Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anatoli Quskov
Anatoli Mixayloviç Quskov (3 sentyabr 1914, Moskva – 23 dekabr 2005, Moskva) — Azərbaycan SSR daxili işlər naziri (1953–1954), Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri (1954–1956). == Həyatı == 3 sentyabr 1913-cü ildə Moskva şəhərində anadan olmuşdur. Milliyyətcə rusdur. 1939-cu ildən daxili işlər və dövlət təhlükəsizlik orqanlarında çalışmışdır. Böyük Vətən Müharibəsinin başlanmasından sonra hərbi əks-kəşfiyyat istiqaməti üzrə, 1942-ci ildən isə SSRİ Xalq Daxili İşlər Komissarlığının hərbi əks-kəşfiyyat qüvvələrində fəaliyyət göstərmişdir. 1951–1953-cü illərdə Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin aparatında işlədikdən sonra, daxili işlər və dövlət təhlükəsizlik orqanlarında fəaliyyətini bərpa etmişdir. 8 avqust 1953-cü ildən 26 aprel 1956-cı ilə qədər Azərbaycan SSR hüquq-mühafizə orqanlarına (1953–1954-cü illərdə daxili işlər naziri, 1954–1956-cı illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri) rəhbərlik etmişdir.
Geskon
Geskon — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 169 nəfərdir. == Toponimiyası == Oykonim kek/kok (Azərbaycan dilindəki goy sözü) və honi (TalıŞərq "bulaq") sözlərindən ibarət toponim kimi "goybulaq" mənasında izah olunur. Kəndin adını "birəli bulaq" kimi izah edənlər də var. Hər iki halda kənd ərazisindəki bulağın adı ilə adlandırılmışdır. == Tarixi == 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Osyedərə kənd inzibati ərazi dairəsi tərkibindəki Keskon kəndi Geskon kəndi adlandırılmışdır.
Qeskon
Kunar — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.
Filipp Quston
Filipp Quston (tam adı:Phillip Goldstein; ing. Philip Guston; 27.7.1913, Monreal, Kanada - 7.6.1980, Nyu-York, ABŞ) - amerikalı rəssam. == Həyat və yaradıcılığı == Filipp Quston, Kanadada yəhudi mühacir ailəsində anadan olmuşdur. Ailəsi, Rusiya İmperiyasının Odessa şəhərindən Kanadaya və ordanda Los-Anceles şəhərinə köçümşüdür. O, gənc yaşlarınsan komikslər çəkməyə başlamışdı. Təhsilini Klivlənd rəsm məktəbində almağa başladı. XX əsrin 30-cu illərində Corc de Kirikonun metafizik realizm stilinə və həmçinin qocaman italyan rəssamları olan Andrea Manteni, Mazaçço, Paolo Uççelonun rəsm əsərlərinə diqqət ayırırdı. XX əsrin 30-cu illərin sonlarında Quston divar rəsmlərinin inkişafı haqqında dövlət proqramı üzərində işləyir, ancaq 40-cu illərin əvvəllərində dəzgah rəsmlərinə geri qayıdır. Filipp Qustonun əsas xüsusiyyəti ondan ibarət idi ki, o yeni rəsm əsərləri üzərində işləyərkən əvvəllki rəsmlərin fraqmentlərindən tez-tez istifadə edirdi. 1947-ci ildə Quston öz "Cəlladlar" (ing.
