Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gerb
Gerb (pol. herb alm. Erbe‎ — irs) və ya Tuğra - irslə ötürülən və ölkəni, şəhəri, nəsli, fərdi xarakterizə edən elementlərlə bəzədilmiş emblem. Gerblərləri heraldika elmi tədqiq edir. Gerb aşağıdakı əsas qruplara bölünür: dövlət gerbləri, torpaq gerbləri (şəhər, vilayət, quberniya, əyalət və s.), korporativ gerbləri (orta əsr sexləri), nəsil gerbləri (zadəgan nəsilləri).
Qori
Qori (gürc. გორი) – Gürcüstanda şəhər. Qori Gürcüstanın şərqində yerleşen bir şəhər, Şida Kartli mərkəzi kənar və eyni adlı bələdiyyə mərkəzidir. Şəhərin əsası Qurucu David tərəfindən qurulub. Şəhərin əhalisi 50 min nəfərdir. == Tarixi == Qori ərazisində erkən tunc dövrünə aid insan məskənləri tapılmışdır. Orta əsrlər gürcü salnamələrinə görə, Qori şəhəri Ermənistandan gələn qaçqınları məskunlaşdırmaq üçün IV David(1089-1125) tərəfindən qurulmuşdur. Ancaq Qori qalasının (gürc. გორის ციხე, "Qoris Tsixe") 7-ci əsrə aid olduğu ehtimal olunur və arxeoloji dəlillər qədim dövrlərə aid şəhər icmasının mövcudluğunu göstərir. 1299-cu ildə Qori əsl vətənləri Şimali Qafqazdan monqollar tərəfindən qovulan alan qəbilələri tərəfindən tutulur.
Qors
Hors — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. == Tarixi == Rayondakı 9 km şimal-şərqdə, Hors dərəsindən axan çayın yanında yerləşir. Kəndin adı tarixi mənbələrdə ilk dəfə X əsrdə xatırlanır. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə Xors kimi qeyd edilmişdir. Bu qədim azərbaycanlı Kəndində XII–XIV əsrlərə aid çoxlu tarixi abidələr, Alban kilsəsinin qalıqları, oğuz qəbiristanlığı, qədim Oral Malux və Quşxana kəndlərinin binalarının qalıqları (XIII–XIV əsrlər) vardır. == Toponimi == Toponim xors türk etnonimi əsasında əmələ gəlmişdir. Azərbaycan dilində q~x~h səs əvəzlənməsi qanunauyğun haldır. Onu da qeyd edək ki, xors (hors) etnonimi qors, xoros, xurs formalarında da qeyd edilir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Qoxb
Qoxb — Yelizavetpol (Gəncə) Qazax Şəmşəddin qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd.
Qərb
== Coğrafi izahı == Qərb və ya Batı Yer kürəsinin coğrafiyasında dörd istiqamətdən biridir. Səmtləri müəyyənləşdirən kompasda şərqin ( Gün çıxan səmt ) əksi kimi qəbul edilib. Coğrafiyanın təkmilləşməsi dövründə "Qərb" "günün batması yeri" kimi başa düşülürdü. Yer kürəsi qərbdən şərqə tərəf förlandığından Günəşin əks istiqamətdə hərəkəti təəssüratı yaranır. Əslində isə Yer kürəsi Günəşin ətrafında fırlanır. Xəritədə qərb tərəfi solda yerləşir. Azərbaycan dilində qərb Coğrafiyada "Q", beynəlxalq işarələmədə "W" ilə işarələnir. == Siyasi mənası == 1945-199-cı illərdə Soyuq Müharibə dövründə "Qərb" ifadəsi həmçinin NATO düşərgəsinə aid edilirdi. Hal-hazırda köhnə Avropa mənasında işlədilir. == Xristianlıqda istifadə == Pravoslav və lüteranlıqda kilsələrin zınqırovları qərbə tərəf istiqamətləinb.
