Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gazania
Hazaniya (lat. Gazania) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Hazaniya orta qurşaq şəraitində birillik bitki kimi becərilən çoxillik ot bitkisidir. Hündürlüyü 40 sm-ə çatan budaqlı,sallaq,boz-yaşıl yarpaqlı və uzun çiçək saplağında yerləşən iri hamaşçiçəkləri (diametri 8 sm-ə qədər) olan bitkidir.Qılçıq gülləri növündən asılı olaraq qırmızı,narıncı və ya ağ rəngli olur.Boruşəkilli gülləri qara rəngdədir.Növ və hibridlər hündürlüyünə,hamaşçiçəyin ölçüsünə,qılçıq güllərin miqdarına və rənginə görə bir-birindən fərqlənir.Hazaniya bitkisi toxumla çoxaldılır.Solmuş bitkiləri qopartmaq lazımdır.Hazaniya qayalıq sahələrdə yaxşı bitir.Əgər payızda bitkini çıxarıb dibçəyə köçürsək,yazda çiçəkləmə müşahidə ediləcəkdir. == Məlumat mənbəsi == Tofiq Məmmədov (botanik) "Gülçülük ensiklopediyası": Bakı: "Azərbaycan"-2016.
Qadının ürəyi
Bir qadının ürəyi — amerikalı yazar Maya Anjelu tərəfindən yazılan tərcümeyi-hal. Kitab Anjelunun yeddi avtobioqrafik kitab seriyasının dördüncü hissəsidir. "Bir qadının ürəyi" əsərində 1957-ci ildən 1962-ci ilə qədər Anjelunun həyatında olan hadisələr xatırlanır və Kaliforniyaya, Nyu-York şəhərinə, Qahirə və Qana şəhərlərinə olan səyahətlərini müşayiət edir, oğlunu böyütdüyü dövrlərdə bir yazıçı kimi vətəndaş hüquqları hərəkatında aktiv fəaliyyət göstərir və Afrikadakı irqçiliyə qarşı mübarizə aparan bir döyüşçü ilə romantik münasibətlər qurur. Kitabda olan ən önəmli mövzulardan biri də analıq və ana sevgisidir, bu da onun kitabı yazdığı dövrlərdə oğlunu böyütməsilə əlaqədardır. Kitab oğlunun kolleci bitirməsi ilə başa çatır və Anjelunu yeni müstəqillik və azadlıq gözləyir. Anjelunun əvvəlki kitablarında olduğu kimi bu kitab da avtobioqrafik bədii əsər kimi təsvir edilmişdir, baxmayaraq ki, əksər tənqidçilər, həmçinin Anjelu özü də kitabı avtobioqrafiya kimi xarakterizə edirlər. Bir sıra tənqidçilər Anjelunun ilk avtobioqrafik əsəri olan "Bilirəm qəfəsdəki quş niyə oxumur" əsərini daha gözəl hesab edirlər, lakin "Bir qadının ürəyi" əsəri müsbət rəylər almışdır. O, 1997-ci ildə Oprah kitab klubunun seçimi olmuşdur. Tənqidçi Meri Ceyn Lapton kitabın "Amerikanın avtobioqrafiya janrında üstün olmayan bir bədii quruluşa" sahib olduğunu və Anjelunun "ən introspektiv" avtobioqrafiyası olduğunu söylədi. Əsərin adı Harlem intibahının şairi olan Georgiya Duqlas Consonun poemasından götürülmüşdür ki, bu da Anjelunu digər afro-amerika yazıçıları ilə bağlayır.
Qalanın dibində
Qalanın dibində - Azərbaycan xalq mahnısı. Bu mahnı əsasında rus bəstəkarı Mixail Qlinka öz "Ruslan və Lüdmila" operası üçün xor bəstələmişdi. Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov bu mahnını öz "Arşın mal alan" operettasında istifadə etmişdir.