Viktor Qluşkov
Viktor Mixayloviç Qluşkov (rus. Ви́ктор Миха́йлович Глушко́в; 24 avqust 1923, Rostov-na-Donu, RSFSR, SSRİ – 30 yanvar 1982, Moskva, RSFSR, SSRİ) – 24 avqust 1923-cü ildə görkəmli sovet riyaziyyatçısı və kibernetik Viktor Mixayloviç Qluşkov anadan olmuşdur. Onun rəhbərliyi altında 1966-cı ildə mühəndis hesablamaları üçün nəzərdə tutulmuş "МИР-1" fərdi kompüteri yaradılmışdır. 1998-ci ildə, ölümündən sonra, Qluşkov rəqəmli avtomatlar nəzəriyyəsinin və çoxprosessorlu makrokonveyer tipli super EHM-lərin yaradılmasına görə, Ukrayna Elmlər Akademiyasının Kibernetika İnstitutunu yaratdığına görə beynəlxalq "IEEE Computer Society" təşkilatı tərəfindən "Computer Pioneer" medalı ilə təltif edilmişdir. Mükafat onun ailəsinə təqdim edilmişdir. == İstinadlar == == Mənbə == Əliquliyev R., Salmanova P. "İnformasiya cəmiyyəti: Maraqlı xronoloji faktlar", 2013, "İnformasiya Texnologiyaları" nəşriyyatı, 169 s.
Duşko Antunoviç
Duşko Antunoviç (xorv. Duško Antunović; 24 fevral, 1947 – 16 fevral, 2012) — Xorvat su polosu oyunçusu və məşqçi. == Haqqında == Xorvat Korçula Üzgüçülük klubunun və Belqradın serb "Partizan" klubunun heyətində çıxış edib. Partizanın heyətində 1970-1971-ci illər və 1974-1975-ci illər, 1975-1976-cı illər mövsümündə Avropa Çempionlar Kubokunun ardıcıl olaraq 3 dəfə qalibi olub. Zaqreb klubu "Mladosta"nın baş məşqçisi kimi 1989-1990-cı illər mövsümündə Avropa Çempionlar Kubokunun qalibi olub. Növbəti ildə də eyni uğuru təkrarlayıb. 2011-ci ildə Xorvatiya Olimpiya Komitəsinin Matiya Lübek mükafatına layiq görülüb. O, 1972 və 1976-cı illərdə Yay Oyunlarında Yuqoslaviyanın şərəfini qorumuşdur.
Kusko krallığı
Kusko krallığı (keçya dilində: Qusqu, ispan dilində: Cusco (Cuzco)) — 1197-14380 - And dağlarında mövcud olmuş, çox da böyük olmayan dövlət, XII əsrə yaxın inklər tərəfindən əsası qoyulmuş şəhər dövlət. Zaman keçdikcə müharibələr və ya dinc assimilyasiya vasitəsilə krallıq öz ərazisini genişləndirərək inklərin imperiyasına çevrilmişdir. == Tarixi == Kusko ərazisində inklər XII əsrə yaxın tayfa kimi görünmüşlər. Manko Kapakanın rəhbərliyi ilə onlar tezliklə Kusko şəhər-dövlətinin əsasını qoymuşlar. 1438-ci ildə İnk imperiyasının doqquzuncu hökmdarı Paçakutinin (1438-1471) rəhbərliyi ilə fəal işğalçılıq siyasətinə başlamışlar. Tezliklə Paçakuti Andın bütün ərazisini işğal etməyə müvəffəq oldu. Paçakuti Kusko krallığını imperiyaya çevirdi, o, federal idarəetmə sistemi yaratdı, bu idarəetmə sistemi mərkəzi hökumətdə inklərlə birlikdə dörd əyalətin yerli güçlü liderlərinin də təmsil olunmasına imkan yaradırdı. Mülahizələrə görə Maçu-Pikçu şəhərinin əsası da Paçakuti tərəfindən qoyulmuşdur. == Hökmdarları == Tarixi mənbələrə əsasən Kusko krallığının hökmdarları aşağıdakılar olmuşdur: Manko Kapak - (1200-1230) Sinçi Roka - (1230-1260) Loke Yupanki - (1260-1290) Mayta Kapak - 1290-1320 Kapak Yupanki - 1320-1350 Inka Roka - 1350-1380 Yauar Uakak - 1380-1410 Virakoça İnka - 1410-1438Kusko krallığının ilk hökmdarlarının adları məlum deyil, sonralar Kapak səhra komandiri, Sinçi lider mənasında işlənilmişdi. Sülalənin əsasının 1200-cü ildən başlandığı ehtimal olunur.
