Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gülən
Gülüş — insanlarda ritmik olaraq diafraqma və digər tənəffüs orqanlarının eşidilə biləcək şəkildə fiziki hərəkəti. Bu hərəkət "ha-ha-ha" və ya "he-he-he" şəklindəki səslərin yaranması ilə nəticələnir. Gülüşün (qəhqəhənin) yaranması səbəbləri kimi qıdıqlanma formasında kənar mühit amilləri, yumorik hadisə və sözlər, düşüncələr göstərilir. Gülmək sevincin fiziki göstəricisi hesab olunur. Amma insanlar bəzi halldan utanmaq, təəccüblənmək kimi fərqli emosiyalarda belə gülürlər. Bəzən isə nəzakət xatirinə saxta gülüşlər baş verə bilər. İnsanlardan başqa bəzi primatlar da (şimpanze, qorilla, oranqutan) qəhqəhəyə bənzər səslər çıxarırlar. Ən çox sevinc, xoşbəxtlik, rahatlıq və s. kimi bir sıra müsbət emosional vəziyyətlərdə müşahidə olunsa da bəzi hallarda bunun əksinə xəcalət, təəccüb və ya əks duyğu halları zamanı da ortaya çıxa bilir.
Anita Mulenqa
Anita Mulenqa (3 may 1995, Zambiya) — Qadınlardan ibarət Zambiya milli futbol komandasında müdafiəçi kimi çıxış edən Zambiya futbolçusudur. O, Qadınlardan ibarət Zambiya milli futbol komandasında iştirak edir. Mulenqa 2014 Afrika Qadınlar Çempionatında iştirak edən komandanın heyətinə daxil edilmişdir. Hal-hazırda Zambiyanın Qrin Buffalos FK klubunda çıxış edir.
Alenka Qolyevşek
Alenka Qolyevşek (7 Sentyabr 1933 — 17 Yanvar 2017) — Sloveniyalı yazıçı, publisist və dramaturq. Qolyevşek Sloveniya mifiologiyasından bəhs edən Med bogovi in demoni (Tanrılar və iblislər) kitabına görə 1988-ci ildə Levstik Mükafatına layiq görülmüşdür. O, həmçinin dramaturq idi. Əri ədəbi tarixçi, filosof və publisist Taras Kermauner olmuşdur. == Biblioqrafiyası == === Gənclərin ədəbiyyatı === Čudozgode (Möcüzəli nağıllar), 1974 Po štirih, po dveh (Dörd ayağı, İki ayağı), 1996 === Gənclər üçün əsərlər === Čudežni kamen (Sehrli daş), 1979 Če zmaj požre mamo (Nə vaxt əjdaha ananı yeyəcək), 1981 Hiša (Ev), 1981 Kralj Matjaž, kako se imaš? (Kraz Matyaj necəsiniz?), 1981 Volk in rdeča kapica (Canavar və balaca qırmızı papaq tamaşası), 1982 Zakaj avto zjutraj noče vžgati (Niyə maşın səhər işləməyəcək?), 1982 Gornastenisedimuha (Divardakı teflyon) 1983 === Böyüklər üçün əsərlər === Srečanje na Osojah (Osojedə görüş), 1981 Pod Prešernovo glavo (Preserinin büstünün yanında), 1984 Zelena je moja dolina (Mənim vadim yaşıldır), 1985 Lepa Vida 87 (Gözəl Vida 87), 1987 Srečna draga vas domača (Xoşbəxt, sevimli ev kəndi), 1999 === Monoqrafiyalar === Mit in slovenska ljudska pesem (Mif və Sloveniyanın ənənəvi mahnıları), 1982 Med bogovi in demoni: liki iz slovenske mitologije (Tanrılar və iblislər arasında: Sloveniya mifologiyası rəqəmlərdən), 1988 Pravljice, kaj ste?