Aşağı Qazanış
Aşağı Qazanış (qum. Тёбен Къазаныш, Тюпдеги Къазаныш, Уллу Къазаныш, rus. Нижнее Казанище) — Rusiya Federasiyasının Dağıstan Respublikasının Buynaksk rayonunda bir kənd. Yuxarı Qazanış kəndinin yaxınlığında yerləşir. == Tarixi == Keçmiş adı Böyük Qazanış olmuşdur (qum. Уллу Къазаныш, rus. Большое Казанище).
Yuxarı Qazanış
Yuxarı Qazanış (qum. Оьр Къазаныш, Оьрдеги Къазаныш, Гиччи Къазаныш, rus. Верхнее Казанище) — Rusiya Federasiyasının Dağıstan Respublikasının Buynaksk rayonunda bir kənd. Aşağı Qazanış kəndinin yaxınlığında yerləşir. Keçmiş adı Kiçik Qazanış olmuşdur (qum. Гиччи Къазаныш, rus. Малое Казанище).
Azərbaycan qadını
Azərbaycanda qadınların rəsmi olaraq kişi ilə hüquqları bir olsa da, sosial diskriminasiya hələ də problemdir. Ölkənin kənd ərazilərində ənənəvi sosial normalar və iqtisadi inkişafın zəif olması, iqtisadiyyatda qadının rolunu məhdud olmasına səbəb olur və cinsi diskriminasiyaya görə qadınlar qanuni hüquqlarından istifadə etməkdə çətinlik çəkir. Azərbaycanda qadının statusu son bir neçə minillik ərzində çox böyük dəyişikliklərə məruz olmuşdur. Buna baxmayaraq, Azərbaycanda qadınlar ölkə tarixinin bütün dövrlərində xalqın taleyüklü məsələlərinin həll edilməsinə öz töhfələrini veriblər. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkə ərazisində yaşayan bütün xalqların və hər iki cinsin bərabər seçki hüququ qanunla təsbit edilirdi. Bununla da, Azərbaycan Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə oldu. == Statusu == Orta əsrlərdə Azərbaycan hökmdarlarından Qızıl Arslanın arvadı Qətibə xanım, Özbək xanım arvadı Mehrican xanım, Uzun Həsənin anası Sara xatun, Şah İsmayıl Xətainin qızı Məhinbanu Sultan, Şirvanşah Xəlilullanın arvadı Pəri xanım, Şah Abbasın anası Xeyransa bəyim, əfsanəvi Tuti Bikə və başqaları kimi görkəmli siyasi və dövlət xadimləri ölkənin tarixində böyük iz qoymuşdur. Azərbaycanda ilk qadın xeyriyyə cəmiyyəti 1908-ci ildə yaranıb və bu qadın təşkilatının yaradılmasının təşəbbüsçüşü Azərbaycanın ictimai xadimi Həsən bəy Zərdabinin xanımı Hənifə Məlikova olub. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsi bərabərhüquqluluq prinsipini, seçmək və seçilmək hüququnu təsbit etdi. Bunun, nəticəsində Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə oldu.
Buxar qazanı
Buxar qazanı ― istilik enerjisini suya tətbiq edərək buxar yaratmaq üçün istifadə olunan cihaz. Buxar qazanı buxar mənbəyi lazım olan istənilən yerdə istifadə olunur. Onun forma və ölçüsü tətbiqetmə sahəsindən asılıdır: paravoz, lokomobil və buxarla işləyən yol nəqliyyat vasitələri kimi mobil buxar mühərriklərində daha kiçik qazan istifadə olunur; stasionar buxar mühərrikləri, sənaye müəssisələri və elektrik stansiyaları adətən boru kəmərləri ilə istifadə nöqtəsinə birləşdirilmiş daha böyük və ayrı buxar generatoru dəstinə malikdir. Diqqətəlayiq istisna kimi odsuz buxar lokomotivini göstərmək olar, orada buxar lokomotivin qəbuledicisinə (çəninə) ötürülür. == İlkin mühərrikin komponenti == Buxar qazanı əsas hərəkətverici mühərrik kimi baxıldıqda buxar maşınının ayrılmaz hissəsidir. Bununla birlikdə, o, ayrı-ayrılıqda nəzərdən keçirilməlidir, çünki müəyyən dərəcədə müxtəlif növ generatorlar fərqli mühərrik aqreqatlar ilə birləşdirilə bilər. Buxar qazanında yanacaq yandıran və istilik yaradan odluq və ya kürə olur. Yaranan istilik qaynama prosesi zamanı buxar yaratmaq üçün suya ötürülür. Beləcə, qaynar suyun üstündəki təzyiqdən asılı olaraq dəyişən sürətə malik dolğun buxar peydə olur. Qazanın istiliyi nə qədər yüksək olarsa, buxar daha sürətlə çıxar.
