Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Darçını
Darçını — Azərbaycanın milli rəqsi. Rəqs mübaliqəli aram tempdə səslənən rəqsdir. Onun qüvvətli hissəsində zərblər və vurğuların səsi aydın seçilir.
Darğalı
Darğalı (Qəmərli) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Darğalı (Urmiya) — İranda kənd.
Qarğılı
Qarğılı (əvvəlki adı: Qarqulu) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Mikayıllı kənd inzibati ərazi dairəsi tərkibindəki Qarqulu kəndi Qarğılı kəndi adlandırılmışdır. == Toponimikası == Yerli məlumata görə, kənd Qarqulu yeri adlı qışlaq ərazisində salındığına görə belə adlandırılmışdır. Bu, həmin ərazidə çoxlu qamış olması ilə bağlıdır. Burada qamışa qarğı (qarqu) deyilir. 2001-ci ildən kəndin adı Qarğılı kimi rəsmiləşdirilmişdir. == Coğrafiyası və iqlimi == Kənd dağlıq ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 853 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Beqqer dərgili
Darğalı (Qəmərli)
Darğalı — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. 1940-cı illərin əvvəllərində rayondakı Aşağı Darğalı və Yuxarı Darğalı kəndləri birləşdirilərək Darğalı kəndi yaradılmışdır. == Tarixi == === Aşağı Darğalı === Rayon mərkəzindən 3–4 km şərqdə, Gərni çayından axan arxın yanında, Araz çayının yaxınlığında, Yuva kəndinin yaxınlığında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim monqol dilində "şəhər, qəza, mahal, vilayət hakimi" mə'nasında işlənən darğa sözünə mənsubluq bildirən -lı şəkilçisinin artırılmasından əmələ gəlib "şəhər, qəza, mahal, vilayət hakiminə mənsub kənd" mə’nasını bildirir. "Aşağı" fərqləndirici əlamət bildirir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin l. XII.1949-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Anastasavan (26lardan olan Anastas Mikoyanın şərəfinə), 30. XII.1957-ci il fərmanı ilə yenidən dəyişdirilərək Aygezard qoyulmuşdur.
Darğalı (Urmiya)
Darğalı (fars. دارغالو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 290 nəfər yaşayır (91 ailə).
Gəmi sarğısı
Sarğı ya Gəmi sarğısı (ing. Stern, it. Poppa, fr. Poupe, alm. Heck‎, rus. Корма) — gəmi gövdəsinin arxa ya dal hissəsi. Gəmi sarğısının suda qalan hissəsinin forması onun idarəolunmasında mühüm rola malikdir. Sarğının üzdə qalan hissəsi gəmi funkiyasına və ölçüsünə müvaviq hazırlanır. Gəmi sarğısı onun əsas idarəetmə elementlərinin: sükan, pər, gəmi çarxının yerləşdiyi bir yerdir. Buna görə də bu hissə gəmi kapitanının ixtiyarında olur.
Kafur darçını
Camphora (lat. Camphora) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinə aid bitki cinsi. == Tarixi və yayılması == Kamforanın vətəni Şərqi Asiya, Çinin cənub və cənub-qərb rayonları, Tayvan, Yapon adaları — Ryukyu, Kyu-syu, Sikoku, Xansyu və Koreyanın Çedjuda adası hesab olunur. Tayvanda dəniz səviyyəsindən 500-2000 metr, Xondo adasında isə 850 metrə qədər yüksəklikdə bitir. Cənubi Afrikada, Kanar adalarında, Madaqaskarda, Avstraliyada, Avropanın cənub rayonlarında və Şimali Amerikanın cənub şərq rayonlarında təbii şəkildə yayılmışdır. Kamfora ağacından kamfora yağı və kamfora Çində və Yaponiyada bizim eranın doqquzuncu yüzilliyində alınmışdır. Asiyada isə ondan hələ qədim zamanlardan həvəsə gətirici vasitə kimi istifadə edilirdi. Ərəblər isə artıq on birinci yüzillikdə kamforadan müxtəlif tibbi məqsədlər üçün istifadə edirdilər.Kamfora yağı birinci dəfə Avropaya 1676-cı ildə gətirilib və Hollandiyada əkilmişdir.1910-cu ildən başlayaraq Almaniya qeyri-təbii yolla kamfora istehsal etməyə başladı. 1920-ci illərdə kamfora kefləndirici vasitə kimi istifadə olunurdu. Kamforanın sənaye plantasiyaları Hindistanda, Malay arxipelaqı adalarında, cənubi - şərqi Asiya ölkələrində, Avstraliyada, Yaponiyada, cənubi və şimali Afrikada, Cənubi Avropada (Fransa, İtaliya) Cənubi Amerikada (Braziliya) Filippin, Antil və Qərbi Hind adalarında salınmışdır.
