Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gürün
Gürün (türk. Gürün) — Sivas ilinin ilçəsi.
Qulan
Qulan (lat. Equus hemionus) — atlar fəsiləsini at cinsinə aid otyeyən təkdırnaqlı məməli heyvan. Xarici görünüş baxımından eşşəyə bənzəsədə onda at əlamətləri vardır. Qulanlar Afrika eşşəklərindən fərqli olaraq heç zaman əhlilləşdirilməmişdir. == Xüsusiyyətləri == Növ olaraq 1775-ci ildə qeydə alınmışdır. Onlar ilk dəfə olaraq pleytosen dövründə Mərkəzi Asiya ərazisində yayılmışdır. Onların qalıqlarına Şimali Qafqazdan tutmuş Yaponiyaya və Arktik Sibir zonası (Böyük Beqiçev adası) ərazisinə qədərki bölgədə rastlamaq mümkündür. Qulanın bədən uzunluğu 175—200 sm, quyruğunun uzunluğu 40 sm, hündürlüyü 125 sm, çəkisi 120—300 kq təşkil edir. Bu göstəricilərlə qulan adi ev eşşəyindən böyükdür. Erkəklərlə dişilər arasında fərq olduqca azdır.
Ququn
Yasaq şəhər və ya Ququn imperator sarayı (Çincə: 紫禁城) — ən gözəl orta əsr saray ansambllarından biridir və Pekinin düz mərkəzində yerləşir. == Tarixi == Hər bir tərəfdən o, hündür şəhər divarları ilə əhatə olunmuşdur, dördkünc qüllələrinə malikdir, divar boyunca su ilə doldurulmuş enli şəhər xəndəyi qazılmışdır. Tikilməyə başladığı 1420-ci ildən düz son Çin imperatorunun taxtdan salındığı 1911-ci ilədək təqribən 500 il ərzində burada Min və Tzin sülalələrinin 24 imperatoru yaşamış və hökmranlıq etmişlər. Bu qədim divarlar çox hadisələrin şahidi olmuşlar. Qədimdə "Yasaq şəhər" adlandırılan Ququnu Min sülaləsi imperatoru Çju Di öz hakimiyyətinin dördüncü ilində tikməyə başalmışdır və bu tikinti 14 il davam etmişdir. Bu orta əsrlər dövrünün ən nəhəng və ən bitkin memarlıq abidəsidir. Ququn sarayında saysız-hesabsız çoxlu pavilyonlar və köşklər həmahəng yerləşmişdir. Rəvayətə görə onların sayı 9995 olub. Bu rəqəm haradandır? Çinlilərin əcdadları hesab edirdilər ki, səmavi hökmdarın 10 minlərlə otağı olmalıdır, özünü səmavi hökmdarın oğlu adlandıran onunla bərabər tutula bilməz.
Tulun
Tulun (rus. Тулун) — Rusiya Federasiyasında yerləşən şəhər. İrkutsk vilayətinə daxildir.
Gülüş
Gülüş — insanlarda ritmik olaraq diafraqma və digər tənəffüs orqanlarının eşidilə biləcək şəkildə fiziki hərəkəti. Bu hərəkət "ha-ha-ha" və ya "he-he-he" şəklindəki səslərin yaranması ilə nəticələnir. Gülüşün (qəhqəhənin) yaranması səbəbləri kimi qıdıqlanma formasında kənar mühit amilləri, yumorik hadisə və sözlər, düşüncələr göstərilir. Gülmək sevincin fiziki göstəricisi hesab olunur. Amma insanlar bəzi halldan utanmaq, təəccüblənmək kimi fərqli emosiyalarda belə gülürlər. Bəzən isə nəzakət xatirinə saxta gülüşlər baş verə bilər. İnsanlardan başqa bəzi primatlar da (şimpanze, qorilla, oranqutan) qəhqəhəyə bənzər səslər çıxarırlar. Ən çox sevinc, xoşbəxtlik, rahatlıq və s. kimi bir sıra müsbət emosional vəziyyətlərdə müşahidə olunsa da bəzi hallarda bunun əksinə xəcalət, təəccüb və ya əks duyğu halları zamanı da ortaya çıxa bilir.
