Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kreslo
Kreslo (rus. кресло) — dirsəklərə dayaq edilməsi üçün qolları olan stul növü. == Çeşidləri == Çarpayı-kreslo — açılıb-yığılan kreslo. Transformer-kreslo — əlavə təchiz olunmuş kreslo (məsələn, bir az genişləndirmək üçün mexanizmlə). Yelləncək-kreslo. Ofis kreslosu — qaldırıb-endirmək mexanizminə malik kreslo. Masaj kreslosu. Siqaret çəkən üçün kreslo — külqabı ilə təchiz olunmuş kreslo.
Ərəbli
Ərəbli (Meşkinşəhr)
Qəmlo
Qəmlo (tam adı: Qəmbəralı İsmayıl oğlu Abbasov; 1886–1931) — Azərbaycan xalq qəhrəmanı. Qəmbəralı İsmayıl oğlu Abbasov 1886-cı ildə Vedi rayonunun Hand kəndində doğulub və 1931-ci ildə orada vəfat edib. Qəmlo kimi tarixdə və Vedi camaatının yaddaşında iz qoyan Qəmbəralı İsmayıl oğlu təkcə doğulub boya-başa çatdığı Hand kəndində deyil, bütün Qərbi Azərbaycanda qoçaqlığı, cəsarəti ilə ad çıxarıbmış. Sərrast atıcı imiş, atdığı güllə boşa çıxmazmış. Yaxın-uzaq 72 kənddə onun dediyi qanun imiş. Basdığını kəsməz, dost olduğu, duz-çörək kəsdiyi insanlar üçün canını qurban verərdi. Sovet hökuməti qurulana qədər Abbasqulu bəy Şadlinskinin Ermənistan ərazisində yaşayan azərbaycanlıları daşnakların hücumlarından qorumaq üçün yaratdığı "Özünümüdafiə dəstəsi"nin (1921-ci ildən "Qırmızı Tabor" adlandırılmışdır) ən döyüşkən üzvlərindən olub. İstər 1905, istərsə də 1918-ci illərdə daşnaklara qarşı çiyin-çiyinə vuruşduğu bu insanın sağ əli və ən etibarlı adamı sayılırdı. Bolşevik hökumətinin qurulması ilə əski dostlar da ayrı-ayrı cəbhələrdə yer alırlar. Şadlinski Vedidə bolşevik hökumətinin qurulmasının tərəfdarlarından olduğu halda, Qəmlo yeni hökumətə qarşı çıxır.
Andrey Qreçko
Andrey Antonoviç Qreçko (ukr. Андрій Антонович Гречко; 17 oktyabr 1903, Kuybışevo[d], Don Voysko vilayəti[d] – 26 aprel 1976[…], Moskva) — sovet hərb xadimi, Sovet İttifaqı Marşalı (1955), iki dəfə Sovet İttifaqı Qəhrəmanı (1958, 1973) və SSRİ-nin müdafiə naziri (1967-1976). == Həyatı == Andrey Qreçko 1903-cü ildə indiki Rostov vilayətinin Qolodayevka kəndində anadan olmuşdur. 1919-cu ildən Sovet Ordusunda xidmətə başlamış Rusiya vətəndaş müharibəsində iştirak etmişdir. 1936-cı ildə Frunze adına Hərbi Akademiyanı, 1941-ci ildə Baş qərərgah akademiyasını bitirmişdir. Böyük Vətən müharibəsində diviziya, korpus komandiri, 1942-ci ilin aprel-avqustunda 12-ci ordunun, sentyabr-dekabrda 47-ci və 18-ci orduların, 1943-cü ildə 56-cı ordunun komandanı, həmin ilin oktyabrından 1-ci Ukrayna cəbhəsi qoşunları komandanının müavini, dekabrdan müharibənin sonuna kimi komandanı olmuş, Şimali Qafqaz, Ukrayna, Polşa və Çexoslovakiyanın azad edilməsində iştirak etmişdir. Müharibədən sonra Kiyev hərbi dairəsi qoşunlarının (1945-1953) və Almaniyada sovet qoşunları qrupunun komandanı (1953-1957), SSRİ quru qoşunlarının baş komandanı və SSRİ müdafiə nazirinin 1-ci müavini (1957-1960) olmuşdur. 1967-1976-cı illərdə SSRİ-nin müdafiə naziri olmuşdur. Andrey Qreçko 26 aprel 1976cı ildə Moskvada vəfat etmişdir. == Hərbi rütbələri == polkovnik — 10.07.1941, general-mayor — 09.11.1941, general-leytenant — 28.04.1943, general-polkovnik — 09.10.1943, ordu generalı — 03.08.1953, Sovet İttifaqı Marşalı — 11.03.1955.