Gavani (Miyanə)
Gavani (fars. گاواني‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 60 nəfər yaşayır (9 ailə).
Kamal Qarani
Mustafa Kamal Karan və ya Kamal Qarani (1923, Amasya – 2008, Ankara) — Türkiyə Böyük Millət Məclisinin deputatı, Cümhuriyyət Xalq Partiyasının üzvü, iş adamı, təsərrüfatçı. Hacı Mahmud Əfəndinin nəvəsidir. == Həyatı == Azərbaycan əsilli Kamal Məhəmməd oğlu Karan 1923-cü ildə Osmanlı İmperiyasının Amasya şəhərində anadan olmuşdur. İstanbul İqtisadiyyat və Ticarət Universitetinin Diplomatiya və Beynəlxalq əlaqələr ixtisasını bitirmişdir. Universiteti bitirdikdən sonra Türkiyə ordusunda xidmət etmişdir. Təbiət etibarilə məqsəd yönlü şəxs idi. Elmli, siyasi məsələləri bilən, dəyanətli və müdrik bir siyasətçi idi. Atası Məhəmməd Əfəndi Türkiyənin siyasi həyatında da yaxından iştirak edərək, Mustafa Kamal Atatürklə görüşmüş və hətta oğlunun da adını böyük öndərə hörmət əlaməti kimi Kamal qoymuşdur. Təqaüdə çıxdıqdan sonra Ankarada yaşamışdır. 2008-ci ildə Ankara şəhərində vəfat etmişdir.
Qaranə (Urmiya)
Qaranə (fars. قارانه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 421 nəfər yaşayır (79 ailə).
Qayane Atayan
Qayane Armenovna Atayan (rus. Гаянэ́ Арме́новна Атая́н, erm. Գայանե Արմենի Աթայան; 23 sentyabr 1959, Kiyev) — erməni əsilli Ukrayna rəssamı. Rəssamlar Tatyana Yablonskaya və Armen Atayanın qızıdır. Qayane Atayan 23 sentyabr 1959-cu ildə Ukrayna SSR-in paytaxtı Kiyev şəhərində, rəssamlar Tatyana Yablonskaya və Armen Atayanın ailəsində anadan olmuşdur. O, 1983-cü ildə Kiyev Dövlət Rəssamlıq İnstitutunu bitirmişdir. Atayan anasını özünün əsas müəllimi hesab etdiyini bildirmişdir. O, 1986-cı ildən Ukrayna Milli Rəssamlar İttifaqının üzvüdür. Atayan 1982-ci ildən bir çox rəsm sərgilərinin iştirakçısı, 1986-cı ildən Ukrayna Rəssamlar İttifaqının üzvüdür. Qayane Atayanın əsərləri Kiyev Milli Rəsm Qalereyasında, Zaporojya, Xmelnitski incəsənət muzeylərində, Tayvandakı Əjdaha muzeyində, Ukraynada və xaricdə şəxsi kolleksiyalarda saxlanılır.