Malo Qusto
Malo Qusto — (19 may 2003) Fransa Liqa 1-də çıxış edən Lionun futbolçusu.
Anak Bukom adası
Anak Bukom adası (malay Pulau Anak Bukom) — Sinqapur dövlətinin ərazisinə daxil olan təbii ada. Bukom və Bukom Keçil adaları arasında yerləşir. Malay dilindən tərcümədə "Bukomun övladları" mənasını verir. Aada kifayət qədər kiçikdir və sahəsi cəmi 2 hektardır. Sinqapur adasının cənub-qərbində yerləşir.
Qusam ibn Abbas
Qusam ibn Abbas (ərəb. قثم بن العباس‎) — İslam peyğəmbəri Məhəmmədin əmisi oğlu idi və İslamı müasir Özbəkistan ərazisinə gətirən şəxsdir. Şaxi Zindada Qusam ibn Abbasın türbəsi olduğuna inanılır.
Azad bir quşdum (mahnı)
Azad bir quşdum -Yüksək musiqi duyumu ilə seçilən və muğamlarımıza dərindən bələd olan dahi Cəfər Cabbarlı bir sıra pyeslərinin ruhuna uyğun olaraq yaddaqalan mahnı. 1905-ci ildə dramında Sonanın oxuduğu və Baxşının tarda müşayiət etdiyi Azad bir quşdum. == Mahnı haqqında == Əməkdar artist Süleyman Tağızadənin (1905-1960) xatirələrindən aydın olur ki, Azad bir quşdum mahnısını Cəfər zümzümə edib və bəstəkar, dirijor, Xalq artisti Əfrasiyab Bədəlbəylidən (1907-1976) xahiş edib ki, onu nota salsın.Azad bir quşdum mahnısının sözləri və musiqisinin Cəfər Cabbarlıya məxsus olduğunu təsdiqləyən tanınmış dramaturq və aktyor, əməkdar artist Məcid Şamxalov (1907-1984) yazır: Əsərdə (“1905-ci ildə” nəzərdə tutulur – A.N.) Sonanın yanıqlı bir havası var: Azad bir quşdum, Yuvamdan uçdum, Bir bağa düşdüm Bu gənc yaşımda.Musiqisini şəxsən Cəfərin özünün bəstələdiyinin şahidiyəm” Cəfərin ölümündən sonra Azad bir quşdum adlanan bu mahnının başqa müəllifi də peyda oldu. Cəfərin müasirləri, tanınmış aktyorlar – M.Şamxalov, S.Tağızadə və başqaları həmin mahnının musiqisinin Cəfər Cabbarlıya məxsus olduğunu öz yazıları ilə təsdiqləmişlər. 1905-ci ildə tamaşasında Sona rolunun ifaçısı, gələcəyin xalq artisti Sona Hacıyeva (1907-1979) “Azad bir quşdum” mahnısını oxuyurdu, Baxşı rolunu oynayan S.Tağızadə isə onu (Sonanı) tarda müşayiət edirdi. Xatırladaq ki, C.Cabbarlının Süleyman Tağızadəyə bağışladığı tar hazırda AMEA-nın Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində (inventar №2238) qorunur. == Süleyman Tağızadə xatirələri == Süleyman Tağızadə xatirələrində yazır: Cəfərin yazdığı "1905-ci ildə" əsərində səslənən "Azad bir quşdum" mahnısının yaranma tarixçəsi belə olmuşdur. Süleyman Tağızadənin xatirəsindən bəlli olur ki, bu mahnının yalnız melodiyası Əfrasiyab Bədəlbəyli tərəfindən notlaşdırılmışdır. Sonra isə həmin mahnını çalmağı Cəfərin bağışladığı tarda S.Tağızadəyə öyrədiblər. Cəfər Cabbarlının ömür-gün yoldaşı Sonaxanımın (1907-1971) digər mahnılar, eləcə də Azad bir quşdum mahnısının böyük dramaturqun bəstələməsi haqqında maraqlı xatirələri var.
Azad bir quşdum mahnının tarixi