Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Crepis grosii
Dyula Qroşiç
Dyula Qroşiç (mac. Gyula Grosics; 4 fevral 1926 – 13 iyun 2014, Budapeşt) — Macarıstan milli futbol komandasında 86 dəfə oynayan və 1950-ci illərdə "Qızıl komanda"nın üzvü olan macarıstanlı qapıçı. Dünyanın ən yaxşı qapıçılarından biri hesab olunur. Qroçiş iştirak etdiyi futbol oyunlarında əsasən qara forma geyindiyi üçün "Qara panter" ləqəbini almışdı. == Erkən həyatı == Dyula Qroşiç 4 fevral 1926-cı ildə Macarıstanın Doroq şəhərində anadan olmuşdur. Uşaq olarkən anası onun ruhani olmasını istəyirdi. Lakin Qroşiç 1943-cü ildə Doroq şəhərində ilk peşəkar futbol karyerasına başladı. İkinci Dünya müharibəsi dövründə o, Berlin-Roma-Tokio oxu ittifaqının tərkibində vuruşmuş və Amerika ordusu tərəfindən əsir götürülmüşdü. == Futbol karyerası == 1947-ci ildə Qroşiç Macarıstan milli futbol komandasının tərkibində debüt elədi. Ard-arda üç FİFA Dünya Kubokunda Macarıstanın formasını geyinmişdi.
Antirrhinum grosii
Antirrhinum grosii (lat. Antirrhinum grosii) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin qurdağzı cinsinə aid bitki növü.
Crepis albida subsp. grosii
Proşek
Proşek (xorv. Prošek) — şirin desert şərabı. Şərab Xorvatiyada və ölkənin cənub hissəsindəki Dalmasiya regionunda ənənəvi olaraq istehsal edilir. Adının mənşəyi tam məlum deyilş Amma güman olunur ki, ad xorvat sözü olan prošli (son) sözündən götürülmüşdür. Bu adın qoyulmasına səbəb şərab üçün istifadə edilən üzümün çox gec qıcqırmasıdır. Şərab üzüm giləmeyvələrinin kollarından passito (həsir şərabı) üsulu ilə qıcqırmasından alınır və istehsal edilir. Proşek çox keyfiyyətli şərab hesab olunur. Ona görə də, digər şərablara nisbətən daha bahalıdır. Buna səbəb onun istehsalına orta hesabla digər şərablardan yeddi dəfə daha çox üzüm tələb olunmasıdır. İstehsalçılar şərab istehsalı zamanı spirtin yüksək həddindən istifadə edirlər.
Tropik
Tropiklər (q.yun. τροπικός(κύκλος) — döngə dairəsi) — Yerin iqlim qurşaqları. Tropik bölgələr üçün isti iqlim xarakterikdir.
Prodik
Prodik (yun. Πρόδικος, təxminən e. ə. 465 – 395) — qədim yunan filosofu, sofistlər məktəbinin təmsilçisi. Dilçilik elmi və əxlaq problemləri ilə məşğul olmuşdur. O həm də dinlərin yaranması nəzəriyyəsini irəli sürmüşdür. Onun fikrincə, insanlar onlara xeyir gətirən günəş, çaylar, dənizlər kimi təbiət obyektlərini tanrılaşdırmışlar. Buna o, Misirdə Nil çayının tanrılaşdırılmasını örnək gətirirdi. Prodikə görə, bundan sonra insanların fəaliyyətlərinə uyğun olaraq şərabçılıq, dəmirçilik, sənətkarlıq və s. tanrıları uydurulmuşdur.
Qrafik
Qrafika təsviri sənətin bir növüdür. Bura müxtəlif texniki üsullarla işlənmiş sənət əsərləri daxildir. Yunanca "graphike" – rəsm, şəkil deməkdir. XIX əsrdə qrafikanın əsasını yalnız cizgilər, yaxud ağ və qara xətlər təşkil edirdi. Sonradan bu sənət növü daha da təkmilləşib. Kontur xətlər, cizgi, ləkə, həmçinin rəsm çəkilən əsas materialın ağ yerliyi qrafikanın əsas bədii vasitələrindən olub. İşlənmə texnikasına görə qrafika sənəti iki hissəyə ayrılır – rəsm və çap qrafikası. Onlardan ən qədim və ənənəvi növü rəsmdir. Karandaşla işlənilən rəsm əsasən kağızda, bəzən isə parça üzərində çəkilir. Bu rəsmlər yalnız bir nüsxədə yaranır.
