Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ever Baneqa
Ever Baneqa (29 iyun 1988 Rosario) Argentinalı futbolçu. Hal-hazırda Argentinanın CA Newell's Old Boys klubunda oynayır. == Klub karyerası == Futbola Boka Cuniors'un uşaq məktəbində başlamış, peşəkar futbola isə 2006-2007 mövsümündə başlamışdır. O, Boka Cuniors'un heyətində 28 oyuna çıxsa da, qol vura bilməmişdir. 2008-ci ildə Valensiya ilə razılaşan Baneqa, 2008-2009 mövsümündə icarə əsasında Atletikoya keçmışdir. 2014-cü ildə isə icarə əsasında Nevels Old Boyz da oynamış, 14 oyuna 1 qol vurmuşdur. Lakin elə həmin il Sevilyaya transfer olunmuşdur. .
Ever Given
Ever Given — dünyanın ən böyük yük gəmilərindən biridir. Gəmi Shoei Kisen Kaisha-ya məxsusudur və Tayvanın, Taoyuan şəhərində yerləşən konteyner nəqliyyat gəmiçilik şirkəti olan Evergreen Marine tərəfindən idarə olunur. 23 mart 2021 ildə Malayziyanın Tanjung Pelepas limanından Niderlandın Rotterdam şəhərinə səyahət edərkən gəmi Süveyş kanalında dayaz yerdə ilişib qalmış və saya oturmuşdur və bununla da kanalı bağlamışdır. Hərəkətin iflic olunmasına gətirmiş bu tıxac, altı gün davam etdikdən sonra, 29 mart 2021 tarixində gəminin saydan çıxarılması ilə aradan qalxmışdır. == Təsviri == Gəminin tam adı MV Ever Given classTriple E, uzunluğu 400 metrdir, 224 min ton yükgötürmə gücünə malikdir. Dünyanın ən iri 13 konteyner daşıyan gəmilərdən biridir. Imabari Shipbuilding gəmiqayırma şirkəti tərəfindən 25 dekabr 2015 ildə yaradılıb, 9 may 2018 ildə suya buraxılıb. 11 silindrli Mitsui – MAN B&W 11G95ME-C9 mühərriki ilə təchiz olunub və dəqiqədə 79 dövriyyədə gücü 59 300 kVt (79 500 at gücü) təşkil edir, bu güc gəmiyə 22,8 (42,2256 km/saat) düyün sürətə qədər yüksəlməyə imkan verir. Limanlarda manevr etmək üçün əlavə 2500 kVt (3400 at gücü) gücündə qurğulara malikdir. Konteyner tutumu 20124 TEU təşkil edir.
İta Ever
İta Ever (est. Ita Ever 1 aprel 1931, Payde – 9 avqust 2023, Tallin) — Sovet və Estoniya teatr və kino aktrisası. Estoniya SSR xalq artisti (1973). Mədəniyyət üzrə Estoniya Milli Mükafatı laureatı (2007). İta Ever 1 aprel 1931-ci ildə Yarvamaa vilayətinin Payde şəhərində anadan olub. İlk dəfə İta Ever 1949-cu ildə Eston Dram Teatrının səhnəsində, onuncu sinif şagirdi, məktəb dram dərnəyinin iştirakçısı olaraq çıxış edir. Arbuzovun "Tanya" pyesində baş rolu oynayır. 1953-cü ildə Rusiya Teatr İncəsənəti İnstitutunun Estoniya Studiyasını bitirir. İyirmi tələbə yoldaşı ilə birlikdə Estoniya Dram Teatrına qəbul edilir. İta Ever bu səhnədə təxminən 120 rol oynayır.
Eder
Eder — ad. Eder (Portuqaliyalı futbolçu) — Portuqaliyalı futbolçu. Eder (İtaliya futbolçusu) — İtaliya futbolçusu. Eder Bonfim — Braziliya futbolçusu.
Eqer
Eqer (lat. Agria, alm. Erlau‎) — Macarıstanın Heveş əyalətinin paytaxtı və Şimali Macarıstanın ikinci ən böyük şəhəri. Eqer şəhəri qalaları, termal qurğuları, tarixi binaları, Türk minarələri və qırmızı şərabı ilə tanınır. Eqerin tarixi Daş dövrünə aiddir. Şəhərin əsası XV əsrdə Macarıstanın ilk xristian kralı Müq. Stefan tərəfindən qoyulmuşdur (997-1038). == Coğrafiyası == Eqer paytaxt Budapeştin 135 km şimal-şərqində, Eqer çayı sahilində, Bükk dağının ətəklərində yerləşir. == Tarixi == Şəhərin tarixi Daş dövrünə aiddir. Erkən orta əsrlərdə alman, avar və slavyan tayfaları burada yerləşdi.
