Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
VisiCalc
VisiCalc – fərdi kompüterlər üçün ilk elektron cədvəl. 1979-cu ildə Den Briklin (Dan Bricklin) və Bob Frenkston (Bob Frankston) tərəfindən Apple II fərdi kompüterləri üçün işlənib hazırlanıb. Tez-tez deyirlər ki, məhz Visicalc mikrokompüterləri əyləncə və hobbi alətindən işgüzar sənəd dövriyyəsi aparmaq üçün ciddi alətə çevirdi. Cəmi 6 il ərzində proqramın 700 000-dən çox nüsxəsi satılmışdı. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Pavlo Vışebaba
Pavlo Aleksandroviç Vışebaba (ukr. Павло Олександрович Вишебаба; 28 mart 1986, Kramatorsk, Donetsk vilayəti) — Ukrayna ekoloji fəalı, musiqiçisi və yazıçısı. "Edina planeta" QHT-nin həmtəsisçisi və rəhbəri, BMT-nin İnkişaf Proqramının Ukraynadakı tolerantlıq üzrə nümayəndəsi. == Həyatı == Pavlo Aleksandroviç Vışebaba Kramatorskda anadan olmuşdur. O, Kramatorsk musiqi məktəbinə müraciət etsə də, heç bir musiqi qabiliyyətinin olmadığı qeyd edilərək müraciəti qəbul edilməmişdir. Donbass Maşınqayırma Akademiyasında mühəndislik təhsili almağa başlamışdır. Buna baxmayaraq, Vışebaba üçüncü kursdan sonra sənədlərini geri götürmüş və Mariupol Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdur. O, oxuduğu müddətdə üç il "Priazovski raboçi" qəzetində çalışmışdır. Vışebaba 2012-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmiş və ardınca Kiyevə köçmüşdür. O, Ləyaqət inqilabında, xüsusilə Milli Müqavimət Ştabının mətbuat mərkəzinin işində fəal iştirak etmişdir.
İsabala Bayramov
İsabala Bayramov (tam adı: İsabala Əli oğlu Bayramov; 1 sentyabr 1967, Hallavar, Böyük Qarakilsə rayonu, Ermənistan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1967-ci il sentyabrın 1-də Ermənistan SSR Quqark rayonunun Hallavar kəndində anadan olub. Hərbi xidmətdən sonra bir müddət Komi MSSR-də praporşik işləyib. 1988-ci ilin 7 dekabrında baş vermiş zəlzələ zamanı evləri dağıldığından, həmçinin azərbaycanlıların kütləvi şəkildə Ermənistandan qovulması səbəbindən ailəsi doğma yurd-yuvasından didərgin düşmüş və Bakıya köçmüşdur. Bu səbəbdən də, İsabala hərbi xidmətini bitirdikdən sonra Bakıya gəlmiş, ailə üzvləri ilə birlikdə Xutor ərazisində məskunlaşmışdır. Bakıya gəldikdən sonra müxtəlif yerlərdə günəmuzd (Maştağa bağlarında fəhlə, təsərrüfat hesablı emalatxanada işçi, BTTİ-də elektrik montyoru ) çalışmışdır. Ailəli idi. Həlak olduqda oğlu Sahil, ölümündən sonra isə daha 1 qızı Sahilə yadigar qalmışdır. == Qanlı Yanvar faciəsi == Yanvarın 19-da əmisi oğlu Bayramov Mübarizlə XI Qızıl Ordu meydanına gediblər. Təxminən 00.30 radələrində dinc əhaliyə silah atılan vaxt İsabala yaralanmış, onu Semaşko xəstəxanasına gətirənəcən yolda aldığı xəsarətdən vəfat etmişdir.
İsabala Hüseynov
İsabala Hüseynov (tam adı: İsabala Ceyhun oğlu Hüseynov; 15 sentyabr 2001; Bakı, Azərbaycan — 4 noyabr 2020; Laçın, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İsabala Hüseynov 2001-ci il sentyabrın 15-də Bakı şəhərində anadan olub. 2007-2018-ci illərdə 318 nömrəli tam orta məktəbdə təhsil alıb. 2018-2019-cu illərdə isə Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə 16 nömrəli Bakı Peşə Liseyində "Gəmi maşın mexanizmlərinin təmiri üzrə çilingər" ixtisası üzrə təhsil alıb. Subay idi. == Hərbi xidməti == İsabala Hüseynov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan İsabala Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İsabala Hüseynov noyabrın 4-də Laçın döyüşləri zamanı şəhid olub. Suraxanı rayonunun Əmircan qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsabala Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.