Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qliserin
Qliserin - (propantriol – 1, 2, 3) üçatomlu spirtlərin ən sadə nümunəsidir. Qliserin şəffaf qatı mayedir, su ilə hər cür nisbətdə qarışır, o yüksək hidroskopikliyə malikdir və havadan 40%-dək su udur, == Qliserinin alınma üsulları == Məlumdur ki, təbii piylər və yağlar mürəkkəb efirlərdən, yüksək doymuş və doymamış turşulardan ibarətdir. Əsasən bunlar palmetin-, steorin- və olein turşularıdır. Piylərin sabunlaşması adətən müxtəlif katalizatorların (turşu, qələvi, enzimlər) təsiri altında aparılır, bununla belə piylər qliserinə və piyli turşulara parçalanmırlar. Qliserin qələvi mühitində allil spirtinin KMnO4 iştirakı ilə oksidləşmə yolu ilə alına bilər. === Qliserinin sənayedə alınması === Müasir zamanda sənayedə sintetik qliserin əsasən propilendən (neft emalı zamanı qazlardan çıxarılan propilen əsasında) istehsal olunur. Alınma üsulu 4 mərhələdən ibarətdir: Propilenin xlorlaşdırılması 500C-də: Allilxloridin allil spirtinə sabunlaşdırılması: Xlorit turşusunun elementlərinin birləşdirilməsi: Qliserinin xlorhidrinlərinin sabunlaşdırılması:Qliserin allil spirtinin qələvi mühitində ehtiyatlı oksidləşməsi yolu ilə də alına bilər. Qliserinin kimyəvi xassələri onun tərkibində üç hidroksil qrupu olmalarına görə, üç sıra törəmə verə bilər, bununla belə mono- və di törəmələri iki struktur- isomer şəklində mövcud ola bilər. Qliserin üç sıra metal törəmələri verə bilər – məsələn, qurğuşun oksidi. Bu , odeməkdir ki, qliserinin turşuluğu bir atomlu spirtlərin turşuluğundan daha yüksəkdir.
Qliserin turşusu
Qliserin turşusu – şəkər turşusu, qliserinin oksidləşməsi nəticəsində əmələ gələn üzvi karbon turşusudur. Qliserin turşusunun duzları və efirlərinə qliseratlar deyilir. == Biokimya == Qliserin turşusunun bəzi fosfat törəmələri, məsələn, 2-fosfoqliserin turşusu, 3-fosfoqliserin turşusu, 1,3-bisfosfoqliserin turşusu və 2,3-bisfosfoqliserin turşusu, glikolizdə və digər metabolik yollarda ara maddələrdir [1]. 3-fosfogliserin turşusu, serin (Ser, S) amin turşusunun biosintezində vacib bir molekuldur və bu da öz növbəsində sistein (Cys, C) və glisin (Gly, G) biosintezində istifadə oluna bilər. == Mənbə == Reece, Jane B. Biology (неопр.). — 8th. - San Francisco, CA: Pearson, 2009. - С.168 - 169. - ISBN 978-0-8053-6844-4.
Slizerin
"Hoqvarts" Sehrbazlıq və Ovsun Məktəbi və ya qısaca olaraq Hoqvarts (ing. Hogwarts, Hogwarts School of Witchcraft and Wizardry) — on bir və on səkkiz yaşlı şagirdlər üçün xəyali Britaniya sehrbazlıq məktəbidir. Hoqvarts həm də Coan Roulinqin Harri Potter romanlar seriyasında ilk altı kitabı üçün ilk yerlərdən biridir.Cefri Uilliamsın 1954-cü ildəki kitabında Hoqvarts və Hoqqvart adlarının çəkilməsinə baxmayaraq, Roulinq deyib ki, bu adı o, romanlar seriyasını yazmağa başlamazdan bir az əvvəl Kyu Bağında gördüyü Xoqvort(Croton capitatus) adından təsadüfən götürüb.Xoqvart məktəbi 2008-ci ildə onlayn retinqdə Edinburq Loretto məktəbini qabaqlayaraq, 36-cı ən yaxşı Şotland təhsil ocağı kimi tanınır. Müstəqil Məktəblər Şəbəkəsi Reytinqinin direktorunun sözlərinə görə, bu məktəb "əyləncə" üçün məktəblərin siyahısına əlavə edilib. == Ev sistemləri == Hoqvarts dörd ev sisteminə bölünür və hər biri öz banisinin soyadını daşıyır: Qodrik Qriffindor, Salazar Slizerin, Rovena Reyvnklou, Helqa Haflpaff. Bu ev sistemləri tədris ili boyu mübarizə aparır və Ev kuboku üçün müxtəlif yarışlarda xal qazanmaq uğrunda mübarizə aparırlar (sinifdə sualları düzgün cavablandırmaq, məsələn, düzgün cavaba görə beş və ya on xal qazanmaq olar, dərsə gecikmək on xalın itirilməsi ilə nəticələnə bilər). Hər ev sistemi həmçinin Kviddiç kuboku yarışlarında öz Qviddiç komandası ilə mübarizə aparır. Bu iki yarış ev sistemləri arasında rəqabət yaradır. Hoqvartsdakı ev sistemlərində tələbələr birlikdə yaşayır və öyrənirlər. Hər bir ev sistemi Hoqvarts əməkdaşlarından birinin rəhbərliyi altındadır.
Erigeron geiseri
Erigeron geiseri (lat. Erigeron geiseri) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid biki növü.
