Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qrad
Qrad (silah) — reaktiv yaylış atəş sistemi. Qolen Qrad — Makedoniya Respublikasının ərazisində yerləşən ada.
Qolen Qrad
Qolen Qrad (mak. Голем Град) — Makedoniya Respublikasının ərazisində yerləşir. Adanın mənası Böyük qala kimi səslənir. Bəzən isə İlan adası olaraq adlanır. Adanın sahəsi 20 hektardır. Ada Prespa gölü daxilində, Yunanıstan və Albaniya sərhəddindən bir necə km aralıda yerləşir. Qolen Qrad adasında bir necə qədim məbəd vardır. Adada çoxlu sayda heyvan növü yaşayır..2008-ci ilin avqust ayından ada yuristlərin girişi üçün açılmışdır. == Xüsusiyyətləri == Qolen Qrad 20 h əraziyə malik olub, 600 metr uzunluğa və 350 metr enə malikdir. XX əsrin ortalarından etibarən adada yaşayış yoxdur.
Qrad (silah)
Qrad (indeski 9K51) — Sovet istehsalı 122 mm reaktiv yaylış atəş sistemidir. "Katyuşa" sisteminin bazasında yaradılmış bu sistem "Ural-375" və ya "Ural-4320" avtomobillərinin üzərində quraşdırılır. "Qrad-1" (9K55) sistemi 9P138 əsasında mövcud olan "Qrad"-ın təkmilləşdirilmiş formasıdır. NATO ölkələrində sistem M1964 adı ilə tanınır. == Ümumi xarakteriskası == Orduda istifadəyə 1963-cü ildən götürülmüşdür. Hədəfi vurma məsafəsi 30 km-dir. Bir dəfəyə 40 ədəd mərmi atır. Çapı 122 mm-dir. Qrad sistemi növündən asılı olaraq "Ural-375" və "Ural-4320" avtomobillərinin üzərində quraşdırılır. "Qrad-1" modifikasiyası üçün ZİL-131 avtomobili tətbiq olunur.
Çariçin-Qrad
Çariçin-Qrad (serb-kiril Царичин град) və ya Yustiniana-Prima (lat. Iustiniana Prima, serb. Јустинијана Прима) ― 535-615-cı illərdə mövcud olmuş Bizans şəhəri və hal-hazırda Serbiyanın cənubundakı müasir Lebane şəhəri yaxınlığında yerləşən arxeoloji ərazi. Şəhərin əsası imperator I Yustinian (527-565) tərəfindən qoyulmuşdur.Çariçin-Qrad arxeoloji sahəsi 1979-cu ildə Serbiya Respublikası tərəfindən qorunan "müstəsna əhəmiyyətə malik arxeoloji ərazilər" siyahısına əlavə edilmişdir. == Tarix == Şəhər imperator I Yustinian tərəfindən qurulmuşdur. Yustiniana-Prima 530-cu illərdən 615-ci ilə qədər mövcud olmuş və yepiskopun iqamətgahı olaraq dizayn edilmişdir. Şəhər planlaması klassik və xristian elementlərini: termlər, forum və kolonnalı küçələrbirləşdirirdi. Tipik Aralıq dənizi xüsusiyyətləri isə çox sayda kilsə ilə birlikdə məhv olmuşdur. Yustinian 535-ci ildə rəsmi olaraq şəhərin təməlini qoyaraq Yustiniana-Prima başpiskoposluğunu yaratdı və eyni zamanda onu Selaniki əvəzinə İllirik prefekturasının paytaxtına çevirdi (tarixçilər arasında mübahisəli olsa da). Şəhər təxminən 615-ci ildə tərk edildi.
Arad
Arad (judets)
Gray
Con Eduard Qrey (ing. John Edward Gray; 12 fevral 1800, Uolsoll, Uest-Midlends[d] – 7 mart 1875, London12 fevral 1800, Uolsoll — 7 mart 1875, London) — Britaniya zooloqu. == Zoologiyaya aid əsərləri == Gray J. E. A list and description of some species of shells not taken notice of by Lamarck (continued) // Annals of Philosophy. — 1825. — Vol. 9. — No. 2. — P. 407—415. Gray J. E., Hardwicke T. Illustrations of Indian Zoology.
