Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Georgi
Georgi — Daha çox slavyanlarda istifadə edilən ad və soyad. Georgi Jukov — Sovet İttifaqı Marşalı. Georgi Çiçerin — Rusiya marksist inqilabçısı, sovet diplomatı və siyasətçisi, musiqişünası. Georgi Pırvanov — Bolqarıstan siyasətçisi. Georgi Malenkov — Komunist partiyasının lideri və Sovet siyasətçisi. Georgi Qurciyev — Georgi Kostaki — yunan əsilli sovet kolleksiyaçısı. Georgi Poltavçenko — Sankt-Peterburqun qubernatoru (2011). Georgi Uqulava — Gürcüstan siyasətçisi (Birləşmiş Milli Hərəkat Partiyası). Georgi Çelpanov — Rusiya alimi. Georgi Daneliya — Rejissor.
Anas georgica
Sarıdimdik ördək (lat. Anas georgica) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin çay ördəyi cinsinə aid heyvan növü. == Xüsusiyyətləri == Sarıdimdik ördək qəhvəyi başa və boyuna malikdir. Ölçülərinə görə elə də böyük ördəklər qrupuna daxil deyil. == Yayılması == Sarıdimdik ördək əsasən Peru, Paraqvay, Braziliya, Ekvador və Cənubi Georgiya ərazisində yayılmışdır. Anas georgica georgica yarımnövü 1000—1500 çüt olaraq Cənubi Georgiya arxipelaqın adalarında yayılmışdır. Anas georgica spinicauda yarımnövünün sayı 110 000 çüt olması hesab edilir. Anas georgica niceforoi yarımnövü 1940 il məlumatına cəmi 1952 cütdür. == Yaşayış yeri == Əsasən yüksək dağlıq göllərdə, bataqlıqlarda və çay kənarlarında yayılmışlar. == Çoxalması == Yumurtanı əsasən torpaqda və ya otların arasında, quru yerdə qoyur.
Avena georgica
Əkin yulafı (lat. Avena sativa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü. == Sinonimləri == Avena agraria var. mutica Brot. Avena algeriensis Trab. Avena anglica Roem. & Schult. [Invalid] Avena byzantina subsp. pseudosativa (Thell.) E. Morren Avena byzantina var. thellungiana (Malzev) Tab.Morais Avena cinerea Roem.
Cənubi Georgiya
Cənubi Georgiya (ing. South Georgia, isp. Isla Georgias del Sur) — Eyni adlı arxipelaqın ən iri adasıdır. Sahəsi 3528 km² təşkil edir (arxipelaqın sahəsi 4100 km²). Atlantik okeanın cənubunda, subantarktik qurşaqda yerləşir. Britaniya dəniz ərazilərinə daxil olan Cənubi Georgiya və Cənubi Sandviç adaları ərazisinə daxildir Cənubi Georgiya və Cənubi Sandviç adaları inzibati cəhətdən müstəqil region olsa da Folklend adaları general qubernatorları tərəfibdən idarə olunur. Belə ki, Folklend adalarının general qubernatoru həm də Cənubi Georgiya və Cənubi Sandviç adalarının komissarı vəzifəsini daşıyır. == Ümumi məlumat == Cənubi Georgiya qayalıqlardan ibarət olan adadır. Vulkan məşəllidir. Tundra ilə örtülü olur.
Georgian Airways
Georgian Airways (azərb. Gürcüstan hava yolları‎ gürc. ჯორჯიან ეარვეისი) — Gürcüstan Respublikasına aid beynəlxalq aviaşirkət. Əsasən yük daşımaqla məşğuldur. Reysləri Avropa ölkələri və Orta Asiya ölkələridir. Qərargahı Tbilisidə yerləşir.