Ogier Ghiselin de Busbecq
Ogier Ghiselin de Busbecq (1522[…], Komines[d], Eno – 28 oktyabr 1592, Ruan) — Avstriya monarxiyasına xidmət etmiş holland diplomatı olmuşdur. Eyni zamanda, XVI əsr İstanbulu ilə bağlı ən mötəbər mənbələrdən biri olan “Türk məktubları”nı yazmış və bununla da ədəbiyyatda səyahət məktubları janrının öncüllərindən biri olmuşdur. Türk laləsini Avropaya tanıdan şəxs kimi də tanınır. == Həyatı == O, indiki Fransanın şimalında yerləşən Busbek şəhərində anadan olub. Atası Georges Ghislain, anası Catherina Hespiel idi. O, indiki Cənubi Belçikanın Vervik və Komines şəhərlərindəki məktəblərdə və Leuven Universitetində təhsil almışdır. Daha sonra təhsilini o dövrün ən yaxşı təhsil ocaqlarının olduğu İtaliyanın Venesiya başda olmaqla bir neçə fərqli universitetində başa vuraraq dövlət qulluğuna qədəm qoymuşdur. 1552-ci ildə Avstriya knyazı I Ferdinandın rəhbərliyi altında vəzifəyə təyin edilmişdir. İki il sonra o, Avstriya adından İngiltərəyə göndərilmiş, orada İngiltərə kraliçası Meri Tudor və İspaniya şahzadəsi II Felipenin toy mərasimində iştirak etmişdir. Busbekin növbəti təyinatı Avstriyanın Osmanlıdakı səfiri olmaq olmuşdur.
Oje Qiselin de Busbek
Ogier Ghiselin de Busbecq (1522[…], Komines[d], Eno – 28 oktyabr 1592, Ruan) — Avstriya monarxiyasına xidmət etmiş holland diplomatı olmuşdur. Eyni zamanda, XVI əsr İstanbulu ilə bağlı ən mötəbər mənbələrdən biri olan “Türk məktubları”nı yazmış və bununla da ədəbiyyatda səyahət məktubları janrının öncüllərindən biri olmuşdur. Türk laləsini Avropaya tanıdan şəxs kimi də tanınır. == Həyatı == O, indiki Fransanın şimalında yerləşən Busbek şəhərində anadan olub. Atası Georges Ghislain, anası Catherina Hespiel idi. O, indiki Cənubi Belçikanın Vervik və Komines şəhərlərindəki məktəblərdə və Leuven Universitetində təhsil almışdır. Daha sonra təhsilini o dövrün ən yaxşı təhsil ocaqlarının olduğu İtaliyanın Venesiya başda olmaqla bir neçə fərqli universitetində başa vuraraq dövlət qulluğuna qədəm qoymuşdur. 1552-ci ildə Avstriya knyazı I Ferdinandın rəhbərliyi altında vəzifəyə təyin edilmişdir. İki il sonra o, Avstriya adından İngiltərəyə göndərilmiş, orada İngiltərə kraliçası Meri Tudor və İspaniya şahzadəsi II Felipenin toy mərasimində iştirak etmişdir. Busbekin növbəti təyinatı Avstriyanın Osmanlıdakı səfiri olmaq olmuşdur.
C.Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialı
Heydər Əliyev adına Hərbi Lisey (1998-2004-cü illərdə: C.Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialı) — Azərbaycan Respublikası Prezidentinin 13 mart 1998-ci il tarixli Sərəncamı və müdafiə nazirinin 09 aprel 1998-ci il tarixli əmri ilə 1998-ci ildə Naxçıvan Muxtar Respublikasında Cəmşid Naxçıvanski adına Hərbi liseyin Naxçıvan filialı.5 mart 2022-ci ildə Milli Müdafiə Universitetinin tabeliyinə verildi. == Erkən tarixi == Hələ Sovetlər İttifaqı dövründə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Cəmşid Naxçıvanski adına Respublika Hərbi Təyinatlı Orta İnternat Məktəbi yaradılmışdır. Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə ilk dəfə Naxçıvanda milli ordu hissələri yaradılmış, ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra isə milli ordu quruculuğu sahəsində daha geniş tədbirlər görülmüş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri formalaşmışdır. Heydər Əliyevin 1998-ci il 13 mart tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialının yaradılması da bu sahədə görülən işlərin prioritetidir.1999-cu ilin oktyabrında filialın yeni tədris korpusunun açılışında iştirak edən Ümummilli Lider bu hərbi təhsil müəssisəsinin yaradılması zərurətindən danışaraq demişdir: == Tarixi == Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 27 fevral 2004-cü il tarixli sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi liseyin Naxçıvan filialı ləğv edilmiş və onun əsasında Heydər Əliyev adına Hərbi lisey yaradılmışdır. == Tədris == Heydər Əliyev adına Hərbi Lisey hərbiləşdirilmiş tam orta təhsil müəssisəsidir. Hərbi liseyə qəbul 15 yaşı tamam olmuş və 17 yaşına çatmamış 9-cu sinfi bitirmiş şagirdlər riyaziyyat, fizika, Azərbaycan dili və kimya fənlərindən Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilən test imtahanlarını verməklə qəbul olunurlar. Hərbi liseydə təhsil müddəti 2 ildir. 2 tədris ili ərzində kursantlara Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi tədris planına əsasən, 13 fənn tədris edilir. Liseydə kursantlar ümumtəhsil fənlərini öyrənməklə yanaşı, hərbi hazırlıq və idman dərslərində qabiliyyətlərini inkişaf etdirirlər.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi Sərəncamı ilə Heydər Əliyev adına Hərbi Lisey 2008-2009-cu dərs ilində “İlin ən yaxşı ümumtəhsil məktəbi” adına layiq görülmüş, dəfələrlə Naxçıvan MR Ali Məclisi Sədrinin təşəkkürünü almışdır. Qısa tarix ərzində liseyi 5 kursant qızıl, 5 kursant gümüş, 12 kursant isə fərqlənmə attestatı ilə bitirmişdir.