Qraf
Qraf (riyaziyyat)
Qram
Qram (fr. gramme; işarələməsi: q, g) — Kütlənin ölçü vahidi, SQS vahidlər sisteminin 3 əsas vahidlərindən biri.
Qras
Qras (fr. Grasse) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti.
Qrid
Qrid — küllü miqdarda reqional və milli şəbəkələrin birləşdirilməsini nəzərdə tutan və beləliklə geniş istifadəçi dairəsi üçün açıq olan universal hesablama mənbəyidir. Qrid - (ing.grid computing, ru. грид-вычисления) – (“grid” – tor, şəbəkə) - hesablama baxımından çətin problemlərin həlli üçün onların bir hissəsinin İnternetə bağlanmış və geniş ərazidə paylanmış kompüterlər yığının istifadə olunmayan resursları arasında bölüşdürülməsi prosesi. Qrid (Grid) – paylanmış, dinamik virtual təşkilatlarda müxtəlif resursların ortaq və əlaqələndirilmiş istifadəsini dəstəkləyən texnologiya və infrastrukturdur. Bu termin 90-cı illərdə kompüterdən istifadəni elektrik şəbəkəsi (power grid) asan etmək ideyasından yaranmışdır. Hal-hazırda bir çox Qrid layihəsi var. Bunlara misal olaraq, DataGrid, TeraGrid, NorduGrid və s göstərmək olar. Azərbaycanda ilə 2009-cu ildən Fizika İnstitutunun "Yüksək Enerjilər Laboratoriyası"ı tərəfindən "azgrid" adı altında yaradılmağa başlanmışdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
BM-21 Qrad
Qrad (indeski 9K51) — Sovet istehsalı 122 mm reaktiv yaylış atəş sistemidir. "Katyuşa" sisteminin bazasında yaradılmış bu sistem "Ural-375" və ya "Ural-4320" avtomobillərinin üzərində quraşdırılır. "Qrad-1" (9K55) sistemi 9P138 əsasında mövcud olan "Qrad"-ın təkmilləşdirilmiş formasıdır. NATO ölkələrində sistem M1964 adı ilə tanınır. == Ümumi xarakteriskası == Orduda istifadəyə 1963-cü ildən götürülmüşdür. Hədəfi vurma məsafəsi 30 km-dir. Bir dəfəyə 40 ədəd mərmi atır. Çapı 122 mm-dir. Qrad sistemi növündən asılı olaraq "Ural-375" və "Ural-4320" avtomobillərinin üzərində quraşdırılır. "Qrad-1" modifikasiyası üçün ZİL-131 avtomobili tətbiq olunur.
Mal Qrad adası
Mal Qrad və ya Maliqrad (alb. Qyteti i Vogël) — Tektokik göl olan Prespada yerləşən kiçik ada. Yunanıstan, Albaniya və Şimali Makedoniya ilə sərhəddə yaxın ərazidə yerləşir. Mal Qrad adası Prespa gölünün Albaniyaya aid hissəsində hündür bir platoda yerləşir. Sahəsi 5 hektardır. Qolen Qrad adasından sonra Prespa gölünün sahəsinə görə ikinci adasıdır. ada daimi əhaliyə sahib deyil Adada çoxlu sayda mağara vardır. Burada vəhşi heyvanlar yaşayır. Çömçəquyruğa bənzər quruluşa sahibdir. Bir hissəsi ağacla örtülmüşdür.
Soko Qrad (Sokobanya)
Soko Qrad (serb-kiril Соко Град) ― Serbiyanın Sokobanya kurort şəhərindən 2 kilometr şərqdə yerləşən orta əsr şəhəri və qalası. Qala 1982-ci ildə "böyük əhəmiyyətə malik mədəniyyət abidəsi" elan edilmişdir və Serbiya Respublikası tərəfindən qorunur. == Tarix == Qala VI əsrdə Şərqi Roma imperatoru I Yustinian dövründə avarların və slavyanların Balkan yarımadasına hücum etməsinin qarşısını almaq üçün inşa edilmişdir. Ərazi 1172-ci ildə Stefan Nemanya tərəfindən işğal edildi və orta əsr Serbiya dövlətinin bir hissəsi oldu. Boqomilçilərin Serbiyadan qovulması zamanı Nemanya boqomil olan Soko administratoru ilə toqquşdu. Soko Qrad 1398-ci ildə isə Osmanlı imperiyası tərəfindən işğal etdi. Şəhər şiddətli Osmanlı hücumu nəticəsində dağılmışdır. Bu gün görünən yeganə xüsusiyyətlər qalanın qapısı, divarları və üç qülləsi olan yuxarı şəhərin qalıqlarıdır. Soko Qrad sözünün mənası "şahin şəhəri" deməkdir. Şəhərin adı şəhərə təlimli şahinlərlə vergi ödəyən bir çox şahin ovçusu ilə bağlıdır.
