Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qarpun
Qarpun — ilk qarpundan istifadə Mezolit dövrünə təsadüf edir. Bununla belə Konqonun Katande ərazisində 74-174 min il öncəyə aid olan sümükdən hazırlanmış qarpun aşkarlanmışdır. Qarpun həmçinin kope adlandırılır. Əsasən sualtı tüfəngi və qarpun topunda istifadə edilir. İri dəniz məməlilərini ovlamaq məqsədilə qarpuna partlayıcı yerləşdirilir.
Qarxun
Azərbaycan Qarxun (Quba) — Azərbaycanın Quba rayonunda kənd. Qarxun (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd. Aşağı Qarxun (Yevlax) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Yuxarı Qarxun (Yevlax) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Ermənistan Qarxun (Zəngibasar) — Zəngibasar rayonunda kənd. Aşağı Qarxun (Üçkilsə) — Üçkilsə rayonunda kənd. Yuxarı Qarxun (Üçkilsə) — Üçkilsə rayonunda kənd. İran Qarxun (Aşağı Tarım) — Qəzvin ostanında kənd.
Aşağı Qarxun

Garcan (Ərdəbil)
Garcan (fars. گرجان‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 936 nəfər yaşayır (233 ailə).
Qarxun (Quba)
Qarxun — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd Qaraçayın sahilində, Ağgədik dağının yamacında yerləşir. Oykonim qədim oğuzlara qoşulmuş karkın tayfasının adı ilə bağlıdır. Bu tayfa haqqında ilk dəfə Rəşidəddin (XIII əsr) məlumat vermişdir. Əbdülqazi xan (XVI əsr) karkınlann Oğuz xanın üçüncü oğlu Yulduz xanın nəvələrindən birinin törəməsi olduqlarını qeyd etmişdir. Qaraqalpaqlann tayfalarından birinin də qarkm adlanması göstərilir. Bu tayfanın mənşəcə Azərbaycanda məskunlaşmış eyniadlı tayfalarla yaxınlığı şübhəsizdir. Karkınlar oğuz tayfaları tərkibində XI əsrin 30-40-cı illərində Azərbaycanda məskunlaşmış və yerli tayfalarla qaynayıb-qarışmışlar. Dağıstan, Ermənistan, Türkmənistan və Özbəkistan ərazisində də eyniadlı kəndlər mövcuddur. Qarxun tayfalarım qara hunlarla da əlaqələndirirlər.
Qarxun (Sərab)
Qarxun (fars. قارخون‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 185 nəfər yaşayır (38 ailə).
Qarxun (Şərur)
Qarxun — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Şərur rayonunun eyniadlı i.ə.v. də kənd . Arpaçayının sahilində düzənlikdədir. Oykonim qədim oğuzlara qoşulmuş karkın tayfasının adı ilə bağlıdır. Bu tayfa haqqında ilk dəfə Rəşidədin məlumat vermişdir(XIII əsr). Əbdülqazi xan (XVI əsr) karkınların Oğuz xanının üçüncü oğlu Yulduz xanın nəvələrindən birinin törəməsi olduğunu qeyd etmişdir. Qaraqalpaqların tayfalarından birinində qarkın adlanması göstərilir. Karkınlar Oğuz tayfalarının tərkibində XI əsrin 30–40-cı illərində Azərbaycanda məskunlaşmış və yerli tayfalarla qarışmışlar. Dağıstan, Ermənistan, Türkmənistan və Özbəkistan ərazisində də eyni adlı kəndlər mövcuddur.
Qarxun körpüsü
Qarxun körpüsü — Şərur rayonu ərazisində, Qarxun-Aralıq dəmiryol keçidi arasındakı yolun 2 kilometrliyində körpü. == Ümumi məlumat == Uzunluğu 120 paqonometrdir. Qarxun körpüsü 1996-cı ildə əsaslı surətdə bərpa edilmiş və yenidən qurulmuşdur. Bunun nəticəsində yaşayış məntəqələrinin dəmir yolundan aşağıdakı kəndlərlə birbaşa əlaqələri təmin edilmişdir.
Yuxarı Qarxun
Azərbaycan Qarxun (Quba) — Azərbaycanın Quba rayonunda kənd. Qarxun (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd. Aşağı Qarxun (Yevlax) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Yuxarı Qarxun (Yevlax) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Ermənistan Qarxun (Zəngibasar) — Zəngibasar rayonunda kənd. Aşağı Qarxun (Üçkilsə) — Üçkilsə rayonunda kənd. Yuxarı Qarxun (Üçkilsə) — Üçkilsə rayonunda kənd. İran Qarxun (Aşağı Tarım) — Qəzvin ostanında kənd.
