Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gəmi
Gəmi — Arximed prinsipinə əsasən suda üzə bilən su nəqliyyat maşını. Qayıq ilə gəmi arasındakı fərq onun ölçüsündədir. Gəmilər xüsusi gəmiqayırma zavodlarında hazırlanırlar. Gəminin gövdəsi hazır olduqdan sonra o suya buraxılır və sonra suda tam quraşdırılır. Gəmilər vacib nəqliyyat vasitələrindəndir. Onlardan həm sərnişin, həm də yüklərin daşınmasında istifadə olunur. Yüklər konteynerlərə yığılaraq uzaq məsafələrə daşınır. Böyük yük gəmiləri neft tankerləridir. Sərnişin gəmilərindən daha çox səyahət üçün istifadə olunur. == Gəmi növləri == Teploxod — daxili yanacaq mühərriki ilə hərəkətə gətirilən gəmi; Yaxta — motorlu və yaxud yelkənli yüngül gəmi; Aviadaşıyıcı — göyərtə aviasiyasiyası daşıyan hərbi gəmi.
Gərd
Gərd (Ermənistan)
Qeyd
Qeyd – diqqəti çəkən , vacib bir məsələ barəsində yazı forması. Əsas əlamətləri — lakoniklik, əsas momentlərin diqqətə verilməsi. Yazı analiz deyil, niyə ? sualına cavab vermir. Qeyd qeyd aparan şəxs üçün əhəmiyyət daşımalıdır.
Qənd
Şəkər — bir çoxu qida olaraq istifadə olunan, şirin dad verən, kimyəvi olaraq qısa zəncirli, suda həll olunan bir sıra karbohidrata verilən ümumi addır. Müasir dövrdə ən çox yayılmış qida məhsuludur[mənbə göstərin]. Şəkər əksər bitkinin toxumalarında mövcud olsa da sənaye istehsalı üçün kifayət qədər yüksək konsentrasiya əsas şəkər qamışı və şəkər çuğundurunda var. Dünya üzrə 94–97 milyon ton şəkər istehsalının (xam şəkər hesablandıqda) 56–60 milyon ton şəkər qamışının, 36–38 milyon tonu şəkər çuğundurunun payına düşür. Dünyada 1500 şəkər qamışı emal edən və təxminən 1000 şəkər çuğunduru emal edən (onlardan 800-dən çoxu Avropada yerləşir) zavod mövcuddur. == Tarixi == Qədim Yunanıstanın və Romanın əhalisi şəkəri (saxarozanı) tanımırdı. O zamanlar şirin qida məhsulu kimi baldan istifadə olunurdu. Şəkər qamışından şəkər istehsalının vətəni Hindistan sayılır. "Şəkər" sözünün özü də "sarkara" sözündən götürülmüşdür. Orta əsrlərdə və yeni dövrün əvvəllərində şəkər qamışı bitkisi Hindistandan Araviyaya, Suriyaya, Misirə və Kipr adasına köçürüldü.
Qəm
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.
Azərbaycan (gəmi)
Azərbaycan — Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinə aid olan gəmilərdən biri. == Texniki göstəriciləri == == Poçt markası üzərində == 2008-ci ilin iyul ayının 21-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin 150 illiyinə həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 30 qəpik, tirajı isə 20070 ədəd olan həmin markalardan biri "Azərbaycan" gəmisinə həsr olunmuşdur.
Balinaovlayan gəmi
Balinaovlayan gəmi — xüsusi olaraq balina ovunu həyata keçirmək məqsədilə inşa edilən gəmi. == Xüsusiyyətləri == Balinaovlayan gəmi 65 m uzunluğa, 9,5 m enə malik olur. Bu tip gəmilər 916 ton yük götürmə qabiliyyətinə malikdir. Gəmilər əsasən ilk əvvəllər buxar mühərrikləri sonradan isə dizel mühərrikləri ilə təhciz edilirlər. Bu mühərriklər 3870 kVt güçə sahibdirlər (5260 at güçü). 18–20 uzel sürətə və əla manevr qabiliyyətinə malikdir. Gəmi müvafiq olaraq qarpun silahı, kompressor, naviqasiya cihazları, kanat və axtarış cihazlarına sahibdir.
