Paz Vizsla

Paz Vizsla — "Ulduz müharibələri" franşizasında, "Disney+" teleserialları olan "Mandalorlu" və "Boba Fettin kitabı"nda nümayiş edilən fiksiya personajı. O, teleserialın eyniadlı protaqonisti ilə birlikdə mandalorlu döyüşçü tayfasının üzvüdür. Paz əvvəlcə onunla toqquşur, lakin sonra Mandalorlunun "uşaqQalaktik imperiyanın qalıqlarından xilas etməkdə kömək olur. O, əcdadı Tarr Vizsla tərəfindən düzəldilmiş əfsanəvi işıq qılıncı tünd qılınca sahib olduğu üçün yenidən Mandalorlu ilə dalaşır.

Paz Vizsla
Ulduz müharibələri personajı
İlk görünmə "Fəsil 3: Günah" (2019)
(Mandalorlu)
Yaradan Con Favro
Canlandıran Teyt Fletçer
Səsləndirən Con Favro
Məlumat
Növü İnsan
Cinsi Kişi
Peşə Mandalorlu ağır piyada döyüşçüsü
Qohumlar Tarr Vizsla (əcdadı)

Fiziki cəhətdən güclü və vüqarlı olan Paz iri miniqanabənzər blaster və reaktiv kürək çantası olan ağır piyada döyüşçüsüdür. Paz Vizsla "Mandalorlu" teleserialının yaradıcısı və şoumeni Con Favro tərəfindən səsləndirilmişdir. Favro həmçinin, "Ulduz müharibələri: Klon müharibələri" animasiya teleserialında eynisoyadlı Pre Vizslanı səsləndirmişdir. Vizsla "Ulduz müharibələri" kainatında ən böyük Mandalor klanlarından birinin adıdır. Paz Vizslanın canlı dublyoru kaskadyor və keçmiş qarışıq döyüş sənətçisi Teyt Fletçer olmuşdur. O, "Mandalorlu" teleserialının birinci mövsümündə fərqli bir obrazı da canlandırmışdır.

Paz Vizsla azarkeşlər və resenziyaçılar tərəfindən müsbət qarşılanmışdır. "Inverse" internet portalının yazıçısı Ceyk Klaynmen onu ekranda nisbətən az görünməsinə baxmayaraq, azarkeşlərin böyük təsir bağışlayan "sevimli personajı" adlandırmışdır. Bu personajın bir neçə heykəlcikləri və oyuncaqları hazırlanmış və satılmışdır. Personajın adı əvvəlcə ekranda və "Mandalorlu"nun birinci mövsümünün marketinq materiallarında "Paz Vizla" kimi səhv yazılmışdı. Bu, personajın "Boba Fettin kitabı" və "Mandalorlu" teleserialının üçüncü mövsümündə düzəldilmişdir.

Paz Vizsla "Ulduz müharibələri" mövzulu "Mandalorlu" teleserialının birinci mövsümünün hadisələri zamanı Nevarro planetindəki gizli anklavda, Silahqayıranın rəhbərliyində olan tayfanın mandalorlu döyüşçülərindən biridir.[1] Mandalorlular Qalaktik imperiya tərəfindən repressiya edildikdən sonra gizlənməyə başlamış, imperiya bu vaxta qədər gücünü itirsə də, onlar hələ də əvvəlki statuslarını bərpa edə bilməmişdilər.[2] Paz iri miniqanabənzər blaster[3][4][5] və reaktiv kürək çantası[6][7][8] olan ağır piyada döyüşçüsüdür.[3][9] O, "Fəsil 3: Günah" seriyasında nümayiş edilmişdir. Teleserialın protaqonisti, sadəcə olaraq "Mandalorlu" kimi tanınan kəllə ovçusu Mandalorlu Silahqayırana onun üçün yeni zireh hazırlasın deyə beskar poladını gətirəndə Paz qəzəblə poladın imperiyanın qalıqları tərəfindən təmin edildiyini deyir və Mandalorlunun imperatorun qüvvələri ilə əməkdaşlığına etiraz edir.[5][7][10] Onlar qılınclarını çıxarır və nəticədə bir-birləri ilə vuruşmağa başlayırlar,[3][4] lakin Silahqayıran müdaxilə etdikdə dayanırlar.[1][7]

