Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gvarda
Gvarda (gürc. გვანდრა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 60 m hündürlüktə, Qara dənizdən 15 km və Suxumidən 2 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ენციკლოპედია „საქართველო“, ტ. 1, თბ., 1997. — გვ. 603.
Qandi
Mohandas Karamçand "Mahatma" Qandi (qüc. મોહનદાસ કરમચંદ ગાંધી, hind. मोहनदास करमचंद गाँधी, 2 oktyabr 1869[…], Porbandar[d], Porbandar[d], Britaniya Hindistanı – 30 yanvar 1948[…], Yeni Dehli dairəsi[d], Yeni Dehli, Hindistan dominionu[d]) — Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri. Gerçəklik və pisliyə qarşı, amma özündə şiddət ehtiva etməyən müqavimətlə bağlı olan Satyaqraxa fəlsəfəsinin qabaqcıl nümayəndələrindəndir. Bu fəlsəfə Hindistanı azadlığa çıxartmış, Dünya üzrə vətəndaş haqq və azadlıqları müdafiəçilərinə ilham qaynağı olmuşdur. Qandi Dünyada ona Rabindranat Taqor tərəfindən verilən və "Ulu ruh" mənasını daşıyan "Mahatma" (sanskr. महात्मा) və ata mənasını daşıyan "Bapu" (qüc. બાપુ) adları ilə də tanınır. Hindistanda rəsmi şəkildə "Xalqın atası" elan edilmişdir. Qandinin doğum günü olan 2 oktyabr Hindistanda "Qandi Cayanti" adı ilə milli tətil günü kimi qeyd olunur.
Qayda
Qayda – 1)nizam, səliqə; bir şeyin düzgün vəziyyəti, nizamda olması. Məsələn, qaydaya salmaq, şeyləri qaydada saxlamaq, qayda yaratmaq; 2)bir şeyin yerinə yetirilməsi üçün müəyyən üsullar göstərən qərar və s. Məsələn, seçki qaydaları, intizam qaydaları; 3)üsul. Ədəbiyyat R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Qaysı
Adi ərik (lat. Prunus armeniaca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Adi ərik mart-aprel aylarında çiçəkləyir. Çiçəkləri ağ və ya açıq çəhrayıdır, yarpaqlarından çox əvvəl açılırlar. Çiçək saplaqları qısadır. Meyvələri iyun-avqust aylarında yetişir. Meyvələri birçəyirdəkli olub, rəngi ağ, sarı və qırmızı-narıncı olur. Meyvəsinin ağırlığı 3–18 q, forması isə müxtəlifdir. Ətliyi şirəli, şirin və ya turşa-şirindir. Adi ərik təzə halda istehlak edilir.
Qayçı
Qayçı — müxtəlif materialları kəsmək üçün alət və ya maşın. E.ə. III əsrdən məlumdur. İlk qayçılar qövsəoxşar, yaylı metal lövhə ilə birləşdirilmiş 2 bıçaqdan ibarət olmuşdur. Qayçının əsas işlək hissəsi materialı kəsən bir cüt (yaxud bir neçə cüt) bıçaqdır. Əl qayçısı ilə parça, kağız və b. materiallar kəsilir. Məişətdə və tibdə işlədilən, həmçinin çilingər, dərzi və s. qayçıları da olur. Müxtəlif materialları kəsmək üçün stasionar və gəzdirilə bilən (diskli və düzxətli bıçaqları olan) quruluşlar tətbiq edilir.