Georgios Kandilis
Georgios Kandilis (yun. Γεώργιος Κανδύλης; 14 aprel 1915, Bakı, Bakı quberniyası, Rusiya imperiyası – 10 may 1995[…], XIV arondisman, Paris, Fransa) — XX əsrin məşhur yunan və fransız memarı və şəhərsalma mütəxəssisi. == Həyatı == Georgios Kandilis 1911-ci il 29 mart tarixində Rusiya imperiyasının Bakı şəhərində yaşayan yunan ailəsində anadan olmuşdur. Onun atası Trabzondan olan Pont əsilli idi. Anasının kökük isə yunan adası Xiosa gedib çıxırdı. Özünün uşaqlıq xatirələri barədə Kandilis danışarkən Oktyabr inqilabını və Bakıya Qızıl Ordunun daxil olmasını qeyd etmişdir. Lakin sonralar onun atası həbs olunmuş, anası ağır xəstəliyə düçar olmuş, kiçik qardaşı isə vəfat etmişdir. Atası azad olunduqdan sonra İrana meşə ticarəti ilə məşğul olmağa yollamışdılar. Gənclik illərində Kandilis ailəsi ilə birlikdə Yunanıstana gəlmiş, burada yunan dilini dərindən öyrənmək imkanı əldə etmiş və yunan vətəndaşlığını almışdır. Afina şəhəri yaxınlığında yerləşən Kolonaki rayonundakı 3 saylı gimnaziyanı bitirmişdir.
Georgios Vulqarakis
Qeorgios Vulqarakis (yunan: Γιώργος Βουλγαράκης; 4 iyun 1959, Retimno[d]) — Yunan siyasətçisi olub, dənizi ticarəti, Egey dənizi və ada siyasəti üzrə keçmiş nazir idi. == Həyatı == Vulqarakis 4 iyun 1959-cu ildə İraklionda anadan olmuşdur. anadan olub və Afina Universitetindən Siyasi Marketinq və Əlaqələr üzrə elmlər doktoru dərəcəsinə sahibdir. Yeni Demokratiya partiyasının üzvüdür. 1989-cu ilin iyununda keçirilən parlament seçkilərindən bəri Afina A 'Seçki Bölgəsindən seçilib və 1992-ci il 3 Dekabr — 12 Oktyabr 1993-cü il tarixlərində Ətraf Mühit, Məkan Planlaşdırma və İctimai işlər nazirinin müavini vəzifəsində çalışmışdır. 10 Mart 2004-cü ildən Baş nazir Kostas Karamanlis hökumətində ictimai asayiş naziri idi. 14 February 2006-cı ildə qurum Mədəniyyət Nazirliyi adlandırıldı. Yunan prokuroru, bir qrup pakistanlı kişinin London bombalarından sonra Yunan və İngilis kəşfiyyatçıları tərəfindən qaçırıldıqları iddialarını dəstəklədi. Qeorgios Vulqarakis hər hansı bir əlaqəni rədd etdi, lakin əsas müxalifət partiyası PASOK və İnsan Haqları Qrupları Vulqarakisin kabinetindən istefasını tələb etdi. 30 may 2006-cı ildə Vulqarakis bombalanmadan sağ çıxdı.
Georgius Tzul
Georgius Tzul — Xəzər xaqanlığının son xaqanı. 1016-cı ilə qədər xaqan olmuşdur. Sonra isə əsir götürülmüşdür və Xəzər xaqanlığı da süqut etmişdir. 1016-1019-cu illərdə Bizansla müttəqfiq olan ruslar Bizansın köməyi ilə Xəzər xaqanlığına yürüşlər etməyə başladılar. Həmin dövrdə Bizans imperatoru II Basileiosun köməyilə Xəzər xaqanlığının tərkibində olan Tmutarakan şəhərinə hücuma keçən Kiyev knyazı I Svyatopolk şəhəri və ətrafını ələ keçirmişdir. Döyüşdə məğlub olan Georgius Tzul isə əsir alınmışdır. Xaqan xristianlığı qəbul etmiş və Arbon adını götürmüşdür. == Mənbələr == Иванов С. А. Древнеармянское житие Стефана Сурожского и хазары // Хазары . — М. — Иерусалим, 2005. ISBN 5-93273-196-6 Kevin Alan Brook.