Qor
Horus (və ya Horos, Hor), Qor - erkən Misir mifologiyasına görə baş tanrı sayılır. Ən qədim dövrdə göylər tanrısı, Horus bir (çox hallarda Hor) qədim Misir dilindəki Hr ("yüksəklik", "səma" mənasını daşıyır) sözünün latın dilindəki formasıdır. Bu ad, göy tanrısına aid edilir. Digər tanrıların adları kimi, bu ad da, qədimdən bir çox formalara malik olmuşdur: „Şərqi Hor" „Şenut Hor" „Hor-Anubis" „ Hierakonpolisli Hor" „Böyük Hor" „Butolu Hor" „Şimali Hor" „Mükəmməl Hor" == Horus rəvayətlərdə == Rəvayətə görə Horus Göy tanrısı hesab edilir. Günəş və Ay allah cismi kimi təsəvvür edilən göyün gözləri hesab edilir. Günəş tanrının sağ, ay isə sol gözü sayılır. Şahinin lələklərinin ucları göyün hüdudlarını göstərir. Horusun gözü qədim Misirdə simvolik əhəmiyyətə malik olmuşdur. Əfsanəyə görə, döyüşlərin birində Set tərəfindən burub çıxarılmış Horusun sol gözündən Ay yaranmışdır. Ayın fazası bu zədələnmə ilə izah edilir.
"Şərq-Qərb"
"Şərq-Qərb" ASC — Azərbaycanda nəşriyyat və mətbəə xidmətləri göstərir.
Cənub-qərb
Cənub-qərb — Cənub tərəfi ilə qərb tərəfi arasında olan keçid səmt.
Gilan Qərb
Gilan Qərb — İranın Kirmanşah ostanında şəgər, Gilan Qərb şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 19,431 nəfər və 4,620 ailədən ibarət idi.
Gora bölgəsi
Gora — tarixi-coğrafi bölgə. Bölgə Kosovo ərazisinin Albaniya və Makedoniya ilə kəsişdiyi bölgədə, dəhliz formasında cənuba uzanır. Gora Kosovonun Metoxiya regionun cənubunda yerləşir. Bölgənin yerli əhalisi goralılardı. Goralılar slavyan-müsəlmanlar hesab olunur. 1992-1999-cu illər arası Gora ayrıca inzibati bölgə idi. Gora hal-hazırda Draqaş munisipalitetinin tərkibinə daxildir. == Adının mənşəyi == Gora adı slavyan dillərində eyni məna daşıyır və rus dilində olan «Гора» sözünü ifadə edir. == Tarixi == Gora toponimi ilk dəfə 1348-ci ildə Stefan Uroş IV Duşanın sərəncamında Serbiya çarlığının regionu kimi göstərilib. Sənddə Goranın yeddi kənddən ibarət olması və bu kəndlərin Duşan tərəfindən Prizren yaxınlığında olan müsəddəs Arxanqel kilsəsinə hədiyyə verilməsində danışılır.
Kirind Qərb
Kirind Qərb — İranın Kirmanşah ostanının şəhərlərindən və Dalahu şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,894 nəfər və 2,041 ailədən ibarət idi.
Qoca Qorm
Qoca Qorm (dan. Gorm den Gamle, q.skan. Gormr gamli, lat. Gormus Senex) və ya Süst Qorn (dan. Gorm Løge, Gorm den Dvaske; IX əsr – 964, bilinmir[d]) — Danimarka kralı. Qorm Danimarkanın cənubundan gələn hücumların qarşısını almaq üçün, arvadı Trianın təkidi ilə Godfred tərəfindən inşa olunan qalaları bərpa etmişdir. Qorm xaç suyuna salınmamasına baxmayaraq, Xristianlıq dininin yayılmasına müsbət yanaşırdı. Qoca Qormun ölümündən sonra hakimiyyətə oğlu I Harold gəlmişdir.
Qora dialekti
Qora dialekti, Qorani və ya Naşinski (sözün əsl mənası "bizim dilimiz") Cənubi Slavyan dillərinin bir çeşididir ki Kosovo, Albaniya və Makedoniya Respublikası arasında sərhəd sahəsində Qorani xalqı tərərəfindən danışılır. Torlak dialekti qrupunun bir hissəsidir ki, şərqi və qərbi Cənubi slavyan dilləri arasında olan keçid dialektidir. == Paylanması == Qora dialekti Qora regionunda danışılır.Kosovada 18 kənddə, Albaniyada 11 kənddə və Makedoniyada 2 kənddə danışılır.