Seriyanın sonrakı hissəsində Mandalorlunun "uşaq" kimi tanınan gənc yadplanetlini imperiyanın qalıqlarından xilas etməsinin ardınca o, bir neçə kəllə ovçusunun hücumuna məruz qalır, aralarında Paz da olan bir neçə mandalorlu döyüşçü Mandalorluya kömək etmək üçün gizləndikləri yerdən çıxır və kəllə ovçularına hücum edir.[5][7][10] Seriya Pazın öz reaktiv kürək çantasından istifadə edərək Mandalorlunun kosmik gəmisi ilə yanaşı uçması[7][8] və uzaqlaşmazdan əvvəl Mandalorlu ilə sağollaşması ilə yekunlaşır.[7] Bu Mandalor tayfası ifşa olunduqdan sonra imperator qüvvələri tərəfindən məhv edilir. Bununla belə, Silahqayıran bəzi döyüşçülərin planetdən qaçmış ola biləcəyini qeyd edir və bu, Pazın taleyini naməlum hala gətirir.[6][11][12] Birinci mövsümün sonuncu seriyası olan "Fəsil 8: Bağışlanma"da öldürülən mandalorlu döyüşçülərə aid dəbilqələr göstərilir, lakin Pazın dəbilqəsi onların arasında olmur, bu da onun sağ qalması ehtimalını təklif edirdi.[6]

Pazın sağ qalması "Boba Fettin kitabı" teleserialının "Fəsil 5: Mandalorlunun qayıtması" seriyasında təsdiqlənir. Burada o, Silahqayıran ilə birlikdə nəhəng kosmik stansiya şəhəri Qlavisin altında qurulmuş yeni anklava köçür. Mandalorlu yeni sığınacaqlarında onlara qoşulur və Silahqayırana Moff Gideonla mübarizədə qazandığı tünd qılıncı təqdim edir. Bu Mandalor planetində sülalə hakimiyyətini simvolizə edən, mandalorlu ceday Tarr Vizsla tərəfindən yaradılmış qədim işıq qılıncıdır və sahibinə Mandalor üzərində hakimiyyət iddiasını təmin edir. Paz öz əcdadının yaratdığı qılıncı qazanmaq üçün Mandalorluya meydan oxuyur, lakin o, bu dueli uduzur. Buna baxmayaraq, Mandalorlu daha əvvəl dəbilqəsini çıxardığını və bununla da andı pozduğunu etiraf edir. Beləliklə, Paz onu kafir adlandırır və ona tayfanı tərk etməsini əmr edir. Silahqayıran bunu dəstəkləyir, lakin Mandalorluya tünd qılıncı götürməyə icazə verir.[13]

Paz Vizsla fiziki cəhətdən vüqarlıdır, böyük ucalıq və dəhşətli güc nümayiş etdirir.[3][8][14] O, sərt və aqressiv xasiyyətə malikdir[5][15] və döyüşdə yaxşıdır. Bu, onun "Fəsil 3: Günah" seriyasındakı klimaktik səhnədə effektiv olaraq bir neçə kəllə ovçularına hücum edərək onları məğlubiyyətə uğratması ilə müşahidə olunur.[14] Paz israrlı və özünəinamlı şəxsiyyətə malikdir və tayfasındakı digər mandalorluların çoxundan daha açıqsözlüdür. "Space.com" internet portalından Skott Snouden onu "otaqdakı alfa mandalorlu" adlandırmışdır.[5] Paz mandalorluları repressiya və məhv etdiyi üçün Qalaktik imperiyadan nifrət edir. Onun imperiyaya olan nifrəti o qədər dərindir ki, onlarla hər hansı əməkdaşlığa və ya əlaqəyə qarşı çıxır. Bu xüsusiyyət onu imperator qüvvələrindən könülsüz olaraq kəllə ovçuluğu tapşılıqlarını qəbul edən teleserialın protaqonisti Mandalorludan fərqləndirir. Bu, Mandalorlu və Paz arasında qısamüddətli fiziki qarşıdurmaya səbəb olur.[7][16]