Gülən
Gülüş — insanlarda ritmik olaraq diafraqma və digər tənəffüs orqanlarının eşidilə biləcək şəkildə fiziki hərəkəti. Bu hərəkət "ha-ha-ha" və ya "he-he-he" şəklindəki səslərin yaranması ilə nəticələnir. Gülüşün (qəhqəhənin) yaranması səbəbləri kimi qıdıqlanma formasında kənar mühit amilləri, yumorik hadisə və sözlər, düşüncələr göstərilir. Gülmək sevincin fiziki göstəricisi hesab olunur. Amma insanlar bəzi halldan utanmaq, təəccüblənmək kimi fərqli emosiyalarda belə gülürlər. Bəzən isə nəzakət xatirinə saxta gülüşlər baş verə bilər. İnsanlardan başqa bəzi primatlar da (şimpanze, qorilla, oranqutan) qəhqəhəyə bənzər səslər çıxarırlar. Ən çox sevinc, xoşbəxtlik, rahatlıq və s. kimi bir sıra müsbət emosional vəziyyətlərdə müşahidə olunsa da bəzi hallarda bunun əksinə xəcalət, təəccüb və ya əks duyğu halları zamanı da ortaya çıxa bilir.
Gülüm-gülüm piri
Gülüm-gülüm piri — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda eyni adlı qədim yaşayış yerinin cənubunda ziyarətgah. Pir dağ daşlarından dördkünc formada tikilmişdir. Girişi cənubdandır. Ölçüsü 4,5 x 3,1 metrdir. Divarlarının qalınlığı 90 sm-dir. Pirin ətrafından aşkar olunan keramika məmulatı Orta əsrlərə aiddir. Gülüm-gülüm dağının əfsanəsinə görə indiki Nəsirvaz kəndi əvvəl bu dağın ətəklərindəymiş. Deyilənlərə görə kənddə bir gəlin hər gün dağın səsini eşidirmiş ki, gəlim-gülüm. Gəlin gül, deyincə bütün çöl-çəmən gülüzarlığa dönür, insanlara sanki xoşbəxtlik verilir. Bir gün gəlin kefsiz olur.
Qulu
Qulu — kişi adı.
Gülüm-gülüm yaşayış yeri
Gülüm-gülüm yаşаyış yеri — Hаqqındа əfsаnələr dоlаşаn bu аbidə Оrdubаd rаyоnunun Nəsirvаz kəndindən cənub-qərbdə dаğın ətəyində yеrləşir. Аrаşdırmаlаr zаmаnı yаşаyış yеrində iri dаşlаrdаn hörülmüş müdаfiə divаrlаrının və yаşаyış binаlаrının qаlıqlаrı аşkаr оlunmuşdur. Müdаfiə divаrlаrı yаnlаrdа iri qаyа pаrçаlаrındаn hörülərək, оnlаrın аrаsı kiçik həcmli dаşlаrlа dоldurulmuşdur. Bəzi yеrlərdə müdаfiə divаrlаrının uzunluğu 35 m-ə çаtır. Divаrın еni müхtəlifdir. Оnun qаlınlığı 1,2-1,5 m аrаsındаdır. Yаşаyış yеrinin ərаzisində dördkünc fоrmаdа inşа оlunmuş yаşаyış binаlаrın qаlıqlаrı vаr. Оnlаrın böyük bir qismi dаğ uçqununun аltındа qаlаrаq dаğılmışdır. Аrаşdırmаlаr göstərir ki, yаşаyış yеrindən uzun müddət istifаdə оlunmuş, Оrtа əsrlərdə isə bаğ yеrinə çеvrilmişdir. Dеyilənə görə, burаdа аğаnın bаğı оlmuş və о bаğdа hər mеyvədən оlmuşdur.
Bulun ulusu
Bulun ulusu (saxa Булуҥ улууһа) — Rusiya Federasiyası, Saxa Respublikası tərkibindəki inzibati ərazi vahidi. İnzibati mərkəzi Tiksi şəhər tipli qəsəbəsidir. == Coğrafiya == Rayonun sahəsi 235.1 min km²-dir. Yakutiyanın şimalında Lena, Olenok və Omoloy çaylarının aşağı axınlarında yerləşir. Respublikanın Arktik qurşaqda yerləşən ulusları qrupuna aiddir. Ulusun ərazisinə Yeni Sibir adaları daxildir. Şərqdə Ust-Yana və Verxoyansk ulusları, cənubda Even-Bıtantay və Jiqan, qərbdə Olenok və şimal-qərbdə Anabar ulusları ilə sərhədlənir. Şimal və şimal-şərqdə Laptevlər dənizi, Yeni Sibir adalarının şərqindən isə Şərqi Sibir dənizinin suları ilə yuyulur. Ulus Saxa Respublikasının ən böyük uluslarından biridir. Təbii şəraitRelyefə görə ulusun ərazisi iki hissəyə bölünür.
