Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lissera
Naz (lat. Genista) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Gissen
Gissen (alm. Gießen‎) Almaniyanın Hessen vilayətindəki universitet şəhəridir. Əhalisi 76.000 nəfərdir, bunun 24.000 nəfərini universitet tələbələri təşkil edir.
Qlasse
Qlasse (fr. glacé — dondurulmuş, soyudulmuş) — dondurma əlavə edilmiş qəhvə əsaslı soyuq içki. Bir fincan üçün Dondurma (vanilli şokoladlı və ya kofeli) — 100 qr Şokolad şirəsi (sirop) — 2 xörək qaşığı Qaymaq (şirin və çalınmış)- 2 xörək qaşığı Monpası konfətləri (sümürulən şüşə konfet) 1 xörək qaşığı Kofeni dəmləyin ve soyudun. Azacıq soyudulmuş qaymağı çalın və şəkər kirşanı əlavə edin. Fujerlərə dondurma doldurun və uzərinə şokolad şirəsi(sirop) əlavə edin. Daha sonra ehtiyatla soyudulmuş kofe əlavə edin. Bundan sonra hər fujerin ustunə bir xörək qaşığı çalınmış qaymaq yerləşdirib üstünə monpası ovuntusu tökun.
Lisse
Lisse (nid. Leiden)-Niderlandın Cənubi Hollandiya əyalətinin qərbində yerləşən şəhər. == Turizm və görməli yerləri == Lisse ən məşhur görməli yerləri Koykenhof bağıdır ki, fəqət yayda lalələr çiçəklənən zaman açıqdır.
Qissə
Qissə - rəvayət edilən doğru və ya uydurma hekayə, əhvalat; nağıl, hadisə, vaqiə, qəziyyə. Sorma bu gecə silsileyizülfi- siyahın; Tulani olan qissədi bu, müxtəsər olmaz. S.Ə.Şirvani. Molla bu qissədən pərişanhal; Evinə döncək övrət etdi sual.. M.Ə.Sabir. [Dəli Səməd] ..məzəli-məzəli qissələr nağıl eləyib eşidənləri də gülməyə vadar edirdi. Çəmənzəminli.
Alister Krouli
Alister Krouli (ing. Aleister Crowley; doğum adı Edvard Aleksandr Krouli (ing. Edward Alexander Crowley); 12 oktyabr 1875[…] – 1 dekabr 1947[…], Hastinqs[d], Şərqi Susseks qraflığı[d]) — ən tanınmış okkultistlərdən kabbalaçılardan biri. Telema təliminin banisi, bir çox okkult əsərin o cümlədən "Qanun kitabı"nın müəllifi. == Həyatı == Alister Krouli 12 oktyabr 1875-ci ildə İngiltərənin Uorikşir qraflığının Liminqton-Spa şəhərində anadan olmuşdur. Atası Edvard Krouli əvvəllər pivə fabriki işlətmiş, Alister doğulandan sonra isə təqaüdə çıxmışdır. Kökləri Devon və Somerset ailələrinə qədər gedib çıxan anası Emili Bert Bişop və atası protestantlığın ən uc qanadı olan və Exclusive Brethren olaraq bilinən Darbyte`nin üzvləri idilər. Alisterin atası gündəlik işlərini bitirəndən sonra xütbələr deyərdi. Aleister üçünsə müqəddəs kitabı öyrənməsi üçün müəllim tutmuşdu. Atasının ölümündən sonra anasının Aleister üzərindəki diqqəti isə onun xristianlığa olan şübhəsini artırmaqdan başqa bir işə yaramamışdı.
