QAYƏXATIN
QAYSIBƏYİM
OBASTAN VİKİ
Qaysı
Adi ərik (lat. Prunus armeniaca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Adi ərik mart-aprel aylarında çiçəkləyir. Çiçəkləri ağ və ya açıq çəhrayıdır, yarpaqlarından çox əvvəl açılırlar. Çiçək saplaqları qısadır. Meyvələri iyun-avqust aylarında yetişir. Meyvələri birçəyirdəkli olub, rəngi ağ, sarı və qırmızı-narıncı olur. Meyvəsinin ağırlığı 3–18 q, forması isə müxtəlifdir. Ətliyi şirəli, şirin və ya turşa-şirindir. Adi ərik təzə halda istehlak edilir.
Qaysı qurusu
Qaysı qurusu və ya ərik qaxı (uyğ. kurägä "qurudulmuş əriklər" və ya özb. quru) – ərik meyvələrinin qurudulması yolu ilə əldə olunan meyvə qaxacı. Qida sənayəsində mühüm yer tutan ərzaq növlərindən biridir. Ərik qaxı milli xörəklərin hazırlanmasında (xüsusən plov) əvəzolunmaz çərəzdir. Çox qədimdən istifadə olunan və geniş yayılmış üsuldur. Əriklər tumlu halında təmiz pambığ və ya kətan parça üzərinə sərilir. Günəş şüaları altnda 3–4 gün saxlanıldıqdan sonra tumu çıxarılır. Yumşaq şəkildə tumu çıxarılarsa forması əzilmiş olur və tumla birgə ətli hissəsi də çıxır və istənilən nəticə əldə edilmir. Tumlar rahat çıxarıldıqdan sonra arzuolunan rəng alınana qədər 5–10 gün müddətində gün işığında saxlanılır.
Qaysın Quliyev
Qaysın Quliyev (qaraç.-balk. Къулийланы Шуўаны жашы Къайсын; 19 oktyabr (1 noyabr) 1917 – 4 iyun 1985, Çeqem, Kabardin-Balkar MSSR) — balkar şairi. Qaysın Quliyev 1917-ci ildə noyabrın 1-də Balkariyanın dağ kəndlərindən olan Yuxarı Çegemdə dünyaya gəlib. Çox erkən, iki yaşı olanda atasını itirib. Hər bir yazdığı şeirdə, xüsusən uşaqlıq illərindən bəhs edən "Çegem poeması"nda əməkçi insanların xeyirxahlığından və igidliyindən söhbət açanda öz valideynlərini də onlardan ayırmayıb. Kəndli ailəsində böyüsə də, onun ədəbiyyata çox böyük marağı olub. Yuxarı Çegem kəndi Kabarda-Balkariyanın paytaxtı olan Nalçik şəhərindən 4–5 kilometr aralıda, mənzərəli bir ərazidə yerləşir. Nalçik isə o illərdə ümumən Qafqazın mərkəzi sayılan Tiflisdən 330 kilometr aralıdır. Qafqaz tarixindən bilirik ki, bura müharibələr meydanına çevrilsə də, neçə-neçə şöhrətli rus yazıçılarının da ilham mənbəyi olub. Lev Tolstoy, A. S. Puşkin, M. Y. Lermontov və digər rus ədibləri Qafqazla bağlı xeyli əsərlər yazıblar.

Значение слова в других словарях