Bununla belə, Pazın imperiyaya qarşı nifrətini üstəyən şey onun Mandalor mədəniyyətinə və öz tayfasına olan hörmətidir. Tayfa başçısı Silahqayıran onlara mandalorluların əxlaq kodeksini və həyat tərzini xatırladanda onun Mandalorluya qarşı mübarizəsindən çəkilməyə hazır olması bunu sübut edir.[3] Aralarında olan fikir ayrılıqlarına baxmayaraq, Paz və Mandalorlu bir-birlərinə qarşılıqlı hörmət nümayiş etdirirlər.[5][17] Bu, onun "Fəsil 3: Günah" seriyasının axırında Mandalorluya kömək etmək üçün özü və tayfasını təhlükə altına qoymağa hazır olması ilə nümayiş olunur.[5] Mandalorlu bu hərəkətin tayfanın anklavının ziyarətgahını riskə atdığını qeyd etdikdə, Paz klanın inancının bir tərkibi olan "Yol budur" ifadəsi ilə cavab verir. Bu, onun həm tayfaya, həm də Mandalorlunun özünə hörmətini vurğulayır. Snouden bunu "Mandalorlunun yoldaşları kəllə ovçusunun doğru şeyi etməsində ona kömək etmək üçün hər şeyi qurban verdiklərini göstərdiyindən səmimi bir emosional moment" adlandırmışdır.[5] Paz və Mandalorlu arasındakı qarşılıqlı hörmət onlar seriyanın son səhnəsində yollarını ayırmazdan əvvəl Pazın Mandalorlu ilə sağollaşması ilə nümayiş edilir.[6][7]

Paz Vizsla "Mandalorlu" teleserialının yaradıcısı və şoumeni Con Favro tərəfindən səsləndirilmişdir.

Paz Vizsla "Mandalorlu" teleserialının yaradıcısı və şoumeni Con Favro tərəfindən səsləndirilmişdir.[17][18][19] Favro daha əvvəl "Ulduz müharibələri: Klon müharibələri" animasiya teleseriyasında Pre Vizsla adlı mandalorlu sərkərdəni səsləndirmişdi, lakin Paz və Pre arasında hər hansı əlaqənin olması naməlumdur.[6][7][8] Kaskadyor və keçmiş qarışıq döyüş sənətçisi Teyt Fletçer Paz Vizslanın dublyoru olmuşdur. Onun üzü Pazın dəbilqəsinə görə görünmürdü.[7][10][20] Fletçer həmçinin, mövsümün debüt seriyası olan "Fəsil 1: Mandalorlu"da rol almışdır. Burada o, bufetdə Mandalorlu ilə davaya girən adı açıqlanmayan bir kişini canlandırmışdır.[8][10][15] Bu, Fletçerin teleserialın istehsal prosesinə qatıldığı zaman qəbul etdiyi rol idi və o, sonradan Paz Vizslanı canlandıracağından bixəbər idi. Fletçer Pazı "Mandalorluların kodeksinin daşıdığı vəhşiliyi və ləyaqəti həqiqətən göstərən ruhlandırıcı personaj" kimi təsvir etmişdir.[21] Paz Vizslanın adı "Fəsil 3: Günah" seriyasında qeyd edilmir, lakin personajın adı yekun titrlərdə müəyyən olunur.[8][15][22]

