Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vicdan
Vicdan, insanın öz əxlaqi dəyərlərini əsas alaraq öz niyyətləri və ya hərəkətləri ilə bağlı nə etdiyini və ya edəcəyini müəyyənləşdirdiyi şəxsi xüsusiyyətidir. Vicdan anlayışı əksər dinlərdə, bir çox fəlsəfi cərəyanlarda, mistisizmdə böyük ölçüdə əhəmiyyət verilmiş bir anlayışdır . Bu gün bəziləri “ictimai vicdan” anlayışını ortaya atda da nə dini, nə mistik və s. sahələrdə belə bir anlayış mövcud deyil, vicdan anlayışı bu sahələrdə həmişə fərdi vicdan mənasında işlədilib. Fəlsəfəyə görə insanın daxili rahatlığını və ya daxili narahatçılığını yaradaraq insanın hərəkətlərinə istiqamət verən vicdan bir anlayış deyil, insani keyfiyyətdir. Fəlsəfədə metafizik anlayış bu qabiliyyətin anadangəlmə olduğunu, dünyəvi anlayış isə insana ətrafındakı sosial şəraitinin müəyyən etdiyi ədəb və biliyin təsiri nəticəsi olduğunu iddia edir. Fridrix Nitsşeyə görə vicdan borclanmağı bacarmaq əxlaqından asılı olaraq ortaya çıxıb inkişaf etmiş, “söz verə bilən heyvan yetişdirə bilmək” məqsədi ilə uydurulmuş bir anlayışdır.
Müjdat Gәzәn
Müjdat Gəzən (29 oktyabr 1943, Fateh) — Türkiyə kino və televiziya aktyoru. == Həyatı == Müjdat Gəzən 29 oktyabr 1943-cü ildə İstanbul şəhərində anadan olub.
Vicdan azadlığı
Vicdan azadlığı — vətəndaşların istədikləri dinə sitayiş etmək və ya heç bir dini qəbul etməmək və dinlər haqqında sərbəst şəkildə fikirlərini ifadə etmək hüququdur.
Vicdan əzabı
Vicdan əzabı — keçmişdə etdikləri əməllərə görə peşman olan bir insanın həyasız, incidici və ya səhv hesab etdiyi narahat bir duyğudur. Vicdan əzabı günahkarlıq və özünə yönəlmiş küskünlüklə sıx bağlıdır. Bir şəxs əvvəlki hərəkət və ya hərəkətsizlikdən peşman olduqda, peşmanlıq hissi və ya hərəkətə və ya hərəkətsizliyə görə cəza da daxil olmaqla digər müxtəlif nəticələrə cavab ola bilər. İnsanlar peşman olduqlarını üzr istəmək, düzəltməyə çalışmaq və ya öz cəzalarını tətbiq etməklə bildirə bilər. Qanuni bir kontekstdə, cinayətkarın qəbul etdiyi peşmanlıq məhkəmələr, hökmlər, şərti olaraq dinləmələr və bərpaedici ədalət zamanı Qərb ədliyyə sistemləri tərəfindən qiymətləndirilir. Bununla birlikdə, cinayətkarın peşmançılıq səviyyəsini qiymətləndirməkdə epistemoloji problemlər var. Peşman olmağı bacarmayan bir insana tez-tez Psixi Rahatsızlıqların Diaqnostik və Statistik Təlimatında izah edildiyi kimi antisosial şəxsiyyət pozuqluğu diaqnozu qoyulur. Ümumiyyətlə, psixopatik xüsusiyyətləri inkişaf etdirmək üçün insanın qorxu və peşmançılıq hissi keçirə bilməməsi lazımdır. Sığorta kimi hüquqi və işgüzar peşələr, ilk növbədə potensial məhkəmə və maliyyə nəticələrinə görə üzr istəməklə peşman olduqlarını ifadə etmək üçün araşdırmalar aparmışlar. == Üzr istəmək haqqında tədqiqatlar == Üzr istəməyə dair iki tədqiqat vardır — Qeri Çepmen və Cennifer Tomasın "Üzr istəməyin beş üsulu" ing.
Vildan Atasever
Vildan Atasever (d. 26 iyul 1981, Bursa) — türk kino aktrisası.