Bartelemi Derblo
Bartelemi Derblo (fr. Barthélemy d'Herbelot de Molainville; 14 dekabr 1625, Paris – 8 dekabr 1695, Paris) — fransız şərqşünası. Şərq əlyazmalarını toplamış, şərq dilləri üzrə katib-tərcüməçi, Kollec de Fransda professor olmuşdur. Bartelemi Derblo Kral kitabxanasında işləmişdir. Şərq kitab xanası, yaxud Şərq xalqları haqqın da bütün biliklərin lüğəti (1697) monumental əsərinin, latınca izahı verilən Ərəb-fars-türk lüğəti və Şərq antologiyası əsərlərinin müəllifidir. Hər iki əsər əlyazması şəklində Paris Milli Kitabxanasında saxlanılır. Kral kitabxanasındakı nadir Şərq əlyazmaları əsasında yazılmış Şərq kitabxanası ensiklopedik lüğətində Azərbaycan ədəbiyyatına dair altı məqalə dərc edilmişdir. Onlardan dördü Nizami Gəncəviyə, biri Xaqani Şirvaniyə, digəri isə Fələki Şirvaniyə həsr olunmuşdur. Həmin məqalələr, hələlik, Avropada Azərbaycan ədəbiyyatına dair ilk yazılı məxəzlər sayılır. Nizami Gəncəvi haqqında məqalələrdə şairin əsərlərinin fransız ədəbiyyatına təsirindən bəhsedilir.
Kreslo (1988)
Qreben adası
Qreben adası — Krasnoflotskie adaları qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Kara dənizində, Şimal Torpağının cənubunda, Oktyabr İnqilabı adasından 30 km cənubda yerləşir. Daxil olduğu qrupun şimalında yerləşir. 1,1 km aralıda isə Ploskiy adası yerləşir. Daxil olduğu qrupun ən şimal adasıdır. Cənub-qərbdən şimal-şərqə uzanır. Adanın uzunluğu 2,2 km, eni isə 1,1 km təşkil edir. Sahillərində dərinlik 5–6 m arasında dəyişir. Hazırda axipelaqın ən hündür nöqtəsi adada yerləşir(39 m).
Qreben təpəsi
Qreben təpəsi (bolq. хълм Гребен, ‘Halm Greben’ \'h&lm 'gre-ben\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən şimal-qərbdə yerləşən, 924 m hündürlüklü təpədir. Təpə Srednoqori yüksəkliyinə daxildir və Malorad buzlağından şimalda yerləşmişdir.. Təpə qərbi Bolqarıstanda yerləşən Qreben dağının adını daşıyır. Qreben təpəsi 63°36′19″ c. e. 58°46′11″ q. u. koordinatlarında yerləşmişdir. Ledenika zirvəsindən 2.81 km şimal-qərbdə, Korner zirvəsindən 5.12 km cənub-qərbdə, Henson təpəsindən 3.42 km cənub-şərqdə, Eremiya təpəsindən 4.78 km cənub-qərbdə yerləşmişdir.
Rahil Ərəbli
Əqrəbli (Sayınqala)
Əqrəbli (fars. عقربلو‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 125 nəfər yaşayır (25 ailə). Əhalisini azərbaycanlılar təşkil edir.
Ərəbli (Həştrud)
Ərəbli (fars. عربلو‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 39 nəfər yaşayır (7 ailə).
Ərəbli (Meşkinşəhr)
Ərəbli (fars. عربلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 502 nəfər yaşayır (107 ailə).
Ərəbli (Urmiya)
Ərəbli (fars. عربلو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 190 nəfər yaşayır (60 ailə).