Eçer
Eçer – Macarıstanda, Budapeşt yaxınlığında qədim kənd. Kənd Budapeştdən cənubi-şərqdə, Feriheci Beynəlxalq Aeroportunun yaxınlığında, 120a dəmir yolunun üzərində yerləşir.
Kəvər
Yaşayış məntəqələri Kəvər (şəhər) — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Göyçə gölü sahilindən bir neçə km aralıda yerləşən şəhər. Kəvər rayonu — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Göyçə gölü sahilində rayon. Kəvar — İranın Fars ostanının şəhərlərindən və Kəvar şəhristanının mərkəzi Gavar (Təbriz) Bitkilər Kəvər (bitki) — kəvərkimilər fəsiləsinə aid bitki cinsi. Tikanlı kəvər — kəvərkimilər fəsiləsindən bitki növü. Digər Kabar — Xəzər tayfalarının tərkibinə daxil olan tayfa.
Never
Never-Fransada Luara çayının sağ sahilində yerləşir.
Tver
Tver (1931–1990-cı illərdə Kalinin) — Rusiya Federasiyasında şəhər, Tver vilayətininin və Kalinin rayonunun inzibati mərkəzi, Moskvadan 150 km aralıda, Tvertsa və Tmaka çaylarının Volqa çayına töküldüyü ərazizidə yerləşir.
Yever
Yever (alm. Jever‎) — Almaniyada Aşağı Saksoniya torpaqlarında yerləşən şəhər, rayon mərkəzi. Yever şəhəri Friziya rayonunun tərkibinə daxildir. Əhalusu 13 932 nəhərdir (31 dekabr 2010-cu il tarixinə). Sahəsi 42,13 kv. km.-dir. Rəsmi kodu - 03 4 55 007 XVI əsrə kimi Yever şəhəri frizlərin tayfa mülkü olmuşdur. Yerli əhali feodalizmin nə olduğunu bilmirdi və orta əsrlərdə Baltik və Şimal dənizlərində fəaliyyət göstərən dəni quldurlarından ibarət "Vitali qardaşları"na həvəslə daxil olurdular. Sonuncu yerli hakimlərindən biri ölümündən bir qədər əvvəl, 1511-ci ildə Yever şəhərini bu şərtlə Şərqi friz hakimi Edzarda vəsiyyət etdi ki, o, öz oğlunu onun qızı ilə evləndirsin. Edzardın ölümündən sonra onun oğlu Mariya Yeverski ilə evlənməkdən imtina etdiyinə görə şəhər əhalisi onun nümayəndələrini şəhərdən qovdular.
Əhər
Əhər (azərb. اهر‎) — İranın Şərqi Azərbaycan ostanındakı Əhər şəhristanının inzibati mərkəzi. 2016-cı il hesablamalarına görə Şərqi Azərbaycan ostanının ən çox əhali məskunlaşan IV şəhəridir. Əhalisinin sayı 100,641 nəfər və ya 20,844 ailə olmuşdur. Əhər 18 və 19-cu əsrlərdə Qaradağ xanlığının paytaxtı olmuşdur. 2012-ci il, 11 avqust tarixdə, şənbə günü, günorta saatlarında Təbriz və Əhər şəhərləri yaxınlığında 6.4 və 6.3 gücündə təkanlar baş vermiş və bundan sonra 55-dən artıq afterşok qeydə alınmışdır. Zəlzələdə xeyli sayda insan həlak olmuşdur. 1960-cı illərin əvvələrinə qədər Əhər Qaradağ vilayətinin iqtisadi mərkəzi olmuşdur. Qaradağ vilayətində yaşayan köçəri tayfalar hər il Əhər bazarında öz məhsullarını dəyişdirmiş və ya satmışdırlar. Qaradağ vilayətindən çıxarılan kömür Əhərə gətirilir və buradan da Təbrizə göndərilir.