Georgiya Şihan
Qeorgios Vulqarakis
Qeorgios Vulqarakis (yunan: Γιώργος Βουλγαράκης; 4 iyun 1959, Retimno[d]) — Yunan siyasətçisi olub, dənizi ticarəti, Egey dənizi və ada siyasəti üzrə keçmiş nazir idi. Vulqarakis 4 iyun 1959-cu ildə İraklionda anadan olmuşdur. anadan olub və Afina Universitetindən Siyasi Marketinq və Əlaqələr üzrə elmlər doktoru dərəcəsinə sahibdir. Yeni Demokratiya partiyasının üzvüdür. 1989-cu ilin iyununda keçirilən parlament seçkilərindən bəri Afina A 'Seçki Bölgəsindən seçilib və 1992-ci il 3 Dekabr — 12 Oktyabr 1993-cü il tarixlərində Ətraf Mühit, Məkan Planlaşdırma və İctimai işlər nazirinin müavini vəzifəsində çalışmışdır. 10 Mart 2004-cü ildən Baş nazir Kostas Karamanlis hökumətində ictimai asayiş naziri idi. 14 February 2006-cı ildə qurum Mədəniyyət Nazirliyi adlandırıldı. Yunan prokuroru, bir qrup pakistanlı kişinin London bombalarından sonra Yunan və İngilis kəşfiyyatçıları tərəfindən qaçırıldıqları iddialarını dəstəklədi. Qeorgios Vulqarakis hər hansı bir əlaqəni rədd etdi, lakin əsas müxalifət partiyası PASOK və İnsan Haqları Qrupları Vulqarakisin kabinetindən istefasını tələb etdi. 30 may 2006-cı ildə Vulqarakis bombalanmadan sağ çıxdı.
Qeorqius Aqrikola
Qeorqius Aqrikola (əsl adı Georg Pawer olub, sonradan adını latın dilinə tərcümə edərək özünü Georgius Agricola adlandırıb) – Qeorqius Aqrikola (əsl adı Georg Pawer olub, sonradan adını latın dilinə tərcümə edərək özünü Georgius Agricola adlandırıb) 1494-cü ildə Saksoniyanın Qlauxau (alm. Glauchau) şəhərində kətan toxucusu ailəsində ikinci uşaq kimi dünyaya gəlmişdir. 1514-cü ildən 1518-ci ilə qədər Leipsiq Universitetində qədim dillər üzrə təhsil almışdır. Təhsilini başa vurduqdan sonra Çvikau (alm. Zwikau) şəhərində işləmək təklifini alır. Beləliklə o, 1518-ci ildə Çvikau şəhər məktəbində rektor vəzifəsində işləməyə başlayır. Aqrikola məktəbdə köklü dəyişikliklər edərək latın, yunan, hebron dilləri ilə bərabər əkinçilik, üzümçülük, tikintişünaslıq, ölçmə, hesablama, əzcazçılıq və hərbşünaslıq sahələrini də tədrisə daxil edir. 1521-ci ildə Aqrikola yenidən tibb üzrə təhsil almaq üçün öncə Leipsiq, 1523-çü ildə isə Boloniyaya və Padua şəhərlərinə gedir. 1527-ci ildə Almaniyaya qayıdan Aqrikola Kemnits (alm. Chemnitz) şəhərində həkim kimi işə başlayaraq ömrünün sonuna kimi burada işləmişdir.
Pyrus georgica
Gürcü armudu (lat. Pyrus georgica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. Gürcüstanda və Ermənistanda (Dərələyəz) arealı vardır. Boyu 9 m-ə çatan ağac və ya koldur. Çətiri kürəvari, qabığı boz, uzununa çatlıdır. Cavan zoğları bozumtul-qonur rəngdədir. Gövdəsi seyrək tikanlıdır. Yarpaqları enli ellipsvari, neştərvari, ucu sivriləşmişdir. Yarpaq ayasının hər iki tərəfi bozumtul sıx tükcüklüdür. Aprel ayında çiçəkləyir, çiçəkləri bir neçə ədəd olmaqla qalxan çiçək qrupunda yerləşir.