Blister qablaşdırma
Blister qablaşdırma — dərman, kosmetika, dəftərxana ləvazimatları, mobil telefon aksesuarları kimi kiçik və yüngül məhsullar üçün istifadə olunan plastik qablaşdırma növü. Blister qablaşdırılmış əşyanın ölçüsünə və formasına uyğun olaraq qəliblənmiş şəffaf plastik və ya sərt çap materialdan hazırlanmış qutudur (plastik qeyri-şəffaf və substrat metal folqadan hazırlana bilər — məsələn, dərmanları tablet və kapsul şəklində vakuumla qablaşdırarkən). Blister adətən termoplastik polimerdən (plastik) hazırlanır və kiçik cib və ya çuxur formasında olur. Qeyri-şəffaf blister əksər hallarda fotohəssas məhsulları ultrabənövşəyi şüalardan qoruyur. == Dərman dozasının vahidləri == Blister qablaşdırma adətən dərman dozası vahidləri üçün istifadə olunur. Onlar son istifadə tarixi tələblərinə uyğun olaraq dərmanın qorunmasını təmin edirlər. ABŞ-da blister paketlər əsasən həkimlər tərəfindən dərman qablaşdırması və ya aptekdə reseptsiz satılan məhsullar üçün istifadə olunur. Dünyanın digər yerlərində blister paketlər əsas qablaşdırma növüdür, çünki apteklərdə paylama və yenidən qablaşdırma yayılmayıb.
Qleyşer (Vaşinqton)
Qleyşer (ing. Glacier) — ABŞ-nin Uatkom əyaləti, Vaşinqton ştatında siyahıyaalınma üçün müəyyənləşdirilmiş yaşayış məntəqəsi. 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına əsasən yaşayış məntəqəsinin əhalisi 211 nəfər olmuşdur. Adam başına düşən illik gəlirə görə həm Vaşinqton ştatında, həm də Uatkom əyalətində axırıncı (255-ci) olmuşdur. 1909-cu ildə Cenni Von tərəfindən əsası qoyulmuş və adlandırılmışdır. Əvvəllər ərazidə qızıl mədənləri, daha sonra isə kömür mədənləri fəaliyyət göstərmişdir. 1904-cü ildə Belliqnham Bey və Britaniya Kolumbiyası dəmir yolu (Bellingham Bay and British Columbia Railroad) çəkilmişdi. 1915-ci ildə artıq burda 3 otel, mağaza, inzibati bina və digər ictimai-iaşə obyekti var idi. 1923-cü ildə Mount Beyker Magistralı (Mount Baker Highway) açıldı. Ümumi ərazisi 7.8 km² olub, tamamilə quru ərazisindən ibarətdir.
Lissera anglica
Genista anglica (lat. Genista anglica) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin naz (bitki) cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Lissera anglica (L.) Fourr. Phyllobotrys anglica (L.) Fourr.
Lissera germanica
Alman nazı (lat. Genista germanica) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin naz (bitki) cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Cytisus germanicus (L.) Vis. Euteline germanica (L.) Raf. Lissera germanica (L.) Fourr. Voglera germanica (L.) Fourr.
Lissera hispanica
İspan nazı (lat. Genista hispanica) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin naz (bitki) cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Аvrоpаnın cənubundа bitir. Аrаlıq dənizinin qərb sаhillərində, Kаnаr аdаlаrındа, Krımdа quru yаmаclаrdа yаbаnı hаldа bitir. == Botaniki təsviri == Kiçik, sıxbudаqlı, tikаnlı kоldur. Yаrpаqlаrı uzun, еnsiz, üstdən tünd yаşıl, аltdаn bоzumtuldur. Kоlun zоğlаrının bünövrəsində çоxsаylı iynələri yеrləşir. Çiçəkləri çоxsаylı, ikicinsli, ətirli оlub, sаrı rəngdədir. Çiçək qrupu builki zоğlаrın qоltuğundа, sаlxım və yа bаşcıq şəklində, nаdir hаllаrdа dəstə ilə və yа tək-tək yеrləşir. Mеyvələri аvqust аyındа yеtişir.
Alişer Usmanov
Alişer Burhanoviç Usmanov (özb. Alisher Burxonovich Usmonov; 9 sentyabr 1953, Çust[d], Nəməngan vilayəti[…]) — özbək əsilli Rusiya sahibkarı, milyarder, USM Holdingsin təsisçisi. 1994-1998-ci illərdə Usmanov İnterfin Banklararası İnvestisiya-Maliyyə Şirkətinin rəhbəri olarkən qaza görə borclar yığırdı. 1990-cı illərin sonunda Usmanov Rem Vyakhirevlə tanış oldu; “Qazprom” və “İnterfin” öz səylərini və maliyyə vəsaitlərini birləşdirərək Oskol Elektrometallurgiya Zavodunda (OEMK) və Lebedinski Mədən və Emalı Zavodunda nəzarət səhmlərini əldə edərək, onları Qazmetall-da birləşdirdilər. 2002-ci ildə Usmanovun “İnterfin” şirkəti “Qazprom”un bu şirkətdəki payını alıb və yeganə nəzarət paketi sahibi olub. 2005-ci ildə Usmanov Vasili Anisimov ilə birlikdə Mixaylovski GOK-u Boris İvanişvilidən aldı.
