Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qoluboy
Petux və ya xoruz (rus. петух), həmçinin keçi və ya kozyol (rus. козёл), çmo (rus. чмо), mavi və ya qoluboy (rus. голубой), incidilmiş, küsdürülmüş, sındırılmış, pərt olunmuş, "obıjenniy" (rus. обиженный) — cinayət jarqonunda həbsxana iyerarxiyasında ən aşağı səviyyəni tutan şəxsi, passiv homoseksualı və ya adətən məhbus etikasının kobud şəkildə pozulmasına görə zorla homoseksual cinsi əlaqəyə girmiş şəxsi ifadə edən anlayış. "Petux" həmçinin, Azərbaycanda homoseksuallara qarşı istifadə edilən təhqiredici sözdür. == Hüquqi baxımdan == 2015-ci ilin iyununda Avropa İnsan Hüquqları Məhkəməsi Rusiyanın ən yüksək rejimli koloniyalarından birində cəza çəkən, islah müəssisəsində mövcud olan həbsxana iyerarxiyasına qarşı çıxış edən məhbusun şikayətini qəbul etmişdir.
Anna Qolubkina
Anna Semyonovna Qolubkina (rus. Анна Семёновна Голубкина; 28 yanvar 1864, Zaraysk, Ryazan quberniyası - 7 sentyabr 1927, Zaraysk, Moskva vilayəti) — rus heykəltaraş. Şərəfinə Venerada krater adlandırılıb. == Həyatı == Anna Qolubkina 1864-cü ildə Ryazan quberniyasının (hazırda Moskva vilayəti) Zaraysk şəhərində anadan olmuşdur. 25 yaşında ikən Moskvaya getmiş və Anatoli Qunst tərəfindən təşkil edilmiş Qunst İncəsənət Məktəbinə (1889—1890-cı illər) daxil olmuşdur. Həmin məktəbdə Qolubkinanın bacarığını məşhur heykəltaraş və pedaqoq Sergey Volnuxin kəşf edir. Bir neçə il Moskva rəssamlıq, heykəltaraşlıq və memarlıq məktəbində təhsil alır. Ardınca Peterburqa köçür və 1894-1895-ci tədris ilində həvəskar dinləyici kimi Rəssamlıq Akademiyasında Vladimir Beklemişevin sinfində iştirak edir. 1895-ci ilin yayında Parisə gedərək, özəl Kolarossi Akademiyasında olur. 1897-ci ildə Rusiyaya qısamüddətli qayıdışından sonra Kamilla Klodelin yerinə keçərək, Ogüst Rodenin assistenti olur və onun əsərlərinin əl və ayaqları üzərində çalışır.
Molukka dənizi
Molukka dənizi (ing. Molucca Sea) — Sakit okeanında adalar arası dəniz olaraq Sulavesi, Mindanao, Sanqixe, Sula, Molukka və Talaud adaları arasın yerləşir. Sahəsi 291,000 km², dərinliyi 4180 m təşkil edir. Temperatur il ərzində 27-28 s arası dəyişir. Duzluğu 34 ‰ təşkil edir. Filippin arxipelaqı ilə İndoneziya adaları arasında yerləşir. Əsas limanı Davaodur ki, oda Mindanao adasında yerləşir.
Qluboka qəsri
Qluboka (alm. Frauenberg‎) ― Çexiyada tarixi şato. Qluboka ölkənin ən gözəl qəsrlərindən biri sayılır. == Turizm == Qluboka Çexiyanın ən məşhur və ən çox ziyarət edilən qəsrlərindən biridir. Qala 2019-cu ildə 293 000 nəfər ziyarətçi sayı ilə ən çox ziyarət edilən 3-cü qəsr olmuşdur. == Tarix == XIII əsrin ikinci yarısında indiki qalanın yerləşdiyi ərazidə qotik üslublu qəsr tikilmişdir. Bu qəsr ilk olaraq Renosans dövründə genişləndirilmiş, daha sonra isə 18-ci əsrin əvvəllərində Adam Frans şu Şvartsenberqin əmri ilə Barokko üslubunda qəsrə çevrilmişdir. 19-cu əsrdə II İohann Adolf şu Şvartsenberq qəsrin İngiltərədəki Vindzor sarayının romantik üslubunda yenidən qurulmasını əmr etmişdir. Memarlar Frans Beer ve F. Devoretskiy 1841-ci ildən 1871-ci ilə qədər 1,9 kvadrat kilemetrlik bir ingilis parkı ilə əhatə olunmuş romantik bir Neoqotik qəsr inşa etdilər. 1661-ci ildə İohann Adolf şu Şvartsenberq qəsri Baltasar Marradasın varislərindən satın almış və beləliklə Qluboka qəsri Şvartsenberqlər ailəsinə keçmişdi.
