Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qara-qala
Qaraqala — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məmmədrza Dizə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaraqala kəndi Məzrə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Məmmədrza Dizə kəndi mərkəz olmaqla, Məmmədrza Dizə kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === Qaraqala kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 15 kilometr şimalda, düzənlikdə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalisi taxılçılıq, heyvandarlıq, meyvəçilik və quşçuluqla məşğuldur. == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə Qaraqala kənd tam orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Mələk (Qara Qan)
Mələk — Qaraqanın 2015-ci ildə nəşr olunan kitabı. == Məzmun == Qaraqanın yeni romanı sayca dördüncü əsəridir. Mələk adlanan bu əsər Fantastik-drama janrında yazılıb. Əsərdə Azərbaycan reallığı, əsl sevgi və onun acı nəticələri, paxıllıq, kin, nifrət, acgözlük və şəhvət hisslərinin ətrafında baş verən hadisələr oxucunu yeni, sərt həqiqətlərlə dolu bir dünyaya aparır. Gözəl bir qadın cildində bir oğlanın damına düşən mələk və onun taleyindən danışılır.
Qam-qam
Qam-qam — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Qamqam oyk., sadə. Quba r-nunun Rustov i.ə.v.-də kənd. Çağacıq çayının sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Rustov kəndinin keçmiş məhəllələrindən birinin adı olmuşdur. Kənd keçmişdə Rustov kəndinə məxsus mal-qara saxlanılan yer əsasında yaranmışdır. Məntəqə yerin adını qəbul etmişdir. Oykonimi fars dilindəki qamə (dayanacaq yeri, məskən) və kam (dərə, çökəklik, keçid, kiçik çay dərəsi) sözlərindən ibarət “kiçik çay dərəsində məskən” kimi izah edirlər. Kənd iki yamacın ətəyində, Qamqam çayının sahilindədir. Əslində kəndin adı çayın adından alınmışdır.
Aqa
Bufo marinus (lat. Rhinella marina) — rhinella cinsinə aid qurbağa növü.
Ağa
Ağa — Azərbaycanlı kişi adı. Ağa Əlizadə — Qafqaz müsəlmanlarının VIII Şeyxülislamı Ağa Aşurov — mühəndis, Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü Ağa Axundov — mühəndis, energetik. Ağa Hacı Molla Tağızadə — Azərbaycan şairi Ağa Yaqub Erməni — Gürcüstan ermənilərindən olan Fətəli şah Qacar hərəminin saray xocalarından və şah hərəmxanasının naziri Ağa Əliyev — Neftçi Qurban adı ilə məşhur olan görkəmli neftçi-geoloq Ağa Ağamirov — Ağa Mustafayev — Ağa Paşa Qarabaği —DigərAğa hamamı — Fateh Sultan Mehmet tərəfindən inşa etdirilən tarixi hamam.
FAA
Federal Aviasiya İdarəsi və ya Federal Aviasiya Administrasiyası (ing. Federal Aviation Administration (FAA) )— Birləşmiş Ştatlar Nəqliyyat Departamentinə bağlı olan "federal" dövlət təşkilatı. Təşkilatın vəzifəsi ABŞ-nin hava məkanında bütün növ təyyarələrin, uçuş, istehsal, müdaxilə, effektivlik və etibarlı təhlükəsizlik qaydalarının izlənilməsinə və tətbiqinə nəzarət etmək və ABŞ-də hava təhlükəsizliyini təmin etməkdir. 23 avqust 1958-ci ildə ABŞ Konqresi tərəfindən təsis edilmiş və bu sahədə əsas qurum olaraq təyin edilmişdir. Bu tarixə qədər xidmət edən CAA (Civil Aeronautics Administration - Mülki Aeronavtika İdarəsi) və AMB (Airways Modernization Board - Hava Yollarının Modernləşdirilməsi Şurası) qurumları bu qurumun altına toplaşdırılmışdırlar.