Cozef Lister
Jozef Lister [Lord Lister] (ing. Joseph Lister; 5 aprel 1827[…], Apton[d], Böyük London[…] – 10 fevral 1912[…], Uolmer[d], Kent qraflığı) - böyük ingilis cərrahı və alimi, cərrahi antiseptiklərinlərin yaradıcısı, Lordlar Palatasının üzvü. Listeria bakteriya növü, insan patogeni Listeria monocytogenes də daxil olmaqla, Jozef Listerin şərəfinə adlandırılıb. London Kral Cəmiyyətinin üzvü (1860) və prezidenti (1895-1900), Paris Elmlər Akademiyasının xarici üzvü (1912). == Həyatı == Jozef Lister evin dördüncü uşağı olaraq 5 aprel 1827-ci ildə Esseks qraflığının Apton şəhərində anadan olmuşdur. 1852-ci ildə London Universitetini fərqlənmə diplomu ilə bitirərək tibb üzrə bakalavr dərəcəsi almışdır. Universiteti bitirdikdən sonra Universitet xəstəxanasının kollecinə rezident assistenti vəzifəsinə təyin edilmişdir. Bir müddət sonra Jozef Edinburqa köçmüşdür və burada Sayman klinikasında işə düzəlmişdir. Onun 1854-1855-ci illərdə əsasən oftalmologiyaya həsr olunmuş klinik cərrahiyyəyə dair mühazirələri ilk dəfə məhz bu zaman nəşr olunmuşdur. Lister yalnız 1858-ci ildə Edinburq Kral Xəstəxanasında cərrah vəzifəsinə təyin olunmuşdur.
Gissen Universiteti
Yustus Libex adına Gissen Universiteti (alm. Justus-Liebig-Universität Gießen‎) — Gissen şəhərinin ən qədim universiteti. == Tarixi == Gissen Universiteti 1607-ci ildə Hessen-Darmtştadt landqrafı olan V Lüdviq tərəfindən Gissen Akademiyası olaraq quruldu. 1945-ci ilə qədər Lüdviq Universiteti adlandırılırdı (alm. Ludwigsuniversität‎). Universitetin II Dünya Müharibəsinin sonuna qədər dağılmamış hissəsi, 1957-ci ildə (qurulduğundan 350 il sonra) yenidən universitet statusu almış Yustus Libex Kənd Təsərrüfatı və Baytarlıq İnstitutuna çevrildi. == Strukturu == === Fakültələr === 1999-cu ildən bu günə qədər Gissen Universitetində on bir ixtisas tədris olunur Hüquqşünaslıq İqtisadiyyat Sosial Araşdırmalar və Mədəniyyət Tarix və mədəniyyət Dilçilik, ədəbiyyat və mədəniyyət Psixologiya və idman Riyaziyyat və kompüter elmləri, fizika, coğrafiya Biologiya və kimya Aqronomiya, trofologiya və mühit Baytarlıq Tibb == Görkəmli müəllim və məzunlarları == Teodor Vilhelm Braune (1850—1926) Reynxard Brauns (1861—1937) Fridrix Avqust Karthoyzer (1734—1796) — professor. Huqo fon Ritqen (1811—1889) — memarlıq professoru. Karl Fridrix Ferdinand Sintenis (1804—1868) — alman hüquqşunas. Bernqard Ştade (1848—1906) — protestant ilahiyyatçısı.