Veysəl Qarani
Veysəl Qərani və ya Üveys Qarani (Ərəbcə: أويس القاراني, Farsca: اویس , : اویس قرنی, Pəncabca: اویس قرنی) (d. 594, Mərib vilayəti]] Karen (Qarani) kəndi, Yəmən - ö. 657), Yəmənli və Türk əsilli bir Müsəlman, Övliya, mistik və Filosof. Veysəl Qaraninin soyu Yəmən tayfalarından olan "Beni Murad" (Muradoğullarından) gəlir. Murad tayfasının karan (Karen) (Qarani) qəbiləsindəndir.Məhəmməd Peyğəmbər dövründə yaşamasına baxmayaraq onu heç görməmişdir. Dinimizdə ana sevgisinin böyüklüyüylə anlamlandırılmış bir din böyüyümüzdür. İbn Battuta Veysəl Qarani'nin Siffeyn döyüşü 'ndə Əli' nin ətrafında döyüşərkən öldürüldüyünü söyləyir. Veysəlin qəbri Suriya 'nın Ər-Rəqqə mühafazasındadır. Övliyalar vilayəti olan Bursa vilayətinin Osmanqazi mahalında Veysəl Qarani məhəlləsi və Məscidi vardır. Veysəl Qaraninin müxtəlif dövlətlərdə türbəsi var.
İş qadını
İş adamı və ya biznes administratoru biznes sektorunda olan şəxsdir– xüsusi ilə iqtisadi, intellektual və fiziki kapitalın məcmusundan istifadə edərək satış həyata keçirmək və mənfəət əldə etmək məqsədilə fəaliyyətlər (kommersiya və ya sənaye) həyata keçirən və bu cür fəaliyyəti inkişaf etdirən şəxsdir.
Abşeron qabanı
Abşeron qabanı (lat. Sus apscheronicus), həmçinin və ya Abşeron donuzu və ya Binəqədi donuzu — müasir Şərqi Cənubi Qafqaz ərazisində orta pleystosen dövründə yaşamış çöl donuzunun nəsli kəsilmiş növü. Qalıqlar Azərbaycanın Binəqədi yaşayış məntəqəsi yaxınlığında dördüncü dövr çöküntülərində aşkar edilmişdir. == Xarakteristikası == Bu növ qaban yeni endemik növə aiddir. Şərqi Asiya zolaqlı donuzlar (Sus vittatus) qrupu ilə çox oxşarlıqlara malik olsa da, bir sıra özünəməxsus xüsusiyyətlərə malikdir. Xüsusilə, bu növ olduqca böyük bullae ossae ilə seçilir. Gözyaşı sümüyünün kvadrata yaxın forması var (uzunluğun eninə nisbəti – 0,75). Abşeron çöl qabanının kəllə sümüyündə alveolun kökündə nisbi qalınlıq göstəricisi (yuxarı-aşağı diametrin ön-arxaya nisbəti) 66,6, digər çöl donuzlarının kəllələrində isə (Sus cristatus, Sus vittatus, Sus scrofa nigripes, Sus scrofa attila) 75 ilə 81,8 arasında dəyişir. Həmçinin, Abşeron qabanının Sus scrofa kəllələrindəki yuxarı köpək dişləri ilə müqayisədə yuxarı köpəyin aşağı səthində daha kəskin və daha aydın uzununa yivlər və qabırğalar vardır. Abşeron qabanının iki alt çənəsindəki dişlər qorunmamışdır.