Qayğı
Qayğı (film, 1943)
Dino Qrandi
Dino Qrandi ingiliscə oxunuş: "Dino Grandi " (4 iyun 1895 – 21 may 1988, Boloniya, İtaliya), 1-ci Konte di Mordano, İtalyan faşist siyasətçisi, ədliyyə naziri, xarici işlər naziri və parlamentin prezidenti idi. Hüquqşünas kimi təhsil alan Qrandi Birinci Dünya Müharibəsində (1914-18) vuruşdu, bundan sonra faşist eskadristilərinə (kənddə terror törədən silahlı dəstələrə) qoşuldu. Faşistlərin milli konqresində (7 noyabr 1921) Qrandi Benito Mussoliniyə uduzaraq, liderlik üçün uğursuz bir təklif etdi. Qrandi Mussolinini hökumətin başçısı təyin edən Romaya yürüşdə iştirak etdi (1922-ci il oktyabr). 1924-cü ildə daxili işlər nazirinin müavini təyin edildi, 1929-cu ilin sentyabrında isə xarici işlər nazirliyinin rəisi oldu. Böyük Britaniyada səfir təyin edildi (iyul 1932) və İtaliyaya ədliyyə naziri və Fasces və Korporasiyalar Palatasının prezidenti olmaq üçün geri çağırılmadan əvvəl İngiltərə-İtaliya müqaviləsi (1938) bağladı. O, İtaliyanın İkinci Dünya Müharibəsində iştirakına qarşı idi. Qrandi 1943-cü ilin fevralında Nazirlər Kabinetində əvəz olundu, lakin Faşizm Böyük Şurasının sədri olaraq qaldı. Məhz 1943-cü il iyulun 24-dən 25-nə keçən gecə bu qurumun iclasında Qrandi Mussoliniyə hücum etdi və ona etimadsızlıq təklifi irəli sürdü; Şuranın bu qətnaməni qəbul etməsi Mussolinini faktiki olaraq devirdi. Tezliklə Qrandi Lissabona qaçdı və 1944-cü ildə Veronadakı faşist tribunalı tərəfindən qiyabi ölümə məhkum edildi.
Kampu-Qrandi
Kampu-Qrandi – mərkəzi-qərb bölgəsində yerləşən və Boliviya və Paraqvay ilə həmsərhəd olan Braziliyanın Mato Grosso do Sul əyalətinin paytaxtı. Sao Paulo və ya Minas Geraisdən Mato Qrossoya doğru quru yolu ilə getmək məcburi yol idi.
Ovayxi (səhra)
Ovayxi səhrası (ing. Owyhee) — ABŞ ərazisində yerləşən quraq ərazi və böyük hissəsi səhra olan bölgə. Kolumbiya platosunun cənub qutaracağında, Oreqon, Aydaho və Nevada ştatları ərazisində yerləşir. Səhranın sahəsi 24 280 km², səthinin hündürlüyü isə 1600 metrdir Səhranın böyük qismi ABŞ dövlətinin ali federal orqanının nəzarətindədir.
Qrandi silsiləsi
Qrandi silsiləsi — 1 − 1 + 1 − 1 + … sonsuz ardıcıllığı və ya ∑ n = 0 ∞ ( − 1 ) n {\displaystyle \sum _{n=0}^{\infty }(-1)^{n}} silsiləsi . Ardıcıllıq İtalyan riyaziyyatçı, filosof və keşiş Quido Qrandinin şərəfinə 1703-cü ildə etdiyi müvafiq çalışmalar səbəbi ilə adlandırılmışdır. Ümumi anlamda cəmi olmayan dağılan ardıcıllıq olaraq qəbul edilən bu ifadənin Sezaro cəmi ½-dir.
Qvido Qrandi
Qvido Qrandi (ing. Guido Grandi, 1 oktyabr, 1671, İtaliya – 4 iyul, 1742, İtaliya) — İtaliyalı həndəsəçidir; gülə oxşayan ləçəkli əyriləri öyrənmişdir.