Qore adası
Qore (fr. Île de Gorée) — Atlantik okeanda ada və Seneqalın paytaxtı Dakar şəhərinin dairə kommunlarından biri. Ada Dakarın əsas limanından 2 kilometr (1.2 mil) məsafədə yerləşir və 18.2 hektar sahəyə malikdir. Qul ticarəti tarixindəki faktiki rolu mübahisə mövzusu olsa da, Atlantik qul ticarəti ilə maraqlananlar üçün məşhurdur. 2013-cü il siyahıyaalınmasına görə əhalisinin sayı 1680 nəfər idi. Bu rəqəm 5.802 nəfər / km2 olaraq bir əhali sıxlığı verir ki, bu da Dakar şəhərinin orta sıxlığının yalnız yarısıdır. Qore Dakarın 19 dairə kommunundan ən kiçiyi və ən az məskunlaşılanıdır. Seneqaldakı qul ticarəti üçün digər vacib mərkəzlər daha da şimalda, Sen-Luidə və ya cənuba doğru Qambiyadakı böyük çayların mənsəbində idi. Qore adası UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.Adanın adı əsl holland adı olan və "yaxşı reyd" mənasını verən Quderede sözündən götürülmüşdür.
Qori (şəhər)
Qori (gürc. გორი) – Gürcüstanda şəhər. Qori Gürcüstanın şərqində yerleşen bir şəhər, Şida Kartli mərkəzi kənar və eyni adlı bələdiyyə mərkəzidir. Şəhərin əsası Qurucu David tərəfindən qurulub. Şəhərin əhalisi 50 min nəfərdir. == Tarixi == Qori ərazisində erkən tunc dövrünə aid insan məskənləri tapılmışdır. Orta əsrlər gürcü salnamələrinə görə, Qori şəhəri Ermənistandan gələn qaçqınları məskunlaşdırmaq üçün IV David(1089-1125) tərəfindən qurulmuşdur. Ancaq Qori qalasının (gürc. გორის ციხე, "Qoris Tsixe") 7-ci əsrə aid olduğu ehtimal olunur və arxeoloji dəlillər qədim dövrlərə aid şəhər icmasının mövcudluğunu göstərir. 1299-cu ildə Qori əsl vətənləri Şimali Qafqazdan monqollar tərəfindən qovulan alan qəbilələri tərəfindən tutulur.
Qori Seminariyası
Qori Seminariyası, Zaqafqaziya Müəllimlər Seminariyası, Cənubi Qafqaz Müəllimlər Seminariyası (rus. Закавказская учительская семинария) – XIX əsrin axırları və XX əsrin əvvəllərində Gürcüstanın Qori şəhərində fəaliyyət göstərən təhsil ocağı. Zaqafqaziya Müəllimlər Seminariyası xalqımıza bir sıra görkəmli simalar bəxş etmişdir. Onların arasında "Azərbaycan" qəzetinin əməkdaşları da var idi. == Haqqında == 1876-cı ilin mayında "Əkinçi" qəzeti yazırdı: "…Qori şəhərində bir məktəbxana açılıb ki, orada oxuyan şagirdləri müəllim eləsinlər. O məktəbxanada 20 nəfər erməni və gürcü padşahlıq xərcinə oxuyacaq. İndi "Kafkaz" adlı qəzet yazır ki, doğrudur, müsəlmanların məktəbxanaları üçün müəllimləri oxutmaqdan ötrü əlahiddə məktəbxana açılacaq, amma indi müsəlmanlardan hər kəs xahiş etsə, zikr olan Qoridə açılan məktəbxanaya öz uşaqlarını öz xərcinə qoya bilər. Oraya oxumağa girən hər kəs gərək mahal məktəbdə oxumuş ola və özü 16–19 yaşında ola. Orada 3 il dərs deyiləcək". Hələ 1875-ci il aprelin 8-də Zaqafqaziya Müəllimlər Seminariyasının "Əsasnamə"sindəki bir qeyddə deyilirdi ki, müsəlmanlar xüsusi müsəlman müəllim məktəbi açılana kimi bu seminariyaya və onun nəzdindəki məktəbə daxil ola bilərlər.