Jozef Lister
Jozef Lister [Lord Lister] (ing. Joseph Lister; 5 aprel 1827[…], Apton[d], Böyük London[…] – 10 fevral 1912[…], Uolmer[d], Kent qraflığı) - böyük ingilis cərrahı və alimi, cərrahi antiseptiklərinlərin yaradıcısı, Lordlar Palatasının üzvü. Listeria bakteriya növü, insan patogeni Listeria monocytogenes də daxil olmaqla, Jozef Listerin şərəfinə adlandırılıb. London Kral Cəmiyyətinin üzvü (1860) və prezidenti (1895-1900), Paris Elmlər Akademiyasının xarici üzvü (1912). == Həyatı == Jozef Lister evin dördüncü uşağı olaraq 5 aprel 1827-ci ildə Esseks qraflığının Apton şəhərində anadan olmuşdur. 1852-ci ildə London Universitetini fərqlənmə diplomu ilə bitirərək tibb üzrə bakalavr dərəcəsi almışdır. Universiteti bitirdikdən sonra Universitet xəstəxanasının kollecinə rezident assistenti vəzifəsinə təyin edilmişdir. Bir müddət sonra Jozef Edinburqa köçmüşdür və burada Sayman klinikasında işə düzəlmişdir. Onun 1854-1855-ci illərdə əsasən oftalmologiyaya həsr olunmuş klinik cərrahiyyəyə dair mühazirələri ilk dəfə məhz bu zaman nəşr olunmuşdur. Lister yalnız 1858-ci ildə Edinburq Kral Xəstəxanasında cərrah vəzifəsinə təyin olunmuşdur.
İnqrid Visser
İnqrid Visser (nid. Ingrid Visser; 4 iyun 1977, Quda, Cənubi Hollandiya – 27 may 2013, Mursiya, Mursiya) — Niderland voleybolçusu. İnqrid Visser 4 iyun 1977-ci ildə Niderlandın Quda şəhərində (Cənubi Hollandiya) anadan olub. İnqrid voleybolçu karyerasına 1984-cü ildə "Nesselande" komandasında başlayıb. O, mərkəz blokçusu mövqeyində çıxış edirdi. 1994-cü ilin oktyabr ayında Niderland yığma komandasında debüt edib, bir il sonra isə Avropa çempionatında qızıl medal qazanıb. 1996-cı il Atlanta Olimpiadasının iştirakçısıdır. 2007-ci ildə Avropa çempionatının gümüş medalını, 2009-cu ildə isə Dünya Qran-prisinin qızıl medalını qazanıb. Ümumilikdə Visser Niderland yığmasında 514 oyun keçirib ki, bu da rekord göstəricidir. O, eyni zamanda komandanın kapitanı idi.
Risser əlaməti
Risser əlaməti – qalça darağının ossifikasiya dərəcəsi ¼ olmaqla bölünür. Əgər I dərəcədə (apofiz ossifikasiyası 0–25%) uşağın boyatması ilə bağlı skolioz ağırlaşırsa, IV dərəcədə (ossfikasiya 75–100%) skoliozun artması zəif olacaq, apofiz qalça darağı ilə tam birləşdikdə (V dərəcə) skolioz artmayacaq.
Dyuk-of-Qloster
Dyuk-of-Qloster (fr. îles du Duc de Gloucester) — Tuamotu arxipelaqının cənub-şərqində yerləşir (Fransa Polineziyası). Taitidən480 km cənub-şərqdədir. İnzibati baxımından Hao kommunasına daxildir. == Coğrafiya == == Tarixi == Atoll 1767-ci ildə Fillip Karteret tərəfindən kəşf edilir.
Xoş gəlişlər ola
Xoş gəlişlər ola — Mahnının bəstəkarı Tağı Oşenyüzen və sözlərinin müəllifi Mehmet Türkeldir.
Qlise 581c
Ekzoplanet Qlise 581C (ing. Gliese 581C) — Tərəzi bürcündə görünür. Qlise 581, ulduzunun planet sistemində yerləşir və bu sistemdə aşkar olunan 2-ci ekzoplanetdir. (Qlise 581B-dən sonra aşkar olunub). Ətrafında fırlandğı ulduz Qlise 581 adlanr. Ekzoplanet Günəşdən təxminən 20.5 işıq ili uzada yerləşir. Bu planet, Qlise 581 sistemində 2-ci aşkar olunsa da, sistemin 3-cü planetidir və öz ulduzundan cəmi 11 mln km uzaqda yerləşir . Buna görə də, bir ili 13 günə(təxminən 312 saata) bərabərdir. Həmçinin, bu məlumata və ulduzun ölçülərinə əsaslanaraq alimlər aşkarlayıblar ki, Qlise 581C "Həyat zonası"-da yerləşir. Bu da deməkdir ki, planetin səthində su mövcud ola bilər.
