Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Molitva
Molitva — Mariya Şerifoviçin oxuduğu mahnı.
Qoliya
Qoliya (serb-kiril. Голија) ― Serbiyanın cənub-qərbində, İvanitsa və Novi-Pazar şəhərləri arasında yerləşən dağ. Qoliya Dinar dağ silsiləsinin bir hissəsidir. Dağ əhəmiyyətli biomüxtəlifliyə malik meşələr ilə örtülmüşdür. Dağda Serbiyada ilk UNESCO- MAB qeydiyyatından keçmiş biosfer qoruğu olan Qoliya-Studenitsa biosfer qoruğu yerləşir. Ərazi həm də bir neçə tarixi abidə və monastıra sahib kiçik xizək kurortudur. Dağın ən yüksək zirvəsi 1 833 metr hündürlüyündəki Jankov kamendir. == Coğrafiya == Qoliya cənubda Novi-Pazar və Raşka, şimalda isə İvanitsa olmaqla şimal-cənub istiqamətində S şəklində uzanır. Dağ təxminən 750 km² ərazini əhatə edir. Dağın zirvələrindən Qoliyanın meşələri və otlaqları, eləcə də yaxınlıqdakı Kopaonik, Komovi və Prokletie dağlarının zirvələri görünür.
Qoritsa qayası
Qoritsa qayası (bolq. скали Горица, ‘Skali Goritsa’ \ska-'li go-'ri-tsa\) — Zed adaları arxipelaq qrupuna daxil olan iki qayadan biridir. Qayalıq Antarktidanın Varna yarımadasının Cənubi Şetland adalarında, Livinqston adasının şimal sahillərində yerləşmişdir. Qayanın uzunluğu şimal-qərbi və cənub-şərqi istiqamətində 330 m, eni 700 m-dir. Qaya 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf olunmuşdur. Qoritsa qayası Bolqarıstanın şimal-şərqi və cənub-şərqində yerləşən Qoritsa şəhərinin adını daşıyır. == Yerləşməsi == Qoritsa qayası 62°25′32″ c. e. 60°09′25″ q. u.
Eugenia polita
Eugenia polita (lat. Eugenia polita) — mərsinkimilər fəsiləsinin evgeniya cinsinə aid bitki növü.
Lolita (1962)
Lolita(1962) Stenli Kubrik tərəfindən 1962-ci ildə çəkilmiş film. Ssenarisi Nabokovun eyni adlı romanı əsasında elə Nobokovun özü tərəfindən yazılmışdır. Baş rollarda Ceyms Mezon, Şelli Uinters, Piter Sellers və Syue Leyon yer alır. 1955-ci ildə Parisdə çap olunan kitab əsasında çoxlu sensasiyyalar yaranmışdı. Çünki ortayaşlı bir adama aşiq olan və onunla müəyyən əlaqəsi olan bir qız o dövr üçün çox marginal idi. Belə bir hadisə asanlıqla qəbul edile bilməzdi. Ancaq hər zaman qeyri-adi işləri ile tanınan məşhur və usta rejissor Stanley Kubrick bu hekayəni ekranlaşdırmaq istəyir. Və edir də. Film 1962-ci ildə kinoteatrlarda tamaşaçıya təqdim edilir. Böyük söz-söhbət təkrarlanır.
Lolita Torres
Lolita Torres, anadan olanda adı Beatriz Mariana Torres Iriarte, 26 mart 1930, Avelyaneda, Buenos-Ayres əyaləti[d] – 14 sentyabr 2002, Buenos-Ayres) — Argentinali aktrisa və müğənni. Beş uşağın anası idi, sonuncusu müğənni Dieqo Torres idi. Keçmiş Sovet İttifaqında Torresin filmləri ("Sevgi əsri", "Laura üçün kürəkən", "İlk baxışdan sevgi") çox məşhur idi. Bu filmlər bir çox sənətçinin - həm kino aktrisalarının (Qurçenko ), həm də opera müğənnilərinin həyatına təsir etdi(Sinyavskaya ) bir çox gələcək sənətkarlarının taleyinə təsir etdilər.
Lolita dəbi
Lolita dəbi (ロリータ・ファッション, Rorita faşşon) – Viktoriya dövrünün dəbindən və rokoko elementlərindən təsirlənən Yaponiya altmədəniyyəti. Lolita dəbinin əsas fərqləndirici xüsusiyyəti şirinlik estetikasıdır. Lolita dəbinin 3 əsas stili var: qotik, klassik və şirin. Bunlardan əlavə, dəbin başqa stilləri də mövcuddur: dənizçi, kənd, şahzadə, erotik, qrotesk, qi və va, pank, şiro (ağ), kuro (qara), stimpank və s. Lolita dəbi Yaponiyada 1990 və 2000-ci illərdə inkişaf etmişdir. == Terminologiya == "Lolita" termini ilk dəfə "Ryukou Tsushin" dəb jurnalının 1987-ci il sentyabr buraxılışında peyda olmuşdur. Terminin mənşəyi Vladimir Nabokovun "Lolita" romanı ilə bağlıdır. == Tarixi == Lolita dəbinin mənşəyi dəqiq məlum deyil. 1970-ci illərin sonunda "otome" adlı yeni mədəniyyət ortaya çıxmışdı və bu mədəniyyət lolita dəbinə böyük təsir göstərmişdir. Otomenin ortaya çıxmasından öncə - 1970-ci illərin əvvəllərində kavaii mədəniyyəti yaranmışdır.
Lolita modası

Veronica polita
Veronica polita (lat. Veronica polita) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bulaqotu cinsinə aid bitki növü.