Fransis Pulenk
Fransis Jan Marsel Pulenk (fr. Francis Jean Marcel Poulenc; 7 yanvar 1899[…], Paris – 30 yanvar 1963[…], Paris) – fransız bəstəkar. Bəstələdiyi musiqi tərzləri arasında mahnılar, solo piano musiqisi, otaq musiqisi, oratoriya, opera, balet musiqisi və orkestr musiqisi vardır. == Həyatı == Pulenk Parisdə 1899-da anadan olub. Atası böyük bir sənayeçi idi. Həvəskar pianoçu olan anası Fransis Pulenkə piano çalmağı öyrətdi və musiqi ailə həyatının önəmli bir qismi oldu. Çox qabiliyyətli bir pianoçu olduğu üçün bəstəkarlığının başlanğıcında hazırladığı əsərlər, əsasən klavişli çalğılar üçün hazırlanmışdır. Pulenk bütün bəstəkarlıq müddətində həm öz köhnə bəstələrinden, həm də Volfqanq Amadey Motsart və Kamil Sent-Sansın bəstələrindən davamlı olaraq mövzular və hissələr almışdır. Həyatının sonlarına doğru Rokadamurda olan Qara Məryəm ana məbədinə ziyarətindən sonra getdikcə daha qatı katolik xristian dini fikirləri və görüşləri mənimsədi və bəstələri daha bədbin tonlu hətta qaranlıq olmağa başladı. == Əsərləri == === Opera === FP 125 – Dialogues des Carmélites (1956) FP 159 – Les mamelles de Tırésias (1944) FP 171 – La voix humaine (1958) === Orkestr musiqisi === FP 23 – La baigneuses de Trouville (from Les mariés de le tour Eiffel) (1921) FP 24 – Discours du général (from Les mariés de le tour Eiffel) (1921) FP 25 – Fanfare (1921) FP 36 – Les biches (1923) FP 45 – Pastourelle (from L’éventail de Jeanne) (1927) FP 49 – Concert champêtre pour clavecin et orchestre (1927-1928) FP 50 – Pièce brève sür le nom d’Albert Roussel (1929, orch.1949) FP 51 – Aubade, concerto chorégraphique pour piano et 18 ınstruments (1929) FP 61 – Concerto en ré mineur pour 2 pianos et orchestre (1932) FP 80 – Suite française d’après Claude Gervaise (16e siècle) (1935) FP 88 – 2 Marches et un intermède (1937) FP 93 – Concerto en sol mineur pour örgue et orchestre (1938) FP 104 – 2 Préludes posthumes et üne Gnossienne (1939) FP 106 – Léocadia (1940) FP 111 – Les animaux modèles (1940-1941) FP 138 – L’ınvitation au château (1947) FP 141 – Sinfonietta (1947) FP 146 – Concerto pour piano et orchestre (1949) FP 153 – Matelote provencale (from La guilande de Campra) (1952) FP 160 – Bucolique (from Marguerite Long) (1954) === Otaq musiqisi === FP 7 – Sonate pour 2 clarinettes (1918, rev.1945) FP 32 – Sonate pour clarinette et basson (1922, rev.1945) FP 33 – Sonate pour çor, trombone et trompette (1922, rev.1945) FP 43 – Trio pour piano, hautbois et basson (1926) FP 60 – Bagatelle en ré mineur pour violon et piano (from Le bal masqué) (1931) FP 74 – Villanelle pour pipeau et piano (1934) FP 100 – Sextour pour piano, flûte, hautbois, clarinette, basson et çor (1930-1932) FP 119 – Sonate pour violon et piano (1942-1943, rev.1949) FP 129 – L’histoire de Babar, le petit éléphant (1940-1945) FP 143 – Sonate pour violoncelle et piano (1940-1948, rev.1953) FP 164 – Sonate pour flûte et piano (1956) FP 168 – Élégie pour çor et piano (1957) FP 179 – Şarabande pour guitare (1960) FP 184 – Sonate pour clarinette et piano (1962) FP 185 – Sonate pour hautbois et piano (1962) === Piano === FP 5 – 3 Pastorales (1917) FP 8 – Sonate pour piano à 4 mains (1918, 1939) FP 14 – 3 Mouvements perpétuels (1918) FP 17 – Valse en ut (from Albüm des Six) (1919) FP 19 – Suite en ut (1920) FP 21 – 5 İmpromptüs (1920-1921, rev.1939) FP 24 – Promenades (10 Pièçeş) (1921) FP 40 – Napoli (3 Pièçeş) (1922-1925) FP 45 – Pastourelle (from L’éventail de Jeanne) (1927) FP 47 – 2 Novelettes (1927-1928) FP 48 – 3 Pièçeş (Pastorale, Toccata, Hymne) (1928) FP 50 – Pièce brève sür le nom d’Albert Roussel (1929, orch.1949) FP 56 – 8 Nocturnes (1929-1938) FP 60 – Caprice en ut majeur (from Le bal masqué) (1932) FP 60 – İntermède (from Le bal masqué) (1932) FP 62 – Valse-improvisation sur le nom de Bach (1932) FP 63 – İmprovisation No.
