝐢𝐧ə ç𝐞𝐯𝐫𝐢𝐥𝐦𝐢ş 𝐤𝐯𝐚𝐝𝐫𝐚𝐭 𝐭ə𝐧𝐥𝐢𝐤 𝐝𝐞𝐲𝐢𝐥𝐢𝐫. 2x²-6x-8=0 tənliyinin hər iki tərəfini 2-yə bölməklə, onunla eynigüclü olan x²-3x-4=0 çevrilmiş kvadrat tənliyi alarıq Çevrilmiş kvadrat tənlikdə tənliyin kökləri cəmi əks işarə ilə ikinci əmsala, kökləri hasili isə sərbəst həddə bərabərdir. Viyet teoreminin tərsi-Tərs Teorem:m və n ədədlərinin cəmi p-yə hasili isə q-ya bərabər olarsa, bu ədədlər x²+px+q=0 tənliyinin kökləridir. İsbat: Tənlikdə x=m yazsaq, m²-(m+n)×m+mn=m²-m²-mn+mn=0 olduğunu alarıq, yəni m ədədi tənliyi ödəyəndir. x=n ədədinin də tənliyin kökü olduğunu eyni qayda ilə göstərmək olar.
Maryan Vidmar
Maryan Vidmar (d. 1 iyul 1960) — Yuqoslaviyalı biatlonçu. Maryan Vidmar Yuqoslaviyanı 1984-cü ildə Sarayevoda təşkil edilən XIV Qış Olimpiya Oyunlarında təmsil etdi. Maryan Vidmar birinci dəfə Olimpiya Oyunlarına 1984-cü ildə qatıldı. O, Sarayevoda baş tutan XIV Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Vidmar 37:08.1 saniyəlik nəticəsi ilə 64 atlet arasında 54-cü yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Midhat Paşa
Əhməd Şəfiq Mithat Paşa (d. 18 oktyabr 1822 - ö. 8 may 1884) — Sultan Əbdüləziz və II Əbdülhəmidin səltənətində 2 dəfə - ümumilikdə 4 ay 5 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. 18 oktyabr 1822-ci ildə İstanbulda dünyaya gəlmişdir. Əsl adı Əhməd Şəfiqdir. Atası Hafiz Mehmed Əşrəf Əfəndi Əvkaf nazirliyində (dini işlər üzrə qurum) kiçik bir məmur idi. Bu səbəblə kiçik yaşlarında dini təhsil aldı. Hətta deyilənə görə, 10 yaşında Quranı əzbərləmişdi. 11 yaşında atasının naib təyin edildiyi Vidinə getsə də, ertəsi il atasıyla birlikdə İstanbula qayıtdı. 1834-cü ildə rəisülküttab Akif Paşanın vasitəsiylə divan-ı hümayunda xidmətə alındı.
Natrium sitrat
Na3C6H5O7 - limon turşusunun natrium duzudur. Mr(Na3C6H5O7)=258,06 Preparat limon turşusunu natrium-karbonatla neytrallaşdırmaqla alınır. Sənayedə isə limon turşusu müxtəlif mənbələrdən, məsələn pambıq bitkisi yarpaqlarından, limon və cır nar şirələrindən, mikrobioloji sintezlə alına bilər. Preparat rəngsiz və ya ağ kristallik tozdur. Suda asan həll olur, spirtdə pis həll olur. Preparat qanın laxtalanmasının qarşısını alan maddə kimi (konservant), tibbi məqsədlər üçün, qan hazırlığında 4–5%-li məhlullar şəklində işlənir.
Nitrat turşusu
Nitrat turşusu (HNO3) – birəsaslı, qüvvətli turşu. Adi şəraitdə rəngsiz mayedir. Kimya sənayesinin ən mühüm məhsullarından biridir. Susuz Nitrat turşusunun sıxlığı 1,522 q/sm3-dir, —41°C-də donur, 86°C-də qaynayır. Su ilə istənilən nisbətdə qarışır və azeotrop qarıqiıq əmələ gətirir. İki kristalhidratı məlumdur: HNO3·H2O və HNO3·3H2O. Susuz nitrat turşusu davamlı deyildir, adi temperaturda işıqda parçalanaraq oksigen çıxarır (4HNO3=4NO2-2H2O + O2). Nitrat turşusu qüvvətli oksidləşdiricidir, kükürdü sulfat turşusuna çevrilincəyə qədər oksidləşdirir, yalnız qızıla, tantala və platin fəsiləsinin bəzi metallarına təsir etmir. Metallarla reaksiyaya girib azot 2-oksid çıxarır. Durulaşdırılmış nitrat turşusunda asan həll olan bəzi metallar, məsələn, dəmir, xrom, alüminium, metalın səthində qoruyucu oksid təbəqəsi əmələ gətirdiyi üçün qatı nitrat turşusuna qarşı davamlıdır. Bu xüsusiyyət qatı nitrat turşusunu polad qablarda saxlamağa və daşımağa imkan verir.
Sehrli kvadrat
Sehrli kvadrat – dünyada məşhur olan riyazi termin "Sehrli kvadrat"lar qədim dövrlərdən müxtəlif mədəniyyətlərə məlumdur. Həmin xalqlar bu kvadratların möcüzəli qüvvəyə malik olduğunu düşünürdülər. Avropada isə ilk belə kvadrat 1514-cü ildə Albrext Dürer tərəfindən yaradılıb. "Sehrli kvadrat"larda ədədləri diaqonal, şaquli və üfüqi istiqamətdə topladıqda cəm eyni alınır.
Vidyut Camval
Vidyut Camval (12 mart 1980 və ya 10 dekabr 1980, Kanpur, Uttar Pradeş) — hind kino aktyoru və modeli.
Vikram-samvat
Samvat təqvimi (Vikram-samvat) — Hindistanda geniş istifadə edilən təqvimdir. Burada günəş ilinin uzunluğu ay aylarının uzunluğu ilə əlaqələndirilir. Müasir Nepal təqvimi onun əsasında yaradılmışdır. Samvat təqvimindən əsasən Şimali və Mərkəzi Hindistanda istifadə olunurdu. Bu sistem əsasında hesablanma eramızdan əvvəl 57-ci ildən başlayır və hökmdar Vikramın və ya Vikramadityanın adı ilə əlaqələndirilir. Onu milli qəhrəman və ideal bir hökmdar kimi xarakterizə edən çoxsaylı əfsanələr həsr olunmuşdur. O, xarici işğalçıları Hindistandan qovan hökmdar kimi xatırlanır. Əfsanələrin çoxunda Vikramın xalqına xeyir vermək istəməsindən və özünü və şəxsi maraqlarını başqalarının xeyrinə qurban verməyə hazır olduğundan bəhs edilir. Hökmdar Vikram səxavətli olması, başqalarına xidməti, cəsarəti və təkəbbür olmaması ilə məşhurlaşmışdır. Sezar adı kimi Vikramadityanın adını da bir simvol və titul qismində ondan sonrakı bir çox hökmdarlar da öz adlarına əlavə etmişlər.