Vicdan haqqı
Vicdan haqqı — Rövşən İsaxın quruluşçu rejissorluğu ilə çəkilmiş Azərbaycan teleserialı. == Məzmun == Qohumu İmranın (İlham Hüseynov) ardınca Rusiyaya işləməyə getmiş ədəbiyyat müəllimi Kamil (Elxan Yunis), orada başına gələn hadisələrdən sonra, Larisa (Çimnaz Sultanova) adlı bir rus qadınla evlənir. Kamilin Azərbaycanda da ailəsi var. Həyat yoldaşı Dilarə (Kəmalə Müzəffər), qızı Nərgiz (Ülviyyə Xəlilbəyli) və oğlu Fariz (Murad İsmayıl) onun yolunu gözləyir. Rusiyada yaşadığı 8 il müddət ərzində Larisa ilə nikahdan bir oğlu da olur. Kamil düşdüyü çətin vəziyyətdən yaxa qurtarandan və bütün maddi problemlərini həll etdikdən sonra Azərbaycana qayıdır. Çox keçmir ki, Larisa da öz oğlu ilə onun yanına gəlir. Bu hadisədən isə yalnız İmran, Minayə (Hicran Nəsirova) və Afaqın (Təzəgül Hidayət) xəbəri var. Lakin hadisələr elə cərəyan edir ki, Kamil bu xəbəri digər ailə üzvlərindən də çox gizlədə bilmir. == Serial haqqında == Serialın ilk mövsümü 5 fevral 2016 – 24 iyun 2016-cı il tarixlərini əhatə etmişdir.
Aleiş Vidal
Aleiş Vidal (isp. Aleix Vidal; 21 avqust 1989) — "Espanyol" klubunda oynayan İspaniya peşəkar futbolçusu. Əsasən sağ cinah yarımmüdafiəçisi və həm də sağ cinah müdafiəçisi mövqeyilərində çıxış edir. Karyerasının ilk illərində bir sıra aşağı liqa klublarında və ehtiyat komandalarda keçirərək, o, "Almeriya" klubunun heyətində müntəzəm rol aldı və kluba La Liqaya yüksəlməsinə kömək etdi, həmçinin 2015-ci ildə "Barselona" ilə €17 milyon dəyərində müqavilə bağlamadan əvvəl "Sevilya" ilə Avropa Liqasının qalibi oldu. Üç mövsüm sonra o, "Sevilya"ya qayıtdı. İspaniya milli komandası ilə Vidal 2015-ci ildə 1 oyun keçirtmişdir.
Arturo Vidal
Arturo Erasmo Vidal Pardo (isp. Arturo Erasmo Vidal Pardo; 22 may 1987[…], Santyaqo) — İtaliyanın "İnter Milan" klubunda və Çili milli komandasında yarımmüdafiəçi mövqeyində çıxış edən Çili futbolçusu. == Karyerası == === İlk illəri === 2005-ci ildən başlayaraq "Kolo-Kolo"da peşəkar futbol oynamağa başlamışdır. 56 oyunda 5 qol vura bilmişdir. === Bayer Leverkusen === 1 iyul, 2007-ci ildə Almaniyanın "Bayer Leverkusen" klubu ilə 5.2 milyon € qarşılığında müqavilə imzalamışdır. Vidal, 2007-08 sezonunda 24 oyuna çıxmış və 1 qol vurmuşdur. Həmin qolu isə 23 sentyabr, 2007-ci ildə "Hannover 96" ilə oyunda vurmuşdur. Vidal, 2008-09 sezonunda 29 oyuna çıxmış və 3 qol vurmuşdur. Qolları "Bohum", "Ayntraxt Frankfurt" və "Verder Bremen" qarşısında vurmuşdur. O, 2009-10 sezonunda 31 oyuna çıxmış və sadəcə 1 qol vurmuşdur.