Qotik
Qotik və ya Qotika — özünə xas xüsusiyyəti olan bir sənət anlayışı və yazı şəkli. Qotik yazılar ilk təzyiq sınaqlarında sınanmış, əksəriyyətlə Almanlar tərəfindən istifadə edilən bir yazı stilinin. Qotik sənəti XII əsrin ikinci yarısında Romanesk sənətinin dəyişməsiylə, Latın sənətinə bir reaksiya olaraq ortaya çıxmışdır. Orta Çağı bağlayan, İntibahı başladan axındır. Qotik tərzi, yalnız memarlıqda təsirli olmayıb; heykelcilik, şəkil, yazi, bəzək və hətta gündəlik əşyada da təsirli olmuşdur. Arxitekturada Qotik tərzinin ilk çıxış yeri Fransa deyənlər varsa da Avropanın çox yerində eyni zamanda rast gəlinmiş və bütün Xristian qərb dünyasına yayılmışdır. Hər ölkə Qotik sənətində zövqünə uyğun dəyişikliklər etmişdir. Avropanın sənət mərkəzi qəbul edilən İtaliyada isə çox təsiri görülməmişdir. İngiltərədə sütunları çoxaldan və qübbənin altında onları yelpik kimi açan bir şaquli üsluba bağlıdır.İspaniyada Qotik sənətinin Ərəb təsvirləri birləşməsindən meydana gələn müdeccer (mudejar) üslubu doğulmuşdur. Qotik arxitektura sənəti Avropanın şimalında XVI əsrin başlanğıcına qədər davam etdi.
Erotik film
Erotik film - kinematoqrafiyanın janrlarından biridir. Pornoqrafik filmlərdən fərqli olaraq bu filmlərdə personajların bədənlərinin çox hissəsi göstərilmir. Bu janrda çəkilən film seanslarına pornoqrafik filmlərdə olduğu kimi 18 yaş üzəri olan şəxslər buraxılır. Ən çox ABŞ və Avropa ölkələrində bu janrda film çəkilir. O cümlədən bəzi Azərbaycan filmlərində də erotik səhnələrə rast gəlmək olar.
Erotik incəsənət
Erotik incəsənət təsviri incəsənətin geniş bir sahəsidir. Bunlar ümumiyyətlə insan çılpaqlığını təsvir edən və cinsi stimulyasiyaya yönəlmiş hər hansı bir incəsənət əsəridir. Bu, çox zaman bədii təsviri incəsənət əsərlərinin azadlığı hesab olunur. Ona, rəsmlər, rəsmxətlər, oymalar, filmlər, fotoşəkillər və heykəllər daxil olmaqla bütün təsviri incəsənət əsərləri daxildir. Məlum olan ən qədim sənət əsərlərindən bəziləri tarix boyu müxtəlif cəmiyyətlərdə təkrarlanan erotik mövzuları əhatə edir. Bununla bərabər, onlar "pornoqrafik", "əxlaqsızlıq" və ya "ədəbsizlik" hesab olunduqda, onların yaradılmasını, yayılmasını və saxlanmasını məhdudlaşdıran qanunlar da bir çox cəmiyyətlərdə geniş şəkildə tabu sayılmışdır. Avropada İntibah dövründən başlayaraq xüsusi olaraq aristokratiya üçün yaradılmış erotik incəsənət ənənəsi mövcuddur.
Erotik komediya
Erotik komediya, seks komediyası və ya cinsiyyət komediyası — komediyanın seksuallıq və sevgi münasibətlərinin motivasiya olunduğu bir janrıdır. Erotik komediya ilk əvvəllər teatr və kino kimi dramatik formaların tərifi olmuş, daha sonralar isə Ovid və Chaucer kimi ədiblərin yaratmış olduqları ədəbi əsərlər erotik komediya janrında olan ədəbi əsərlər sayılmağa başlanmışdırlar.