Dördgöyərtəli (gəmi)
Dördgöyərtəli ya tam olaraq Dördtopgöyərtəli xətt gəmisi — gəmi növü. Bu növdəki gəmilər tarixi yelkənli xətt gəmisi olub, dörd top göyərtəsinə və ya batareya göyərtəsinə malikdir. Adətən üçdorlu, üçgöyərtəli gəmi olub, onun ən üst göyərtəsində əlavə olaraq döyüş topları yerləşdirildiyinə görə dördgöyərtəli adlandırılır. 1837-ci ildə ABŞ-də tikilmiş USS Pennsylvania bu modifikasiyaya aiddir.
Gerd Müller
Gerhard Müller (alm. Gerhard Müller‎; 3 noyabr 1945 – 15 avqust 2021), əsasən Gerd Müller kimi tanınır — tanınmış alman futbolçusu, futbol üzrə Avropa və dünya çempionu. Bayern Münhen klubunda, AFR-in milli yığma komandasında hücumçu mövqeyində oynamışdır. Dünya futbolu tarixinə ən çox qol vuran futbolçulardan biri kimi düşmüşdür. Qərbi Almaniya millisində 62 oyunda 68 qol, klub səviyyəsində, Bayern Münhen ilə Bundesliga'nın 427 oyununda 365 qol, 74 Avropa klub oyununda isə 66 qol vurmuşdur. Qızıl top və 2 dəfə Qızıl buts lauteatı olmuşdur. == Uğurları == Dünya çempionu: 1974 Avropa çempionu: 1972 AFR çempionu: 1969, 1972, 1973, 1974 Avropa Çempionlar Kubokunun qalibi: 1974, 1975, 1976 UEFA Kuboklar Kubokunun qalibi: 1967 AFR kubokunun qalibi: 1966, 1967, 1969, 1971 Qitələrarası kubokun qalibi: 1976 Dünya çempionatının ən yaxşı bombardiri: 1970 Avropa çempionatının ən yaxşı bombardiri: 1972 Bundesliqanın ən yaxşı bombardiri: 1967, 1969, 1970, 1972, 1973, 1974, 1978 Qızıl buts sahibi: 1970, 1972 Qızıl top sahibi: 1970 AFR-in ən yaxşı futbolçusu: 1967, 1969 FİFA 100 siyahısına daxildir == Çıxışlarının statistikası == === Karyerasının icmalı === === Ətraflı statistika === Mənbələr: Vladimir Kolos. "Prolific scorers data — Gerd Müller". RSSSF.com (ingilis). 2012-11-19 tarixində arxivləşdirilib.
Gəmi kapitanı
Gəmi kapitanı — gəmi kollektivində ən yüksək vəzifə. Gəmi kapitanı milli və beynəlxalq qanunlara uyğun olaraq gəminin səmərəli və təhlükəsiz istismarına, yük və sərnişin daşımasına, naviqasiyasına məsuliyyət daşıyır. Dənizdə səfər zamanı gəmidə olan bütün heyət üzvləri, sərnişin və köməkçi heyət gəmi kapitanına tabedirlər.
Gəmi ranqı
Gəmi ranqı — döyüş gəmilərinin topların miqdarına, top göyərtəsinin, o cümlədən heyətin sayına görə təsnifat sistemidir. Təsnifat ilk dəfə İngiltərədə yaranmış və sonralar bir qədər düzəlişlərlə digər dəniz dövlətləri tərəfindən geniş istifadə olunmuşdur.
Gəmi sarğısı
Sarğı ya Gəmi sarğısı (ing. Stern, it. Poppa, fr. Poupe, alm. Heck‎, rus. Корма) — gəmi gövdəsinin arxa ya dal hissəsi. Gəmi sarğısının suda qalan hissəsinin forması onun idarəolunmasında mühüm rola malikdir. Sarğının üzdə qalan hissəsi gəmi funkiyasına və ölçüsünə müvaviq hazırlanır. Gəmi sarğısı onun əsas idarəetmə elementlərinin: sükan, pər, gəmi çarxının yerləşdiyi bir yerdir. Buna görə də bu hissə gəmi kapitanının ixtiyarında olur.