Paz Vizsla azarkeşlər və resenziyaçılar tərəfindən müsbət rəylər almışdır. "Inverse" internet portalının jurnalisti Ceyk Klaynmen onu ekranda nisbətən az görünməsinə baxmayaraq "azarkeşlərin böyük səs-küyə səbəb olan sevimli personajı" adlandırmış, xüsusi olaraq Mandalorlu ilə salamlaşmasını "ikonik" moment kimi qeyd etmişdir.[6] "Epicstream" müəllifi Bayani Migel Akebedo onu "şübhəsiz ki, teleserialdakı ən yaddaqalan mandolardan biri" kimi təsvir etmişdir.[23] "Gizmodo"dan Ceyms Vitbruk onu "sərt personaj" və teleserialın "bomba görünən adsız qəhrəmanı" adlandırmışdır.[24] "Niner Times" yazıçısı Noa Houell personajı "sadəcə ən yaxşısı" adlandırmış, xüsusilə "Fəsil 3: Günah" seriyasında sonunda Paz və digər mandalorluların protaqonisti xilas etdiyi səhnəni yüksək qiymətləndirmişdir.[25] İtan Andertonun "/Film" platformasında dərc etdiyi məqalə başlığı onu "Körpə Yoda olmayan yeni əla Mandalorlu personajı" kimi təsvir etmişdir.[3] "HN Entertainment"dən Kristofer Mark Pazı "maraqlı yeni personaj" adlandırmış və onu yenidən görməyi ümid etdiyini qeyd etmişdir.[4] "Space.com" jurnalisti Skott Snouden qeyd etmişdir ki, personaj "Boba FettMüharibə maşını arasındakı evliliyin məhsulu kimi görünür".[5]

Paz Vizslanın heykəlciyi "Hot Toys" tərəfindən satışa çıxarılmış, lakin burada o yalnız "Mandalorlu ağır piyada" şəklində təsvir edilmişdir.[9][23][26] Heykəlcik 32 santimetr (13 düym) hündürlüyündədir ki, bu da "Ulduz müharibələri" mövzulu "Hot Toys" heykəlciklərinin əksəriyyətindən hündürdür. Bu heykəlciyin paketinə miniqan blasteri, alternativ əllər, bıçaq, üzərində dayansın deyə mövzulu baza və reaktiv kürək çantası üçün raket partlayışlarını təqlid edən xüsusi effekt elementləri kimi aksesuarlar daxildir.[24] Bundan əlavə, 31 dekabr 2019-cu ildə Paz Vizsla "Funko Pop" heykəlciyinin satışa çıxarılacağı açıqlanmışdır.[27][28][29] Həmçinin, "Hasbro" özünün "Ulduz müharibələri: Qara seriyası" oyuncaq xəttinin bir hissəsi olaraq 15 santimetr (5.9 düym) hündürlüyündən Paz heykəlciyini satışa çıxarmışdır.[3][14][30]