Erotik laktasiya
Erotik laktasiya, yaxud da erotik əmmə — qadının məməsini və döşünü əmmək yolu ilə yaradılan cinsi oyanmadır. Döşlər və xüsusilə məmə ucları həm kişilər, həm də qadınlar üçün yüksək dərəcədə erogen zonalardırlar. Qadınlarda döş gilələrinin və döş uclarının oyandırılması insanların seksual tərəflərinin demək olar ki, universal aspektidir, lakin kişilərdə döş giləsi o qədər də seksual baxımdan həssas deyildir.
Erotik masaj
Erotik masaj — bir insanın başqa bir insanın erogen zonalarında cinsi həzz alması üçün istifadə edilən masaj üsullarından biri. Proses, erotik masaj alan şəxsin cinsi oyanmasını təmin edə və ya artıra, həmçinin də bəzən orqazma çatmasına səbəb ola bilər. Fokus zonası qadınlarda qadın döşü, döş giləsi, areola və qasıq kurqanı, kişilərdə isə kişi reproduktiv sistemidir. Masaj partnyorun cinsi orqanlarına aid olduqda, hərəkət aktı adətən kişilər üçün əllə, qadınlar üçün isə barmaqlarla həyata keçirilir. Bu gün erotik masaj zəng qızları kimi bəzi insanlar tərəfindən, zaman zaman cinsi əlaqənin bir hissəsi, ya ön sevişmə, ya da cinsi əlaqənin son hərəkət aktı, ya da cinsi terapiyanın bir hissəsi kimi istifadə olunur. Bəzi ölkələr və şəhərlərdə masaj salonları, spa və saunalar kimi böyük kommersiya məqsədləri üçün fəaliyyət göstərən erotik masaj sənayeləri də mövcuddur.
Erotik rəqs
Erotik rəqs erotik əyləncə təmin edən və məqsədi tamaşaçıların erotik və ya cinsi düşüncələrini stimullaşdırmaq olan rəqs növüdür. Erotik rəqs mərasim rəqsi, iştirak rəqsi, performans rəqsi və sosial rəqs də daxil olmaqla bir neçə rəqs kateqoriyasından biridir.
Erotik ədəbiyyat
Erotik ədəbiyyat — bir fərd və ya qrup formasında insanın erotik həyatını müşahidə edən, etiraf edən, tənqid edən, dadaist və bu kimi üsullarla üzə çıxaran ədəbiyyat növüdür. İlk və ən uğurlu nümunələri Pierre Louys, Sappho və Marquis de Sade kimi adlarla əlaqədar olmuşdur. == Senzura == Fransız ədəbiyyatında əsas yerini tapan bu janr Son Amerika dövründə də özünə böyük diqqət cəlb etməyi bacarmışdır. Dünyadakı mövcud bu janrda olan əsərlərin böyük əksəriyyəti senzuralara və qadağalara məruz qalmışdırlar.
Eucalyptus grossa
Eucalyptus grossa (lat. Eucalyptus grossa) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Eucalyptus incrassata var. grossa (F.Muell.
Frank Qorşin
Frank Qorşin (ing. Frank Gorshin; doğum 5 aprel 1933, Pitsburq, Pensilvaniya, ABŞ – ölüm 17 may 2005, Berbank, Kaliforniya, ABŞ) — ABŞ aktyoru.