Konstantin Qlinka
Konstantin Dmitriyeviç Qlinka (1867–1927) — rus və sovet torpaqşünası, geoloq, professor və SSRİ EA-nın üzvü. == Elmi fəaliyyəti == Bu dövrdə torpaqşünaslığın inkişafında K. D. Qlinkanın mühüm rolu (1867–1927) olmuşdur. O, Baş Köçürmə İdarəsinin rəhbəri, Dokuçayev torpaq komitəsinin aparıcı torpaqşünası olmuşdur. Onun tərəfindən dağ süxurlarının aşınması, torpaqların genezisi, coğrafiyası və təsnifatı ilə bağlı bir sıra dəyərli işlər görülmüşdür. K. D. Qlinka torpaqşünaslığa dair 1908-ci ildə nəşrdən çıxmış və altı dəfə təkrar nəşr olunmuş fundamental dərsliyin müəllifi olmuşdur. K. D. Qlinka Novo-Aleksandriyski, Voronej və Leninqrad (indiki Sankt-Peterburq) kənd təsərrüfatı institutlarının torpaqşünaslıq kafedralarının müdiri vəzifəsində çalışmışdır. O, V. V. Dokuçayev adına Torpaqşünaslıq İnstitutunun təşkilatçılarından biri olmuşdur. K. D. Qlinka rus və sovet torpaqşünaslıq elminin ideya və metodlarının xarici ölkələrdə populyarlaşdırılmasında görkəmli rol oynamışdır. == Xarici keçidlər == Глинка Константин Дмитриевич.
Kuenka (Ekvador)
Kuenka (isp. Cuenca / Santa Ana de los cuatro Ríos de Cuenca) — böyüklüyünə görə Ekvadorun üçüncü şəhəri, Asuay əyalətinin inzibati mərkəzi. Şəhər Ekvador andlarında ("Syerra" kimi tanınan), dəniz səviyyəsindən 2 560 metr yüksəklikdə yerləşir. Şəhər 1557-ci ildə Xil Ramires Davalos tərəfindən qədim şəhər olan Tomebambanın yerində Santa Anа de los cuatro rios de Cuenca adı ilə salınmışdır. Şəhərin mərkəzində UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmiş və müstəmləkəçilik dövrünə aid çox sayda tarixi tikili mövcuddur. 1974-cü ildə cəmi 105 000 əhalisi olan şəhərdə 2010-cu ilin hesablamalarına görə 329 928 sakin yaşayır. Ümumilikdə aqlomerasiyanın müasir əhalisi isə təxminən 700 000 nəfərdir. İqtisadiyyatının əsasını kənd təsərrüfatı və sənaye, xüsusilə toxuculuq və yeyinti sənayesi təşkil edir, ixracat üçün kustar üsulla şlyapa istehsal olunur. Bundan başqa şəhərdə 8 universitet fəaliyyət göstərir. Onlardan ən qədimi olan Kuenka Universitetində təxminən 12 000 tələbə təhsil alır.