  1. 1 2 Saavedra, John. "Star Wars: The Mandalorian Ending Explained". Den of Geek. 27 dekabr 2019. 1 yanvar 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2022.
  2. Babu, Armaan. "'The Mandalorian' star Emily Swallow talks about The Armorer and importance of keeping traditions of Mandalore alive". MEA Worldwide. 2 dekabr 2019. 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 fevral 2020.
  3. 1 2 3 4 5 6 7 Anderton, Ethan. "Awesome New 'The Mandalorian' Character That Isn't Baby Yoda Is Getting a 'Star Wars' Black Series Figure". /Film. 25 noyabr 2019. 25 dekabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2022.
  4. 1 2 3 Marc, Christopher. "Spoilers: Deborah Chow's Episode of 'The Mandalorian' Introduces Us To Paz Vizla". HN Entertainment. 22 noyabr 2019. 2022-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2022.
  5. 1 2 3 4 5 6 7 8 9 Snowden, Scott. "'The Mandalorian' Episode 3 Sees the Hunter Become the Hunted". Space.com. 22 noyabr 2019. November 28, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2022.
  6. 1 2 3 4 5 6 Kleinman, Jake. "The Mandalorian Season 2 could bring back this fan-favorite for a spinoff, Disney hints". Inverse. 5 fevral 2020. 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2022.
  7. 1 2 3 4 5 6 7 8 9 10 Girolamo, Dan. "The Mandalorian: Who Plays Paz Vizla (Under The Armor)". Screen Rant. 3 yanvar 2020. 4 yanvar 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2022.
  8. 1 2 3 4 5 6 Breznican, Anthony. "The Mandalorian Episode Three Easter Eggs: Life Day, Iron Man, Princess Leia, and More". Vanity Fair. 22 noyabr 2019. 5 dekabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2022.
  9. 1 2 Snowden, Scott. "'The Mandalorian' Episode 4 is a Nod to a Classic Western Movie Trope". Space.com. 29 noyabr 2019. 4 dekabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2022.
  10. 1 2 3 4 Dumaraog, Ana. "Jon Favreau's Mandalorian Episode 3 Cameo Confirmed". Screen Rant. 22 noyabr 2019. 20 dekabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2022.
  11. Joest, Mick. "The Mandalorian Season 1: Episode 8 Ending Explained". CinemaBlend. 8 yanvar 2020. 8 yanvar 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2022.
  12. Keane, Sean. "The Mandalorian season finale recap: Baby Yoda gets into wild action in episode 8". CNET. 27 dekabr 2019. 13 fevral 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2022.
  13. Lindburgh, Ben. "In Chapter 5, 'The Book of Boba Fett' Mimics 'The Mandalorian'". The Ringer. 26 yanvar 2022. 2 fevral 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2022.
  14. 1 2 3 Spry, Jeff. "Hasbro Black Series reveals official images for new Heavy Infantry Mandalorian figure". Syfy Wire. November 24, 2019. November 28, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2022.
  15. 1 2 3 White, Brett. "'The Mandalorian' on Disney+: 5 Things You May Have Missed in Episode 3". Decider.com. 22 noyabr 2019. 19 dekabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2022.
  16. Ciacoya, Bea. "The Mandalorian Changes Everything We Know About … Mandalorians". Comic Book Resources. 29 dekabr 2019. 30 dekabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2022.
  17. 1 2 Schedeen, Jesse. "The Mandalorian Cast: Every Character and Cameo in Season 1". IGN. 27 dekabr 2019. 4 yanvar 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2022.
  18. Dockterman, Eliana. "Jason Sudeikis' Stormtrooper Punched Baby Yoda in The Mandalorian Finale and Fans Are Not Pleased". Time. 28 dekabr 2019. 5 yanvar 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2022.
  19. Gates, Christopher. "Why Star Wars: The Clone Wars' final season will blow everyone away". Looper. 29 yanvar 2020. 30 yanvar 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2022.
  20. Thomas, Leah Marilla. "A Guide To The Mandalorian '​s Cast Of Characters... So Far". Refinery29. 30 dekabr 2019. 18 dekabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2022.
  21. Proctor, Aaron. "Exclusive Interview with Tait Fletcher, Heavy Infantry Mandalorian and Alpha Trawler in "The Mandalorian"". Boba Fett Fan Club. February 10, 2020. 13 fevral 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2022.
  22. Fallon, Sean. "Save 25% on The Black Series Heavy Infantry Mandalorian Exclusive Figure". Comicbook.com. 12 dekabr 2019. 1 yanvar 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2022.
  23. 1 2 Acebedo, Bayani Miguel. "Star Wars: Jon Favreau's Heavy Mandalorian Gets His Own Hot Toy". Epicstream. November 28, 2019. August 6, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2022.
  24. 1 2 Whitbrook, James. "Hold My Beskar, Hot Toys Is Making a Rad Figure of That Badass Mandalorian". Gizmodo. November 28, 2019. 28 yanvar 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2022.
  25. Howell, Noah. "TV Review: 'The Mandalorian' – 'Chapter Three: The Sin' & 'Chapter Four: Sanctuary'". Niner Times. 5 dekabr 2019. 2020-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2022.
  26. Hoolihan, Hannah. "The Mandalorian's Incinerator Trooper Gets Awesome Hot Toys Figure". Screen Rant. 27 yanvar 2020. February 2, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2022.
  27. Fowler, Matt. "Do Funko's Mandalorian POPs Reveal Episode 5's Mystery Character?". IGN. 31 dekabr 2019. 1 yanvar 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2022.
  28. Fallon, Sean. "The Mandalorian Just Got Tons of New Funko Pops". Comicbook.com. 31 dekabr 2019. 1 yanvar 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2022.
  29. Gelman, Samuel. "The Mandalorian: Funko Unveils Next Wave of Pop! Vinyl Figures". Comic Book Resources. 31 dekabr 2019. 1 yanvar 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2022.
  30. "The Mandalorian: everything we know about the Disney Plus Star Wars show". NewsDio. 14 yanvar 2020. 2020-02-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 fevral 2022.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]