Hüqo Qrotsi
Hüqo Qrotsi (nid. Hugo Grotius; 10 aprel 1583[…], Delft, Hollandiya qraflığı – 28 avqust 1645[…], Rostok) ― təbii hüquq nəzəriyyəsinin ilk görkəmli nümayəndəsi, Niderland Burjua İnqilabının ideoloqu, niderland hüquqşunası, siyasi filosofu və dövlət xadimi. == Həyatı == XVII əsr Burjua İnqilablarının Niderland və İngiltərədə qələbə çaldığı, dövlət, hüquq haqqında spesifik təlimlərin yayıldığı bir dövr kimi səciyyəvidir. Bu dövrdə mütləqiyyətə, zadəganlara, dinə qarşı ehtiraslı mübarizə burjua "təbii hüquq" nəzəriyyəsində öz əksini tapdı. Bu nəzəriyyəyə görə dövlət və hüquq Allah tərəfindən deyil, insan zəkasının qanunlarına uyğun olaraq, insanların əsrlər boyu əldə etdikləri təcrübə prosesində ictimai müqavilə əsasında yaranmışdır. Sözügedən nəzəriyyənin banisi niderland hüquqşünası, siyasi filosofu və dövlət xadimi Hüqo Qrotsi idi. Fransada mühacirətdə qalmağa məcbur olan Qrotsi həmin ölkədə "Müharibə və sülh hüququ haqqında üç kitab" (1625) adlı sanballı əsər yazır. Həmin əsərdə təbii hüquq və xalqların hüququ geniş təhlil olunur, ümumi hüququn prinsipləri açıqlanır və bütövlükdə dövlət və hüquq haqqında, xüsusi ilə beynəlxalq hüquq barədə burjua elminin əsası qoyulur. Qrotsi hüquqi çoxcəhətli ictimai hadisə kimi nəzərdən keçirir. Hollandiyanın dövlət katibi, fransız sarayında İsveçin səfiri vəzifəsini tutmuşdur.
Potentilla grossa
Potentilla norvegica (lat. Potentilla norvegica) — gülçiçəyikimilər fəsiləsinin qaytarma cinsinə aid bitki növü. Fragaria monspeliensis (L.) Crantz Pentaphyllum norvegicum (L.) Gaertn. Potentilla dichotoma Moench Potentilla diffusa Willd. Potentilla fragariifolia Hoppe ex Lehm. Potentilla geminiflora Schrank Potentilla grossa Douglas ex Hook. Potentilla gusuleacii Hormuz. Potentilla monspeliensis L. Potentilla monspeliensis var. norvegica (L.) Rydb. Potentilla norvegica f.
Qornik təpəsi
Qornik təpəsi (bolq. хълм Горник, ‘Halm Gornik’ \'h&lm 'gor-nik\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən cənub-şərqdə yerləşən, 466 m hündürlüklü qaya zirvəsidir. Zirvə şimali Bolqarıstanda yerləşən Qornik şəhərinin adını daşıyır. Qornik təpəsi 63°37′36″ c. e. 57°51′22″ q. u. koordinatlarında yerləşmişdir. MakKolman zirvəsindən 3.97 km cənub-qərbdə, Kribul təpəsindən 2.71 km şimal-şərqdə, Marten qayasından 7.25 km cənub-şərqdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Qrafik dizayn
Qrafik dizayn hər hansı bir məlumatı müəyyən bir hədəf kütləsinə çatdırmaq məqsədilə mətbəə, fotoqrafiya və illustrasiyadan istifadə edərək loqo, afişa, bilbord, baner, mətbuat elanı, qablaşdırma, kitab, jurnal, reklam filmi, çizgi film kimi dizaynları bədii ölçülər daxilində yazılı və vizual elementlərlə dizayn edən visual ünsiyyət və problemlərin həlli prosesidir. Qrafik dizaynerlər fikir və ideyalarını vizual yolla təqdim etmək üçün simvolları, şəkil və mətnləri kombinasiya edirlər. Qrafik dizayn tarix boyu müxtəlif formalarda tətbiq edilmişdir, qədim Çin, Misir və Yunanıstandakı əlyazmalar qrafik dizaynın keçmiş formasının bariz nümunələrdir. XV əsrdə çap və kitab istehsalı inkişaf etdikcə sonrakı dövrlərdə müxtəlif yeni yazı tipləri və kompozisyalarla qrafik dizaynda da irəliləyişlər oldu. XIX əsrdə sənaye inqilabı yeni texnologiya və ticarət imkanları yaratdı və nəhayət, XIX əsrin sonu XX əsrin əvvəllərində reklam agentlikləri, kitab naşirləri və jurnallar məzmuna uyğun bir ifadə yaratmaq üçün ünsiyyətin bütün vizual elementlərini təşkil edən art direkotrlar işə götürdülər. Nəhayət, 1922-ci ildə tipoqraf William A. Dwiggins inkişaf etməkdə olan sahəni müəyyənləşdirən bir qrafik dizayn hazırladı. XX əsrdə dizayn üçün bədii və kommersiya imkanlarının mümkünlüyü, dizaynerlər üçün mövcud olan texnologiya qrafik dizayn sahəsini daha da inkişaf etdirdi. Qrafik dizaynerlər bir çox sahələrdə işləyirlər, lakin bəzi sahələr vardır ki, bu sahənin inkişafında qrafik diaynerlərin rolu birinci dərəcəlidir. İnternet və çap dünyasında ixtisaslı qrafik dizaynerlərə böyük imkanlar var və bu sahələr iqtisadiyyatın ən sabit və ənənəvi sektorlarıdır. Bu sahələr: İnternet və proqram təminatı kompaniyaları; Reklam agentlikləri; Televizya studiyaları və video kompaniyalar; Korporativ brending və konsultasiya kompaniyaları.