Ənvər
Ənvər — kişi adı. Ənvər Fərəcov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Ənvər Sadat — Misir hərbi və dövlət xadimi, Misirin 3-cü prezidenti (1970–1981) Ənvər Vəliyev — Aktyor, Azərbaycan Respublikasının Əməkdar müəllimi Ənvər Arazov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Ənvər paşa — 4 avqust 1922 Tacikistan) Osmanlı İmperiyası tarixində əhəmiyyətli Ənvər Əlibəyli — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1939), tərcüməçi, ictimai xadim. Ənvər Əbluc — Azərbaycan kino rejissoru, ssenari müəllifi, aktyor. Ənvər Həsənov — Azərbaycan aktyoru, ikinci rejissor, koordinator, rejissor assistenti, Azərbaycanın əməkdar artisti (2000). Ənvər İsmayılov Əsgər Ələkbər oğlu İsmayılov — Azərbaycan memarı və dövlət xadimi, Azərbaycan SSR əməkdar mühəndisi (1962). Əsgər Sərvər oğlu İsmayılov — krımtatar əsilli Ukrayna xalq və caz musiqiçisi, gitaraçı, Ukraynanın xalq artisti Ənvər Çingizoğlu — yazıçı, publisist, geneoloq Ənvər Xudiyev — Ənvər Şıxəlizadə — Kəndlər Ənvər Məmmədxanlı (Ucar) — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd.
Əvəz
Əvəz — kişi adı. Əvəz Şükürov — Kəlbəcər rayonu İcra hakimiyyətinin başçısı (1994–1995). Əvəz Qurbanlı — şair, yazıçı və jurnalist Əvəz Verdiyev — Sovet İttifaqı Qəhrəmanı.
Fernanda Qaray
Fernanda Qaray ( tam adı Fernanda Garay Rodrigues ) (d. 10 may 1986 - Porto Aleqro, Braziliya) — Braziliyalı voleybolçu. == Karyerası == Uşaqlıqdan bu idmanla məşğul olan Fernandanın arzusu elə voleybolçu olmaq imiş. 2002-ci ildən peşəkar karyerasına başlayan Qaray 2010-cu ilə Braziliyanın müxtəlif klublarında forma geyib. Meydandakı çeviklik və qüvvətli hücumları onun Yaponiya klubu "NEC Red Rockets"in marağına səbəb olub. 2010-cu il onun üçün ölkə xaricində oynamaqla yanaşı daha bir ilklə yadda qalıb. Mariana Şteynbrexerin (Mari) əvəzinə milliyə çağırılan Fernanda debütünü Yaponiyada keçirilən Dünya Çempionatında edir. Həmin çempionatda finalda Rusiya millisinə uduzaraq gümüş medal qazanırlar. Fernanda Qarayın həmçinin hərbi rütbəsi də var. O, çavuşdur.
Yanoş Qaray
Yanoş Qaray (mac. Garay János; 10 oktyabr 1812, Seksard, Macarıstan krallığı – 5 noyabr 1853, Peşt[d], Peşt medyesi) — Macarıstan şairi və yazıçısı. Yanoş Qaray Tolna medyesinin Seksard şəhərində anadan olmuşdur. 1823-1828-ci illərdə Peç şəhərində orta təhsilini almışdır və 1829-cu ildə isə Peşt Universitetini bitirmişdir. 1834-cü ildə “Çatar” (Csatár) adlı qəhrəmanlıq poemasını yazdı. Qaray enerji dolu jurnalist idi və 1838-ci ildə Bratislava şəhərinə köçdü; burada “Hírnök” (Herald) jurnalında redaktələr edirdi. 1839-cu ildə Peşt şəhərinə geri döndü və Macarıstan Elmlər Akademiyasının müxbir üzvü seçildi. 1842-ci ildə Kişfaludi cəmiyyətinə qəbul edildi və burada ikinci katib kimi fəaliyyət göstərdi. Qaray Macarıstan ədəbiyyatını çoxsaylı lirik şeirlər, balladalar və nağıllarla zənginləşdirmişdir. İlk şeirlər toplusu Peşt şəhərində nəşr edilmişdir və 1845-ci ildə nağıllar toplusu Tollrajzok adl altında çıxmışdır.