Aşağı Qarxun (Yevlax)
Aşağı Qarxun — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Aşağı Qarxun Yevlax rayonunun Yuxarı Qarxun inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Kəndi XIX əsrdə İrəvan quberniyasındakı Qarxun kəndindən köçüb gəlmiş ailələr salmışlar. Yaşayış məntəqəsi Qarxun Korpukənd və ya Qıraqlı Qarxun da adlanır. Bu da onun Körpükəndin yaxınlığında və Kür çayı sahilində olması ilə əlaqədardır. XIX əsrin sonlarında kənd böyüyərək Aşağı və Yuxarı Qarxun kəndlərinə bölünmüşdür. Ermənistanın Eçmiədzin rayonundakı Araks kəndinin adı da 1946-cı ilədək Aşağı Qarxun adlanmışdır..
Aşağı Qarxun (Üçkilsə)
Aşağı Qarxun və ya Araks — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd, türk mənşəli toponim. Başqa adı Şərifabaddır. == Tarixi == 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1928-ci ildən sonra qovulmuş ailələrin az hissəsi geri qayıtmış və ermənilərlə qarışıq yaşamışdır. 1949-cu ildə onlar Azərbaycana köçürülmüşlər. Aşağı Qarxun adı XIX əsrin sonlarında Yuxarı Qarxun adlanan kənddən çıxmış bir qrup ailənin ayrı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Digər adı Şəfiabaddır. XIII əsrdə monqolların tərkibində gəlmiş türk mənşəli Karkın tayfasının adını əks etdirir. == İstinadlar == == Mənbə == İbrahim Bayramov. Qərbi Azərbaycanın türk mənşəli toponimləri.
Aşağı Qarxun bələdiyyəsi
Yevlax bələdiyyələri — Yevlax şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qarxun (Aşağı Tarım)
Qarxun (Aşağı Tarım) (fars. قارخون‎) İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Toponimikası == Kəndin adı hun türklərinin adı ilə bağlıdır. Professor Firudin Cəlilovun sözlərniə görə türk soylu Hunlar iki dəstəyə bölünərmişlər: Ağ Hunlar və Qara Hunlar ki Qarxun adıda Qara Hunlardan alınmışdır.Həmçinin qara azərbaycan dilində böyük və sıx anlamındada istifadə edilir ki kəndin adı qara hun yəni böyük hun kimi də çəkilə bilər.Qeyd etmək lazımdır ki Azərbaycan respublikasının Quba və Şərur rayonlarında da eyni adlı kəndlər var. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 196 nəfər yaşayır (68 ailə). === Milli tərkibi === Əhalisi azərbaycan türklərindən ibarətdir və azərbaycan dilində danışırlar.
Yuxarı Qarxun (Yevlax)
Qarxun — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd.
Yuxarı Qarxun bələdiyyəsi
Yevlax bələdiyyələri — Yevlax şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yuxarı Qarxun (Üçkilsə)
Yuxarı Qarxun — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd, türk mənşəli toponim. == Tarixi == == Coğrafiyası == Kənd rayonun cənub-şərq hissəsində, Sevcur çayının sağ sahilində, magistral yolunun yaxınlığında, Armavir mərzinin inzibati mərkəzi olan Armavir şəhərindən 37 kilometr cənub-şərqdə yerləşir. Regionun dəniz səviyyəsindən mütləq hündürlüyü 835 metr təşkil edir. === İqlimi === İqlimi yarımsəhra (Köppen iqlim təsnifatında BSk) kimi xarakterizə olunur. Orta illik hava temperaturu 12,4 °C-dir. İlin ən soyuq ayının (yanvar) orta temperaturu −2,7 °C, ən isti ayının (iyul) orta temperaturu isə 25,8 °C-dir. Uzunmüddətli yağıntının təxmini dərəcəsi 285 mm təşkil edir. Ən çox yağıntı may ayına təsadüf edir (48 mm). == Əhalisi == Kənddə 1831-ci ildə 885, 1873-cü ildə 967, 1886-cı ildə 991, 1897-ci ildə 1186, 1904-cü ildə 1153, 1914-cü ildə 1304, 1916-cı ildə 893, 1918-ci ilin yanvarında 1153 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevral ayının axırları, mart ayının əvvəllərində kənd erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalmış və sakinlər tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.
Karan və Arcun
Karan Arjun (hind. करन अर्जुन, mənası: Karan və Arcun) triller və döyüş janrlarında çəkilmiş Bollivud filmidir.
Karan və Arcun (film, 1995)
Karan Arjun (hind. करन अर्जुन, mənası: Karan və Arcun) triller və döyüş janrlarında çəkilmiş Bollivud filmidir.