Məhəmməd Birgivi
Məhəmməd Birgivi (27 mart 1523-12 mart 1573) — Türk alimi, xəttat. == Həyatı == Təqiyəddin Məhəmməd ibn Pirəli Mühiyəddin əl-Birgivi 27 mart 1523-cü ildə Türkiyənin Balıkəsir qəsəbəsində anadan olmuşdu. Babası İsgəndər əfəndi Balıkəsirin qədim yaşayış mərkəzlərindən olan Kepsuta bağlı Bəktaşlar kəndindəndir. Özündən sonra Məhəmməd Birgivinin 60-dan çox əsəri qalmışdır. Məhəmməd Birgivi 12 mart 1573-cü ildə vəfat edib.
Qarğılı kəndi
Qarğılı (əvvəlki adı: Qarqulu) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Mikayıllı kənd inzibati ərazi dairəsi tərkibindəki Qarqulu kəndi Qarğılı kəndi adlandırılmışdır. == Toponimikası == Yerli məlumata görə, kənd Qarqulu yeri adlı qışlaq ərazisində salındığına görə belə adlandırılmışdır. Bu, həmin ərazidə çoxlu qamış olması ilə bağlıdır. Burada qamışa qarğı (qarqu) deyilir. 2001-ci ildən kəndin adı Qarğılı kimi rəsmiləşdirilmişdir. == Coğrafiyası və iqlimi == Kənd dağlıq ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 853 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Ustad dərgisi
Ustad jurnalı — aylıq ədəbiyyat və sənət jurnalıdır. == Tarix və format == “Ustad” jurnalı 2016-cı ilin yanvar ayının 17-də “Hədəf Nəşrləri MMC” tərəfindən təsis olunub və elə həmin ilin fevral ayında ilk buraxılışı işıq üzü görüb.Ustad Dərgisi 1-ci say “Ustad” jurnalı 24 aprel 2019-cu il tarixində Azərbaycan Mətbuat Şurasından qeydiyyatdan keçib. == Məzmun == “Ustad” jurnalının əsas məqsədi ədəbiyyatın ölkədə təbliğini təmin etmək, sənət nümunələrini geniş oxucu kütləsinə çatdırmaq, müxtəlif sənət sahələrində öz möhrünü vurmuş, kulta çevrilmiş şəxsləri cəmiyyətə tanıtdırmaqdan ibarətdir. Jurnal öz fəaliyyətini Azərbaycan Respublikasının dövlətçilik prinsipləri əsasında qurur. Dərgidə “Poeziya”, “Hekayələr”, “Tərcümə”, “Araşdırma”, “Esselər” kimi rubrikalar var. Bu rubrikaların bəzisi daimi, bəzisi də nömrədən-nömrəyə yenilənir. “Ustad”da yerli müəlliflərlə yanaşı, xarici müəlliflərin də yazılarına yer verilir. == Keçirilən müsabiqələr == “Ustad” jurnalının 2018-ci ilin may ayında keçirdiyi “Cümhuriyyət-100” adlı hekayə müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi 19 may 2018-ci ildə keçirilib. “Ustad” jurnalı məktəblilər arasında istedadlı uşaqların üzə çıxarılması məqsədilə 2019-cu ilin fevral ayında “Üst Ad” adlı uşaq yazıları müsabiqəsi elan edib. “Üst Ad” müsabiqəsinin mükafatlandırma mərasimi 6 aprel 2019-cu ildə keçirilib.