Mixail Qlinka
Mixail İvanoviç Qlinka (rus. Глинка, Михаил Иванович; 20 may (1 iyun) 1804 – 15 fevral 1857[…], Berlin[…]) — tanınmış Rusiya bəstəkarı. == Həyatı == Mixail İvanoviç Qlinka 1804-cü ildə Smolensk quberniyasının Novospassk kəndində anadan olmuşdur. Uşaqlıq illərini orada keçirmiş, Rus təbiətini müşahidə etmiş və Rus kəndlilərinin həyatı ilə yaxından tanış olmuşdur. Kiçik yaşlarından müstəqil olaraq fortepiano, skripka və fleytada çalmağı öyrənir. O, yüksək mədəniyyəti və hərtərəfli inkişafı ilə fərqlənirdi. İspan,italyan,fars və s. kimi 8 xarici dil bilirdi. 1817-ci ildə Mixail Peterburqda olan "Nəcib pansiona" daxil olur. Pansionda oxuduğu müddətdə o, fortepiano, skripka və musiqi nəzəriyyəsi üzrə Peterburqun ən bilikli müəllimlərindən dərs almışdır.
Nikolay Qlinka
Qlinka Nikolay Leonidovic == Həyatı == Polyak mənşəli qədim zadəgan nəslindən olan N.L.Qlinka Smolensk quberniyasının Poreçensk qəzasının Kovşır kəndində podporuçik Leonid Alekseyeviç Qlinkanın ailəsində 7 may 1887-ci ildə anadan olmuşdur. 1893-1900-cı illərdə Nikolay Qlinka Smolenskin Aleksandrovski qimnaziyasında təhsil almışdır. 1900-1902-ci illərdə Moskva universitetinin təbiət şöbəsinin fizika-riyaziyyat fakultəsində təhsilini davam etmişdir. Lakin 19 may 1902-ci ildə tələbələrin siyasi çıxışlarının iştirakçısı kimi universitetdən xaric edilmiş və 3 ay həbs olunmuşdu. Almaniyaya qetdikdə, Nikolay Hottinq universitetinə daxil olmuş və orada 1905-ci ildə kimya üzrə ibtidai elm dərəcəsi almışdır. Həmin ildə o M.D.U.-nə bərpa olundu və 1908-cu ildə I dərəcəli diplom ilə universiteti bitirdikdən sonra kimya kafedrasında saxlanılırmışdır. 1911-ci ildə öz rəhbəri N.D.Zelinski və 3 müəllim yoldaşları ilə istefa verərək universiteti tərk etdilər. Bu, onların xalq təhsili naziri L.A.Kassonun özbaşınalığına qarşı etiraz idi. 1912-1924-cü illərdə N.L.Qlinka Podolskda real kollecdə müəllimlik etmiş, orada kimya laboratoriyasını təşkil etmişdir, məktəbdə kimyanın öyrənilməsinin yeni metodikalarını inkişaf etdirmişdir və onların tətbiqi ilə çox ciddi məşqul olmuşdur. 1918-ci ildə kollec məktəb kimi fəaliyyətə başlamışdır (hal-hazırda Podolsk Bələdiyyə ümummitəhsil təşkilatı ̶ “Lisey №1”) və N.L.Qlinka onun direktoru olmuşdur.
Qalena (nereida)
Qalena (yun. γαλήνη) — yunan mifologiyasında nereida, Nerey və Doridanın qızı.
Fətullah Gülən
Məhəmməd Fətullah Gülən (türk. Muhammed Fethullah Gülen, (27 aprel 1941[…], Ərzurum) – filantrop, yazıçı, şair, keçmiş vaiz, din adamı. 30-dan çox kitab və çoxlu məqalələr müəllifidir. Türkcə, ərəbcə, farsca və Osmanlı türkcəsini bilir. 1999-cu ildən etibarən, tərəfdaşlarının iddiasına görə xəstəliyi ilə əlaqədar, digər iddialar görə isə Fevral Hadisələrinə görə ABŞ-yə gedən Gülən hazırda Pensilvaniya ştatında yaşayır. == Həyatı == Gülən 1941-ci ildə Türkiyənin Ərzurum bölgəsinin Qorucuq kəndində anadan olub. Gülən 1959-cu ildə Türkiyə Respublikası Diyanət İşləri üzrə Dövlət Komitəsinin nəzdində rəsmi işə başlayan Gülən təqribən 30 il Türkiyənin Ədirnə, Kırklareli, İzmir, Edremit, Manisa, Çanaqqala və s. bölgələrində müxtəlif vəzifələrdə çalışmışdır. Bu illər ərzində həyəcanlı və səmimi söhbətləri, verdiyi xütbə, vəz və konfranslar sayəsində Türkiyədə özünə çoxsaylı tərəfdarlar tapmışdır. Gülənin təşfiqi ilə 80-ci illərdən etibarən Türkiyənin iri şəhərləri başda olmaq üzrə tələbə yataqxanaları açılmış, daha sonra Gülənin tərəfdarlarından ibarət müəllim və idarəçilərin olduğu liseylər fəaliyyətə başlamışdır.