İsser Harel
İsser Harel (ivr. ‏איסר הראל‏‎; 1912[…], Vitebsk – 18 fevral 2003, Petah-Tikva, Mərkəz dairəsi) — 1952-ci ilə qədər Şabak Kəşfiyyat Təşkilatının direktoru olmuş və sonradan bu təşkilatın rəhbəri olmuş Mossad Kəşfiyyat Təşkilatının yaradıcılarından biridir. Onun ən mühüm işlərindən biri 1960-cı ildə Argentinada Adolf Eyxmanın şəxsiyyətinin müəyyən edilərək, xüsusi hissədən ibarət qrup tərəfindən tutularaq İsrailə gətirilməsi və burada müharibə cinayətləri, insanlığa qarşı cinayətlər və yəhudi xalqına qarşı cinayətlər üzrə mühakimə olunması üçün məhkəmə qarşısına çıxarılmasıdır. İsser Harel İsrail dövlətinin qurulmasının ilk 15 ilinin önəmli şəxsiyyətlərindən biridir. == Həyatı == O, 1912-ci ildə Rusiya İmperiyasının Vitebsk şəhərində (indiki Belarusun bir hissəsi) çox uşaqlı ailədə anadan olub. O, bütünü ivrit dilində yazılmış 10 kitabın müəllifidir.
Gliese 504 b
Gliese 504 b (çox vaxt GJ 504 b olaraq qısaldılır) HiCIAO alətindən və AO188 adaptivindən istifadə edərək(Subaru Telescop) of Mauna Kea Observatory, Hawaii by Kuzuhara et al.) birbaşa görüntüləmə yolu ilə aşkar edilmiş 59 Virginis (GJ 504) günəş analoqu sistemindəki Jovian planeti və ya qəhvəyi cırtdandır. Vizual olaraq GJ 504 b bənövşəyi rəngə sahib planetdir.
Qloster (dairə, Nyu-Cersi)
Qloster Dairəsi (ing. Gloucester County) — ABŞ-nin Nyu-Cersi ştatının dairəsi. 324.72 km2 ərazini əhatə edir. 2000-ci il əhalinin siyahıya alınmasına görə, Qloster ştatında 255.701 nəfər yaşayırdı. ABŞ Siyahıyaalma Bürosunun məlumatına görə, 2009-cu ilədək əhali 13.4% artaraq 289.920 nəfərə çatdı. Qloster, Filadelfiya-Kemden-Vilmonqton (ing. Philadelphia-Camden-Wilmington Metropolitan Area) şəhər dairəsinin bir hissəsidir. Vudberi ştatın mərkəzidir. Ştatın ən böyük şəhəri — Qlessboro.
Ulisseş Korreya i Silva
Joze Ulisseş de Pinya Korreya i Silva (port. José Ulisses de Pina Correia e Silva; 4 iyun 1962, Praya) — kabo-verdeli iş adamı və siyasətçi, 22 aprel 2016-cı ildən etibarən Kabo-Verde Baş naziri. Demokratiya Uğrunda Hərəkat Partiyası 20 mart 2016-cı ildə təşkil olunmuş parlament seçkilərində qalib gəldi və o, Baş nazir vəzifəsinə başladı. Silvia 1988-ci ildə Lissabon Texniki Universitetinin İqtisadiyyat və Biznes İdarəetmə fakültəsini bitirib. Silva fəaliyyətinə bank sektorunda başladı. 1989–1994-cü illərdə Kabo-Verde Bankında idarəetmə direktoru kimi çalışıb. Kabo-Verde Jan Piaje Universitetində müəllim kimi dərs deyib. Silva Kabo-Verde hökumətində 1995–1998-ci illərdə Maliyyə məsələləri üzrə dövlət katibi və 1999–2001-ci illərdə Maliyyə Naziri vəzifələrində çalışıb. 2008-ci ildə Praia bələdiyyə başçısı seçildi və 2013-cü ildə yenidən bu vəzifəyə təyin olundu. Silva 2013-cü ildə DUH-ın Prezidenti oldu.
Henri Stüart (Qloster hersoqu)