Gəmi sükanı
Gəmi sükanı, dəniz nəqliyyatı və avianəqliyyat vasitələrində defolt hərəkətini həyata keçirmək üçün nəzərdə tutulan şaquli stabilizatordakı nəzarət səthi. Gəmi sükanının iki növü mövcuddur - hidravlik və joystick. == Aviasiyada == Təyyarələrdə sükanı hündürlük sükanından ayırmaq üçün çox vaxt istiqamət sükanı terminindən istifadə olunur. Uçuş zamanı təyyarənin bütün hərəkətləri təyyarədəki təzyiq paylanmasından asılıdır. Sabit qanadlı bir təyyarə üçün əsas nəzarət səthləri, bu səthlərin axına qarşı dayanması və onu pozması, bununla da yüksək təzyiq zonası yaratması prinsipi ilə işləyirlər. Nəzarət səthləri işlədikdə, təyyarənin iki əks tərəfindəki təzyiq simmetriyası pozulur, bu da istənilən hərəkəti təmin edir. === İş prinsipi === Gəmi sükanı, ümumiyyətlə, quyruqun arxa kənarına yerləşdirilir. Pilot sol pedala basanda sükan sola dönür və rulda yüksək təzyiq zonası yaranır. Sükan sıfıra çatmayana qədər (notrlanmadıqca), təyyarə əyilməyə davam edir. Bəzi təyyarələrdə rulda trim nişanı vardır.
Gəmi zəngi
Gəmi zəngləri, Gəmidəki zəng olaraq saatları göstərən bir sistemdir. Gemi dəhlizində gəmiçilərin növbə və istirahət vaxtlarını təşkil etmək üçün istifadə edilərdi. Vətəndaş saatlara bənzəməz, zəngin vuruşu saatın zamanı ilə uyğun değildir. Səkkiz zəng vuruşu vardır, dörd saatliq bir qəti hər yarım saatında. Zəng hər yarım saatda çalınır və cüt nizamdan hesablamanı asanlaşdırmaq üçün, sıranın sonunda tək bir zilli. Gəmi zəngləri iki və ya dörd qrupa bölünür və keşikçilər deyə adlandırılır. Her bir növbətçi əsnasında əsaslı vəzifələr olan sükan, seyr, sahil müşahidə və gözətçi alır. Səkkiz zəng dənizçilərə keşik bitdiyini xəbər verir. Dənizçinin ölüm xəbəri də gəmi zəngi ilə bildirilir.
Gərd (Ermənistan)
Gərd və yaxud Kərd (erm. Կարդ) — Ermənistan Respublikasının cənubunda Sünik mərzində yerləşən kənd. (Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (İndi Ermənistanın Qafan rayonunda) kənd adı.) 1930–1995-ci illər aralığında Qafan rayonu inzibati-ərazi vahidinin tərkibinə daxil olan kənd Qafan şəhərindən 30 km şimal-qərbdə Gərd çayının sol sahilində, Mahmudlu kəndindən 2,5 km cənubda yerləşir. Ermənistan Respublikası Milli Statistika Xidmətinin 2001-ci il məlumatlarına görə Gığı kənd icmasına daxil olan Gərd kəndində yaşayış yoxdur, kənd tərk edilib. == Toponimi == Erməni mənbələrində Garts, Gird, Kart, Karti kimi qeyd edilən kəndin adı fars dilində "lək", "gərdi", "əkilmiş tarla" mənasında işlənən "kərd" sözü əsasında yaranmışdır. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək Kard (erm. Կարդ) edilib. XIX əsrdə Şimali Qafqazda Kuban əyalətinin Bədəlpaşa dairəsində Kərt Məmiçay, Ter əyalətinin Nalçik dairəsində Kertmen (dağ adı), Zəngəzur qəzasında Gerdözən (çay adı), Qazax rayonunda Gərdindağ, Dağlıq Qarabağda Kert (digər adı Quzumkənd) kənd adı və başqa toponimlərlə mə’naca eynidir.
Huni (gəmi)
Huni, əlavə və gəminin əsas göyərtəsində hazırlanmış bir başlıq, verilmiş dizayndır. Bu qazan və ya motor işlənmiş qazların his və tüstü aradan qaldırılması üçün istifadə olunur. O, həmçinin adətən baca adlanır. == İstifadə == Gəmi hunisinin əsas funksiyası gəminin strukturunu və göyərtəsini çirkləndirməmək və ekipajın işləmə qabiliyyətini pozmamaq üçün mühərriklərdən və digər mexanizmlərdən işlənmiş qazları dağıtmaq üçün egzoz borularının və ya egzozların hündürlüyünü artırmaqdır. öz funksiyalarını yerinə yetirirlər.