Varlıq dərgisi
Varlıq (ərəb qrafikası ilə: وارلیق) — İranda 1979-cu ildən 3 ayda bir dəfə dərc edilən jurnal. Azərbaycan və fars dillərində çıxır. "Varlıq" jurnalının fəaliyyəti bütöv bir ədəbiyyatşünas, folklorşünas, tarixçi, dilçi nəslinin formalaşmasına şərait yaratmışdır. Otuz ildən artıqdır ki, "Varlıq" jurnalı yorulmaq bilmədən xalqına xidmət edir. == Haqqında == 1979- ci ildən sonra Azərbaycan mətbuatında "Ülkər", "Yoldaş", "Dədə Qorqud", "Koroğlu", "Günəş", "İnqilab yolunda", "Odlar yurdu", "Dirlik", "Yol","Çənlibel", mətbu orqanları fəaliyyət göstərmiş, milli fikrimizin inkşafına öz töhfəsini vermişlər. Lakin bunlar arasında otuz ilə yaxın bir müddətdə öz varlığını qoruyub saxlayan "Varlıq" jurnalıdır. İnqilabdan əvvəl Tehranda Azərbaycan dərnəyi fəaliyyət göstərirdi. 1979- cu il inqilabdan sonra Azərbaycan dərnəyinin üzvlərindən Cavad Heyət, Həmid Nitqi, Məhəmmədəli Fərzanə, H.M. Savalan, Bulud Qaraçorlu Səhənd, Gəncəli Sabahi, Əziz Möhsüni, Ə. Təbrizi, Katibi, H. Əğnami bu cəmiyyətin bir orqanı olan məcəllə nəşr etmək qərarına gəlirlər. Cavad Heyət 12 il "Daneşe-pezeşqi" (Tibb elmi)adlı tibb jurnalı nəşr etdiyindən bu sahədə təcrübəsi böyük idi və belə bir məcəllənin nəşrini də öz boynuna çəkdi. Jurnalın işıq üzü görməsində xüsusilə Cavad Heyətin böyük rolu olmuşdur.
Zaur Darğalı
Zaur Darğalı və ya Zaur Darğallı — 2017–2019-cu illər Kvemo Kartli bölgə qubernatorunun müavini. 2019-cu ilin 19 may tarixində keçirilən seçkilərə əsasən 78,6% səs toplayaraq Marneulinin bələdiyyə sədri seçilib. == Həyatı == Zaur Darğalı 4 iyul 1988-ci ildə anadan olub. O, 2005–2009-cu ildə İlia adına Dövlət Universitetinin Kompüter texnologiaları və ingilis dili ixtisası üzrə təhsil alıb, bakalavr dərəcəsi üzrə həmin universiteti bitirib. Azərbaycan, gürcü, rus, ingilis, türk dillərini bilir. == Fəaliyyəti == Zaur Darğalı 2007–2012-ci illərdə Marneuli Gənclər Mərkəzinin yaranmasında iştirak edib. Həmin proqram çərçivəsində Avrasia İnkişaf Fondu komitəsinin və Marneuli Gənclər Şurasının üzvü olub. O, 2007–2011-ci ilər ərzində Müharibə və Sülh İnstitutu (IWPR), Qafqaz Jurnalistləri Şəbəkəsi, Regional Jurnalistlər Şəbəkəsi, İcma Radiosu, "Timer" qəzeti kimi media təşkilatlarında çalışıb. Zaur Darğalı 2008–2011-ci illərdə Marneuli Gənclər Mərkəzinin layihələr üzrə meneceri vəzifəsini icra edib. Həmçinin 2008–2011-ci illərdə müxtəlif layihələrdə fəal şəkildə iştirak edib, onlardan "Effektiv inteqrasiya naminə, daha yaxşı komunikasiya" (layihə eyni zamanda məcburi köçkün şəxslərlə bağlı məsələləri nəzərdə tuturdu), "Marneuli QHT-ləri inkişaf və əməkdaşlıq forumu" (layihə Marneulidə 12 QHT-nı əhatə edib) və s.
Ötüken Dərgisi
Ötüken Dərgisi - Nihal Atsız tərəfindən 1964-cü ildə çapına başlanılmış olan aylıq türkcə dərgi. Nihal Atsızın 1964-cü ildən vəfatına qədər 143 sayı çap olunub. Türkçü-Turancılar tərəfindən 144-cü sayıdan etibarən davam etdirilmişdir.