Gülək boğazı
Kilikiya qapıları və ya Gülək boğazı (türk. Gülek Boğazı; bəzi mənbələrdə Külək boğazı, türk. Külek Boğazı) —Türkiyənin cənubunda, Tavr dağlarında Bolkar və Aladağlar silsilələri arasında, Anadolu yaylasında aşırım. Bu, ölkənin daxili hissələrini Aralıq dənizi sahilində Çukurova sahilyanı ovalığı ilə birləşdirir. Qədim dövrlərdən bəri Kiçik Asiyadan Suriyaya ən əlverişli yol olaraq bilir. Makedoniyalı İsgəndərin qoşunları, 1096–1099-cu illərin Birinci Səlib yürüşü zamanı səlibçilərin birləşmiş qüvvələri tərəfindən istifadə edildiyinə dair sübutlar var.. == Nəqliyyat infrastrukturu == Keçid boyu İstanbulu Bağdadla birləşdirən avtomobil yolları və dəmiryolu xətləri var. Dəmiryolu relsləri kanyonun dibində və dar çəpərlərində yerləşir, çoxsaylı tunellərdən keçir və sayca 80-ə yaxındır. Asfaltlanmış avtomobil yolu "E5" Avropa magistral sisteminin bir hissəsidir və yolun hərəkət hissəsinin eni təxminən 7–9 metrdir. "Kilikiya qapıları"nın şimal hissəsində yol Pozantı yaşayış məntəqəsinə qədər dəmiryolu xəttinin yanında çəkilirdi, lakin cənubda Külək dərəsi boyunca Gülək aşırımından (1275 metr) keçir və dəmir yolundan qərbə doğru təxminən 15 km kənara çıxır.
Gülən adam
Gülən adam (fr. L'Homme qui rit) — Viktor Hüqonun 1869-cu ildə nəşr olunmuş ən məşhur romanlarından biri. Süjetin başlanğıcı Portlenddə 29 yanvar 1690-cı ildə müəmmalı şəraitdə bir uşaq atılır. == Tarixi == Viktor Hüqo "Gülən adam" romanının siyasi düşüncələri səbəbindən sürgün edildiyi Çanel adalarında keçirdiyi 15 ay ərzində qələmə almışdır. Kitab üzərində işləyərkən kitabın adını “Kralın Əmrində” kimi düşünsə də, dostlarının məsləhəti ilə onu “Gülən Adam” olaraq dəyişib.Gülən Adam — Viktor Hüqonun 1869-cu ilin aprelində fransızca "L'Homme qui rit" - " Gülən adam " adı ilə nəşr olunmuş romanıdır. O, həmçinin Kralın sərəncamı ilə roman kimi nəşr edilmişdir. 1928-ci ildə Pol Leninin rejissorluğu ilə Konrad Veydt, Meri Filbin və Olqa Baklanovanın rol aldığı eyniadlı film buraxıldı. == Personajlar == Quinpen - əslzadə atası kralı təhqir etdiyi üçün onu cəzalandırılmaq üçün Qunpen bu hala salınır. O, tərk edildiyi qarlı gecədə haraya getdiyini bilmədən sığınacaq axtararkən qar içində soyuqdan doyaraq ölmüş qadın cəsədinin qucağında gözləri kor körpəni götürüb xilas edir.