Robert Qaydik
Robert "Slavko" Qaydik (çex. Robert "Slavko" Gajdík, mak. Роберт "Славко" Гајдик; 1923, Zlin – 14 yanvar 1942) ― çexoslovak mənşəli yuqoslav Makedoniya partizanı, Yuqoslaviya Xalq Qurtuluş Müharibəsinin partizanı. Robert Qaydik Zlin şəhərində anadan olmuşdur. Onun atası Yuqoslaviya Krallığının cənubunda yerləşən Matka Kanyonunda su elektrik stansiyası inşa edən Çexoslovakiya şirkətində işləyirdi. Zlíndə "Bata" ayaqqabı fabrikində işləyirdi, almanlar Çexoslovakiyanı işğal etdikdən sonra Yuqoslaviyaya köçdü. Velosipedlə çoxlu səyahət etmişdir. Məktəbdə oxuduğu müddətdə Robert sol hərəkatının nümayəndələri ilə tanış oldu; o, inşaat texnikumunu bitirmiş və 1939-cu ildən Yuqoslaviya Kommunist Gənclər Birliyinin üzvü olmuşdur. 1941-ci ilin birinci yarısında Yuqoslaviya Kommunist Partiyasının Skopye şəhər Komitəsinin əmri ilə Robert "Raduşa" mədənində baş anbardar kimi işə düzəldi, həmçinin bir qrup gənclərlə antifaşist təşviqatına qatıldı. Ölkəsinin işğal atlında düşəndən sonra gizli partizan fəaliyyətinə başladı; 1 mayda isə Skopye mərkəzində "divizion binası" adlanan tikilinin üzərində qırmızı bayraq qaldırdı, iyun ayının əvvəlində isə Skopye aerodromunda yanğın çıxartdı və nəticədə "Junkers Ju 52" nəqliyyat təyyarəsi partladı və yandı.
Timbo-Qrandi
Timbo Qrande (port. Timbó Grande) — Braziliyanın Cənub regionunun Santa Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 7640 nəfərdir. Ərazisi 597 кm²-dir. Əhalinin sıxlığı 12,8 nəfər/кm²-dir. Bələdiyyə 26 aprel 1989-cu ildə yaradılmışdır.
Xuan Quaydo
Xuan Quaydo (tam adı: Xuan Herardo Quaydo Markes, isp. Juan Gerardo Guaidó Márquez; 28 iyul 1983, La-Quayra[d]) — Venesuela dövlət xadimi, siyasətçi, Venesuela Milli Asambleyasının sədri. "Xalq iradəsi" partiyasının üzvü, Varqas ştatından olan federal deputat (2016). 23 yanvar 2019-cu ildən etibarən Venesuela Prezidenti səlahiyyətlərini müvəqqəti icra edəndir. 11 yanvar 2019-cu ildə Milli Asambleya Xuan Quaydonu Venesuelanın müvəqqəti prezidenti elan etmişdir. Bu qərarı Argentina, Braziliya, Haiti, Qvatemala, Gürcüstan, Kanada, Kolumbiya, Kosta-Rika, Panama, Paraqvay, Peru, Puerto-Riko, ABŞ, Çili, Ekvador hökumətləri, həmcinin Amerika Dövlətləri Təşkilatının sədri Luis Almaqro rəsmən tanımışdır (təşkilatın özü yox). 23 yanvar 2019-cu ildə Quaydo Karakasın Çakao rayonunda nümayişçilər qarşısında andiçməsini gerçəkləşdirmişdir. Quaydo aviaşirkətin pilotu və müəlimənin 8 övladından biridir. Bacılarından biri Venesuela Milli Asambleyasının çavuşu, digəri isə Venesuela donanmasının kapitanıdır. Varqas şataında baş verən təbii fəlakət zamanı onun valideynləri bir müddət evsiz qalmışlar.
Qüvayi-milliyə
Qüvayi-milliyə (osman. قواى مليه ; hərf. "Milli Qüvvələr" və ya "Milliyyətçi Qüvvələr") – Türkiyə Qurtuluş Savaşının erkən dövründə fəaliyyət göstərən nizamsız türk milis qüvvələri. Bu qüvvələr Mudros barışıq müqaviləsinə uyğun olaraq Türkiyənin bəzi hissələri Müttəfiq qüvvələr tərəfindən işğal edildikdən sonra ortaya çıxdı. Daha sonra Qüvayi-milliyə Böyük Millət Məclisinin nizami ordusuna (Qüvayi-Nizamiyə) birləşdirildi. Bəzi tarixçilər Türkiyə Qurtuluş Savaşının bu dövrünü (1918–20) "Qüvayi-milliyə mərhələsi" adlandırırlar. Mudros barışıq müqaviləsində Osmanlı İmperiyası müttəfiqlər arasında bölündü, burada Yunanlar qərbi, ingilislər paytaxtı və cənub-şərqi, italyanlar və fransızlar ölkənin cənubunu işğal etdilər. Anadolu və Rumelidə türklərin və müsəlmanların hüquqlarını müdafiə edən ilk silahlı dəstələr Qüvayi-milliyə idi. Qüvayi-milliyə Osmanlı ordusunun fərari zabitləri və milislərindən ibarət idi. Yunanlar İzmiri işğal etdikləri zaman Qüvay-milliyə fəallaşdı.
