Hors — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd.[2][3][4][5]
kənd | |
Hors | |
---|---|
39°51′45″ şm. e. 45°13′49″ ş. u. | |
Ölkə | Ermənistan |
Region | Dərələyəz mahalı |
Rayon | Keşişkənd rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.660 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Rayondakı 9 km şimal-şərqdə, Hors dərəsindən axan çayın yanında yerləşir. Kəndin adı tarixi mənbələrdə ilk dəfə X əsrdə xatırlanır[6]. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə Xors kimi[7] qeyd edilmişdir. Bu qədim azərbaycanlı Kəndində XII–XIV əsrlərə aid çoxlu tarixi abidələr, Alban kilsəsinin qalıqları, oğuz qəbiristanlığı, qədim Oral Malux və Quşxana kəndlərinin binalarının qalıqları (XIII–XIV əsrlər) vardır[6].
Toponim xors[8] türk etnonimi[9][10] əsasında əmələ gəlmişdir. Azərbaycan dilində q~x~h səs əvəzlənməsi qanunauyğun haldır[11]. Onu da qeyd edək ki, xors (hors) etnonimi qors, xoros, xurs formalarında da qeyd edilir[12][13]. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Albaniya və ona bitişik bölgələrdə, o sıradan İndiki Ermənistan ərazisində yaşamış qədim türk mənşəli Qorus (Gorus) tayfasının adını əks etdirir. Azərbaycanda İndiki Dəvəçi rayonunun ərazisi erkən orta əsrlərdə bu elin adı ilə Xursan adlanırdı. Ona görə İndiki Çıraqqalanın yerləşdiyi qaya da "Xurus qayası" adı ilə mə'lumdur. Həmin tayfa şimal-şərqi Azərbaycanda III əsrdə yaşayırdı. Bu tayfanın adı ilə bağlı digər toponim "Alban tarixi"ndə ermənicə yazılışda Qoroz qalası kimi çəkilir[14] ki, bu da orta əsrlərdəki Gorus kəndi və mahalıdır. Bundan başqa bu etnonim Naxçıvanda Xurs, Qarabağda Xorus (Xoruz), Tiflis quberniyasının Axalkalaki qəzasında Xorosdaq, Axalsix qəzasında Qoros-Xaraba, Kutaisi qəzasında Xorosdaq, Stavropol quberniyasında Geros və İndiki Qroznı toponimlərində qalmışdır[15]
Kənddə 1831-ci ildə 26 nəfər, 1873-cü ildə 649 nəfər, 1886-cı ildə 904 nəfər, 1897-ci ildə 1136 nəfər, 1904-cü ildə 971 nəfər, 1914-cü ildə 958 nəfər, 1916-cı ildə 1337 nəfər, 1919-cu ildə 664 nəfər yalnız azərbaycanlı yaşamışdır[16]. Kənd sakinləri 1919-cu ilin sonlarında ermənilərin təcavüzünə məruz qalaraq tamamilə qovulmuşdur. Kəndə İrandan köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənd sakinlərindən sağ qalan azərbaycanlılar öz doğma yurdlarına qayıda bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 192 nəfər, 1926-cı ildə 172 nəfər, 1931-ci ildə 234 nəfər azərbaycanlı yaşamışdır[16]. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən qovulmuşdur. İndi ermənilər yaşayır.