Lenka Dürr
Lenka Dürr – Almaniyalı libero.1990-cu ildə Almaniyanın Memmingen şəhərində dünyaya gəlmişdir. == Karyerası == 2008-ci ildən etibarən Almaniya milli voleybol komandasının şərəfini qoruyur. 2007-ci ildə yeniyetmələr arasında dünya çempionatının qızıl medalını qazanmışdır. Karyerasının əksər hissəsini Rote Raben Vilsbiburq klubunda keçirmişdir. 2009-cu ildə isə dünya kubokunu bu səfər gənc milli komanda da qaldıraraq karyerasında daha bir mühüm titul qazanır. Həmçinin voleybolçu 2013-cü ildə Avropa çempionatının qızıl medalına yiyələnmişdir. Bundan sonra alman libero İqtisadçı klubunun diqqətinin çəkir və 2013-cü ildə Bakı klubuna transfer olunur. == Uğurları == === Klub === Almaniya 1.Bundesliqa Çempionluqlar 2007-08, 2009-10 Almaniya kuboku Çempionluqlar 2008-09 === Ölkə === Yeniyetmələrin dünya çempionatı 2007. Gənclərin dünya çempionatı 2009. Böyüklər Avropa çempionatı 2013.
Lenka Popkin
Lenka Popkin (d. 16 aprel 1978; Teplitse, Çexiya) — Çexiyanı təmsil edən batut gimnastı. Lenka Popkin, 2008-ci ildə Çexiyanı XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Lenka Popkin, 2008-ci ildə Çexiya bayrağı altında Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların təsnifat mərhələsində Popkin, 57.60 xal topladı və 16 idmançı sırasında 15-ci yeri tutaraq mübarizəni dayandırdı.
Melaleuca glena
Melaleuca glena (lat. Melaleuca glena) — mərsinkimilər fəsiləsinin çay ağacı cinsinə aid bitki növü.
Tayyibə Gülək
Tayyibə Gülek Domac (1968, Adana) — türk siyasətçisi, Türkiyə siyasi tarixinin önəmli adlarından biri olan Qasım Güləyin qızı. == Həyatı və təhsili == Tayyibə Gülək 1991-ci ildə Harvard Universitetinin, İqtisadiyyat fakültəsini (ABŞ) fərqlənmə diplomu ilə bitirmişdir. 1992-ci ildə London Universiteti, London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (İngiltərə) magistratura pilləsini bitirmişdir. 1996-cı ildə Brüggedəki College d'Europe (Belçika)-un Avropa İttifaqı kursunu bitirmişdir. === Siyasi karyerası === Tayyibə Gülək 1994-cü ildə Baş Nazirlikdə məsləhətçi kimi fəaliyyətə başlayıb. 1999-cu ilə qədər işlədiyi müddətdə Bakı-Tbilisi-Ceyhan neft kəməri, iqtisadiyyatın koordinasiyası, Avropa İttifaqının koordinasiyası, Cənub-Şərqi Anadolu layihəsi və hökumətdə ümumi keyfiyyət menecmentinin həyata keçirilməsi sahələrində çalışıb. 18 aprel 1999-cu il seçkilərində Demokratik Sol Partiyası siyahısından ən gənc qadın deputat kimi Türkiyə Böyük Millət Məclisinin XXI çağırış millət vəkili olaraq seçildi. O, Rəhşan Amnistiyasını (Rahşan Amnistiyası və ya Şərti Azad və Təxirə salınma Qanunu Rahşan Ecevitin təklifi ilə 22 dekabr 2000-ci ildə qüvvəyə minmiş bir amnistiya qanunudur) dəstəklədi və 21 dekabr 2000-ci ildə parlamentdə keçirilən səsvermədə lehinə səs verdi. 12 iyul 2002-ci ildə Baş nazir Bülənd Ecevit tərəfindən Kipr və Xaricdə Yaşayan Vətəndaşlar üzrə Dövlət naziri vəzifəsinə təyin edilmişdir. Məclisdəki fəaliyyəti dövründə Avropa Şurası Parlament Assambleyasında Türkiyə Nümayəndəliyinin və Qərbi Avropa İttifaqının Türkiyə Nümayəndəliyinin üzvü olan Gülək Hüquq və İnsan Hüquqları Komissiyasının sədr müavini olmaqla yanaşı, Gender Bərabərliyi Komissiyasının da üzvü olub.