Qrafik format
Qrafik fayl formatlari-Görüntünü ötürmək və ya fayl şəklində saxlamaq üçün müəyyən formatlar yaradılmışdır. BMP, PCX, PNG, TİFF, GİF və ən populyar JPEG. BMP(ing."Bit MaP-bit xəritəsi")-Microsoft şirkətinin Windows əməliyyat sistemi üçün əsas formatdır. Çünki bu sistemin daxili formatına daha çox uyğun gəlir. Burada massivin indeksi -palitranın rənginin nömrəsi onun məzmunu isə-rəngi üç əsas komponentin parlaqlıq dərəcəsinə görə təsvir edən üç ədəddir. R/G/B(red/green blue) PCX — ZSoft firması tərəfindən hazırlanan və Microsoft şirkətinin MS-DOS əməliyyatlar sistemindəki PC Paintbrush proqramı üçün istifadə edilən standartdır. Lakin PSX formatı Bmp qədər populyar ola bilmədi. Xüsusi qrafik redaktorlar-Corel Draw Ulead Photo express Adobe Photoshop bu formatı dəstəkləyir. GIF(ing. Graphics İnterchange Format-qrafik mübadilə formatı) ilkin olaraq CompuServe şəbəkəsi üçün nəzərdə tutulmuşdu. GİF-də qrafik informasiya bir-birinin ardınca gələn bloklardan ibarətdir.
Qrafik planşet
Qrafik planşet - (ing.graphics tablet, ru.графический планшет) – plastikdən hazırlanmış və səthinin altında elektron içlik olan yastı düzbucaqlı; koordinat qurğusu (məsələn, siçan, trekbol və s.) ilə birlikdə mühəndis və konstruksiya işlərinin yerinə yetirilməsində, eləcə də şəkillərin yaradılması və onlarla işləmək üçün istifadə edilir. Koordinat qurğusunu planşetin səthi üzərində hərəkət etdirdikdə qurğunun yeri (mövqeyi) sistem tərəfindən izlənir və ekranda göstəricinin mövqeyinə çevrilir. Qrafik planşetlə işləmək üçün, adətən, qələmdən (STYLUS) istifadə olunur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qrafik primitiv
Qrafik primitiv (ing.graphics primitive, ru.графический примитив) — kompüter qrafikasında: mətn simvolu, qövs, sınıq xətt kimi çəkilmiş element; belə elementlərin kombinasiyasından görüntü qurmaq olar. Qrafik primitiv bir tam kimi çəkilir və emal edilir. Avtomatlaşdırılmış layihələndirmə proqramlarında (CAD) nöqtələr, xətlər, qövslər, mətn və analoji elementar strukturlar, adətən, obyektlər (ENTITY) adlanır. Belə obyektləri həm proqram təminatının hazır funksiyalarının köməyilə, həm də istifadəçinin yaradıcılığının məhsulu olaraq müstəqil yaratmaq olar. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qranik döyüşü
Qranik döyüşü - e.ə. 334-cü ildə Makedoniyalı İskəndərlə Dara arasında ilk döyüş. Qranik çayı sahilində baş vermiş döyüşdə İskəndər Kiçik Asiya satrapının ləng hərəkət muzdur döyüşçü lərini məğlub etmişdir. Döyüşdən sonra makedoniyalılar xeyli qənimət əldə etmiş və Anadolunun içarilərinə doğru irəliləmişdir. Və bu döyüşdə Dara həlak olur İskəndər qalib gəlir.