Qori məbədi
Qori Məbədi - Naqarparkar şəhərindəki Caynizm məbədidir. Viravah Məbədindən 14 mil şimal-qərbdə yerləşir. 1375-1376-cı illərdə tikilmişdir. Məbəd xüsusi olaraq yalnız 23-cü caynizm Tirtxankarası olan Lord Parşvanatx üçün ayrılıb. Bu məbəd Naqarparkarın digər bütün Caynizm ibadətgahları ilə birlikdə 2016-cı ildə YUNESKO-nun Ümumdünya İrsi statusunun ilkin siyahısına Naqarparkar Mədəni Landşaftı olaraq daxil edildi. == Etimologiyası == Bu məbədin adı əsrlər boyu bir neçə dəfə dəyişdi. Məbəd eramızın 300-cü ilində caynist Qoriçom tərəfindən və ya 16-cı əsrdə tikilmişdir. == Dizayn == Qori Məbədi, Hindistanın Racastan şəhərində, Əbu dağındakı bənzər bir memarlıq abidəsi ilə oxşar dizayna malikdir. Məbəd 60 futdan 125 futa qədər hündürlükdədir və mərmərdən tikilmişdir. Bütün məbəd daş üzərində oyulmuş bir sıra addımlarla çatan yüksək bir platformada qurulmuşdur.
Qori qəzası
Qori qəzası (rus. Горийский уезд, gür.: g.ə. გორის მაზრა / l.ə. qoris mazra) — Rusiya imperiyası (Gürcüstan, Gürcüstan-İmeretiya və Tiflis quberniyaları tərkibində), Gürcüstan Demokratik Respublikası və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası (Gürcüstan Sovet Sosialist Respublikası tərkibində) tərkibində mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Qori şəhəri idi. == Tarix == 30 dekabr 1800-cü ildə Kartli–Kaxetiya krallığının Rusiya İmperiyasına birləşdirilməsindən və 18 mart 1801–ci ildə ləğvindən sonra bu krallığın ərazilərini əhatə edən Gürcüstan quberniyası tərkibində, 24 sentyabr 1801-ci ildə təşkil edilmişdir. == Əhali == 1851–ci ildə Rusiyada əhali sayının araşdırılması üçün həyata keçirilmiş IX təftişə əsasən, inzibati cəhətdən Qori, Yelizavetpol, Sığnaq, Telav və Tiflis qəzalarını, həmçinin Dağ dairəsini, Car–Balakən hərbi dairəsini, Osetiya dairəsini və Tuş–Pşav–Xevsur dairəsini əhatə edən Tiflis quberniyasının əhalisi 267.786 nəfəri kişilər, 223.699 nəfəri qadınlar olmaqla 491.485 nəfər idi. Əhalinin ümumi sayı haqqında məlumatlar imperiyanın Maliyyə Nazirliyinin Zaqafqaziya idarəsi tərəfindən təqdim olunmuşdu. Qəzalar və dairələr üzrə qadınların ayrıca sayını müəyyən etmək münkün olmamışdır. Kişilərin qəzalar və dairələr üzrə sayı haqqında məlumatlar isə Tiflisdən həqiqi dövlət məsləhətçisi Aleksey Fyodoroviç Kruzenştern tərəfindən təqdim olunmuşdu, bu məlumatlar Car–Balakən hərbi dairəsi istisna olmaqla quberniyanın kənd yerlərində 1842–ci ildə, şəhər yerlərində 1848–ci ildə, ümumən Car–Balakən hərbi dairəsinin yaşayış yerlərində isə 1844–cü ildə həyata keçirilmiş kameral təsvirlərə əsaslanırdı.