Ersan Gülüm
Ersan Adem Gülüm (17 may 1987) — müdafiə mövqeyində çıxış edən türk futbolçudur.
Fətullah Gülən
Məhəmməd Fətullah Gülən (türk. Muhammed Fethullah Gülen, (27 aprel 1941[…], Ərzurum) – filantrop, yazıçı, şair, keçmiş vaiz, din adamı. 30-dan çox kitab və çoxlu məqalələr müəllifidir. Türkcə, ərəbcə, farsca və Osmanlı türkcəsini bilir. 1999-cu ildən etibarən, tərəfdaşlarının iddiasına görə xəstəliyi ilə əlaqədar, digər iddialar görə isə Fevral Hadisələrinə görə ABŞ-yə gedən Gülən hazırda Pensilvaniya ştatında yaşayır. == Həyatı == Gülən 1941-ci ildə Türkiyənin Ərzurum bölgəsinin Qorucuq kəndində anadan olub. Gülən 1959-cu ildə Türkiyə Respublikası Diyanət İşləri üzrə Dövlət Komitəsinin nəzdində rəsmi işə başlayan Gülən təqribən 30 il Türkiyənin Ədirnə, Kırklareli, İzmir, Edremit, Manisa, Çanaqqala və s. bölgələrində müxtəlif vəzifələrdə çalışmışdır. Bu illər ərzində həyəcanlı və səmimi söhbətləri, verdiyi xütbə, vəz və konfranslar sayəsində Türkiyədə özünə çoxsaylı tərəfdarlar tapmışdır. Gülənin təşfiqi ilə 80-ci illərdən etibarən Türkiyənin iri şəhərləri başda olmaq üzrə tələbə yataqxanaları açılmış, daha sonra Gülənin tərəfdarlarından ibarət müəllim və idarəçilərin olduğu liseylər fəaliyyətə başlamışdır.
Gülsün Sağlamer
Gülsün Sağlamer (1945, Trabzon). Memar, müəllim, İTU-nun ilk qadın rektoru. İstanbul Texniki Universiteti Memarlıq Fakültəsini bitirdi. 1978-ci ildə dosent, 1988-ci ildə professor oldu. 1996–2004-cü illərdə İstanbul Texniki Universitetinin rektoru vəzifəsində işləmişdir. Bir çox layihədə iştirak etdi. Hal-hazırda "Open House International" jurnalının redaksiya heyətinin üzvüdür. 2006–2014-cü illərdə Kadir Has Universitetinin Nümayəndə Heyətinin üzvüdür.
Gülüş günü
Ümumdünya gülüş günü — Avropada və bir sıra Asiya ölkələrində aprelin 1-i gülüş, zarafat günü kimi qeyd olunur. Böyük Britaniyada 1 apreli "Səfehlər günü", Fransada isə "Aprel balığı günü" adlandırırlar. == Tarixi == 1 apreldə bir-birini aldatmaq adətinin meydana gəlməsi haqda müxtəlif versiyalar var. Ən çox yayılmış versiyanın kökü gedib qədim Romaya çıxır. Romada təxminən 2000 il əvvəl hazırkı gülüş gününə oxşar bayramlar təşkil edilirmiş və bu bayramı ağılsızların günü adlandırırlarmış. Hər şey isə qapı qulluqçularından birinin imperator Konstantinə zarafatla gülüşün dövlətə onun özündən çox fayda verə biləcəyini deyəcək qədər ürəklənməsindən başlayıb. Konstantin ona söylədiklərini həyata keçirmək imkanı verib və xüsusi qərar çıxarıb ki, ilin bir günü Romanı zarafatcıl şəxs idarə etsin. Həmin tarixdə ölkənin hər yerində insanlar gülür və müxtəlif zarafatlar edirmişlər. Daha geniş yayılmış versiyalardan biri isə Roma papası Qriqori tərəfindən hazırlanmış 1582-ci ilin Qriqoryan təqvimi ilə əlaqədardır. Həmin vaxtadək yeni il həftəsi martın 25-dən başlayar, aprelin 1-də başa çatırdı.