Vadi
Vadi (rus. вади, ing. wadi — Şimali. Afrika və Ərəbistanın səhralarında quru və ya dövrü axımı olan dərələrin ərəbcə adı.
Lupinus grayi
Lupinus grayi (lat. Lupinus grayi) — paxlakimilər fəsiləsinin acıpaxla cinsinə aid bitki növü.
Mahatma Qandi
Mohandas Karamçand "Mahatma" Qandi (qüc. મોહનદાસ કરમચંદ ગાંધી, hind. मोहनदास करमचंद गाँधी, 2 oktyabr 1869[…], Porbandar[d], Porbandar[d], Britaniya Hindistanı – 30 yanvar 1948[…], Yeni Dehli dairəsi[d], Yeni Dehli, Hindistan dominionu[d]) — Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri, milliyətçi. Gerçəklik və pisliyə qarşı, amma özündə şiddət ehtiva etməyən müqavimətlə bağlı olan Satyaqraxa fəlsəfəsinin qabaqcıl nümayəndələrindəndir. Bu fəlsəfə Hindistanı azadlığa çıxartmış, Dünya üzrə vətəndaş haqq və azadlıqları müdafiəçilərinə ilham qaynağı olmuşdur. Qandi Dünyada ona Rabindranat Taqor tərəfindən verilən və "Ulu ruh" mənasını daşıyan "Mahatma" (sanskr. महात्मा) və ata mənasını daşıyan "Bapu" (qüc. બાપુ) adları ilə də tanınır. Hindistanda rəsmi şəkildə "Xalqın atası" elan edilmişdir. Qandinin doğum günü olan 2 oktyabr Hindistanda "Qandi Cayanti" adı ilə milli tətil günü kimi qeyd olunur.
Maxatma Qandi
Mohandas Karamçand "Mahatma" Qandi (qüc. મોહનદાસ કરમચંદ ગાંધી, hind. मोहनदास करमचंद गाँधी, 2 oktyabr 1869[…], Porbandar[d], Porbandar[d], Britaniya Hindistanı – 30 yanvar 1948[…], Yeni Dehli dairəsi[d], Yeni Dehli, Hindistan dominionu[d]) — Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri, milliyətçi. Gerçəklik və pisliyə qarşı, amma özündə şiddət ehtiva etməyən müqavimətlə bağlı olan Satyaqraxa fəlsəfəsinin qabaqcıl nümayəndələrindəndir. Bu fəlsəfə Hindistanı azadlığa çıxartmış, Dünya üzrə vətəndaş haqq və azadlıqları müdafiəçilərinə ilham qaynağı olmuşdur. Qandi Dünyada ona Rabindranat Taqor tərəfindən verilən və "Ulu ruh" mənasını daşıyan "Mahatma" (sanskr. महात्मा) və ata mənasını daşıyan "Bapu" (qüc. બાપુ) adları ilə də tanınır. Hindistanda rəsmi şəkildə "Xalqın atası" elan edilmişdir. Qandinin doğum günü olan 2 oktyabr Hindistanda "Qandi Cayanti" adı ilə milli tətil günü kimi qeyd olunur.
Potentilla grayi
Potentilla grayi (lat. Potentilla grayi) — gülçiçəyikimilər fəsiləsinin qaytarma cinsinə aid bitki növü.