Qori zəlzələsi
Qori zəlzələsi — 1920-ci il fevralın 20-də Gürcüstanda baş vermiş zəlzələ. Bəzən bu zəlzələyə Karpat zəlzələsi də deyilir. Bir gündə iki güclü təkan, birincisi saat 00.00-da 5-6 ball gücündə, ikincisi isə saat 11.45 dəqiqədə dağıdıcı gücdə olmuşdur. Ən güclü təkanlar hiss edilmiş, 1 000 km^2 sahədə olan tikililərin 2/3 hissəsi uçmuş yaxud zədələnmiş, 150-yə qədər adam həlak olmuş və ağır yaralanmışdır. Qori zəlzələsi nəticəsində şəhərdə güclü dağıntılar baş vermişdir. Qoridə və ətrafdakı 30-a qədər kənddə xeyli evlər, kilsələr uçmuş, əyilmiş, şaquli oxu ətrafında dönmüşdür. Çox kəndlərdə zəlzələdən qabaq müəyyən müddət gurultu səsi eşidilmiş və bu müddət adamların evlərdən qaçmasına kifayət etmişdir. Dağlarda uçqunlar olmuş, bulaqlarda suyun miqdarı dəyişmiş, su bulanmış və başqa hallar müşahidə olunmuşdur. Əsası 1888-ci ildə qoyulmuş, Qori seminariyasının ruhani seminariyanın binası 1920-ci ildə Qoridə baş verən dəhşətli zəlzələ nəticəsində dağılıb. == Azərbaycanın köməyi == 1920-ci il fevralın 20-də Gürcüstanda zəlzələ baş vermiş, Qori şəhərində və ətraf kəndlərdə ciddi dağıntılar olmuş, minlərlə adam evsiz-eşiksiz qalmışdı.
Qori şəhəri
Qori (gürc. გორი) – Gürcüstanda şəhər. Qori Gürcüstanın şərqində yerleşen bir şəhər, Şida Kartli mərkəzi kənar və eyni adlı bələdiyyə mərkəzidir. Şəhərin əsası Qurucu David tərəfindən qurulub. Şəhərin əhalisi 50 min nəfərdir. == Tarixi == Qori ərazisində erkən tunc dövrünə aid insan məskənləri tapılmışdır. Orta əsrlər gürcü salnamələrinə görə, Qori şəhəri Ermənistandan gələn qaçqınları məskunlaşdırmaq üçün IV David(1089-1125) tərəfindən qurulmuşdur. Ancaq Qori qalasının (gürc. გორის ციხე, "Qoris Tsixe") 7-ci əsrə aid olduğu ehtimal olunur və arxeoloji dəlillər qədim dövrlərə aid şəhər icmasının mövcudluğunu göstərir. 1299-cu ildə Qori əsl vətənləri Şimali Qafqazdan monqollar tərəfindən qovulan alan qəbilələri tərəfindən tutulur.
Qorj (judets)
Qorj judetsi (rum. Judeţul Gorj) — Valaxiya regionunda yerləşən Rumıniya judetsi. == Coğrafiyası == Sahə — 5602 km². Şərqdə — Vılça, qərbdə — Mexedintsi və Karaş-Severin, şimalda — Xunedoara, cənubda — Dolj. == Əhalisi == 2007-ci ildə əhalinin sayı 381 643 nəfər təşkil edirdi, sıxlığı — 68,12 nəf./km².
Qoro Miyadzaki
Qoro Miyazaki (|宮崎 吾朗| 21 yanvar 1967[…], Tokio[d]) — yaponiyalı rəssam, məşhur rejissor Hayao Miyazakinin kiçik oğlu. == Filmoqrafiya == Rejissor"Yerdəniz hekayələri" — tammetrajlı anime-film, 2006.
Qoro Miyazaki
Qoro Miyazaki (|宮崎 吾朗| 21 yanvar 1967[…], Tokio[d]) — yaponiyalı rəssam, məşhur rejissor Hayao Miyazakinin kiçik oğlu. == Filmoqrafiya == Rejissor"Yerdəniz hekayələri" — tammetrajlı anime-film, 2006.
