Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Visla
Vistula (pol. Wisła;alm. Weichsel‎) — Polşanın ən uzun və ən böyük çayıdır ki uzunluğu 1.047 km (651 mil)dir. Vistulanın su sahəsi 194,424 km ² dir ki 168,699 km ² Polşada ərazisində yerləşir (ölkəni yarıya bölür). Vistula, Polşanın cənubunda yerləşən Barania Qora dağından qaynaqlanır ki dəniz səthindən 1220 metr ucadır və Silesian Beskidz (Karpat dağlarının qərb hissəsində)dağ silsiləsində yerləşir.Vistula, burada Ağ kiçik Vistula (Biała Wisełka) və Qara kiçik Vistula (Czarna Wisełka) ilə başlanır. O, yol boyu bir neçə iri Polşa şəhərlərindən o cümlədən Krakov, Sandomierz, Varşava, Potsk, Votsoavek, Toruni, Bidqoşç, Şvyeçe, Qruconts, Tçev və Qdanskdan keçərkən geniş Polyak düzənliklər üzərində axınını davam edir.Vistula, bir delta və neçə qolları ilə Vistula laqununa boşalır və ya birbaşa Baltik dənizinin Qdansk körfəzinə daxil olur.
Viszlát nyár
Viszlát nyár (azərb. Sağol, yay‎) — Macarıstanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. AWS "Viszlát nyár" mahnısı ilə Macarıstanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmişdir. Post-hardkor üslubunda olan mahnı AWS qrupunun üzvləri Daniel Kökenyes, Bens Braker, Aron Veress, Soma Şisler və Örs Siklosi tərəfindən bəstələnmişdir.
Visla Krakov FK
Visla — Polşanın futbol klubu Polşa Superkuboku Qalib (1) — 2001.
Qışlaq
Qışlaq (yataq) — sığırxana, yataq və yaşayış məskəni. Yaşayış məntəqələri Azərbaycanda Qışlaq (Cəbrayıl) — Cəbrayıl rayonunda kənd. Qışlaq (Xocalı) — Xocalı rayonunda kənd. Qışlaq (Laçın) — Laçın rayonunda kənd. Qışlaq (Kələxan, Lerik) — Lerik rayonunun Kələxan kənd inzibati ərazi dairəsində kənd. Qışlaq (Piran, Lerik) — Lerik rayonunun Piran kənd inzibati ərazi dairəsində kənd. Qışlaq (Tülüconu, Lerik) — Lerik rayonunun Tülüconu kənd inzibati ərazi dairəsində kənd. Oxşar toponimlər Aşağı Qışlaq — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Aydınqışlaq — Qəbələ rayonunda kənd. Böyük Qışlaq — Tovuz rayonunda kənd.
Vismar
Vismar ( alm. Wismar‎ Wismar [ˈvɪsmaʁ], Wismer ) - Almaniyada ( Meklenburg-Qərbi Pomeraniya əyaləti ) Baltik dənizi sahillərində liman şəhəri. Şimal-Qərb Meklenburq regionunun bir hissəsidir. Hanzanın ilk və ən zəngin şəhərlərdən biri olan Vismar, UNESCO-nun qorumasında olan kərpic Qotik üslubunda malikanələr və məbədləri olan tarixi mərkəzə malikdir. 41.36 km² ərazini əhatə edir. 31 dekabr 2013-cü il tarixinə əhalinin sayı 42 219 nəfərdir . Rəsmi kod 13 0 06 000- dır. Vismar, ehtimal ki, Vishemir adı ilə Polabiya slavyanlarının məskəni olaraq meydana gəlib. XIII əsrin birinci yarısında şəhər adını aldı. 1259-cu ildə dəniz quldurlarından qorunmaq üçün Rostok və Lübek ilə ittifaq bağlamaqla Hanzanın böyüməsinə səbəb oldu.
Vişləq
Vişləq-i Ülya (Xoy)
Islam
İslam (ərəb. الإسلام‎, əl-'islām), hərfi tərcümə: "Tanrının iradəsinə") — Quran və dinin banisi Məhəmmədin təlimlərinə əsaslanan ibrahimi monoteist dinlərdən biri. Dünya üzrə təxminən 2 milyard sayda olan və xristianlardan sonra dünyanın ən böyük ikinci dini əhalisi olan islam tərəfdarlarına müsəlmən deyilir. "İslam" adı, s-l-m (سلم) kökündən törəmişdir. Bu kökün ümumi olaraq qəbul edilən iki anlamı vardır: sülh (salam da bu kökdəndir); boyun əymək, itaət etmək (Allaha təslim olmaq). İslam tək olan Allaha (ərəb. الله‎) itaət etmək deməkdir. İslamın əsas ehkamı tövhid, nübuvvət və məaddır. Tövhid – Allahı ibadətə layiq olan yeganə haqq, məbud bilməkdir. Bu özündə həmçinin Allahın adil (ədalətli) olmasını ehtiva edir, yəni O, hər bir şeyi hikmət üzündən yaradır.