Georgios Kafandaris
Georgios Kafandaris (yun. Γεώργιος Καφαντάρης; 13 (25) oktyabr 1873, Frangista[d] – 28 avqust 1946, Afina) — Yunanıstan hüquqşünası və siyasətçisi. O, 1924-cü ildə bir aydan uzun müddətdə Yunanıstanın Baş naziri olmuşdur. == Həyatı == Georgios Kafandaris 25 oktyabr 1873-cü ildə dağlıq Evritaniyanın Anatoliki Frangista kəndində anadan olmuşdur. O, Afinada hüquq təhsili almışdır. Kafandaris Karpension və Messolongionda hüquqşünas kimi çalışmışdır. O, 1905-ci ildə parlamentə seçilmişdir. Elefterios Venizelos hökumətlərində nazir olmuşdur. O, 1915-ci ildə daxili işlər naziri, 1919-cu ildə kənd təsərrüfatı naziri təyin edilmişdir. Kafandaris 1924-cü ilin yanvarında Elefterios Venizelos hökumətində ədliyyə naziri, ondan dərhal sonra isə bir ay Baş nazir olmuşdur.
Georgia airways
Georgian Airways (azərb. Gürcüstan hava yolları‎ gürc. ჯორჯიან ეარვეისი) — Gürcüstan Respublikasına aid beynəlxalq aviaşirkət. Əsasən yük daşımaqla məşğuldur. Reysləri Avropa ölkələri və Orta Asiya ölkələridir. Qərargahı Tbilisidə yerləşir.
Qeorqiy Jarkov
Qeorqiy İvanoviç Jarkov (1 (14) sentyabr 1915, Noqinsk, Moskva quberniyası[d] – 22 oktyabr 1981, Moskva) — sovet futbolçusu, məşqçi. Futbolçu kimi hücumçu mövqeyində çıxış etmişdir. Jarkov qardaşlarının ən böyüyüdür (Viktor və Vasili). Sovet İttifaqı Kommunist Partiyası üzvü olub. Karyerasına 1930-cu ildə Noqinskin "Krasnoye Znamya" komandasında oynamaq ilə başlayıb. Daha sonra "Dinamo" (1936-1938 (iyun)), "ÇDKA" (1938 (iyul)), "Torpedo" (1939-1940), (1941 (iyul)-1951), "Profsoyuzı-2" (1941 (iyun)) klublarında çıxış edib. SSRİ çempionatlarında 191 qarşılaşma keçirib və 63 qol vurub. 1941-ci ildə isə 6 matça 1 qol vurub. Kombinasiya planının oyunçusu idi. Jarkov həm də yaxşı taktiki qabiliyyətə sahib idi, tərəfdaşlarla məharətlə qarşılıqlı əlaqə qura bilirdi.
Georgi Abaşvili
Georgi Abaşvili (7 oktyabr 1910 və ya 8 yanvar 1910, Tiflis – 26 sentyabr 1982, Leninqrad) — Sovet hərbi lideri, vitse-admiral (1955); dəniz elmləri namizədi (1971), dosent (1965). == Bioqrafiya == 1931-ci ilin oktyabrında Sankt-Peterburq Hərbi Dəniz Məktəbinin şturman sinifini bitirir. Ştureman olaraq Volodarski (1931 oktyabr - 1932 avqust), Lenin (1932 avqust - 1934 yanvar) esmineslərində, patrul gəmilərində diviziya şturmanı (yanvar 1934 - aprel 1935), təlim gəmisinin komandir köməkçisi olaraq xidmət edir. Leningradsovet (1935 -ci il aprel - 1936 -cı il martınadək) gəmisində komandir köməkçisi, Purga patrul gəmisində isə komandir (1936-cı il mart - 1938 -ci il martınadək) işləyir. 1937-ci ildə minadaşıyan gəmilərin komandirləri üçün bir illik kursları bitirir. Sonra "Smetlivıy" (mart - sentyabr 1938), "Qnevnıy" (1938 -ci il sentyabr - 1939-cu il fevralınadək) esmineslərinin komandiri, 1-ci patrul gəmilərinin batalyon (1939-cu il fevral - 1940-cı il aprelinədək) komandiri vəzifələrini tutur. 1939-1940-cı illər Sovet-Finlandiya müharibəsinin iştirakçısı olur. Baltik Donanmasının 4-cü məhvedici batalyonunun komandiri (1940-cı ilin fevral - dekabr ayları), 1940-cı ilin dekabrından Baltik Donanmasının 2-ci esas batalyonunun komandiri olur. === Böyük Vətən müharibəsi === İkinci Dünya müharibəsinin başlaması ilə, 2-ci esmines batalyonunun komandiri olaraq, mina döşəməsini həyata keçirir. Riqa körfəzində, Ezel və Daqo adalarının müdafiəsində düşmən konvoylarının axtarışı əməliyyatlarında iştirak edir.