Həmd surəsi
Fatihə surəsi (ərəb. سورة الفاتحة‎ (oxunuşu: surətul-fatihə) - açmaq) - Quranın 1-ci surəsi. Məkkədə nazil olmuşdur, 7 ayədir. Surə İslamın əsas ehkamlarının qısa ifadəsidir. əl-Fatihənin mətni namazın əsasını təşkil edir və müsəlmanların əslində bütün mərasimlərinin yerinə yetirilməsi zamanı oxunur. Ondan dini binaların divar yazıları üçün geniş istifadə edilir. == Əl-Fatihə surəsi == Bağışlayan və mehriban Allahın adı ilə. Həmd və sitayiş aləmlərin (mələklər, insanlar, cinlər, heyvanlar və cansız əşyalar aləminin) idarə edəni, yaradaraq nəzmə salanı və mütləq hökmdarı olan Allaha məxsusdur. (Rəhmət və mehribanlığı bu dünyada hamıya, axirətdə isə yalnız möminlərə şamil olan) rəhmli və mehriban Allaha. Cəza gününün sahib və hökmdarına.
Kosmik gəmi
Kosmik gəmi — kosmosa uçmaq üçün istifadə edilən nəqliyyat vasitəsi, gəmi və ya aparatdır. Kosmik gəmilərin məqsədlərinə kommunikasiya, Yerin müşahidəsi, meterologiya, naviqasiya, kosmosda koloniyaların yaradılması, planetlərin tədqiq edilməsi və insan və yüklərin daşınması daxildir. Əsas hərəkətverici element kimi adi raket mühərriklərindən istifadə edilir. Günəş şüaları ilə işləyən mühərriklərdən hələ istifadə edilmir. Kosmik gəmilər yerə enmə qabiliyyətinə görə fərqlənirlər. Onlardan bir qismi paraşütlərlə (Soyuz, Vostok), digərləri isə bir başa yerin atmosferini keçdikdən sonra adi təyyarə kimi yerə enə bilirlər (məsələn Spase Shutle, Buran). Paraşütlə düşən kosmik gəmi hissəsinə stabilləşdirici aerodinamik forma verilir. Bu onların atmosferə daxil oduqdan sonra hərəkətini tənzimləyir.
Mirnı (gəmi)
"Mirnı" — yelkənli Şlyup, Birinci Antarktika ekpedisiyasında 1819-1821-ci illərdə Mixail Lazarevin rəhbərliyi ilə Antarktidanın kəşfində iştirak etmiş gəmi. == Tarix == Gəmi 1818-ci ildə Sankt-Peterburq yaxınlığında buzlaqlar arasında hərəkət etməyə xidmət edək üçün yenidən inşa edilmişdir. Antarktikaya ekspedisiyanı tezləşdirmək məqsədi ilə «Ladoqa» gəmisisi hərbi donanmaya cəlb olunur. Onun adı dəyişdirilərək «Mirnı» adlandırılır. Yeni ad verilməsindən sonra gəmi təmirə göndərilmişdir. Gəmini Mixail Lazarev idarə etmişdir. Təmirdən sonra gəmi olduqca güçlənmişdir. == Xatirəsi == Gəminin xatirəsinə adlandırılmış obyektlər: Antarktidada yarımada Antarktidada sahil Antarktikada elmi-araşdırma stansiyası "Mirnı" Merkuridə dağ sistemi == Ədəbiyyat == Морской Энциклопедический Словарь, Л-д, «Судостроение», 1991, ISBN 5-7355-0280-8. == İstinadlar == == Mənbə == Mərkəzi Hərbi-Dəniz Portalı: «Dünyanın yelkənli gəmiləri» Arxivləşdirilib 2007-07-08 at the Wayback Machine.