Gəray
Gəray — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Quba rayonunun Alpan kənd Sovetindən Gəray kəndi Susay kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Kəndin keçmiş adı Girey olmuşdur. Keçən əsrin 20-ci illərinə qədərki ədəbiyyatlarda Gerey variantına da təsadüf olunur. Tədqiqatçılara görə, oykonim türk dillərindəki girə (əkilən, şumlanan yer) sözündəndir. Əslində, oykonim gəraybəyli nəslinin adını əks etdirir, etnotoponimdir. == Əhalisi == 1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Bakı quberniyası, Quba qəzası, Qusar şöbəsi, Susay kənd cəmiyyəti tərkibinə daxil olan Gəray kəndində 16 evdə sünni etiqadlı müsəlman tatarlardan (azərbaycanlılardan) ibarət 244 nəfər (117 nəfəri kişilər, 127 nəfəri qadınlar) əhali yaşayırdı. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 149 nəfər əhali yaşayır. == Coğrafiyası və iqlimi == Kənd Qusar maili düzənliyində yerləşir. == Din == Kənddə Gəray kənd məscidi dini icması fəaliyyət göstərir.
Haray
Haray (roman) — Əlisəfa Məmmədovun 1984-cü ildə nəşr olunmuş ilk romanı. Haray (film) — müxtəlif illərdə çəkilmiş filmlər.
Qalay
Qalay (Sn), (lat. Stannum) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 50-ci element. Bitkilərdə qalay 1855-ci ildə kəşf olunmuşdur. O bitkilərdə geniş həddə dəyişir, daha çox qalay günəbaxan və noxud toxumlarında olur. Qalay zəhərli ultramikroelementlərə aiddir. Tərəvəzlərdə qalayın miqdarı çox olmayıb 1 mkq/q və daha az olur. Heyvanların orqanizmində qalay bitkilərdə olduğundan çoxdur. Belə ki, məsələn, yağlı balıqda onun miqdarı 130 mkq/q – a qədər ola bilər. Insan orqanizmində qalay toxumlarda 0,5-dən 4,0 mkq/q – a qədər olur. Daha çox qalay diş minasında (95 mq/kq), dırnaqlarda (12 mq/kq) və sümüklərdə (1,4 mkq/q-a qədər) olur.
Qaraj
Qaraj (fr. Garage) — avtomobillərin, motosikllərin və başqa nəqliyyat vasitələrinin dayanacaq və təmiri üçün yer. Qarajlar həm yaşayış evinin bir hissəsi həm də ayrılıqda tikilir. Qarajlar müxtəlif materiallardan tikilir: ağac, kərpic, şlak-blok, penoblok, metal və s.
Qaral
Qaral — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. Rayon mərkəzindən 14 km məsafədə, Bəykənd çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qarael (>qaral) türk etnonimi əsasında əmələ gəlmişdir. «Böyük el, tayfa» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 26.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Katnacur qoyulmuşdur.
Qarqay
Qarqay — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Əli Bayramlı, Əzgilli və Qalal kəndləri ilə birlikdə Əli Bayramlı bələdiyyəsinin tərkibindədir. İbrahim Əzizov — Azərbaycan alimi. Əhalisi Saxurladan ibarətdir.
Qatay
Qatay Xan — türk və altay mifologiyasında zəlzələ ilahı. Qaday və ya Kıtay (Kıday) olaraq da deyilir. Dəmirçi ilahı olaraq da görünür. 40 buynuzlu buğasını zəlzələ meydana gətirir. Bu öküz qəzəblənib əsəbiləşəndə ayaqlarını yerə sürtməyə başlayır beləcə yüngül sarsıntılar olar. Burnundan soluması isə yüngül səslərə çevrilir. Daha çox əsəbləşəndə isə ayaqlarını yerə vurur. Daha da qızınca buynuzlarını torpağa keçirib yer üzünü yelləyər. Homurtuları isə zəlzələnin gurultusunu meydana gətirir. Qatay Xan, doqquz davulludur.