Lolita Milyavskaya
Lolita Milyavskaya (ukr. Лоліта Марківна Мілявська; 14 noyabr 1963, Mukaçevo[d], Zakarpattya vilayəti) — sovet və rus estrada müğənnisi, aktrisa, teleaparıcı, rejissor və prodüser. == Tərcümeyi-halı == === 1963–1984: Uşaqlıq və gənclik === 1963-cü il, 14 noyabrda Ukrayna SSR-da Zakarpat vilayətinin Mukaçova şəhərində anadan olmuşdur. Atası — Mark Lvoviç Qorelik (1932–1978), ixtisasca aktyor və səhnə rejissoru olub, Yoşkar-Olada rejissor kimi çalışıb. Anası — Alla Dmitrievna Nikiforova (18 yanvar 1943-cü ildə anadan olub) Lvov Musiqi Kollecini bitirib, caz müğənnisi olub, İvano-Frankivsk Filarmoniyasında Karpat Caz Orkestrində və "Jazz Band"da işləyib. 25 il səhnədə çalışıb. Evləndikdən sonra Lolitanın valideynləri Kiyevə köçdü və Ukrkonsertdə işləməyə başladılar. Lakin atası 1974-cü ildə İsrailə mühacirət etdi , Lolita o zaman dördüncü sinifdə oxuyurdu, anası mühacirət etmək istəmədi və valideynləri boşandı. Lolitanın anası əri İsrailə getdiyi üçün Ukrkoncertdən qovulmuşdu və o , Kiyev Dövlət Musiqi Zalında işə düzəldi. Lolita valideynləri boşandıqdan sonra nənə və babası ilə Lvova köçdü və 1973-cü ilin sonuna qədər orada yaşadı.
Lbov Qolota
Lbov Qolota (ukr. Любов Голота 31 dekabr 1949, Krivoy Roq, Dnepropetrovsk vilayəti) — Sovet və Ukrayna yazıçısı (şairə, publisist, nasir), jurnalist. Şevçenko mükafatı laureatı (2008) və Ukraynanın əməkdar mədəniyyət işçisi. == Bioqrafiya == Lbov Qolota 31 dekabr 1949-cu ildə Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində mədənçi ailəsində anadan olub. 1972-ci ildə Dnepropetrovsk Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Dnepropetrovskda "Zarya", "Znamya Yunosti" regional qəzetlərində və regional radioda jurnalist kimi çalışıb. 1983-cü ildən Kiyevdə yaşayır. "Molod" və "Sovet yazıçısı" nəşriyyatlarında fəaliyyət göstərib. 1995-ci ildən ümumkrayna həftəlik "Slovo Prosvitı" qəzetinin baş redaktorudur. Lyubov Qolota Ukraynada ilk qadın kutroloji jurnalı olan "Pyataya para" mətbu orqanını təşkil edir və nəşr etdirir.
Lolita (film, 1962)
Lolita(1962) Stenli Kubrik tərəfindən 1962-ci ildə çəkilmiş film. Ssenarisi Nabokovun eyni adlı romanı əsasında elə Nobokovun özü tərəfindən yazılmışdır. Baş rollarda Ceyms Mezon, Şelli Uinters, Piter Sellers və Syue Leyon yer alır. 1955-ci ildə Parisdə çap olunan kitab əsasında çoxlu sensasiyyalar yaranmışdı. Çünki ortayaşlı bir adama aşiq olan və onunla müəyyən əlaqəsi olan bir qız o dövr üçün çox marginal idi. Belə bir hadisə asanlıqla qəbul edile bilməzdi. Ancaq hər zaman qeyri-adi işləri ile tanınan məşhur və usta rejissor Stanley Kubrick bu hekayəni ekranlaşdırmaq istəyir. Və edir də. Film 1962-ci ildə kinoteatrlarda tamaşaçıya təqdim edilir. Böyük söz-söhbət təkrarlanır.
Lolita (roman, 1955)
"Lolita" — Vladimir Nabokovun 1955-ci ildə qələmə aldığı roman. İngilis dilində yazılıb və ilk dəfə 1955-ci ildə Parisdə "Olimpiya Press" nəşriyyatında dərc olunub. XX əsrin ən görkəmli kitablardan biri sayılır: The Modern Library bütün zamanların yüz ən yaxşı romanlar siyahısında dördüncü yeri alıb , Le Monde qəzetinin XX əsrin 100 kitabı siyahısına və Time jurnalının əsrin ən yaxşı yüz romanı siyahısına düşə bilmişdir. ki jurnalının əsrin yüz ən yaxşı romanı siyahısına düşüb. Lolita Nabokovun ən tanınmış romanı sayılır və onun bütün əsərləri üçün səciyyəvi olan mürəkkəb söz oyunlarına və təsviri detallara məhəbbətini nümayiş etdirir. Nabokovun məşhur "Lolita" bestselleri erotika, sevgi prozası və sosial-tənqidi didaktikanın birləşməsi təcrübəsi kimi meydana çıxıb. Əsər zərif estetizm və fəlsəfi dərinliklə şərtlənir. Romanda qoyulan əsas problemlərdən biri sevgini darmadağın edən eqoizm mövzusudur. Roman azyaşlı qıza qarşı xəstə bir ehtiras duyan avropalı ziyalının dilindən danışılır və bu, onun intellektual fonunu müyyənləşdirir. == Romanın qəbul edilməsi == "Sunday Ekspress" nəşriyyatı kitabı pornoqrafik sayıb, tirajı tam aradan götürmüşdü.