Midat Səlimov
Midat Səlimov (krımtat. Midat Selimov; 13 dekabr 1918, Qaşıq-Jermay[d], Feodosiya qəzası[d] – 2001, Moskva) — Sovet və rus infeksiyanisti. Tibb elmləri doktoru (1963), Professor (1967). Quduzluq əlihinə peyvəndinin yaradıcısı. İkinci Dünya müharibəsinin işyirakçısı, Sovet İttifaqı Kommunist Partiyası üzvü. Rusiya Federasiyasının əməkdar elm xadimi. == Bioqrafiyası == 13 dekabr 1918-ci ildə Qaşıq-Jermay kəndində anadan olub. Feodosiyada məktəbdə oxumuşdur. Krım Tibb İnstitutunu bitirib (1940). Məzun olduqdan sonra Nijneqorsk rayon xəstəxanasına rəhbərlik etmişdir.
Qor Vidal
Yucin Loter Qor Vidal(3 oktyabr 1925 - 31 iyul 2012)- Amerikalı yazıçı, ssenarist, romançı, oçerkist, jurnalist, dramaturq və siyasi aktivist.O, esselər, romanlar, ekran pyesləri və Broadway pyesləri üçün tanınmış idi.Vidal görkəmli bir siyasi soyundan gəlirdi; babası senator Tomas Qor idi,və daha sonra Jaklin Kennedi ilə (evlilik yolu ilə) qohum oldu. == Bioqrafiyası == Vidal,Yucin Luis Vidal adıyla,Yucin Luter Vidal (1895-1969) və Nina Qorun (1903-1978) yalnız uşağı olaraq Vest Poynt, Nyu-Yorkda anadan olmuşdur.
Vedat Albayrak
Vedat Albayrak — Türkiyəni təmsil edən cüdoçu. 2 mart 1993-cü ildə Gürcüstanda anadan olan Vane Revazişvili cüdo ilə məşğul olmağa başladıqdan sonra, Yunanıstana yollanaraq, Roman Moustopoulos ad-soyadı ilə mübarizə aparmağa başlayıb və hətta 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 2017-ci ildən isə o, Türkiyə millisində Vedat Albayrak ad-soyadı ilə çıxış edir. 2018-ci ildə Bakıda keçirilən cüdo üzrə dünya çempionatında Türkiyə millisinə dünya çempionatlarında 17 ildən sonra ilk medalı qazandıraraq, 81 kq çəki dərəcəsində bürünc medala sahib olub.
Vedat Okyar
Vedat Okyar — Türkiyə futbolçusu 1945-ci ildə Bursada anadan olan Vedat Bursaspor, Beşiktaş, "Diyarbakirspor" və "Karagümrük" klublarının şərəfini qoruyub. 1968-1976-cı illərdə Beşiktaşda forma geyinən və kapitan sarğısını daşıyan Okyar 253 oyunda 21 gol vurub. 33 dəfə milli komanda heyətində yer alan mərhum futbolçu karyerasını bitirdikdən sonra idman yazarı kimi çalışırdı. 19 iyul 2009-cu ildə xeyli vaxtdır xəstəxanaların birində müalicə olunan Okyar dünyasını dəyişib.
Əhməd Didat
Əhməd Didat (1 iyul 1918, Surat, Britaniya Hindistanı – 8 avqust 2005) — Missioner. == Həyatı == Əhməd Didat 1918-ci ildə, Hindistanda anadan olmuş, elə eyni ildə onun atası, Cənubi Afrikaya səfərə getmişdir. 1927-ci ildə, onun anası vəfat etdi, Əhməd Didat atasının yanına səfər etdi. Əhməd Didat, ibtidai təhsilini bitirir, orta təhsilinə başlayır, lakin 2-ci ili (8-ci sinifdə) vəziyyətləri ağırlaşdığı üçün iş axtarmaq məcburiyyətində qalır. Vəziyyətləri elə çətinləşirki, Əhməd Didat ailəsinə kömək etməli olur. Elə uşaq ikən məktəbi buraxır və işləməyə başlayır. Amma qiraəti (kitab oxumağı) tərk etmir, xüsusilə də İslam ədəbiyyatına, İslam mədəniyyətinə və İslami elmlərə üstünlük verməyə başlayır. Beləcə o, Hindistanda İslam dinini, xristian missionerləri qarşısında müdafiə etməyi öz üzərinə götürür. Əhməd Didat böyüyüb, yaşa dolduqca, biliyi və elmi artır, təlimi özü özlüyündə davam etdirirdi. O artıq anlamışdı ki, İslamı müdafiə etmənin ən gözəl yolu, elm və biliklə qarşı tərəfə hücum etməkdir, qarşı tərəfin hücumunu gözləmək deyil.