Bir qadının ürəyi
Bir qadının ürəyi — amerikalı yazar Maya Anjelu tərəfindən yazılan tərcümeyi-hal. Kitab Anjelunun yeddi avtobioqrafik kitab seriyasının dördüncü hissəsidir. "Bir qadının ürəyi" əsərində 1957-ci ildən 1962-ci ilə qədər Anjelunun həyatında olan hadisələr xatırlanır və Kaliforniyaya, Nyu-York şəhərinə, Qahirə və Qana şəhərlərinə olan səyahətlərini müşayiət edir, oğlunu böyütdüyü dövrlərdə bir yazıçı kimi vətəndaş hüquqları hərəkatında aktiv fəaliyyət göstərir və Afrikadakı irqçiliyə qarşı mübarizə aparan bir döyüşçü ilə romantik münasibətlər qurur. Kitabda olan ən önəmli mövzulardan biri də analıq və ana sevgisidir, bu da onun kitabı yazdığı dövrlərdə oğlunu böyütməsilə əlaqədardır. Kitab oğlunun kolleci bitirməsi ilə başa çatır və Anjelunu yeni müstəqillik və azadlıq gözləyir. Anjelunun əvvəlki kitablarında olduğu kimi bu kitab da avtobioqrafik bədii əsər kimi təsvir edilmişdir, baxmayaraq ki, əksər tənqidçilər, həmçinin Anjelu özü də kitabı avtobioqrafiya kimi xarakterizə edirlər. Bir sıra tənqidçilər Anjelunun ilk avtobioqrafik əsəri olan "Bilirəm qəfəsdəki quş niyə oxumur" əsərini daha gözəl hesab edirlər, lakin "Bir qadının ürəyi" əsəri müsbət rəylər almışdır. O, 1997-ci ildə Oprah kitab klubunun seçimi olmuşdur. Tənqidçi Meri Ceyn Lapton kitabın "Amerikanın avtobioqrafiya janrında üstün olmayan bir bədii quruluşa" sahib olduğunu və Anjelunun "ən introspektiv" avtobioqrafiyası olduğunu söylədi. Əsərin adı Harlem intibahının şairi olan Georgiya Duqlas Consonun poemasından götürülmüşdür ki, bu da Anjelunu digər afro-amerika yazıçıları ilə bağlayır.
Bir qalanın sirri
Bir qalanın sirri tammetrajlı bədii filmi rejissor Əlisəttar Atakişiyev tərəfindən 1959-cu ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film-nağılda xalqın əlindən torpağını və suyunu almış amansız və qəddar hökmdara qarşı kasıb, lakin namuslu və qeyrətli insanların mübarizəsindən danışılır. Əsas rolları Gündüz Abbasov, Tamara Kokova, Məmmədrza Şeyxzamanov, Əli Qurbanov, Andrey Fayt və Əli Zeynalov ifa edirlər. == Məzmun == Film-nağılda xalqın əlindən torpağını və suyunu almış amansız və qəddar hökmdara qarşı kasıb, lakin namuslu və qeyrətli insanların mübarizəsindən danışılır. Alim-həkim Eldostu (Məmmədrza Şeyxzamanov), onun sədaqətli və sevimli şagirdi Mətanət (Tamara Kokova), igid və cəsur gənc usta Elşən (Gündüz Abbasov), Kamran baba (Əli Qurbanov) bu mübarizənin önündə gedirlər. Filmdə göstərilir ki, el gücü və xalqın birliyi, elmlə gücün birliyi şər üzərində zəfər çalır, minlərlə adama sevinc, xoşbəxtlik bəxş edir. == Film haqqında == Film Məmmədhüseyn Təhmasibin "Çiçəkli dağ" pyesi əsasında ekranlaşdırılmışdır. Pyesin əsasını isə Azərbaycan xalq nağılları təşkil edir. Demək olar ki, 1958-ci ildə Əlisəttar Atakişiyev kinematoqrafımızda yaddan çıxmış bir janr, nağıl janrını yenə dirçəltdi və ilk dəfə çəkiliş meydançasına quruluşçu rejissor kimi gəldi.
Alınmaz qalanın qəhrəmanları
Alınmaz qalanın qəhrəmanları qısametrajlı sənədli-bədii filmi rejissor Elnur Əliyev tərəfindən 2013-cü ildə çəkilmişdir. Film Gədəbəy rayonundan olan dörd Milli Qəhrəmanın həyat və döyüş yollarından bəhs edir. == Məzmunu == Ekran əsəri Gədəbəy rayonundan olan dörd Milli Qəhrəman — Məzahir Rüstəmov, İsgəndər Aznaurov, İlham Əliyev və Aytəkin Məmmədovun həyat və döyüş yollarından bəhs edir.