Qorx-mazoba
Qorxmazoba (Tat. Dərəsiyəo) — Azərbaycan Respublikasının Quba rayonunda, dağlarda yerləşən bir kənddir. Əhalisi təxminən 600 nəfərdən ibarətdir və əsasən etnik Tatlar təşkil edir.Kəndin Dərəsiyəo adı, ərazinin təbii mənzərəsini əks etdirir. "Dərə" dərə, "siyə" qara, "o" isə Tat dilində su deməkdir. Kənd yamyaşıl bitki örtüyü və təbii bulaqlarla əhatə olunub ki, bu camaatı bol su və ruzi bərəkət ilə təmin edir. Kənd kontinental iqlimə malikdir, qışı çox soyuq və yayı isti keçir. Çoxlu ağaclar, bitkilər, meyvələr və tərəvəzlərlə örtülüb ki, gözəl və yaşıl bir mühit təmin edir. Kənd təsərrüfatının əsasını əkinçilik, maldarlıq, meyvə, heyvan və ət satışı təşkil edir. Burada yaşayan sakinlərin özünəməxsus adət-ənənələri və mədəniyyəti var ki, onlar bununla fəxr edirlər. Onlar əsas Tat dilində, eləcə də Azərbaycan və Rus dillərində danışırlar.
Qərb dağdağanı
Qərb dağdağanı (lat. Celtis occidentalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin dağdağan cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Krım, Şimali Qafqaz, Şimali Amerikada yayılmışdır. == Botaniki təsviri == Quru, daşlı torpaq şəraitində bitir. == Ekologiyası == Quru, daşlı torpaq şəraitində bitir. == Azərbaycanda yayılması == Böyük Qafqazda rast gəlinir. Azərbaycanda dekorativ bitki kimi yaşıllaşdırmada istifadə olunur. == İstifadəsi == Dekorativ bitkidir. Xiyabanlarda, bağlarda, parklarda tək və qrup əkinlərində istifadə edilir. Quru daşlıq yamaclarda tarlaqoruyucu əkinlər üçün yararlıdır.
.срб
.срб (.xn--90a3ac) — Yuxarı səviyyəli kiril əlifbasında olan Serbiyanın milli domeni. İnternetdə kiril əlifbasında yazılmış ikinci domen. (birinci .рф) . Domen 3 may 2011-ci ildə işə salınmışdı . Domen adlarının qeydiyyat prosesi 27 yanvar 2012-ci ildə başladı.. Bu zonada birinci qeyd edilmiş domen "рнидс.срб" oldu — (Serb milli domen registratoru).
2009 год
== Hadisələr == Azərbaycan Respublikasında "Uşaq ili". 1 aprel - Xorvatiya və Albaniyanın NATO-ya qəbul edilməsi. 21 iyun — Danimarkanın keçmiş müstəmləkəsi Qrenlandiyanın öz müstəqilliyini elan etməsi. A-Team adlı rep-qrupu yaradılmışdır. 18 fevral - "Bakı İslam mədəniyyətinin paytaxtı – 2009" tədbirlərinin təntənəli açılışı . 18 mart - Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər haqqında əlavə və dəyişikliklər edilməsinə dair referendum keçirilməsi. 18-24 mart - Bakıda "Muğam aləmi" Beynəlxalq musiqi festivalının keçirilməsi. 30 aprel — Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi 4 may - Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamın imzalanması. 9 sentyabr — Azərbaycan və Tuvalu dövlətləri arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanması. 6 dekabr — Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşünün keçirilməsi.
2011 год
== Hadisələr == Azərbaycan Respublikasında "Turizm ili". 1 yanvar Estoniya avro pul vahidinə keçir, Avro Bölgəsinin 17-ci üzvü olur. Macarıstan Avropa Birliyi Şurasının sədri oldu. 3 yanvar Arnold Şvartsenegger Kaliforniya ştatın qubernator yerini buraxıb. 4 aprel — Cartoon Network (Türkiyə) Loqosunu dəyişmişdir. 11 fevral – Misirdə uzun sürən etirazlardan sonra ölkə prezidenti Hüsnü Mübarək istefa verir. 11 mart – Yaponiyada 8.9 bal gücündə dağıdıcı zəlzələ baş verir. Zəlzələ nəticəsində sunami fəlakəti yaşanır, Fukusima atom stansiyasında qəza baş verir. 15 sentyabr — Moskvada Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun dəstəyilə hazırlanmış Müslüm Maqomayevin abidəsinin təntənəli açılış mərasimi olmuşdur 24 oktyabr — Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. 31 oktyabr — Dünya əhalisinin sayı 7 milyard olmuşdur.