A.Gray
Eysa Qrey (eləcə də Asa, və ya Eyza; ing. Asa Gray; 1810—1888) — XIX əsrin tanınmış ABŞ botaniklərindəın biri. 1862-ci ildən Peterburq EA-nın müxbir üzvü. == Əsas işləri == Gray A., Torrey J. A flora of North America, 1838—1843 Gray A., Engelmann G. Plantae Lindheimerianae: An enumeration of F. Lindheimer’s collection of Texan plants, with remarks and descriptions of new species, etc. // Boston Journal of Natural History, Band 5 + 6, Boston. 1845, 1850 Gray A. Genera florae Americae boreali-orientalis illustrate, 1848—1849 (lat.) Gray A., Sullivant W.S. A Manual of the Botany of the Northern United States, from New England to Wisconsin and South to Ohio and Pennsylvania Inclusive. — Boston: J. Monroe, 1848 Gray A. Plantae Wrightianae texano-neo-mexicanae, 1852—1853 (lat.) Gray A. Botany of the United States exploring expedition during the years 1838—1842 under the command of Charles Wilkes, Phanerogamia,1854 Gray A. Statistics of the flora of the Northern United States // American academy of arts and sciences. 2nd ser. 1856—1857. Vol.
Arad (dəqiqləşdirmə)
Arad (judets)
Arad (judets)
Arad judetsi (rum. Județul Arad) — Transilvaniya bölgəsində Rumıniya judetsi (Kirşanın tarixi ərazisi). == Əhalisi == 2011-ci ildə judetsin əhalisi 409 072 nəfər təşkil edirdi, əhalinin sıxlığı — 52,76 чел./km². Milli Statistika İnstitutuna siyahısına əsasən, 2016-cı ildə əhalinin sayı — 473 946 nəfər təşkil edirdi. == İnzibati bölgüsü == Judetsə 1 bələdiyyə, 9 şəhər və 68 komunna daxildir.
Arad (şəhər)
Arad (rum. Arad; mac. Arad; serb. Арад/Arad) - Rumıniyada Arad judetsinin paytaxt şəhəridir. Bölgə tarixi olaraq Krisana regionunda yerləşir və 20-ci əsrdə Banat bölgəsinin qonşuluğuna qədər genişləmişdi. Arad Qərbi Rumıniyada Timişora və Oradeyadan sonra üçüncü və 159 704 nəfərlik əhalisi ilə Rumıniyanın on ikinci ən böyük şəhəridir.
Arad şəhidləri
Arad şəhidləri (mac. Aradi vértanúk) — 1848–1849-cu illər Macarıstan inqilabı yatırıldıqdan sonra 6 oktyabr 1849-cu ildə Aradda edam edilən Macarıstan ordusunun 13 generalı. == Tarixi == Macarıstan inqilabı 1848-ci ildə başlamışdır. 1849-cu ilin yazında macar qoşunları Macarıstan krallığının bütün ərazisinə nəzarəti ələ keçirmiş, 14 apreldə dövlət məclisi Habsburq sülaləsini Macarıstan taxt-tacından məhrum edən və Macarıstanın müstəqilliyini elan edən fərman qəbul etmişdir. Layoş Koşut ölkənin dövlət başçısı elan edilmiş, lakin Rusiyanın müdaxiləsi ilə hər şeyi dəyişmişdir. 21 iyun 1849-cu ildə feldmarşal İvan Paskeviçin komandanlığı altında Rusiya ordusu Macarıstanın şərq rayonlarına soxulmuş, eyni zamanda Avstriyadan yeni hücum dalğaları başlamışdır. 10 – 11 avqust 1849-cu ildə Macarıstan hökuməti daha əvvəl diktator səlahiyyətlərini general Artur Görgeyə təhvil verərək istefa vermişdir. Koşut və yoldaşları Osmanlı imperiyasına köçmüşdür. 13 avqustda, Vilaqosda Görgey Macarıstan ordusunun təslim olduğunu elan etmiş və rus qoşunlarının mərhəmətinə təslim olmuşdur. 17 avqustda Arad, 26 avqustda Munkaç təslim edilmişdir.