GAAP
Ümumi qəbul olunmuş mühasibat uçotu prinsipləri (ing. Generally Accepted Accounting Principles, GAAP) — milli qanunvericiliyə uyğun olaraq hər ölkədə tətbiq olunan milli mühasibat standartları (məsələn, Rusiya GAAP termini var). Bir qayda olaraq, GAAP qısaltması, fərqli praktik vəziyyətlər üçün mühasibat prosedurunun ətraflı tənzimlənməsindən fərqli bir xüsusiyyəti (xüsusən də Beynəlxalq Maliyyə Hesabatı Standartları, BMHS) olan ABŞ GAAP-a istinadla istifadə olunur. 2008-ci ilin avqust ayında ABŞ Qiymətli Kağızlar və Mübadilə Komissiyası (SEC) beynəlxalq maliyyə hesabat standartlarına keçid və ABŞ GAAP-dan imtina üçün təklif olunan bir yol xəritəsini (ing. proposed roadmap) təqdim etdi. Xarici şirkətlərin IFRS hesabatını SEC-ə təqdim etmələrinə icazə verilir. Bununla birlikdə, 2011-ci ilin fevral ayında SEC, BMHS-nin Amerika hesabatına tətbiq edilməməsi barədə qərarı ehtiva edən başqa bir sənəd yayımladı: Boeing, Pepsico və digər şirkətlərin tələbi ilə beynəlxalq standartların məcburi tətbiq olunması üçün son tarixlər 2015-2016-cı illərə köçürüldü. Bütün Amerika şirkətlərindən ABŞ-də qızıl mühasibat standartı hesab olunan GAAP-a uyğun olaraq maliyyə hesabatlarının yayılması tələb olunur, çünki bu, sui-istifadəni minimuma endirir və hesabat istifadəçilərinin hədəflərinə uyğun gəlir. BMHS-nin əleyhdarları arasında McDonalds kimi bir çox Amerika şirkəti var ki, bu sistemə keçid nisbətən kiçik fayda ilə müqayisədə yüksək xərclərlə əlaqələndirilir. BMHS tətbiqinin tərəfdarları, sponsorluq edən və IFRS standartlarının inkişafına əhəmiyyətli dərəcədə təsir göstərən Böyük Dördlərdir (KPMG ümumiyyətlə FASB-nin IASB ilə tamamilə əvəz edilməsini təklif etmişdir).
GAZ
Gəncə Avtomobil Zavodu — Azərbaycanın Gəncə şəhərində fəaliyyət göstərən maşınqayırma müəssisəsi. == Tarixi == 1986-cı ildə əsası qoyulmuş Gəncə Avtomobil Zavodunun istehsal gücü layihəyə əsasən 30 000 ədəd ortatonnajlı avtomobillərin istehsalı üçün hesablanmışdır. Müəssisənin tikintisi layihəyə görə 1989-cü illin sonlarına qədər başa çatdırmalı idi. Lakin Sovetlər Birliyinin dağılması nəticəsində zavodun tikintisini yarımcıq qalır. Yalnız 2004-cü ilin dekabırında Gəncə avtomobil zavodu işə düşüb və müəssisədə yığımdan keçən ilk avtomobil işıq üzü görüb. 2006-cı ilin oktyabrında Minsk traktor və avtomobil zavodları ilə Gəncə avtomobil zavodu arasında əməkdaşlığın yaradılması barədə razılığa gəlinib. 2007-ci iln mart ayının 27-də isə Gəncə avtomobil zavodunda yığımdan keçən ilk «Belarus» markalı traktor konveyerdən düşüb. Paralel olaraq müəssisədə Belarusun “MAZ” yük avtomobillərinin yığımı da təşkil olunub. Həmin ilin aprelin 30-da müəssisədə yığılan «GƏNCƏ» və «PƏHLƏVAN» adları daşıyan ilk MAZ-lar işıq üzü görüb. == İstehsal == Zavodun istehsal gücü ildə 1 700-2 000 ədəd traktor və 950-1 000 ədəd yük avtomobilin istehsalına bərabərdir.Zavodda 2008-ci ildə 600-ə yaxın traktor və avtomobil istehsal olunmuşdur.