Gülən hərəkatı məktəbləri
Gülən hərəkatı məktəbləri — türkiyəəsilli amerikalılar tərəfindən qurulan özəl və ya yarı özəl məktəblər şəbəkəsi. "Ortaq Dəyərlər İttifaqı" qeyri-kommersiya təşkilatının icraçı direktoru Alp Aslandoğan demişdir ki, bu məktəblər müstəqildir, lakin dolayısı ilə “intellektual və ya ilhamverici səviyyədə” islamçı Gülən hərəkatı ilə bağlıdır. 2009-cu ildə Gülən hərəkatının üzvlərinin bir çoxu tam təqaüdlü 2 milyondan çox tələbəyə xidmət edən məktəbləri idarə etdiyi təxmin edilirdi. Məktəblərin və təhsil müəssisələrinin sayı ilə bağlı təxminlər çox müxtəlif olmuşdur. Türkiyədə 300-ə yaxın məktəb və dünya üzrə 1,000-dən çox məktəb mövcud olmuşdur. 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhddən əvvəl Türkiyədə çoxlu Gülən məktəbi var idi. Daha sonra bütün məktəblər türkiyəli əhalinin çox olduğu ölkələrdəki digər Gülən məktəbləri kimi qanunla qadağan edilmişdir. Türkiyənin rəsmi müraciətinə baxmayaraq, ABŞ Güləni ekstradisiya etməmişdir. ABŞ-də əsasən aztəminatlı ailələrdən olan uşaqlara yalnız dünyəvi təhsil verən Gülən məktəbləri federal maliyyə dəstəyi alır. == Kurikulum == Məktəblərin kurikulumları ölkədən ölkəyə dəyişir.
AKP–Gülən hərəkatı qarşıdurması
AKP–Gülən hərəkatı qarşıdurması — AKP-nin idarə etdiyi Türkiyə hökuməti ilə Fətullah Gülənin Gülən hərəkatı arasında 2013-cü ildə başlamış siyasi qarşıdurma. İdeologiyada oxşarlıqlara malik olan AKP və Gülən hərəkatı uzun müddət müttəfiqliyi qoruyub saxlamışlar. Gülənçilər Türkiyənin sekulyar quruluşunun AKP-nin dini mühafizəkarlığına qarşı müqavimətini məhdudlaşdırmaq üçün məhkəmə təsirlərindən istifadə etmişdir. AKP hökuməti ilə Gülən hərəkatı arasında ənənəvi olaraq rahat münasibətlər 2013-cü ilin sonunda Gülənin hökumətin Gəzi parkı etirazlarına reaksiyasını və Gülən hərəkatının özəl məktəblərini bağlamaq siyasətini tənqid etməsindən sonra pisləşmişdir. Hökumətlə hərəkat arasındakı fikir ayrılığı münaqişəyə çevrilmişdir. O zamankı baş nazir Rəcəb Tayyib Ərdoğan Gülən hərəkatını hökumətin korrupsiya qalmaqalına səbəb olmaq üçün məhkəmə sistemi üzərindəki nüfuzundan istifadə edərək hökuməti devirməyə çalışmaqda ittiham etmişdir. Bu, hadisənin baş verdiyi tarixlərə görə 17-25 istintaqları kimi tanınır. Hökumət daha sonra Gülənə rəğbət bəsləyənləri vəzifələrindən təmizləmək üçün polis və məhkəmə qüvvələrinə genişmiqyaslı islahatlarla cavab vermişdir. Münaqişə AKP-yönlü şərhçilər tərəfindən çevriliş cəhdi və tənqidçilər tərəfindən məhkəmə müstəqilliyinin təmizlənməsi kimi qiymətləndirilmişdir. Hərəkatı "paralel quruluş" kimi qələmə verən və Güləni "silahlı terror qruplaşması" yaratmaqda günahlandıran hökumətin Gülən hərəkatının təsirini təmizləmək cəhdləri Türkiyə siyasətində əsas problemə çevrilmişdir.