Gülən adam
Gülən adam (fr. L'Homme qui rit) — Viktor Hüqonun 1869-cu ildə nəşr olunmuş ən məşhur romanlarından biri. Süjetin başlanğıcı Portlenddə 29 yanvar 1690-cı ildə müəmmalı şəraitdə bir uşaq atılır. == Tarixi == Viktor Hüqo "Gülən adam" romanının siyasi düşüncələri səbəbindən sürgün edildiyi Çanel adalarında keçirdiyi 15 ay ərzində qələmə almışdır. Kitab üzərində işləyərkən kitabın adını “Kralın Əmrində” kimi düşünsə də, dostlarının məsləhəti ilə onu “Gülən Adam” olaraq dəyişib.Gülən Adam — Viktor Hüqonun 1869-cu ilin aprelində fransızca"L'Homme qui rit" - " Gülən adam " adı ilə nəşr olunmuş romanıdır. O, həmçinin Kralın sərəncamı ilə roman kimi nəşr edilmişdir. 1928-ci ildə Pol Leninin rejissorluğu ilə Konrad Veydt, Meri Filbin və Olqa Baklanovanın rol aldığı eyniadlı film buraxıldı. == Personajlar == Quinpen - əslzadə atası kralı təhqir etdiyi üçün onu cəzalandırılmaq üüşün Qunpen bu hala salınır. O, tərk edildiyi qarlı gecədə haraya getdiyini bilmədən sığınacaq axtararkən qar içində soyuqdan doyaraq plmüş qadın cəsədinin qucağında gözləri kor körpəni götürüb xilas edir.
Konakpınar, Gürün
Konakpınar (nahiyə mərkəzi) — Sivas vilayətinin Gürün rayonunda kənd. == Coğrafiya == Sivas vilayətindən 108 km, Gürün rayonundan isə 30 km məsafədədir.
Kulun bəy
Baymey xan Kulun bəy — İkinci Göytürk xaqanlığının VIII xaqanı. == Hakimiyyəti == Qardaşı Ozmış Teqin xanın öldürülməsindən sonra taxta çıxmışdı. Tan sülaləsinə tabe olmaqdan boyun qaçırmış və 2 ildən sonra Qutluq Bilgə Kül xaqan tərəfindən həbs olunaraq öldürülmüşdür. İkinci Göytürk xaqanlığının sonu gəlmişdir.
Külün təpə
Külün təpə, Külüng təpə və ya Hisamabad (fars. حسام‌آباد‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 2,023 nəfər yaşayır (557 ailə).
Kəşfül-qülub
Kəşfül-qülub - Seyid Yəhya Bakuvinin müəllifi olduğu əsər. Əsər dörd bölməyə ayrılmışdır. Əql, qəlb, ruh və nəfsin seyri-süluk, tövbə və tərbiyə ilə kamilləşdirmə metodu izah olunur. Seyid Yəhya "din qardaşları və yəqin yolun salikləri"nin faydalanması üçün ona ünvanlanan suallara cavab olaraq, bu risaləni qələmə almışdır. Əsər Şirvanşah I Xəlilullaha ithaf edilmişdir.
Liu Fulun
Liu Fulun - Tiefu konfederasiyasının şərqdəki II başçısı. Atası Kubeyin böyük oğlu olan Liu Menq idi. Tsao Vey imperatorunun vassalı olaraq hakimiyyətdə idi. Ölüm tarixi bilinmir.
Ludmila Guzun
Ludmila Quzun (26 iyun 1961 – 16 aprel 2021) — Moldovalı siyasətçi. O, Moldova Parlamentində Unqeni dairəsini təmsil edən millət vəkili olmuşdur. == Həyatı və fəaliyyəti == Quzun 26 İyun 1961-ci ildə Moldovanın Faleşti rayonunda anadan olmuşdur. Moldova Demokratik Partiyasını təmsil edərək, 24 fevral 2019-cu ildə Moldova Parlamentinə deputat olaraq daxil oldu və 16 aprel 2021-ci il tarixdə ölümünə qədər vəzifəni icra etdi. Quzun 7 aprel 2021-ci il tarixindən etibarən COVID-19 diqnozu ilə xəstəxanada müalicə almış, 16 aprel 2021-ci il tarixində isə vəfat etmişdir.