Gaia
Gaia astrometriya üçün işləyib hazırlanan Avropa Kosmik Tədqiqatlar İdarəsinin (ESA) insansız kosmik rəsədxanasıdır. Gaia Süd yolu qalaktikası boyu ulduzların dəqiq üçölçülü xəritəsini yaradacaq. Gaia 19 dekabr 2013-cü ildə buraxılıb. O, beş il müddətində fəaliyyət göstərəcək.
Gal
Gal (əvvəlki adı: Qal) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Şurud kənd inzibati ərazi dairəsi tərkibindəki Qal kəndi Gal kəndi adlandırılmışdır.
QAKA
Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları (QAKA) ( rus. А́кты Кавка́зской археографи́ческой коми́ссии (АКАК)) — Qafqaz Canişini Baş İdarəsi arxivindən əldə edilmiş sənədlərin rəsmi nəşri. == Nəşrin içindəçilər == Aktlar 12 cilddən ibarətdir (VI cild 2 hissədə olmaqla).
QAZ
Qorki Avtomobil Zavodu (rus. Горьковский автомобильный завод, qısaca rus. ГАЗ) — Rusiyanın ən böyük avtomobil istehsal edən şirkətlərindəndir. == Tarixi == 1920-ci ildə Ford Motor Şirkəti və SSRİ arasında bağlanmış müqavilə əsasən Nijni Novqorodda fabrikasi tikilmişdir. İlk istehsal 1 yanvar 1932-ci ildə "Ford Model A" (QAZ-A) və "Ford Model AA" (QAZ-AA) modelləri ilə başladı.
Qaan
Xaqan (q.türk 𐰴𐰍𐰣) — erkən orta əsrlərdə bir çox türkdilli xalqlarda dövlət başçısının titulu. "Xaqan" termininə ilk dəfə çin salnamələrində rast gəlinir. Sonralar Kiyev knyazları da bu titulu qəbul etdilər. Monqol imperiyası dövründə isə bu titul "imperator" mənasında işlədildi. Monqol imperiyasında kaan şəklində idi. == İstifadəsi == Bu titula ilk dəfə qədim çin mənbələrində rast gəlinir. Onlar III yüzillikdə yaşayan syanbilərin ulu xanını belə adlandırırlar. 402-ci ildə jujanlar hun titulu olan şanyünün əvəzinə xaqanı qəbul etmişdilər. 551-ci ildə avarlar və göytürklər bu titulu jujanlardan aldılar. Göytürk xaqanlığı çökdükdən sonra digər türk xalqları - xəzərlər, uyğurlar, qarluqlar, kiməklər və qırğızlar xaqan titulundan istifadə etdilər.
Qab
Çanaq (ölçü vahidi) — riyaziyyatda əski çağlarda əsasən ərzağın çəkisini ölçmək üçün istifadə edilən çəki ölçü vahidi. Çanaq (qab) — əski çağlarda məişətimizdə istifadə edilən qab. Çanaq (anatomiya) İnsan gövdəsinin aşağı hissəsinə aid nahiyə. Çanaq sümüyü— Çanaq nahiyəsinin istinadını təşkil edən bir cüt qalça, bir cüt oturaq, bir cüt qasıq sümükləri.
Qaf
Qaf – Baltik dənizinin cənub sahilboyunda çay tökülən, demək olar ki, şirin sulu körfəzdir. Qaf sahilə paralel uzanmış ensiz qum dili ilə dənizin açıq hissəsindən ayrılır..