Gənc qadının kişisi
== Məzmun == Filmdə yaşlı kişinin (Həsənağa Turabov) gənc qıza (Nataliya Lapina) aşiq olması və cavanlaşmaq arzusu ilə qeyri-adi vasitəyə əl atmasından bəhs edir. İnsan yaşından asılı olmayaraq, nə vaxt istəsə nəyi isə arzulaya bilər. Yaşlı kişilər də o cümlədən. Xüsusilə əgər o, cavan və gözəl bir qadına rast gəlibsə. Həmin kişi mütləq cavan, güclü və cəlbedici olmaq istəyəcək. Filmin qəhrəmanları arasında baş verən münaqişə bu fikir üzərində qurulmuşdur. Bu filmi müasir nağıl adlandırmaq olar. Burada sehrli motivlər də var, müasir həyatın reallığı da. == Film haqqında == Film aktrisa Məleykə Əsədovanın kinoda ilk işidir. Film yazıçı Maqsud İbrahimbəyovun "Kərgədan buynuzu" pyesinin motivləri əsasında çəkilmişdir.
Qadının fəzilətləri haqqında
Qadının fəzilətləri haqqında (lat. De mulierum virtutibus) — Plutarxın "Moraliya" seriyasında salamat qalmış əsər. Plutarxın qadınların cəsarəti haqqında seçdiyi bu hekayələr seçimi Delfidə keşişlər arasında yüksək vəzifələrdə çalışan və müəllifin "İsida və Osiris haqqında" traktatını da ona həsr etdiyi dostu Kleya üçün tərtib edilmişdir. Bununla belə, o, bu əsərdən Leontisin ölümü münasibətilə Kleya ilə gender bərabərliyi mövzusunda söhbətə əlavə olaraq danışır.
Qaani Şirazi
Mirzə Həbibulla Qaani Şirazi (Farsca: میرزا حبیب‌ا‌الله قاآنی شیرازی‎; 20 oktyabr 1808, Şiraz - 3 may 1854, Tehran) — İran şairi. Mirzə Həbibulla 1808-ci ildə Fars əyalətinin mərkəzi Şiraz şəhərində anadan olmuşdu. Əslləri Kirmanşahlıdır və Zəngənə elindəndir. Atası Mirzə Məhəmmədəli Gülşən təxəllüsü ilə şeir yazırdı. Vaxtsız vəfat edən Gülşən Həbibullaha istedad miras qoymuşdu. Yetim böyüyən Həbibullah Fars əyalət valisinin yaxın yardımı ilə mədrəsə təhsili aldı. Fətəli şah Qacar oğlu Həsənəli mirzənin vasitəsilə onu Tehrana dəvət etdi. Sarayda şöhrət qazandı. Şah ona "Müctəhidəlşüəra" ləqəbini əta etdi. Qaani Şirazi divan müəllifidir.