Baba Vida
Baba Vida (bolq. Баба Вида) — Bolqarıstanın şimal-qərbində Vidin şəhərində yerləşən orta əsrlərdə tikilmiş qala. Baba Vida dəniz səviyyəsindən 39 metr yüksəklikdə yerləşir. Qalanın tikintisinə X əsrdə Qədim Roma qəsri Bononiyanın yerləşdiyi ərazidə başlanılıb və İkinci Bolqarıstan İmperatorluğunun (XII əsrin sonu - XIV əsr) dövründə başa çatıb. Əfsanəyə görə Baba Vidanın tikilməsi Vidində hökmdarlıq edən bolqar boyarının üç qızı Vida, Kula və Qamza ilə bağlıdır. Boyar ölməzdən əvvəl öz ərazisini üç qızı arasında bölüşdürür. Böyük qızı Vidaya Vidin və Karpat dağlarından şimaldakı torpaqlar, ortancıl Kulaya Zayeçar və Timok vadisi, kiçik qızı Qamzaya isə Moravanın qərbindəki ərazi çatır. Kula və Qamzanın əyyaş zadəganlarla ailə qurmalarını görən Vida bütün evlilik təkliflərini rədd edir və öz şəhərində qala tikdirərək ömrünün sonuna qədər orada yaşayır. Baba Vida qalası orta əsrlərdə Bolqarıstanın əsas müdafiə vasitələrindən biri olmuşdur. Qala Bizans imperatoru II Bazilin rəhbərlik etdiyi ordunun mühasirəsinə səkkiz ay davam gətirmiş, lakin dağıdılmış və Bolqarıstan hömdarı İvan Sraçimir tərəfindən yenidən inşa edilmişdir.
Vida həcci
Vida həcci – hicrətin onuncu ilinin Zülhiccə ayında Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə hicrət etdikdən sonra Məkkəyə ilk dönüşü, eyni zamanda ilk və sonuncu həccidir. Məhəmməd peyğəmbər cüməyə düşən bu ayın onuncu günündə minlərlə müsəlmanın qarşısında məşhur xütbəsini oxumuşdur. Peyğəmbər həcc mərasiminin son qaydalarını bu həcc zamanı yerinə yetirmişdir. Sonralar müsəlmanlar həcci bu qaydalara uyğun icra etməyə başlamışdırlar. == Xütbənin mətni == Peyğəmbərin Vida həccincə oxuduğu xütbə "Yəqubi tarixi"ndə daha geniş formada verilib. Digər kitablarda bu xütbə nisbətən müxtəsər şəkildə rəvayət edilib. == Mənbələr == A. Əlizadə, E. Səmədov. İslam ensiklopedik lüğəti (tarix, fəlsəfə və hüquq). Bakı: AMEA Fəlsəfə və Hüquq institutu nəşri, 3 saylı Bakı Mətbəəsi ASC, 2016, s. 272.
Vida xütbəsi
Vəfat etməzdən əvvəl Məhəmməd peyğəmbər həcc ziyarətindən qayıdarkən Ərəfat vadisində on minlərlə müsəlmana xitab edərək son tövsiyələrini verdi. Bu tövsiyələr "Vəda xütbəsi" adı ilə İslam tarixinə düşdü. Bu, peyğəmbərin sonuncu həcc və xütbəsi idi. Bundan qısa müddət sonra peyğəmbər vəfat etdi. Xütbəyə təqribi 124.000 müsəlman qulaq asmışdır. Dinləyənlərin sayı baxımından ən güclü hədis hesab olunur. "Vəda xütbəsi"ndə bütün insanların bərabər olduğu və eyni mənşədən, yəni torpaqdan gəldiyi bildirilir, can və mal toxunulmazlığına diqqət çəkilir, qan davası və sələmçilik kimi islamaqədərki əməllərin ortadan qaldırıldığı vurğulanır. Həmçinin "Vəda xütbəsi"ndə qadınlarla şəfqət və mehribanlıqla rəftar etmək, dində ifratçılığa yol verməmək, əmanəti qoruyub saxlamaq tövsiyə olunur. Peyğəmbərin orada işlətdiyi bu cümlə çox məşhurdur: "…Ey möminlər, ərəbin ərəb olmayana, ərəb olmayanın da ərəbə heç bir üstünlüyü yoxdur!