Qala
Qala — uzunmüddətli dairəvi müdafiə üçün hazırlanmış, daimi qarnizonu, silahları, ehtiyatları olan və müstəqil idarə olunan strateji əhəmiyyətli məntəqə (şəhər, tikili). == Tarixi == İbtidai icma cəmiyyətində ilk qalalar möhkəmləndirilmiş məskənlər şəklində idi. Bu məskənlər torpaq bəndlər, ağac, kərpic, daş və s. divarlarla əhatə olunurdu. Sonralar hasarların ətrafında adətən su ilə doldurulan dərin xəndəklər qazılırdı. İnşaat işlərinin təkmilləşməsi qədim şəhərlər ətrafında kvadrat və ya dairəvi şəkilli qüləvari divarlar çəkməyə imkan verdi. Divarların hündürlüyü 9–10 m-ə, bəzi hallarda 30 m-ə çatırdı. Divarların qalınlığı hündürlüyünün 1/3 hissəsini təşkil edirdi. Divarlarda mazğallar düzəldilir, yuxarısı dişvarı şəkildə hörülürdü. Qala bürcləri çoxmərtəbəli tikili şəklində olub mustəqil müdafiə üçün ucaldılırdı.
Qam
Qam - türk, altay və monqol xalq mədəniyyətində cadugər din xadimi, şaman. Gam, Kam və ya Xam olaraq da deyilər. Primitiv birliklərdə fövqəltəbii güclərlə əlaqə keçə bilən din adamıdır. == İctimai mövqe == Ruhlarla əlaqə qura bilər. Duaları ilə xəstələri "sağalta bilər" (müalicə edə bilər) və mərasimlərlə pis ruhları qova bilər. Eyni zamanda cadugər və həkimdir. Müxtəlif ritüelleri yerinə yetirər. Tanrı ilk şamanı yaratdığında onun evinin önünə səkkiz budaqlı bir ağac tikmişdir. Bu səbəblə hər şaman özünü təmsil edən bir ağac tikər. Bu ağaca "Turuğ" adı verilər.
Qap
Qap (rayon)
Qaqa
Qaqa (lat. Somateria) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Qar
Qar — çox kiçik buz kristallarından ibarət atmosfer yağıntısı. Qar havanın temperaturu buludda 0 °C-dən aşağı olduqda yaranır. Yerə enməsi 4 °C tempuraturdan aşağı olduqda baş verir. == Qar növləri == Lopa qar: Durğun havada, çox soyuq olmayan mühitdə birləşən qar dənələrinin diametri 1 cm-ə yaxınlaşar. İri dənələr halında yağır. Sulu qar: Atmosferin üst qisimlərində çox soyuq olmayan havada su və buzdan ibarət olan qar dənələri, yerə yaxın sahələrdə artan istilikdən ötəri əriyirlər. Ərimə ilə yağış və ya qarla qarışıq yağış meydana gələr. Düyü qar: Normal qar dənələrindən kiçik, yumru, sərt dənəciklərdir. Üzəri incə bir buz təbəqəsi ilə örtülü olan dənələr yerə sürətli düşüb sıçrayır. Quru qar: Həddindən artıq soyuq və nəm nisbətinin aşağı olduğu hava şəraitində, diametri 1 mm-dən kiçik qar kristalları əmələ gəlir.
Qara
Qara – rənglərdən biri. Ən tünd rəng olub işığın səthdən əks olunmaması yəni bütün işığın absorbsiyası nəticəsində yaranır. Soyuq, qəmli rəng hesab olunur və ağ rəngin, aydınlığın, işıq rəmzinin əksidir. Bir çox xalqlarda matəmi tərənnüm edir. Bu rəng geyimlərə ciddilik, rəsmilik verir. == Ümumi məlumat == Ağ rəngin əksi, müxalifi olan qara rəngin cəmiyyətdə, məişətdə daşıdığı məna, qoşulduğu sözlər bütün rənglərdəkindən çoxdur. Arxada qara rəngin kainatın quruluş modelində Yerin alt qatını bildirdiyini demişdik. Bu elə indinin özündə də belə düşünülür və həmin təsəvvür dilimizdə işlənən ifadələrdə də özünü qorumaqdadır: "Qara yerə girəsən", "Başını qara yer oğurlasın", "Qara yer otağın olsun", "Qaranlıq dünyanın qara küncündə qaralasan", "Qara qəbir evin olsun", "Qara qəbrin dar qazılsın", "Qara yerdə çürüyəsən". Sayını istənilən qədər artıra biləcəyimiz bu nümunələrdə qara rəngin yeraltı dünyanı – qaranlığı bildirməsi şəksizdir. Bundan savayı, bilavasitə mənəviyyatla bağlı "qaraüz"; tale təyinli "qara-bəxt", "qaragünlü", "qaraduvaq", "qaranişan"; xasiyyət əlamətli "qaradinməz", "qaraqabaq", "qaraniyyət", "qarayaxa", "qaragüruh"; cəmiyyətin aşağı təbəqəsinə aid edilən "qara camaat", "qara kütlə" və s.