İsmail Qaani
İsmail Qaani (fars. اسماعیل قاآنی‎; 8 avqust 1957, Məşhəd) — İranın İslam İnqilabı Keşikçiləri Korpusunun General-mayoru. 3 yanvar 2020-ci ildən etibarən ölkə xaricində keçirilən gizli hərbi əməliyyatlar icra edən xüsusi hərbi birləşmə olan Qüds qüvvələrinin komandiridir. 1980–1988-ci illər İran-İraq müharibəsi zamanı Qaani 5-ci Nəsr Briqadasına və 21-ci İmam Rza Zirehli Briqadasına rəhbərlik etmişdir. İsmail Qaani 1997-ci ildə Qüds qüvvələrinin komandiri Qasım Süleymaninin təklifi ilə İslam İnqilabı Keşikçiləri Korpusunun Baş Qərargah rəisi Yəhya Rəhim Səfəvi tərəfindən İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı olan xüsusi hərbi birləşmə olan Qüds qüvvələri komandirinin müavini təyin edildi. Millət vəkili olduğu dönəmdə Qaani 2010-cu ilin oktyabrında Nigeriyada Hizbullah və Qambiya üçün nəzərdə tutulmuş silah tədarükü daxil olmaqla, hərbçilərin qruplarına edilən maliyyə ödənişlərini ələ keçirdi. 27 mart 2012-ci ildə Qaani ABŞ Maliyyə Nazirliyi yanında Xarici Aktivlərə Nəzarət İdarəsi tərəfindən Xüsusi Təyin olunmuş Vətəndaşlar və Qadağan Şəxslər siyahısına əlavə edildi, aktivləri donduruldu və ABŞ qurumları ilə əməliyyatlar aparılması qadağan edildi. İranın Ali Dini Lideri Əli Xamenei general-mayor Qasım Süleymaninin ABŞ-nin Bağdad Beynəlxalq Hava Limanı yaxınlığında hədəfə alınaraq öldürülməsindən sonra 3 yanvar 2020-ci ildə Qaanini İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı olan Qüds qüvvələrinin komandiri təyin etdi. Qaani ABŞ-nin bölgədəki mövcudluğunu kəskin tənqid etmiş və zaman-zaman ABŞ prezidenti Donald Tramp və Amerika vətəndaşlarına qarşı döyüşçü üslubunda ritorikalarını bildirmişdir. O, 5 iyul 2017-ci ildə şəhidlərin anım mərasimində ABŞ-nin İrana hücum üçün İraq və Əfqanıstana 6 trilyon ABŞ dollarını boş yerə xərclədiyini iddia etmişdir.
Azərbaycan qadını (jurnal)
Azərbaycan qadını — Azərbaycanda ədəbi, ictimai və siyasi qadın jurnalı. Jurnal 1923-cü ildə təsis edilmiş və 1938-ci ilə qədər "Şərq qadını" adlandırılmışdır. "Şərq qadını" Azərbaycanda qadın hüquqlarını müdafiə edən və qadınlar arasında azadlıq ideyalarını yayan ilk jurnal olmuşdur. Jurnal Azərbaycan “Jenotdel”inin əsas nəşriyyat orqanı idi. “Şərq qadını” müsəlman qadınları üçün nəzərdə tutulmuşdu və onları öz hüquqları haqqında maarifləndirmək, həmçinin Kommunist partiyasının Azərbaycanda müsəlman qadınların sosialist dövlətin iqtisadi, siyasi və sosial həyatına daxil edilməsinə dair gündəliyini təbliğ etmək məqsədi daşıyırdı. "Şərq qadını” jurnalına bəzi mənbələrdə Azərbaycanda ilk qadın nəşri kimi də istinad edilir. Buna səbəb isə “İşıq” qəzetinin uzun illər diqqətdən kənarda qalmasıdır. Jurnal hal-hazırda Bakıda Fatma Abdullazadənin redaktorluğu ilə yeni formatda nəşr olunur. == Tarixi == === Arxa fon === 1920-ci illərdə Azərbaycanda Sovet rəhbətləri qadınlara qarşı cinsi ayrı-seçkiliyə, çadraya, savadsızlığa və yetkinlik yaşına çatmayanların nikahlarına son qoymağı qarşılarına məqsəd qoymuşdular. Onlar ictimai həyatda, iş həyatında, əmək haqqında və torpaq mülkiyyətində müsəlman qadınlara kişilər ilə bərabər hüquqlar verərək və bu prosesi məhkəmələr və hüquq-mühafizə orqanları vasitəsilə dəstəkləyərək bu istiqamətdə əhəmiyyətli addımlar atdılar.
Kinoda Türkiyə qadını
Kinoda Türkiyə qadını — Türkiyə kinosunda Türkiyə aktrisa və qadın rejissorlar. Türkiyə kinosunun birinci filmi 1914-cü ildə çəkilmişdir, lakin aktyor heyətində qadınların da iştirak etdiyi ilk Türkiyə filmi 1919-cu ildə çəkilmişdir. Türkiyə kinosunun ilk qadın baş rol ifaçısı 1923-cü ildə Bedia Müvahhit olmuşdur.