Praqa Qradı
Praqa Qradı (Praqa kremli) — (Çex dilində - Pražský hrad) Çexiyanın paytaxtı Praqada yerləşən qala. Dünyanın ən böyük qalalarından biri olan Praqa qalası, Ginnesin Rekordlar Kitabına görə, dünyanın ən böyük antik qəsridir. Qalanın ilk hissələrinin yaradılması IX əsrə qədər gedir. İlk inşa edilən hissəsi kilsə binası olmuşdur. Georgios Bazilikası və Vitus Bazilikası X əsrdə inşa edilmişdir. Bohemya dövründə bir monastır Georgios Bazilikasının yanına əlavə edilmişdir. Romanesk memarlıq üslubundakı bir saray da XII əsrdə əlavə olunmuş, XIV əsrdə də saray qotik üslub ilə yenidən inşa edilmiş, qalada gücləndirmə işləri aparılmışdır. Həmçinin Vitus Bazilikaya aid hissəsinin tikintisi ancaq altı əsr sonra tamamlanmışdır. Qala Bohemya müharibələri və sonrakı dövrlərdə, 1485-ci ilə qədər istifadə edilməmişdir. 1485-ci ildə kral Ladislaus II Jagello qalanın inşasını davam etdirmişdir.
Qandi (film)
Qandi (ing. Ghandi)— 1982-ci ildə çəkilmiş, Mahatma Qandinin həyatı barədə bioqrafik filmdir. 20-ci yüzilliyin ilk yarısında Böyük Britaniyanın Hindistanda koloniyalar qurması və Hindistanın vəziyyətindən bəhs edən filmin rejissoru Riçard Attenboroudur. Qandi rolunda Ben Kinqsley Oskar mükafatı almışdır. İngiltərə və Hindistanın ortaq çəkdiyi filmin premiyerası 30 noyabr 1982-ci ildə Yeni Dehlidə keçirilmişdir. Film Qandinin 1893-cü ildə yalnız ağdərililər üçün nəzərdə tutulan vaqona mindiyi üçün Cənubi Afrika qatarından qovulması səhnəsi ilə başlayıb, 1948-ci ildə öldürülməsi və dəfni ilə bitir. Filmdə onun Hinduizmə sitayiş etməsinə baxmayaraq, İslam və Xristianlıq kimi digər dinlərə də hörmətlə yanaşması da əks olunmuşdur. Qandi filmi Hindistanda 30 Noyabr, Birləşmiş Krallıqlarda 3 Dekabr, ABŞ-də isə 6 dekabr 1982-ci il tarixlərində ekrana buraxılmışdır.
Qandi Smriti
Qandi Smriti (ing. Gandhi Smriti, Birla evi və ya Birla Bxavan adı ilə də məşhurdur) — Hindistanın Yeni Dehli şəhərində yerləşən və Mahatma Qandiyə həsr edilmiş muzeydir. Muzey Tis Canuari Roud (əvvəllər Albukerke Roud) yolunun kənarında yerləşmişdir. Mahatma Qandi həyatının son 144 gününü bu evdə keçirmişdir. Qandi 30 yanvar 1948-ci ildə öldürülmüşdür. Ölümündən sonra yaşadığı ev muzeyə çevrilmişdir. Əvvəlcə bina Birla ailəsindən hind işgüzar maqnatlarına aid idi. Hal-hazırda ev Qandinin Əbədi Multimediya Muzeyi kimi fəaliyyət göstərir. Bu muzey 2005-ci ildə yaradılmışdır. 12 yataq otağı olan ev 1928-ci ildə Qxanşyamdasom Birla tərəfindən tikilmişdir.
Qaysı qurusu
Qaysı qurusu və ya ərik qaxı (uyğ. kurägä "qurudulmuş əriklər" və ya özb. quru) – ərik meyvələrinin qurudulması yolu ilə əldə olunan meyvə qaxacı. Qida sənayəsində mühüm yer tutan ərzaq növlərindən biridir. Ərik qaxı milli xörəklərin hazırlanmasında (xüsusən plov) əvəzolunmaz çərəzdir. Çox qədimdən istifadə olunan və geniş yayılmış üsuldur. Əriklər tumlu halında təmiz pambığ və ya kətan parça üzərinə sərilir. Günəş şüaları altnda 3–4 gün saxlanıldıqdan sonra tumu çıxarılır. Yumşaq şəkildə tumu çıxarılarsa forması əzilmiş olur və tumla birgə ətli hissəsi də çıxır və istənilən nəticə əldə edilmir. Tumlar rahat çıxarıldıqdan sonra arzuolunan rəng alınana qədər 5–10 gün müddətində gün işığında saxlanılır.
Qayğı (1943)