Frenk Qrillo
Frenk Entoni Qrillo (8 iyun 1965 və ya 8 iyun 1963, Nyu-York, Nyu-York ştatı) amerika'lı aktyordur. O, Marvel Sinematik Kainatında Kapitan Amerika: Qış Əsgəri (2014), Kapitan Amerika: Vətəndaş Müharibəsi (2016), Avengers: Oyunun sonu (2019) adlı filmlərdə rol almışdır. O, ilk baş rolunu "Təmizləmə: Anarxiya" (2014) adlı döyüş-dəhşət filmində, Çavuş Leo Barnsı canlandırmışdır, "Təmizləmə: Seçki ili" (2016) filmində təkrar canlandırmışdır və həmçinin "Döyüşçü" (2011), "The Purge: Anarchy" filmində rol almışdır. Grey (2012), End of Watch (2012), Zero Dark Thirty (2012), Wolf Warrior 2 və Wheelman (hər ikisi 2017) və Boss Level (2021). Grillonun televiziya işinə Kingdom (2014–2017) filmindəki baş rol və Battery Park (2000), For the People (2002–2003), The Shield (2002–2003), Prison Break (2005–2006), Blind filmlərində təkrarlanan rollarda yer almışdır. Ədalət (2005), Öldürmə nöqtəsi (2007) və Milyarlarla (2020) və beləliklə, bu cür film və seriallarda rol almışdır. == Həyatı == Grillo Nyu York'da Kalabriya əsilli İtalyan-Amerika'lı fəhlə ailəsində anadan olmuşdur. Bronksda və Nyu-York'un Rockland County-də böyümüşdür. Grillo səkkiz yaşında güləş'ə başlamışdır və on səkkiz yaşında boks'la məşğul olmuşdur. 1991-ci ildə o, Rickson Gracie-dən təhsil aldığı və qəhvəyi kəmər sahibi olduğu Braziliya jiu-jitsu ilə məşğul olmağa başlamışdır.
El Qreko
Dominikos Teotokopulos, El Qreko (yun. Δομήνικος Θεοτοκόπουλος, Domenikos Theotokopoulos, eləcə də Dominiko, Domenika, Teotokopuli kimi variantlara da rast gəlinir; isp. El Greco, hərfi mənada "Qrek" — yunan; 1 oktyabr 1541, İraklion, Kandiya krallığı – 7 aprel 1614[…], Toledo, Kastiliya krallığı — Yunan mənşəli İspaniya rəssamı.
Melaniya Qreqo
Melaniya Qreqo (19 iyun 1973) — İtaliyanı təmsil edən su poloçusu. Melaniya Qreqo, İtaliya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Yunanıstan yığmasını 11:10 hesabı ilə məğlub edən İtaliya yığması, Afina Olimpiadasını qızıl medalına sahib oldu.
Qreko burnu
Qreko, Kapo Qreko, Kavo-Qreko (yun. Κάβο Γκρέκο, it. Capo Greco «yunan burnu») — Kipr adasının cənub-şərqində yerləşən burun. Famaqusta körfəzinin cənub, Ayiya Nap buxtasının şərq nöqtəsini təşkil edir. Qreko burnu Kiprin ən ucqar şərq nöqtəsidir. Halbuki, Kipr adasının ən ucqar nöqtəsi Zəfər burnudur. Zəfər bunu isə Şimali Kipr Türk Respublikasının ərazisinə daxildir. Burun ensiz bərzəxlə adaya birləşir. Burunla ada arasında nisbətən iri körfəz vardır. Körfəz bərzəxin cənub-qərbindədir.