Viola
Bənövşə (lat. Viola) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin bənövşəkimilər fəsiləsinə aid bitki cinsi. Şimal yarımkürəsində dağlarda və mülayim iqlim zonalarında bitən 681 bioloji növü məlumdur. Bu cinsin növünə görə ən çox yayıldığı yer mülayim iqlim zonalarından Şimali Amerika, And dağları və Yaponiyadır. Bir çox növü Cənubi Amerikada olan And dağları üçün xarakterikdir. Bir neçə növü Braziliyanın subtropik zonalarında, Cənubi Afrikada, Avstraliyada, Yeni Zelandiyada, Cənubi Sandviç adalarında yayılıb.
Vışka
"Vışka" (rus. Вышка) — həftəlik ictimai-siyasi qəzet. 1927-ci ilin mayında "Bakinski raboçi" qəzetində verilmiş məqalədə sübut edilirdi ki, yeni çap orqanının yaradılmasına ehtiyac var. 1928-ci ilin 4 yanvarından 8 fevralınadək bir sıra vacib məsələlər barədə müzakirələr, məsləhətləşmələr aparıldı. Gələcək nəşrin istiqaməti, məqsədi, tirajı, formatı, dövrülüyü müəyyən edildi. Bu məsələlər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin 11 və 16 saylı tarixi protokollarında əks olundu. Nəşr olunacaq qəzetə bina ayrıldı. 1928-ci il mart ayının 1-də Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Bakı komitəsi fəhlələri kütləvi "Vışka" qəzetini nəşr etməyə başladı. Qəzetin birinci nömrəsi 15 min, ikinci nömrəsi 20 min, 3-cü nömrəsi isə 25 min tirajla çap olundu. İlk sayında qəzetin redaksiyasının yerləşdiyi ünvan belə qeyd olunurdu: Azərbaycan prospekti 7.
Güney Qışlaq
Güney Qışlaq (əvvəlki adı: Yuxarı Remeşin) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kükü kənd Sovetinin tərkibindəki Yuxarı Remeşin kəndi Remeşin kənd Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Qızıl Qışlaq kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Remeşin kəndi Güney Qışlaq kəndi adlandırılmışdır. == Tarixi == == Əhalisi == İvan İvanoviç Şopenin rəhbərliyi 1829-cu ilin aprel ayında başladılmış və 1832-ci ilin may ayında sona çatdırılmış əhalinin kameral siyahıyaalınmasının yekunlarına əsasən Erməni vilayətinin Naxçıvan əyalətinin Naxçıvan mahalında yerləşən Yuxarı Remeşin kəndində 9 evdə 17 nəfəri kişilər 18 əfəri isə qadınlar olmaqla 35 nəfər müsəlman yaşayırdı. Kənd əhalisinin sayı 544 nəfərdir.
Keyt Vinslet
Katerina Elizabet (Keyt) Uinslet (ing. Kate Elizabeth Winslet; 5 oktyabr 1975[…], Ridinq, Birləşmiş Krallıq) — ingilis aktrisası, Oskar, Britaniya Akademiya Film mükafatı, BAFTA, Qremmi mükafatı, Qızıl Qlobus mükafatı laureatı. 22 yaşında 2 Oskar mükafatı namizədliyi əldə edə bilmə müvəffəqiyyətini göstərən, ən gənc aktrisa rekordunu qıran Uinslet, Oskar mükafatlarına üç, dörd, beş və altı dəfə namizəd göstərilən ən gənc aktrisa olmağı da bacarmışdır. Karyerası boyu müxtəlif rollarda tamaşaçı qarşısına çıxsa da, Titanik filmindəki Rose De Witt Bukater rolu aktrisanı daha çox insan kütləsinə tanıtmışdır. 2011-ci ildə Mildred Pirs mini-serialında iştirak etmişdir. == Həyatı == Keyt Uinslet 5 oktyabr 1975-ci ildə İngiltərədə dünyaya göz açmışdır. 11 yaşında olarkən İngiltərədə bir teatr məktəbində dram dərsi alan Uinsletin atası Rocer Uinslet və anası Seli Uinslet də aktyorluq sənəti ilə məşğul idilər. Keyt Uinslet ilk dəfə televiziyada 11 yaşında reklam çarxlarının birində görünüb. Səhnə Sənətlərı Məzunu Keyt, ilk ailə həyatını Haydius Kinki adlı filmdə tanışdığı rejissor köməkçisi Cim Sreapleton ilə qurmuş və Miya adını qoyduqları bir qızları olmuşdur. 2001-ci ildə həyat yoldaşı Cim ilə ayrıldıqdan sonra Sem Mendes ilə evlənərək, Coe adında bir oğlan uşağı dünyaya gətirmişdir.