Nəfəs darlığı
Nəfəs darlığı (dispnoe) — orqanizmin adaptiv funksiyalarından biri olub çox vaxt tənəffüs tezliyində, ritmində və dərinliyində dəyişikliklərlə ifadə edilir, tez-tez hava çatışmazlığı hissləri ilə müşayiət olunur. Ürək xəstəliyində nəfəs darlığı fiziki gərginlik zamanı, sonra isə istirahətdə, xüsusilə üfüqi vəziyyətdə, xəstələri oturmağa məcbur edir (ortopne). Ürək xəstəliyi ilə şiddətli nəfəs darlığı (adətən gecə) hücumları ürək astmasının təzahürüdür; bu hallarda nəfəs darlığı inspiratordur (tənəffüs çətinliyi). Ekspirator nəfəs darlığı (ekshalasiyada çətinlik) kiçik bronxların və bronxiolların lümeni daraldıqda (məsələn, bronxial astma ilə) və ya ağciyər toxumasının elastikliyinin itirilməsi ilə (məsələn, xroniki ağciyər amfizemi ilə) baş verir. Serebral dispnoe tənəffüs mərkəzinin birbaşa qıcıqlanması ilə baş verir ( şiş, qanaxma və s.). Bundan əlavə, nəfəs darlığı zəhərli və narkotik qazlarla, freonlarla zəhərlənmələr, həmçinin şiddətli həyəcan, qəzəb, isteriya, qorxu və s.
Afrika darısı
Afrika darısı — xüsusi qida məhsulu kimi yetişdirilən bitki növü == Tarix == 2000 ildən çox tarixə malik olan bu darı növü ilk dəfə Afrika qitəsində yetişdirilmişdir. == Xüsusiyyətləri == Digər dənli bitkilərdən fərqli olaraq bu növün özünün spesifik xüsusiyyətləri vardır. Əsas xüsusiyyətlərindən biri odur ki, məhsul götürüldükdən sonra əkinə hazırlanan yerdə hər hansı gübrəyə ehtiyac olmur. == Becərilməsi == === Dünyada === Afrika darısı bitki növü dünyanın bir çox yerində becərilir. Hindistan, Pakistan, Avstraliya və bəzi Avropa və Amerika ölkələrində 10 milyonlarla hektar ərazidə əkilir. === Azərbaycanda === Azərbaycan təbiəti üçün xarakterik hesab olunmayan bu bitki növü ilk dəfə 2011-ci ildə Bərdədə yetişdirilib. Afrika darısı "Regionların sosial-iqtisadi inkişafı" Dövlət Proqramı çərçivəsində Azərbaycana gətirilmiş və sınaq əkini uğurlu nəticələnmişdir. Bu məqsədlə toxum dövlət hesabına Hindistandan alınmışdır.
Dargin dili
Dargin dilləri — Nax-Dağıstan dillərinin qolu. Darginlərin Rusiyanın Dağıstan bölgəsinin şimal-şərqi dağlıq hissəində darginlərin ənənvi yaşadığı ərazidə — Akuşin rayonunda, Buynak rayonunda, Serokalin rayonunda, Levaşin rayonunda, Daxadyev rayonunda, Kaytağ rayonunda, Karabudaxken rayonunda və Aqul rayonunda və 1950-ci ildən sonra əksəriyyətinin kömürüldüyü aran yerlərində istifadə edilir. Ümumi danışanların sayı 485 705 nəfərdi (2010, siyahıyaalma). == Tərkibi == 17 dialekti, 6 qrupu var, bəzi dialektlər bir-birini başa düşmür. Tədqiqatçıların nəticəsinə görə ümumi dargin dilinin ayrılması b.e əvvəl III əsrdə baş verib.
Dargin dilləri
Dargin dilləri — Nax-Dağıstan dillərinin qolu. Darginlərin Rusiyanın Dağıstan bölgəsinin şimal-şərqi dağlıq hissəində darginlərin ənənvi yaşadığı ərazidə — Akuşin rayonunda, Buynak rayonunda, Serokalin rayonunda, Levaşin rayonunda, Daxadyev rayonunda, Kaytağ rayonunda, Karabudaxken rayonunda və Aqul rayonunda və 1950-ci ildən sonra əksəriyyətinin kömürüldüyü aran yerlərində istifadə edilir. Ümumi danışanların sayı 485 705 nəfərdi (2010, siyahıyaalma). == Tərkibi == 17 dialekti, 6 qrupu var, bəzi dialektlər bir-birini başa düşmür. Tədqiqatçıların nəticəsinə görə ümumi dargin dilinin ayrılması b.e əvvəl III əsrdə baş verib.