Asa Gray
Eysa Qrey (eləcə də Asa, və ya Eyza; ing. Asa Gray; 1810—1888) — XIX əsrin tanınmış ABŞ botaniklərindəın biri. 1862-ci ildən Peterburq EA-nın müxbir üzvü. == Əsas işləri == Gray A., Torrey J. A flora of North America, 1838—1843 Gray A., Engelmann G. Plantae Lindheimerianae: An enumeration of F. Lindheimer’s collection of Texan plants, with remarks and descriptions of new species, etc. // Boston Journal of Natural History, Band 5 + 6, Boston. 1845, 1850 Gray A. Genera florae Americae boreali-orientalis illustrate, 1848—1849 (lat.) Gray A., Sullivant W.S. A Manual of the Botany of the Northern United States, from New England to Wisconsin and South to Ohio and Pennsylvania Inclusive. — Boston: J. Monroe, 1848 Gray A. Plantae Wrightianae texano-neo-mexicanae, 1852—1853 (lat.) Gray A. Botany of the United States exploring expedition during the years 1838—1842 under the command of Charles Wilkes, Phanerogamia,1854 Gray A. Statistics of the flora of the Northern United States // American academy of arts and sciences. 2nd ser. 1856—1857. Vol.
Brad Delson
Bred Delson (1 dekabr 1977) — Linkin Parkın gitaraçısı. 1996-ci ildə qrubu yaradanlardan biri olmuşdur. = Həyatı = Bred Agura orta məktəbində qrubun digər üzvü Mayk Şinoda ilə eyni məktəbdə oxumuşdur. Onların keçmişdən arzuları biryerdə qrup yaratmaq idi. Məktəbi bitirdikdən sonra 1994-də Rob Bourdon ilə tanışdılar və qruba zərb aləti çala bilən biri əlavə olundu. 1995-də Bred, Mayk, və Rob "Xero" adlı bir qrub yaratmağı müzakirə etdilər və 1996-da bu qrup yarandı. Sonralar qrupun adı Linkin Park olaraq dəyişir və Brad Linkin Parkın gitara çalanı olur.
Gran Turisme
Gran Turisme (İt: Gran Turismo) və ya qısaca GT ― uzun məsafəli sürüşlər üçün dizayn edilmiş yüksək performanslı bir avtomobildir. Hər hansı bir vasitə Gran Turisme kateqoriyasında adlandırıla bilər, lakin ümumi qəbul edilmiş olan qaydalara görə iki qapılı kupe gövdə və ya 2+2 oturacaqlı, 1991/1995 OBDI standartlarına görə 260Hp, 1996/1999 OBDII standartlarına görə 310Hp, 2004/2011 EOBD&HDOBD (OBD:On-board diagnostics) standartlarına görə 430Hp (HP: At gücü) olaraq qəbul edilir.
Gran Via
Gran Via — İspaniyanın Madrid şəhərində yerləşən bir küçə. == Tarixi == 19-cu əsrin ortalarında Madrid şəhər planlaşdırıcıları, Calle de Alcalanı Plaza de España ilə birləşdirən Haussmann'ın Paris təmirinə bənzər bir yeni bir yol çəkilməsinin lazım olduğunu təyin etdi. Layihə, "xəritədə bir balta zərbəsi" adını qazanaraq şəhərin mərkəzindəki bir çox binanın sökülməsinə çağırdı. İlk planlar ortaya çıxdıqdan onilliklər sonra, təməlqoyma və tikinti medianın bu layihəni lağ etməsinə səbəb oldu və bunu "Qran Vía" ya da "Böyük Yol" və ya "Böyük Yol" adlandırdı. Nəhayət 1904-cü ildə təsdiqləndi və 1910-cu ildə inşasına başlanıldı. Küçənin son hissəsi 1929-cu ildə tamamlandı. 2018-ci ilin Mart ayının sonunda Madrid şəhər bələdiyyəsi genişləndirmək planında hər istiqamətdə bir zolaq piyada yürüşünə başladı. səkilər və küçədəki bəzi meydançaları təmir edin. Bu, daha sonra 2018-ci ildə Yaşayış prioritet bölgəsi olan Madrid Mərkəzinin istifadəyə verilməsi ilə əlaqəli idi.Adlar Madridin Gran Vía'nın həm rəsmi, həm də rəsmi olmayan bir çox tarixi adı var. Konsepsiya yolu üç hissəyə böldü.