Kor qışlaq
Kor qışlaq — coğrafi adı Ağcabədi rayonunun Boyat kəndi yaxınlığında qeydə alınıb. == Tarixi == Yaşlı nəslin dediklərinə görə bir il çox bərk soyuq olur. Nəticədə qızılca xəstəliyi yayılır. Qışlaqda yaşayanların hamısı bu xəstəlikdən ölür. Elə o zamandan da həmin qışlaq el arasında Kor qışlaq adlanır. Qışlaq-mal-qaranın qışladığı əraziyə, otlağa deyirlər. O, maldarlıq təsərrüfatının meydana çıxması ilə əlaqədar yaranmışdır. Qarabağın ərazisi qoyunçuluğun qədim qışlaqları hesab edilir. Soyuqlarla bağlı olaraq mal-qara 7–8 ay qışlaqda qorunub saxlanır, otarılır. Qışlaqların təxminən 6 min illik yaşı var.
Kosalar (Qışlaq)
Kosalar (fars. كوسالار‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 127 nəfər yaşayır (26 ailə).
Mislav Sever
Orta Qışlaq
Orta Qışlaq — Azərbaycan Respublikasının Ağdam rayonunun Üçoğlan kənd inzibati ərazi dairəsində kənd.
Parçaqışlaq (Qışlaq)
Parçaqışlaq (fars. پارچه قشلاق‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 18 nəfər yaşayır (4 ailə).
Paz Vizsla
Paz Vizsla — "Ulduz müharibələri" franşizasında, "Disney+" teleserialları olan "Mandalorlu" və "Boba Fettin kitabı"nda nümayiş edilən fiksiya personajı. O, teleserialın eyniadlı protaqonisti ilə birlikdə mandalorlu döyüşçü tayfasının üzvüdür. Paz əvvəlcə onunla toqquşur, lakin sonra Mandalorlunun "uşaq"ı Qalaktik imperiyanın qalıqlarından xilas etməkdə kömək olur. O, əcdadı Tarr Vizsla tərəfindən düzəldilmiş əfsanəvi işıq qılıncı tünd qılınca sahib olduğu üçün yenidən Mandalorlu ilə dalaşır. Fiziki cəhətdən güclü və vüqarlı olan Paz iri miniqanabənzər blaster və reaktiv kürək çantası olan ağır piyada döyüşçüsüdür. Paz Vizsla "Mandalorlu" teleserialının yaradıcısı və şoumeni Con Favro tərəfindən səsləndirilmişdir. Favro həmçinin, "Ulduz müharibələri: Klon müharibələri" animasiya teleserialında eynisoyadlı Pre Vizslanı səsləndirmişdir. Vizsla "Ulduz müharibələri" kainatında ən böyük Mandalor klanlarından birinin adıdır. Paz Vizslanın canlı dublyoru kaskadyor və keçmiş qarışıq döyüş sənətçisi Teyt Fletçer olmuşdur. O, "Mandalorlu" teleserialının birinci mövsümündə fərqli bir obrazı da canlandırmışdır.
Qara Qışlaq
Qaraqışlaq (Zəngibasar) Qaraqışlaq (Soyuqbulaq) Qaraqışlaq (Salmas) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanının Mərkəzi bəxşinin Ləkistan qəsəbəsində yerləşib. Qaraqışlaq — Qərbi Azərbaycanda (indiki Ermənistanda) kənd.
Qoşa Qışlaq
Qoşaqışlaq (Əzizbəyov)
Qışlaq (Culfa)
Qışlaq (fars. قشلاق‎) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 674 nəfər yaşayır (187 ailə).
Qışlaq (Cəbrayıl)
Qışlaq — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati-ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 9 oktyabr 2020-ci ildə Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmən işğalından azad edilmişdir. Qışlaq oyk., sadə. Cəbrayıl rayonunun Süleymanlı inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin ətəyindədir; Xocalı rayonunun Təzəbinə inzibati ərazi vahidində kənddir. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi keçmiş qışlaq yerində salındığı üçün belə adlandırılmışdır; Laçın rayonunun Köhnəkənd inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin c.-q. yamacındadır; Lerik rayonunun Siyov inzibati ərazi vahidində kənddir.
Qışlaq (Germi)
Qışlaq (fars. قشلاق‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 20 nəfər yaşayır (6 ailə).
Qışlaq (Laçın)
Qışlaq — Azərbaycan Respublikasının Laçın rayonu Köhnəkənd kənd inzibati ərazi dairəsində kənd. Kənd Qarabağ silsiləsinin cənub-qərb yamacındadır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. İki dağın arasındakı dərədə yerləşir. Kirs dağına çox yaxındır. Ətrafında sıra armudlar, qılıncdaş təpəsi yerli sakinlər arasında məşhurdur. Əsas təsərrüfatı heyvandarlıq idi. 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 170 nəfər olmuşdur.
Qışlaq (Lerik)
Qışlaq (Kələxan, Lerik) — Azərbaycanın Lerik rayonunun Kələxan kənd inzibati ərazi dairəsində kənd. Qışlaq (Piran, Lerik) — Azərbaycanın Lerik rayonunun Piran kənd inzibati ərazi dairəsində kənd. Qışlaq (Tülüconu, Lerik) — Azərbaycanın Lerik rayonunun Tülüconu kənd inzibati ərazi dairəsində kənd.
Qışlaq (Loru)
Qışlaq, Jdanov — Loru mahalında qışlaq, kənd. Andrey Jdanovun şərəfinə adlandırılmışdır.