Qənd çörəyi
Qənd çörəyi (az-əbcəd. قند چؤرَگی‎) — Qəzvin bölgəsinin yerli və ənənəvi şiriniyyatlarından biri sayılır ki daha çox Novruz bayramında hazırlanır. == Lazım olan ərzaqlar == 500 q ağ un 250 q şəkər tozu 250 q qatı yağ 1 mürəbbə qaşığı qabartma tozu 1 mürəbbə qaşığı hil tozu == Hazırlanma qaydası == Qənd çörəyi hazırlamaq üçün ilk olaraq qatı yağı və hil tozunu əlimizlə hamar olana qədər ovuşdururuq. Az-az şəkər tozu əlavə edib hamar olana qədər qarışdırın. Unu az-az üstünə töküb yaxşı yoğurun. Hazırlanmış xəmir mətbəxdə 4 saat istirahət etsin. Dincəldikdən sonra bir az yoğurub, sonra xəmirdən bir fındıq ölçüsü götürüb və əlinizdə 180 dərəcə bir sobada 15 dəqiqə orta mərtəbədə şirniyyatın rəngi qızıla çalana qədər qoyun qalsın. === Nöktələr === Soba qabının yağlanmasına və ya yağdan təmizlənmiş kağıza ehtiyacı yoxdur. Sobanı 20 dəqiqə öncədən yandırın. Heç vaxt qatı yağı əritmirik, niyə ki bərk olmalıdır.
Qəsd (1990)
== Məzmunu == Film çar imperiyasının I Pyotr zamanından Sovet imperiyasının Qorbaçov dövrünədək, ermənilərin məkri ilə Azərbaycan diyarına, azərbaycanlı-türk millətinə qəsdlərin təkzibolunmaz ifşasına həsr edilmişdir. Belə qəsdlər bir deyil, iki deyil, saysız hesabsızdır. Filmdə onların yalnız bir neçəsi sadalanır. Pyotrun vəsiyyətinə əməl edərək, Azərbaycana işğalçılıq basqınları, bədnam Türkmənçay və Gülüstan müqavilələrinə əsasən Azərbaycanın iki yerə parçalanması, 1905 və 1918-ci illərdə rus imperiyasına arxalanan erməni daşnaqlarının qanlı cinayətləri, 1920-ci ildə Leninin sərəncamı ilə XI Qırmızı Ordunun işğalçılıq basqını və Azərbaycan Demokratik Respublikasının süqutu, 1937-ci il Stalin repressiyası, 1990-cı ildə Qorbaçovun sərəncamı ilə törədilən 20 yanvar qanlı cinayəti, xalqın faciəsi, Rusiya ordusuna arxalanan erməni işğalları, vəhşilikləri, heç bir ədəb-ərkan qaydalarına sığmayan əməlləri... == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Rauf Nağıyev Ssenari müəllifi: Sara Nəzirova, Rauf Nağıyev Operator: Rəfael Salamzadə Səs operatoru: Marat İsgəndərov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Qəsr qənd
Qəsr qənd-İranın Sistan və Bəlucistan ostanının Nikşəhr şəhristanının Qəsr qənd bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,826 nəfər və 1,586 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfi sünni müsəlmandırlar.
Sarğı (gəmi)
Sarğı ya Gəmi sarğısı (ing. Stern, it. Poppa, fr. Poupe, alm. Heck‎, rus. Корма) — gəmi gövdəsinin arxa ya dal hissəsi. Gəmi sarğısının suda qalan hissəsinin forması onun idarəolunmasında mühüm rola malikdir. Sarğının üzdə qalan hissəsi gəmi funkiyasına və ölçüsünə müvaviq hazırlanır. Gəmi sarğısı onun əsas idarəetmə elementlərinin: sükan, pər, gəmi çarxının yerləşdiyi bir yerdir. Buna görə də bu hissə gəmi kapitanının ixtiyarında olur.
Sualtı gəmi
Hərbi sualtı gəmi — əsasən dənizlər ilə və okeanlar ilə əlaqəsi olan ölkələrin su fövzələrini qorumaq üçün və ya hərbi kəşfiyyat aparmaq üçün istifadə etdiyi, suyun alt hissəsində hərəkət edən qurğu.
Sui-qəsd
Siyasi sui-qəsd bir və ya daha çox insanın məqsədli və planlı şəkildə öldürülməsi deməkdir. Öldürülən və ya öldürülməsi istənilən şəxs ümumiyyətlə dövlətə məxsus və ya strateji əhəmiyyətli şəxsdir. İzahlı lüğətlərdə, "gizlincə qəsd etmək", "qaçırmaq" və "pisliyə cəhd" kimi izah olunur.