Qax
Qax — Azərbaycan Respublikasında şəhər, Qax rayonunun inzibati mərkəzi. == Tarixi == Respublikamızın şimal-qərbində 1494 kvadrat kilometr ərazidə yerləşən Qax rayonu şimaldan Rusiya, şimal-qərbdən Zaqatala, qərbdən Gürcüstan, cənubdan Yevlax və Samux, şərqdən isə Şəki rayonu ilə həmsərhəddir. Qax rayonu Azərbaycanın ən qədim, zəngin tarixi keçmişə malik bölgələrindən biri olmaqla əhalisi Azərbaycanda oturaq əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olan ibtidai tayfaların sıx məskunlaşdığı əsas mədəniyyət mərkəzlərindən biri olmuşdur. Arxeoloji axtarışlar nəticəsində regionda neolit, tunc, ilk dəmir dövrünə aid çoxlu yaşayış yerləri və kurqanlar qeydə alınmışdır. Tarixi mənbələrdən məlumdur ki, hələ e.ə. VII əsrin əvvəllərində Qaxın ərazisi Skif çarlığının tərkibinə daxil olmuşdur. Skif çarlığının, onun əsasını qoyan tayfaların - skif, sak tayfalarının izlərinə yaşadığımız Qax rayonunun ərazisində rast gəlinir. Eramızın əvvəllərində Qafqaz Albaniyasının ərazisində xristianlığın yayılması prosesi başlamışdır. Bu dövrdə Qax rayonunun əhatə etdiyi ərazilərdə bir sıra xristian məbədləri inşa edilmişdir. Ərəb işğalı ilə tənəzzülə uğramış Alban dövlətinin, eləcə də Qax rayonunun indiki ərazisində XI əsrdən başlayaraq Böyük Səlcuq İmperiyasına daxil olması ilə oğuz türkləri, sonra isə qıpçaq türkləri məskunlaşmağa başlamışlar.
Qay
Qay (Orenburq vilayəti)
Qaş
Qaş — gözün üstündə yerləşən sıx tük örtüyü. == Qaşın funksiyası == Hər iki gözün üstündə yerləşən qaşlar tədricən üzün yanlarına doğru meyillənir. Alında yaranan tər damcıları qalın tük örtüyünü keçə bilmir və qaşlar vasitəsilə üzün yanlarına yönləndirilir. Beləliklə, gözlər şor tər damcılarından qorunmuş olur. == Müxtəlif mədəniyyətlərdə qaşlar == Çin mədəniyyətində müdriklərin uzun ömrünü vurğulamaq üçün müdriklər çox uzun qaşlı təsvir olunur. Çox uzun qaşlar Çində uzunömürlülük, müdriklik rəmzi sayılır.
Qoa
Qoa-Hindistanın cənub-qərbində yerləşən kiçik ştatdır. Ərazisinə görə ölkənin ən kiçik ştatıdır. 1987-ci ildə təşkil olunmuşdur. Bura XVI əsrdən bəri Portuqaliyanın müstəmləkəsi olmuş, 1961-ci ildə Hindistana birləşdirilmişdir. Ərazisi 3702 kvadrat kilometr, əhalisi 1 450 000 nəfərdir, Mərkəzi Panaci, ən böyük şəhəri Vasko da Qamadır.