Saray
Saray — Saray böyük iqamətgahdır, xüsusən də kral iqamətgahı və ya dövlət başçısının və ya yepiskop və ya arxiyepiskop kimi digər yüksək vəzifəli şəxslərin evidir. Bu söz Romada İmperator iqamətgahlarının yerləşdiyi Palatine təpəsinin Latın adı palatiumdan götürülüb. Saray sözü qədim fransızca palais (imperator iqamətgahı), Romanın yeddi təpəsindən birinin adı olan Latın Palatium sözündən gəlir. Palatin təpəsindəki orijinal "saraylar" imperiya hakimiyyətinin oturacağı, Kapitoliya təpəsindəki "kapitol" isə Romanın dini nüvəsi idi. Şəhər yeddi təpəyə qədər böyüdükdən çox sonra Palatine arzu olunan yaşayış sahəsi olaraq qaldı. İmperator Sezar Avqust orada, yalnız Senat tərəfindən verilən zəfər əlaməti olaraq ön qapının yanında əkilmiş iki dəfnə ağacı ilə qonşularından ayrılan məqsədyönlü təvazökar bir evdə yaşayırdı. Onun övladları, xüsusən də Neron "Domus Aurea" (Qızıl Ev) ilə binanı və onun ərazisini təpənin zirvəsinə qalxana qədər dəfələrlə genişləndirdilər. Palatium sözü təpənin üstündəki məhəllə deyil, imperatorun iqamətgahı mənasına gəldi. "Hökumət" mənasını verən saray, Paul Deacon-un c yazısında qeyd edilə bilər. AD 790 və 660-cı illərin hadisələrini təsvir edir: "Qrimuald Beneventuma yola düşərkən sarayını Lupusa həvalə etdi" (Historia Langobardorum, V.xvii).
Happier Than Ever
Happier Than Ever — ABŞ müğənnisi Billi Aylişin 30 iyul 2021-ci ildə Darkroom və Interscope Records tərəfindən buraxılan ikinci studiya albomu. Albomun prodüserliyini sənətçinin qardaşı Finneas tək başına etmişdir. İlk növbədə dauntempo pop janrındakı mahnılardan təşkil edilmiş olan “Happier Than Ever” kiçik miqdarda da olsa trek siyahısında caz və elektropop janrlı mahnılara da yer verir. Albomun bir çox mahnılarındakı sözlərdə Billi Aylişin şöhrətə yüksəlişindən və onun mənfi tərəflərindən danışılır. Albom təqdim edildiyi zaman musiqi tənqidçilərindən parlaq rəylərlə qarşılanıb. Mahnıların orijinal üslubu, ustalıqla edilmiş prodüserlik işi və dinləyicilərin qəlbinə toxunan sözləri geniş alqış və tərif qazanmışdır. “Happier Than Ever” 2022-ci ildə baş tutan “Qremmi” mükafatları mərasimində öz adını daşıyan trek ilə birlikdə müxtəlif kateqoriyalar üzrə xeyli sayda mükafatlara namizəd göstərilmişdir. Albomun buraxılışından əvvəl yeddi mahnısı tanıtım məqsədi ilə sinql şəklində təqdim edilib: “My Future”, “Therefore I Am”, “Your Power”, “Lost Cause”, “NDA”, “Happier Than Ever” və “Male Fantasy”. İlk üç sinql ABŞ-də Billboard Hot 100 musiqi cərgəsinin ilk sıralarına düşüb. Albomun ən populyar mahnısı olan “Therefore I Am” cərgələrdə 2-ci yerə yüksəlib.
Gray
Con Eduard Qrey (ing. John Edward Gray; 12 fevral 1800, Uolsoll, Uest-Midlends[d] – 7 mart 1875, London12 fevral 1800, Uolsoll — 7 mart 1875, London) — Britaniya zooloqu. == Zoologiyaya aid əsərləri == Gray J. E. A list and description of some species of shells not taken notice of by Lamarck (continued) // Annals of Philosophy. — 1825. — Vol. 9. — No. 2. — P. 407—415. Gray J. E., Hardwicke T. Illustrations of Indian Zoology.
Şarantonne (Изер)
Şarantonne (fr. Charantonnay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. La-Verpiyer kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38081. Kommunanın 2012-ci il üçün əhalisi 1870 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 337 ilə 472 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 33 km cənub-şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
Canay Gəray
Canay Gəray (ö. 1512) — Qasım xanlığının 5. xanı. == Həyatı == == Mənbə == Bulat Rakhimzi︠a︡nov (2009). Kasimovskoe Khanstvo : 1445-1552 : Ocherki Istorii. Kazan: Tatarskoe knizhnoe izd-vo. ISBN 9785298017213. Рахимзянов Б. Р. Крымская династия в Касимовском царстве // Точка зрения: Сборник научно-исследовательских статей. — Казань: Мастер Лайн, 2000. — С. 69—88.