Ludmila Quzun
Ludmila Quzun (26 iyun 1961 – 16 aprel 2021) — Moldovalı siyasətçi. O, Moldova Parlamentində Unqeni dairəsini təmsil edən millət vəkili olmuşdur. == Həyatı və fəaliyyəti == Quzun 26 İyun 1961-ci ildə Moldovanın Faleşti rayonunda anadan olmuşdur. Moldova Demokratik Partiyasını təmsil edərək, 24 fevral 2019-cu ildə Moldova Parlamentinə deputat olaraq daxil oldu və 16 aprel 2021-ci il tarixdə ölümünə qədər vəzifəni icra etdi. Quzun 7 aprel 2021-ci il tarixindən etibarən COVID-19 diqnozu ilə xəstəxanada müalicə almış, 16 aprel 2021-ci il tarixində isə vəfat etmişdir.
Mədinə Gülgün
Mədinə Gülgün (doğum adı: Mədinə Nurulla qızı Ələkbərzadə; 17 yanvar 1926, Bakı – 17 fevral 1991, Bakı) — Azərbaycan şairəsi, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1987). == Həyatı == Mədinə Gülgün 1926-cı il yanvarın 17-də Bakıda fəhlə ailəsində anadan olmuşdur. Burada ibtidai məktəbi bitirmişdir. 1938-ci ildə ailəliklə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə köçmüşlər. Sonra Təbriz şəhərində yaşamış, əmək fəaliyyətinə burada toxuculuq karxanasında başlamışdır. O, həyatı dərk etməyə başladığı andan Azərbaycan xalqının milli hüquqlarının pozulduğunun əyani şahidi olur… Onu da dərk edir ki, mübarizə aparmaq üçün kifayət qədər savadlı və bilikli olmaq lazımdır. Odur ki, qısa müddətdə ərəb qrafikasını və fars dilini öyrənir.. Sonralar Təbriz Dram Teatrında çalışmışdır. "Azərbaycan" qəzetinin redaksiyasında xüsusi müxbir vəzifəsində işləmiş Mədinə Gülgün 1945–1946-cı illər Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının fəal iştirakçısı və öz mübariz şeirləri ilə ömrü boyu həmin inqilabın carçısı olmuşdur. O, 1948-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsinə daxil olmuş, 1952-ci ildə həmin fakültəni bitmişdir.
Qulan (Culfa)
Qulan (fars. قولان‎) - İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. Qulanın yaxınlığında bir qızıl yataqı mövcüddür ki Qaraçı adlanır. Bu kənd araz çayının güney sahilində yerləşərək öz yaxşı dadlı narı ilə seçilir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 491 nəfər yaşayır (105 ailə).
Sülün Osman
Osman Ziya Sülün və ya Sülün Osman (1923, Konstantinopol – iyul 1984, Bəyoğlu) — Türkiyə dələduzu. == Həyatı == Osman Ziya Sülün 1923-cü ildə Türkiyənin İstanbul şəhərində anadan olmuşdur. O, adını məşhurlaşdıran ilk fırıldaqçılıq işini 1948-ci ildə İstanbulun Fateh rayonunda kirayə köçdüyü evin sahibinə qarşı etmişdir. Sülün 1950–1960-cı illərdəki işləri ilə şöhrət qazanan Sülün Osman tramvay, Qalata qülləsi, şəhər meydanlarındakı saatlar, şəhər xətləri və dəniz paroxodları kimi dövlət mülklərini insanlara sataraq və ya kirayə verərək məşhurlaşmışdır. Bəzi mənbələrə görə o, Qalata körpüsünü satmaq istəyərkən təsadüfən tutulur və polis nəzarətinə alınır. Buna baxmayaraq, onun 23 yanvar 1961-ci il tarixində Zeytunburnu rayonunda qumar oynadığı yerdə kumar polis tərəfindən yaxalandığı da iddia edilir. Sülün Osman 1961-ci ildə həbs olunur. O, 1962-ci ildə "Əmək ilə yaşamaq" mövzusunda bir konfrans keçirmişdir.Osman Ziya Sülün ölümü ilə bağlı dəqiq bir məlumat yoxdur. Polis təxmin edir ki, Osman Ziya Sülün 1984-cü ilin iyul ayında İstanbul şəhərinin Bəyoğlu rayonunda infarktdan vəfat etmişdir. Sülün Osman şəxsiyyət vəsiqəsi və pasport daşımır deyə onun meyiti kimsəsizlər qəbiristanlığında basdırılmışdır.