Xaqan | |
Qədim Türk dili | |
---|---|
Latın əlifbası: | kaγan |
Orxon əlifbası: | q.türk 𐰴𐰍𐰣 |
Türk dili | |
Latın əlifbası: | kağan |
Rus dili | |
Kiril əlifbası: | каган |
Latın əlifbası: | kagan |
Monqol dili | |
Kiril əlifbası: | хаан |
Transliterasiya: | xaan |
Monqol əlifbası: | ᠬᠠᠭᠠᠨ |
Transliterasiya: | qagan, xagan |
Macar dili | |
Latın əlifbası: | kagán |
Çin dili | |
Sadələşdirilmiş çincə: | 可汗 |
Hanyu Pinyin : | kèhán |
Fars dili | |
Fars əlifbası: | خاقان |
Koreya dili | |
Hangul: | 가한 |
Latın əlifbası | gahan |
McCune-Reischauer: | kahan |
Xaqan (q.türk 𐰴𐰍𐰣) — erkən orta əsrlərdə bir çox türkdilli xalqlarda dövlət başçısının titulu.
"Xaqan" termininə ilk dəfə çin salnamələrində rast gəlinir. Sonralar Kiyev knyazları da bu titulu qəbul etdilər. Monqol imperiyası dövründə isə bu titul "imperator" mənasında işlədildi[1]. Monqol imperiyasında kaan şəklində idi.
Bu titula ilk dəfə qədim çin mənbələrində rast gəlinir. Onlar III yüzillikdə yaşayan syanbilərin ulu xanını belə adlandırırlar. 402-ci ildə jujanlar hun titulu olan şanyünün əvəzinə xaqanı qəbul etmişdilər.[2] 551-ci ildə avarlar və göytürklər bu titulu jujanlardan aldılar. Göytürk xaqanlığı çökdükdən sonra digər türk xalqları — xəzərlər, uyğurlar, qarluqlar, kiməklər və qırğızlar xaqan titulundan istifadə etdilər[3]. Qərb mənbələrində isə "caganus" kimi latınlaşdırılmışdır.
Osmanlıda Hakan ül-Berreyn vel-Bahreyn (torpaqların və dənizin xaqanı) titulu mövcud idi. Çində Li Şimin dövründə Birinci Göytürk xaqanlığı dağıldıqdan sonra imperatorlar özlərinə "Tian Kehan" yəni "Səma xaqanı" deməyə başladılar.
İbn Rustanın yazdıqlarına əsasən X əsrdə rus hökmdarları xaqan adlanırdı: I Vladimir, II Svyatoslav, I Yaroslav xaqan adlanırdı.