Georgi Adamiya
Georgi Adamiya (gürc. გიორგი ადამია; 10 mart 1981, Tbilisi) — keçmiş Gürcüstan futbolçusu. O, Gürcüstan və Azərbaycan klublarında, hücumçu mövqeyində çıxış etmişdir. == Klub karyerası == Giorgi Adamiya idman karyerasına Gürcüstanda "TSU" və "VİT Corciya" klublarında başlamışdır. O, 2004-cü ildə VİT Corciya"nın heyətində ilə Gürcüstan çempionu olmuşdur. Adamiya bundan sonra Azərbaycan Premyer Liqasında çıxış edən "Neftçi"yə transfer olmuşdur. O, "Neftçi" ilə bir dəfə Azərbaycan çempionu olmuş, bir dəfə isə ikinci yerdə qərarlaşmışdır. Adamiya həmçinin, 2005-ci ildə Birlik Kuboku matçında ikinci yeri tutmuş və müsabiqənin bombardiri olmuşdur. O, 2006-cı ildə komandasına Birlik Kubokunu qazanmağa kömək etmişdir. "Neftçi"də beş mövsüm keçirən Adamiya "Bakı" klubuna transfer olmuş, daha sonra "Qarabağ" və "İnter" klublarında çıxış etmişdir.
Georgi Akropolit
Georgi Akropolit (yun. Γεῶργιος Ἀκροπολίτης, lat. Georgios Akropolites; 1217, Konstantinopol – avqust 1282, Konstantinopol) — Bizans tarixşünası. XIII əsrin ən önəmli Bizans tarixçilərindən biri olan Akropolitin əsərləri Nikeya imperiyasının tarixi üçün istifadə edilən əsas mənbələrdəndir. == Həyatı == Georgi Akropolit 1217-ci ildə, Bizans imperiyasının paytaxtı olan Konstantinopol şəhərində, bir zadəgan ailəsində anadan olmuşdur. O, 16 yaşında ikən təhsilini davam etdirmək üçün atası tərəfindən imperator III Duka İoann Vatasın sarayına göndərilmişdir. Nikeyada o, şagirdlərinə hesab, müstəvi və sferik cisimlərin həndəsəsi, optika, astronomiya, məntiq, sillogistika və tibb fənlərini öyrədən məşhur filosof Nikifor Blemmidin müəllimliyi altında təhsil almışdır. Akropolit təxminən 1239-cu ildə III Duka İoann Vatasın saray həkimi olmuş, bir neçə il sonra dostu və Nikeya taxtının varisi II Feodor Laskarisin müəllimi təyin edilmişdir. Feodor 1254-cü ildə taxta çıxmış və Akropoliti özünə məsləhətçi təyin etmişdir. O, 1257-ci ildə baş komandan təyin edilmiş, daha sonra diplomatik arenaya daxil olmuşdur.
Georgi Aqafonov
Georgi Aqafonov (Aqafonov Georgi Matveyeviç; 2 may 1922, Elxovka[d], Saratov quberniyası[d] – 19 yanvar 1980, Bakı) — Sovet İttifaqı Qəhrəmanı (24 aprel 1945) == Həyatı == Georgi Aqafonov 2 may 1922-ci ildə Saratov vilayətində doğulmuşdur. 1940-cı ildə orduya çağırılmışdır. İkinci dünya müharibəsi zamanı göstərdiyi qəhrəmanlığa görə 24 aprel 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Müharibədən sonra hərbi fəaliyyətini davam etdirmişdir. Georgi Aqafonov 19 yanvar 1980-ci ildə Bakı şəhərində vəfat etmişdir. Bakı şəhərindəki Fəxri Xiyabanda dəfn olunmuşdur.
