GÜLÜNC

sif.zərf
1. Gülməyə səbəb olan, gülməli, gülüş doğuran.
// məc. Mənasız, qeyri-ciddi.
Ceyrana malik olmaq fikri və hissi mənə çox qəribə, bəlkə gülünc görünürdü. S.Hüseyn.
Ölüm fikri [Mələkdən] uzaqlaşdı, ona gülünc və mənasız göründü. M.İbrahimov.

2. İstehzaya, masqaraya səbəb olan, istehza doğuran. Gülünc hərəkət.
// Gülmək obyekti; hamının gülməsi üçün hədəf.
Dəhanın sədəfdir, dişlərin inci; Sən məni eylədin ellər gülüncü. M.P.Vaqif.
[Koxa:] Mən kənardan uşaq tutub, Cavanşirlər arasında gülünc ola bilmərəm! S.Rəhimov.

Синонимы

  • GÜLÜNC gülməli — məzəli — masqara
  • GÜLÜNC istehza — rişxənd
GÜLÜMSÜNMƏK
GÜLÜNCLÜK
OBASTAN VİKİ
Gülünc adamın yuxusu (hekayə)
Gülünc adamın yuxusu (rus. Сон смешного человека) - Fyodor Dostoyevski tərəfindən 1877-ci ildə yazılmış fantastik hekayədir. == Məzmun == Hekayədəki adsız qəhrəman həyatdan bezib, yaşamaq istəmir. Özünə hər dəfə "mən gülməli adamam" deyir. İllər keçdikcə bunun fərqinə daha da varır. Dünyanın mövcud olub-olmamasının ona fərq etmədiyini anlayır. Yaşadığı evdə qonşu otaqdakıların danışıqlarını, mübahisələrini dinləməyə başlayır. Özünü öldürmək üçün hətta silah da alır. Bir dəfə küçədə gedərkən 8 yaşlı qızcığaz ona yaxınlaşır. Qızın hərarəti var idi və "anacan, anacan!" deyə səslənirdi.

Значение слова в других словарях

ве́рно де́рево загрязнённость чур либи́до на всех паруса́х панибра́тский подбрю́шье причу́диться развито́й суета́ томи́ть ракса absentee vote film badge misère mouse-colour pend unaccompanied uncorrecting зонд любезничать обход отравить побудительный