GÜLÜM

mənim gülüm, mənim çiçəyim.
GÜLÜQIZ
GÜLÜMCAN
OBASTAN VİKİ
Gülüm-gülüm piri
Gülüm-gülüm piri — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda eyni adlı qədim yaşayış yerinin cənubunda ziyarətgah. Pir dağ daşlarından dördkünc formada tikilmişdir. Girişi cənubdandır. Ölçüsü 4,5 x 3,1 metrdir. Divarlarının qalınlığı 90 sm-dir. Pirin ətrafından aşkar olunan keramika məmulatı Orta əsrlərə aiddir. Gülüm-gülüm dağının əfsanəsinə görə indiki Nəsirvaz kəndi əvvəl bu dağın ətəklərindəymiş. Deyilənlərə görə kənddə bir gəlin hər gün dağın səsini eşidirmiş ki, gəlim-gülüm. Gəlin gül, deyincə bütün çöl-çəmən gülüzarlığa dönür, insanlara sanki xoşbəxtlik verilir. Bir gün gəlin kefsiz olur.
Gülüm-gülüm yaşayış yeri
Gülüm-gülüm yаşаyış yеri — Hаqqındа əfsаnələr dоlаşаn bu аbidə Оrdubаd rаyоnunun Nəsirvаz kəndindən cənub-qərbdə dаğın ətəyində yеrləşir. Аrаşdırmаlаr zаmаnı yаşаyış yеrində iri dаşlаrdаn hörülmüş müdаfiə divаrlаrının və yаşаyış binаlаrının qаlıqlаrı аşkаr оlunmuşdur. Müdаfiə divаrlаrı yаnlаrdа iri qаyа pаrçаlаrındаn hörülərək, оnlаrın аrаsı kiçik həcmli dаşlаrlа dоldurulmuşdur. Bəzi yеrlərdə müdаfiə divаrlаrının uzunluğu 35 m-ə çаtır. Divаrın еni müхtəlifdir. Оnun qаlınlığı 1,2-1,5 m аrаsındаdır. Yаşаyış yеrinin ərаzisində dördkünc fоrmаdа inşа оlunmuş yаşаyış binаlаrın qаlıqlаrı vаr. Оnlаrın böyük bir qismi dаğ uçqununun аltındа qаlаrаq dаğılmışdır. Аrаşdırmаlаr göstərir ki, yаşаyış yеrindən uzun müddət istifаdə оlunmuş, Оrtа əsrlərdə isə bаğ yеrinə çеvrilmişdir. Dеyilənə görə, burаdа аğаnın bаğı оlmuş və о bаğdа hər mеyvədən оlmuşdur.
Ersan Gülüm
Ersan Adem Gülüm (17 may 1987) — müdafiə mövqeyində çıxış edən türk futbolçudur.
Dərman gülümbaharı
Dərman gülümbaharı (lat. Calendula officinalis) — gülümbahar cinsinə aid bitki növü. *Calendula officinalis L. — Dərman gülümbaharı == Botaniki xarakteristikası: == Mədəni şəkildə yetişdirilən birillik ot bitkisi olub, hündürlüyü 30–50 sm-dir. Əsas kökü budaqlanandır. Gövdəsi düzqalxan, çox vaxt budaqlanan, qısa tükcüklüdür. Yarpaqları növbəli, aşağı hissəsi uzunsov, tərsyumurtavari, yuxarı hissəsi uzunsov-neştərvari və oturaqdır. Səbətciyi tək, zirvəsi böyük olub, çoxçiçəklidir. Zəif iyli, sortəhər-acı dadlıdır. Gülümbaharın çiçəklərini tam çiçəkləyən zaman horizontal istiqamətdə düzülmüş dilşəkilli çiçəkləri toplanılmalıdır. Toplanılmış xammal hava dəyişilən kölgə yerlərdə və ya 450C temperaturda ventilyasiya şəraitində quruducu şkafda dərhal qurudulmalıdır.