Şərq qadını (jurnal)
Azərbaycan qadını — Azərbaycanda ədəbi, ictimai və siyasi qadın jurnalı. Jurnal 1923-cü ildə təsis edilmiş və 1938-ci ilə qədər "Şərq qadını" adlandırılmışdır. "Şərq qadını" Azərbaycanda qadın hüquqlarını müdafiə edən və qadınlar arasında azadlıq ideyalarını yayan ilk jurnal olmuşdur. Jurnal Azərbaycan “Jenotdel”inin əsas nəşriyyat orqanı idi. “Şərq qadını” müsəlman qadınları üçün nəzərdə tutulmuşdu və onları öz hüquqları haqqında maarifləndirmək, həmçinin Kommunist partiyasının Azərbaycanda müsəlman qadınların sosialist dövlətin iqtisadi, siyasi və sosial həyatına daxil edilməsinə dair gündəliyini təbliğ etmək məqsədi daşıyırdı. "Şərq qadını” jurnalına bəzi mənbələrdə Azərbaycanda ilk qadın nəşri kimi də istinad edilir. Buna səbəb isə “İşıq” qəzetinin uzun illər diqqətdən kənarda qalmasıdır. Jurnal hal-hazırda Bakıda Fatma Abdullazadənin redaktorluğu ilə yeni formatda nəşr olunur. 1920-ci illərdə Azərbaycanda Sovet rəhbətləri qadınlara qarşı cinsi ayrı-seçkiliyə, çadraya, savadsızlığa və yetkinlik yaşına çatmayanların nikahlarına son qoymağı qarşılarına məqsəd qoymuşdular. Onlar ictimai həyatda, iş həyatında, əmək haqqında və torpaq mülkiyyətində müsəlman qadınlara kişilər ilə bərabər hüquqlar verərək və bu prosesi məhkəmələr və hüquq-mühafizə orqanları vasitəsilə dəstəkləyərək bu istiqamətdə əhəmiyyətli addımlar atdılar.
Şərq qadını jurnalı
Azərbaycan qadını — Azərbaycanda ədəbi, ictimai və siyasi qadın jurnalı. Jurnal 1923-cü ildə təsis edilmiş və 1938-ci ilə qədər "Şərq qadını" adlandırılmışdır. "Şərq qadını" Azərbaycanda qadın hüquqlarını müdafiə edən və qadınlar arasında azadlıq ideyalarını yayan ilk jurnal olmuşdur. Jurnal Azərbaycan “Jenotdel”inin əsas nəşriyyat orqanı idi. “Şərq qadını” müsəlman qadınları üçün nəzərdə tutulmuşdu və onları öz hüquqları haqqında maarifləndirmək, həmçinin Kommunist partiyasının Azərbaycanda müsəlman qadınların sosialist dövlətin iqtisadi, siyasi və sosial həyatına daxil edilməsinə dair gündəliyini təbliğ etmək məqsədi daşıyırdı. "Şərq qadını” jurnalına bəzi mənbələrdə Azərbaycanda ilk qadın nəşri kimi də istinad edilir. Buna səbəb isə “İşıq” qəzetinin uzun illər diqqətdən kənarda qalmasıdır. Jurnal hal-hazırda Bakıda Fatma Abdullazadənin redaktorluğu ilə yeni formatda nəşr olunur. 1920-ci illərdə Azərbaycanda Sovet rəhbətləri qadınlara qarşı cinsi ayrı-seçkiliyə, çadraya, savadsızlığa və yetkinlik yaşına çatmayanların nikahlarına son qoymağı qarşılarına məqsəd qoymuşdular. Onlar ictimai həyatda, iş həyatında, əmək haqqında və torpaq mülkiyyətində müsəlman qadınlara kişilər ilə bərabər hüquqlar verərək və bu prosesi məhkəmələr və hüquq-mühafizə orqanları vasitəsilə dəstəkləyərək bu istiqamətdə əhəmiyyətli addımlar atdılar.