Susmuş vicdan (film, 2010)
== Məzmun == Filmdə iki dostun və bir ailənin başına gələn faciələrdən bəhs olunur. İki dost öz sevgililəri ilə Qubada istirahətə gedirlər. Lakin səbəbsiz yerə bir dostu bıçarlayaraq öldürürlər və bu hadisədə haqsız yerə dostu Aqşin günahlandırılır. Beləliklə iki dostun ailələri arasında münaqişə yaranır. Bu münaqişənin axarıyla hadisələrə yeni obrazlar daxil olur. == Film haqqında == Filmin büdcəsi 2000 AZNdir. Titrlər: Serialda canlandırılmış obrazlar təxəyyülün məhsuludur və reallığı əks etdirmir. Serialın çəkilişində Azərbaycan bayrağı ordenli İbad Hüseynovun şəxsi arxivinin materiallarından istifadə olunmuşdur.
Vicdan haqqı (teleserial, 2016)
Vicdan haqqı — Rövşən İsaxın quruluşçu rejissorluğu ilə çəkilmiş Azərbaycan teleserialı. == Məzmun == Qohumu İmranın (İlham Hüseynov) ardınca Rusiyaya işləməyə getmiş ədəbiyyat müəllimi Kamil (Elxan Yunis), orada başına gələn hadisələrdən sonra, Larisa (Çimnaz Sultanova) adlı bir rus qadınla evlənir. Kamilin Azərbaycanda da ailəsi var. Həyat yoldaşı Dilarə (Kəmalə Müzəffər), qızı Nərgiz (Ülviyyə Xəlilbəyli) və oğlu Fariz (Murad İsmayıl) onun yolunu gözləyir. Rusiyada yaşadığı 8 il müddət ərzində Larisa ilə nikahdan bir oğlu da olur. Kamil düşdüyü çətin vəziyyətdən yaxa qurtarandan və bütün maddi problemlərini həll etdikdən sonra Azərbaycana qayıdır. Çox keçmir ki, Larisa da öz oğlu ilə onun yanına gəlir. Bu hadisədən isə yalnız İmran, Minayə (Hicran Nəsirova) və Afaqın (Təzəgül Hidayət) xəbəri var. Lakin hadisələr elə cərəyan edir ki, Kamil bu xəbəri digər ailə üzvlərindən də çox gizlədə bilmir. == Serial haqqında == Serialın ilk mövsümü 5 fevral 2016 – 24 iyun 2016-cı il tarixlərini əhatə etmişdir.
Pol Vidal de la Blaş
Pol Vidal de la Blaş - fransalı coğrafiyaçı və politoloqdur. Fransız coğrafiya məktəbinin yaradıcısıdır. Alim fiziki coğrafiya və əhali coğrafiyanı "Fransanın coğrafiyası" araşdırır (1903). "Şərqi Fransada" və s. kitabın, atlasların, dünya xəritəsinin və s. müəllifidir. «Annales de géographie» jurnalının banisidir. == Xarici keçid == ↑ Перейти к:1 2 data.bnf.fr: платформа открытых данных — 2011. ↑ Видаль де ла Блаш Поль // Большая советская энциклопедия: [в 30 т.] / под ред. А. М. Прохоров — 3-е изд.
La vida de Lazarillo de Tormes
Lazarillo de Tormesin həyatı və onun bəxti və çətinlikləri (daha yaxşı Lazarillo de Tormes kimi tanınır), ilk şəxsdə və epistolyar üslubda (tək uzun bir məktub şəklində) yazılan, bilinən ən qədim nəşrlərinə qədər gedən, anonim bir İspan romanıdır. 1554 . İçərisində, bir uşaq Lázaro de Tormesin siglo həyatı avtobioqrafikdir XVI, anadan olandan və yazıq uşaqlığından toyuna qədər, artıq yetkinlik yaşındadır. Realizm, birinci şəxs rəvayət, gəzinti quruluşu, müxtəlif ustalara xidmət və əxlaqi və bədbin ideologiya kimi ünsürlərə görə picaresque romanının öncüsü sayılır.