Gülümbahar
Gülümbaharın vətəni Aralıq dənizi sahilləridir. Vətənində il ərzində gül açır. Bitkinin adı calendae sözündən yaranmışdır, mənası hər ayın birinci rəqəmi deməkdir. Azərbaycanda bu cinsin 3 növü geniş yayılmışdır. Gülçülükdə bitkinin bir növü məlumdur. "Dərman gülümbaharı (C.officinalis) "-xalq arasında gülümbahar kimi tanınır. Bu böyük, qollu-budaqlı bitki olub, hündürlüyü 70 sm-ə çatır. Bitkinin çox miqdarda qılçıq gülləri olan çoxləçəkli formaları və bir neçə mədəni sortları vardır. Onların əsasında çoxlu yeni sortlar yetişdirilir. Çoxləçəkli və alçaqboylu formalar xüsusilə geniş yayılmışdır.
Gülümey
Gülümey– folklor janrı. Adətən toy və el şənliklərində ifa olunan qədim mahnı-oyundur. Dil yallısı oyunu da adlanır. Naxçıvan bölgəsi üçün səciyyəvi olan və əsasən xınayaxdı mərasimlərində ifa olunan bu oyunda qız-gəlinlər hər bəndi dörd misralı və bütün misralarının sonunda "gülümey" sözü təkrarlanan mahnı oxuyurlar. == Mənbə == Naxçıvan Ensiklopediyası, 2 cilddə. I cild, İstanbul:Bakanlar Medya, 2005. == İstinadlar == == Dil yallısı == Gülümey Naxçıvan Muxtar Respublikasının bəzi regionlarında, əsasən Şərur rayonunda, həmçinin Ermənistanın vaxtilə azərbaycanlılar yaşayan bölgəsində ifa olunan halay xarakterli rəqs nümunəsidir. Rəqs zamanı oxunan sözlər bayatı qəlibində qurulur, ənənəvi bayatılardan fərqli olaraq hər misranın sonunda “gülüm hey” rədifi işlənir. Rəqsin adı da buradan götürülüb. Naxçıvan ərazisində bu rəqs nümunəsi “gülümay”, “gülməyi”, “a gülüm hey” adları ilə tanınır.
Gülümeyi
Gülümeyi – Azərbaycan xalqına məxsus ənənəvi rəqs sayılan "Gülümeyi" oxuyanın "ay gülüm hey" kəlməsindən götürülüb. Bu qədim rəqsi əsasən qızlar və cavan qadınlar müxtəlif şənliklərdə, xüsusən "Xınayaxdı" deyilən şənliklərdə ifa edirlər. Əsasən Şərur rayonunda oynanılan, yallı növündə olan bu rəqsi "Xınayaxdı" mərasimində gəlinin rəfiqələri və onun qadın qohumları oynayırlar. Adətən isə "Gülümeyi"ni (A gülüm hey) gəlinin bəy evinə köçməsindən əvvəl onun yanına gəlmiş qonaqlar dağılışandan sonra oxuyub, oynayırlar. 5-10 nəfər dövrə vurub rəqs edirlər. Sadə addımlarla, yüngül süzmələrlə oynanılan rəqsin sonunda dəstələr qarşılaşırlar. Soldakı qrup sağa hərəkət edə-edə, sağdakı qrup isə sola hərəkət edə-edə rəqsi sona vururlar.
Gülümgülüm dağı
Gülümgülüm dağı – Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində dağ (hünd. 2187,3 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Qazangöldağ yüksəkliyindən (3829,2 m) şimal-qərbə ayrılan Ağdağ qolunun cənub-qərbə istiqamətlənmiş Ələngəzdağ şaxəsinin qurtaracağında, Gilançayla Nəsirvazçayın suayırıcısında zirvə. Nəsirvaz kəndindən 0,8 km qərbdədir. Alt Eosen yaşlı bazalt-andezit-dasit-riolit formasiyasına aid andezit-dasitlərdən təşkil ölünmüş və sönmüş vulkan boğazına cavab verən, cənub yamacı sıldırımlı, günbəzvari yüksəklikdir. Yamaclarında Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurları açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin şimal-şərq cinahında müşahidə edilən Ələhi antiklinalının maqmatik kütlə ilə yarılmış tağ hissəsində yerləşir. Zirvə hissəsindən və yamaclarından şimal-şərq və şimal-qərb istiqamətli fay qırılması keçir.