Qolubıe Dali (Soçi)
Qolubıye Dali — Rusiyada, Krasnodar diyarıının Soçi şəhərində mikrorayon. Mikrorayon Adler rayonu ərazisindədir. Mikroroayon Qara dənizə enən dağ yamacında, Xerota və İzvestinski çaylarının su ayrıcında yerləşir. Herota çayının və Qara dənizə enən İzvestinski çayının kiçik bir yamacında yerləşir. Sahildən mikrorayonu Adler stansiyası və Adler vaqon deposu olan dəmir yolu xətti ilə ayrılır. == Tarixi == Bu adın mikrorayona verilməsinin səbəbləri ilə bağlı bir neçə fərziyyə var: Mikrorayonun əsas küçəsi dənizə baxan təpədə yerləşir. Mikrorayon ərazisində yarpaqları mavi rəngə boyanmış və vizual olaraq "mavi məsafə" yaradan mimoza plantasiyaları var idi. Adi insanlarda küçə sadəcə Dal adlanırdı. Mikrorayonda kütləvi inkişaf 1970-ci illərin əvvəllərində başlamış və bu günə qədər davam edir. İlk tikilən ev 18 nömrəli ev olub.
Zoluşka (film, 2015)
Sindirella (ing. Cinderella) — 2015-ci ildə çəkilmiş ABŞ filmi. == Həmçinin bax == Küllücə == İstinadlar == == Xarici keçidlər == movies.disney.com/cinderella — Sindirellanın rəsmi saytı Cinderella — Internet Movie Database saytında.
Yuri Qolub
Yuri Aleksandroviç Qolub (belar. Юрый Голуб; doğulub 16 aprel 1996-cı il, Qlusk, Mogilyov vilayəti, Belarus) — Belaruslu paralimpiyaçı, biatlonçu və xizək sürən. Phençhan 2018 Paralimpiya oyunlarının dörd qat mükafatçısı, dünya çempionatının bürünc mükafatçısı (2017). Yuri Qolubun görmə qabiliyyəti yoxdur. == Bioqrafiyası == Altı yaşından xizək sürməyə başlamış. 2016-cı ildə Vuokattidə xizək sürmə üzrə Dünya Kubokunda çıxış edərək Belarus milli komandasında debüt etdi. 2017-ci ildən əlilliyi olan insanların xizək sürmək üzrə dünya çempionatlarına start verildi. Finsterauda keçirilən çempionat zamanı 10 km sərbəst xizək sürmə yarışında bürünc medal qazandı. O, həmçinin klassik üslubda 20 km yarışda dördüncü, estafet yarışında beşinci, sərbəst stil sprintində yeddinci və 7.5 km biatlon yarışında səkkizinci oldu. 2018-ci ilin mart ayında Cənubi Koreyanın Phençhanda şəhərində Paralimpiya Oyunlarında çıxış edərək debüt etdi.
Yelena Qolub
Yelena Yevgenyevna Qolub (ukr. Олена Євгенівна Голуб; 25 dekabr 1951, Kiyev) — Ukrayna müasir incəsənət rəssamı, elektroqrafiki və sənətşünası. O, Ukrayna Milli Rəssamlar İttifaqının (2003-cü ildən), Macarıstan Elektroqrafik Rəssamlar Assosiasiyasının (2019-cu ildən) üzvüdür. Qolub Yeni Ukrayna dalğasının nümayəndəsidir. Müasir incəsənətə dair 100-dən çox nəşrin müəllifidir. O, vizual incəsənətdə ekspressivliyin ifadəli və qrotesk formalarına, zehni konstruksiyaların bir növü olan kompozisiyalarda obyektlərin paradoksal qarşı-qarşıya qoyulmasına meyil edir. Bir çox milli və beynəlxalq incəsənət layihələrinin kuratoru və iştirakçısıdır. Onun əsərləri Almaniya, Niderland, Belçika, Cənubi Koreya, Polşa, Avstriya, Macarıstan və s. ölkələrdə nümayiş etdirilmişdir. Onun sənət əsərləri ilə muzeylərə Ukrayna Milli İncəsənət Muzeyi və Macarıstandakı Pannonhalma Arçabbi Muzeyi daxildir.
Qolub-Tyoryur-Arıta
Qolub-Tyoryur-Arıta — Laptevlər dənizinə daxil olan Olenok körfəzi və Oqonnyor-Kubata körfəzləri arasında yerləşən qumdan ibarət olan ada. İnzinati cəhətdən Yakutiyanın Anabar milli rayonu ərazisinə daxildir. Ada Olenok çayının deltasında yerləşir. Qonşu adalar: İlin-Qolub-Tyoryur-Arıta və Şved-Mayaktax-Arıta. Ən hündür nöqtədi 3 metrdir.
İlin-Qolub-Tyoryur-Arıta
İlin-Qolub-Tyoryur-Arıta — Laptevlər dənizinə daxil olan Olenok körfəzi və Oqonnyor-Kubata körfəzləri arasında yerləşən qumdan ibarət olan ada. İnzinati cəhətdən Yakutiyanın Anabar milli rayonu ərazisinə daxildir. Ada Olenok çayının deltasında yerləşir. Qonşu adalar: Qolub-Tyoryur-Arıta və Şved-Mayaktax-Arıta. Ada uzunsov formaya malikdir. Şimal-şərqdən cənub-qərbə uzanmışdır. Ada bataqlıqlaşmış ərazilərdən ibarətdir.