Georgi Aqrikola
Qeorqius Aqrikola (əsl adı Georg Pawer olub, sonradan adını latın dilinə tərcümə edərək özünü Georgius Agricola adlandırıb) – == Həyatı == Qeorqius Aqrikola (əsl adı Georg Pawer olub, sonradan adını latın dilinə tərcümə edərək özünü Georgius Agricola adlandırıb) 1494-cü ildə Saksoniyanın Qlauxau (alm. Glauchau) şəhərində kətan toxucusu ailəsində ikinci uşaq kimi dünyaya gəlmişdir. 1514-cü ildən 1518-ci ilə qədər Leipsiq Universitetində qədim dillər üzrə təhsil almışdır. Təhsilini başa vurduqdan sonra Çvikau (alm. Zwikau) şəhərində işləmək təklifini alır. Beləliklə o, 1518-ci ildə Çvikau şəhər məktəbində rektor vəzifəsində işləməyə başlayır. Aqrikola məktəbdə köklü dəyişikliklər edərək latın, yunan, hebron dilləri ilə bərabər əkinçilik, üzümçülük, tikintişünaslıq, ölçmə, hesablama, əzcazçılıq və hərbşünaslıq sahələrini də tədrisə daxil edir. 1521-ci ildə Aqrikola yenidən tibb üzrə təhsil almaq üçün öncə Leipsiq, 1523-çü ildə isə Boloniyaya və Padua şəhərlərinə gedir. 1527-ci ildə Almaniyaya qayıdan Aqrikola Kemnits (alm. Chemnitz) şəhərində həkim kimi işə başlayaraq ömrünün sonuna kimi burada işləmişdir.
Georgi Arbatov
Arbatov Georgi Arkadyeviç (d.19.5.1923, Xerson) – rus iqtisadçı, Rusiya Elmlər Akademiyasının akademiki (1974). Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişdir (1949). Tədqiqatları beynəlxalq iqtisadi münasibətlər, Rusiya–Amerika əlaqələri və hərbi-siyasi problemlərə aiddir. SSRİ EA ABŞ və Kanada İnstitutunun banisi və direktoru (1967–1995). 1995-ci ildən REA ABŞ və Kanada İnstitutunun fəxri direktorudur.
Georgi Arsenişvili
Georgi Longinozviç Arsenişvili (gürc. გიორგი ლონგინოზის ძე არსენიშვილი; 5 yanvar 1942, Xirsa, Kaxetiya – 17 noyabr 2010, Tbilisi) — Gürcüstanlı siyasətçi, dövlət xadimi və Gürcüstanın Dövlət Naziri (2000–2001). == Həyatı == Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1970-ci ildə Kiyev Riyaziyyat İnstitutunda aspiranturanı bitirdi. Texniki elmlər doktoru və professor olmuşdur. 1973–1974-cü illərdə Heydelberq Universitetində təcrübə keçmişdir. Tətbiqi Riyaziyyat İnstitutunda baş elmi işçi, TDU-nun Mexanika-Riyaziyyat fakültəsində baş müəllim və nisbilik nəzəriyyəsi və riyazi statistika kafedrasının dosenti idi. 1978-ci ildə Kibernetika və Tətbiqi Riyaziyyat Fakültəsinin dekanı seçildi. 1982-ci ildən riyazi metodlardan istifadə şöbəsinə rəhbərlik etmişdir. Son çağırış parlamentində insan hüquqları və sivil inteqrasiya komitəsinin sədri vəzifəsində çalışmışdır.