Grau dənizi
Grau dənizi – Sakit okeanın şərqində, Cənubi Amerikanın qərb sahillərində yerləşir. Peru sahilləri boyu 3079,50 km məsafədə uzanır. Cənubunda Tasna şəhəri yerləşir. Dəniz rəsmi olaraq 24 may 1984 ci ildə Grau dənizi olaraq adlandırılmışdır. Dənizdə dünyanın ən qəribə hadisələrindən biri olan El-Ninyo hadisəsi baş verir. Bu hadisənin özəlliyi ondadır ki, dəniz dibinin soyuq suyu sürətlə suyun səthinə qalxır. Nəticədə dəniz canlılarının böyük hissəsi məhv olur. Dəniz Peru ordu zabiti və Peru və Boliviyanın milli qəhrəmanı Miguel Grau Semiarionun şərəfinə adlandırılıb. O Sakit okean müharibəsində Çiliyə qarşı vuruşan donanmaya rəhbərlik etmişdir.
La-Qard
La-Qard (Yuxarı Provans Alpları)
La-Qrav
La-Qrav (fr. La Grave, oks. La Grava) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Brianson. La-Qrav kantonuna daxildir. INSEE kodu — 05063. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 497 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyat kənd təsərrüfatı və turizmə (alpinizm, qayaya dırmanma, su idman növləri, qış idman növləri və yaşıl turizm) əsaslanır. 2007-ci ildə əmək qabiliyyətli 347 nəfər arasında (15-64 yaş arasında) 279 nəfər iqtisadi cəhətdən fəal, 68 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 80,4%, 1999-cu ildə 77,7%).
2009 год
== Hadisələr == Azərbaycan Respublikasında "Uşaq ili". 1 aprel - Xorvatiya və Albaniyanın NATO-ya qəbul edilməsi. 21 iyun — Danimarkanın keçmiş müstəmləkəsi Qrenlandiyanın öz müstəqilliyini elan etməsi. A-Team adlı rep-qrupu yaradılmışdır. 18 fevral - "Bakı İslam mədəniyyətinin paytaxtı – 2009" tədbirlərinin təntənəli açılışı . 18 mart - Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər haqqında əlavə və dəyişikliklər edilməsinə dair referendum keçirilməsi. 18-24 mart - Bakıda "Muğam aləmi" Beynəlxalq musiqi festivalının keçirilməsi. 30 aprel — Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi 4 may - Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamın imzalanması. 9 sentyabr — Azərbaycan və Tuvalu dövlətləri arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanması. 6 dekabr — Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşünün keçirilməsi.
2011 год
== Hadisələr == Azərbaycan Respublikasında "Turizm ili". 1 yanvar Estoniya avro pul vahidinə keçir, Avro Bölgəsinin 17-ci üzvü olur. Macarıstan Avropa Birliyi Şurasının sədri oldu. 3 yanvar Arnold Şvartsenegger Kaliforniya ştatın qubernator yerini buraxıb. 4 aprel — Cartoon Network (Türkiyə) Loqosunu dəyişmişdir. 11 fevral – Misirdə uzun sürən etirazlardan sonra ölkə prezidenti Hüsnü Mübarək istefa verir. 11 mart – Yaponiyada 8.9 bal gücündə dağıdıcı zəlzələ baş verir. Zəlzələ nəticəsində sunami fəlakəti yaşanır, Fukusima atom stansiyasında qəza baş verir. 15 sentyabr — Moskvada Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun dəstəyilə hazırlanmış Müslüm Maqomayevin abidəsinin təntənəli açılış mərasimi olmuşdur 24 oktyabr — Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. 31 oktyabr — Dünya əhalisinin sayı 7 milyard olmuşdur.