Vrelo Bosne
Vrelo-Bosne (serb-xorv. Vrelo Bosne) — Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhəri yaxınlığında, İqman dağı ətəklərində olan Bosna çayı ətrafındakı ictimai park. «Vrelo Bosne» parkı İlica bölgəsində yerləşir və ölkənin ən məşhur görməli yerlərindən biridir. Bosna çayı üzərində Roma körpüsü var. Körpü 1530-1550-ci illər arası inşa edilmiş. Körpünün tikintisində qədimdə mövcud olmuş roma körpüsünün daşlarından istifadə olunmuş. Roma imperiyası zamanı bu körpüdən istifadə edərək Aquae Sulphurae kəndi ilə əlaqə saxlanılırdı Yaz aylarında Bosna çayı suyu çox təmiz olduğundan içməyə belə yararlı olur. İl ərzində parkı 60 000 turist ziyarət edir. Turistlər parkda piyada və ya atla gəzişərək istirahət edə bilərlər. Əsas gəzinti yolunun uzunluğu 3 km-dir.
Vrelo mağarası
Vrelo (mak. Врело) — Skopye yaxınlığında iki mağara sistemi. Mağaranın bir hissəsi su altında yerləşir. Dərinliyi 230 metr olan bu mağara Balkanlarda ən dərin sualtı mağara, Avropada isə ikinci dərin mağara hesab olunur. Mağaranın dərinliyi tam tədqiq olunmayıb. Vrelo Avropada və dünyada ən dərin sualtı mağaralardan biri hesab olunur. Sualtı Vrelo mağarası Matka kanyonunda, Treska çayının sağ sahilində yerləşir. Mağara - iki fərqli mağaralar sistemindən ibarətdir. Yuxarıda yerləşən mağara Vrelo, sualtında qalan mağara isə Podvrelo adlanır. İkinci mağarada göl yerləşir.
Vrelo zirvəsi
Vrelo zirvəsi (bolq. връх Врело, ‘Vrah Vrelo’ \'vr&h vre-'lo\) — Antarktidanın Qreyam Torpağının II Oskar sahilindən qərbdə yerləşən, 1250 m hündürlüklü qaya zirvəsidir. Aristotl dağlarının Parliçev silsiləsinə daxildir. Pequyo buzlağından cənubda, Melvill buzlağından şimalda yerləşmişdir. Zirvə cənubi Bolqarıstanda yerləşən Vrelo şəhərinin adını daşıyır. Vrelo zirvəsi 65°31′00″ c. e. 62°41′10″ q. u. koordinatlarında yerləşmişdir.
Arena do Qremio
Arena do Qremio (port. Arena do Grêmio) — Braziliyanın Porto Aleqre şəhərində yerləşən stadion. Tamaşaçı tutumu 55,662 nəfərdir. "Qremio" klubu ev oyunlarını bu stadionda keçirir. == Tarixi == Açılışı 8 dekabr 2012-ci ildə olmuşdur.
Kreslo (film, 1988)
Qremio Katanduvense FK
Qremio Katanduvense Futbol Klubu — Qremio Katanduvense kimi də tanınan, 8 mart 1999-cu ildə təsis edilən və San-Paulu ştatının Katanduva şəhərini təmsil edən Braziliya futbol klubudur. Klub 8 mart 1999-cu ildə təsis edilmişdir. Klub 2006-cı ildə Paulista Liqasının İkinci Diviziyasını ikinci pillədə başa vurmuşdur. Qremio Katanduvense öz ev oyunlarını Estadio Munisipal Silvo Salles stadionunda keçirir. Stadionun maksimum tamaşaçı tutumu 16474 nəfərə bərabərdir.
Qremio Mauaense FK
Qremio Mauaense İdman Klubu — Mauaense kimi də tanınan, 15 dekabr 1981-ci ildə təsis edilən və San-Paulu ştatının Maua şəhərini təmsil edən Braziliya futbol klubudur. Klub 15 dekabr 1981-ci ildə təsis edilmişdir. Mauaense klubu 1985-ci ildə Paulista Liqası Seriya A3-ün və 2003-cü ildə Paulista Liqası İkinci Diviziyasının qalibi olmuşdur. Paulista Liqası Seriya A3: Çempion (1): 1985 Paulista Liqası İkinci Diviziya: Çempion (1): 2003 Qremio Mauaense İdman Klubu öz ev oyunlarını Estadio Pedro Benedetti stadionunda keçirir. Stadionun maksimum tamaşaçı tutumu 8567 nəfərə bərabərdir.
Torre del Qreko
Torre del Qreko (it. Torre del Greco) — İtaliyanın Kampaniya regionunda şəhər.