Georgi Avalişvili
Georgi Avalişvili (Georgi (Yeqor) Avalişvili (Avalov) İoannoviç; gürc. გიორგი ავალიშვილი; 1769 — 1850, Moskva) — Gürcüstan və Rusiya siyasi xadimi, yazıçı, diplomat, səyyah, dramaturq və tərcüməçi; Həqiqi dövlət müşaviri. == Həyatı və yaradıcılığı == Avalişvili knyaz nəslinin nümayəndələrindən biri idi. Rusiya imperiyasında təhsil almışdır. Diplomat kimi xidmət etmişdir. 1791-ci ildə Qacarlar dövlətinə və Azərbaycana səfər etdi. 1784-1802-ci illərdə Sankt-Peterburqda gürcü səfirliyində katib işləmişdir. 1800-cü ildə Rusiyada Qarsevan Çavçavadze və Yeliazar Palavandişvili ilə birlikdə diplomatik missiyanın üzvü olub. Kartli-Kaxetiyanın Rusiyaya birləşdirilməssində fəal rol oynamışdır. 1800-cü ildə Kartli-Kaxetiyanın Sankt-Peterburq müqaviləsi ilə Rusiyaya birləşdirilməsi vaxtı Kartli-Kaxeti çarı XII Georginin ilk səlahiyyətli nümayəndəsi olmuşdur.
Georgi Axvlediani
Georgi Saridanoviç Axvlediani (gürc. გიორგი სარიდანის ძე ახვლედიანი13 aprel 1887 — 7 iyul 1973) — gürcü dilçi, Gürcüstan SSR Elmlər Akademiyasının akademiki. == Həyatı == Georgi Axvlediani 13 aprel 1887-ci ildə Kutaisi (Qərbi Gürcüstan) yaxınlığındakı Derçi kəndində anadan olmuşdur. 1910-cu ildə Xarkov Universitetinin tarix-filologiya fakültəsinin slavyan-rus şöbəsinə daxil olur. İmperator Xarkov Universitetini, sonra Petroqrad Universitetini bitirir. 1918-ci ildə Gürcüstan Universitetinin qurulması ilə əlaqədar olaraq Tiflisə qayıdır, "Gürcüstan Universiteti Cəmiyyəti" nin akademik komissiyasında iştirak edir. 1918-ci ildə Gürcüstan Universitetinin qurulması ilə əlaqədar olaraq Tiflisə qayıtdı, "Gürcüstan Universiteti Cəmiyyəti" nin akademik komissiyasında iştirak etdi. Tbilisi Dövlət Universitetinin qurucularından biri olur (1918). 1939-cu ildən SSRİ Elmlər Akademiyasının müxbir üzvü olur. 1941-ci ildə Gürcüstan SSR Elmlər Akademiyası qurulduqda onun həqiqi üzvü seçildi.
Georgi Balakşin
Georgi Ruslanoviç Balakşin — Rusiyanı təmsil edən boksçu. Ən yüngül çəki dərəcəsində 2002, 2004, 2006-cı illərdə keçirilən boks üzrə Avropa çempionatlarının qalibi. Dəfələrlə Rusiya çempionu (2000–2003, 2006–2007), 2004 və 2008-ci illərdə Rusiya Olimpiya yığmasının üzvü, boks üzrə əməkdar idman ustası (2002). == Həyatı == Georgi Balakşin 6 mart 1980-ci ildə Yakutiya MSSR Leninski rayonu, Antonovka kəndində anadan olmuşdur. Milliyyətcə yakutdur. 2006-cı ildə M. K. Ammosov adına Yakutiya Dövlət Universitetinin Bədən tərbiyəsi və İdman İnstitutunu bitirmişdir. 2 mart 2008 – 19 aprel 2013 aralığında dördüncü çağırış Yakutiya Dövlət məclisinin deputatı olmuş, 2010-cu ilin iyununda Dövlət məclisinin RF Federasiya Şurasındakı nümayəndəsi seçilmişdir. 21 mart 2013-cü ildə Saxa Respublikası İdman nazirinin birinci müavini təyin edilmişdir == İdman karyerası == === 2001-ci il dünya çempionatı === 1/8 final: 23:15 hesabı ilə əlcəzairli Mebarek Soltaniyə qalib gəlir. 1/4 final: 30:23 hesabı ilə rumıniyalı Boqdan Dobreskuya qalib gəlir. 1/2 final: 16:25 hesabı ilə ukraynalı Vladimir Sidorenkoya məğlub olur.