Osmanlı Arxivi
Osmanlı arxivi — Osmanlı imperiyasının ilk illərindən süqutuna qədər keçən müddətdə imperiyanın imzaladığı müqavilələr, yazılan dəftərlər və digər sənədlərin yer aldığı, baş nazirə tabe olan arxivdir. Arxiv, hazırda rəsmi olaraq Türkiyə baş nazirinin Osmanlı arxivi adlandırılır və Türkiyə Cümhuriyyəti Baş nazirinin Dövlət Arxivləri Baş İdarəsinə tabedir. Arxivin mühafizə edildiyi kompleks İstanbulun Kağıthane rayonunda yerləşir. Osmanlı imperiyasının 600 ildən uzun müddət hökm sürdüyü Balkanlardan Orta Şərqə, Krımdan Şimali Afrikaya uzanan torpaqlarda mövcud olan 40-dan artıq ölkənin tarixi ilə bağlı məlumatlar saxlaması cəhətdən mühüm informasiya mənbəyidir. Saxlanılan 95 milyon sənədin hamısı osmanlıca yazılmışdır. == Tarixi == === Osmanlı dönəmi === Arxiv, ilk dövrdə Yeddiqüllədə saxlanan arxivlər daha sonra Topqapı Sarayının içində və Sultanəhməd yaxınlığında yerləşən binalara köçmüş, sağlam olmayan şəkillərdə mühafizə edilmiştir. İmperiyanın ilk illərindən 14-cü əsr sonlarına qədər keçən müddətdə arxivlənən sənədlər yox deyiləcək qədər azdır. II Mehmedin səltənətinin başlanğıcı ilə XVI əsrin ortalarına qədər keçən iki yüz illik müddətdə isə bir neçə dəftər və təxminən yüzə qədər sənəd arxivlənmişdir. Osmanlı arxiv işinin nizama qoyulması ancaq Qanuni Sultan Süleyman dövründə baş vermişdir. I Süleymanın səltənəti və sonra hər bir müqavilə, dəftər və bütün sənədlər qorunmağa başlanmıştır.
İnternet arxivi
İnternet arxivi (ing. Internet Archive) — 1996-cı ildə San-Fransiskoda Bryuster Keyl tərəfindən əsası qoyulmuş qeyri-kommersiya təşkilatı. Arxiv, veb-səhifələrin surətlərini, qrafik materialları, video və audioyazıları, proqram təminatını toplayır. Arxiv, toplanmış materialın uzunmüddətli arxivləşdirilməsini və geniş oxucu kütləsi üçün öz məlumat bazalarına pulsuz giriş hüququ təmin edir. Arxivin bəyan edilmiş məqsədləri — internet texnologiyaları dövründə bəşəriyyətin mədəni-tarixi dəyərlərini qorumaq, elektron kitabxananın yaradılması və dəstəklənməsidir. 2012-ci ilin oktyabrında Arxivdə toplanan materialların ölçüsü 10 petabayta çatdı. 2014-cü ilin oktyabrına olan məlumata görə, Arxivdə 430 milyard veb-səhifə toplanıb. Arxivin serveri San-Fransiskoda, güzgü serverləri Yeni İsgəndəriyyə kitabxanasında və Amsterdamda yerləşir. 2007-ci ildən Arxiv hüquqi olaraq kitabxana statusuna malikdir.
Ankara daşqını (2022)
2022-ci il Ankara daşqını — 7 iyun 2022-ci ildə Türkiyənin paytaxtı Ankarada başlayan daşqın. Güclü yağışdan sonra baş verən seldə ümumilikdə 5 nəfər həlak olmuşdur. == Hadisələr == 7 iyun 2022-ci ildə başlayan şiddətli yağış və doludan sonra Ankarada daşqınlar baş vermişdir. Bir çox ev və iş yerləri su altında qalmış, avtomobillər yollarda ilişmişdir. Buna görə Ankara valisi Vasip Şahin Ankarada təhsil prosesinin bir günlük dayandırıldığını açıqlamışdır. 13 iyun 2022-ci il tarixində Türkiyə Respublikasının Daxili İşlər naziri Süleyman Soylu və Ankara Böyükşəhər Bələdiyyəsi bələdiyyə sədri Mansur Yavaş ilə təbii fəlakətlə bağlı görüş keçirmişdir. Daşqınlar Ankara Böyükşəhər Bələdiyyəsi məclisində müzakirə mövzusu olmuşdur. 1 iyul 2022-ci ildə Ankara Böyükşəhər Bələdiyyəsi 1 saatda orta hesabla 20 kq yağıntı aldıqlarını, 15 xilasetmə halının olduğunu və 1,024 hadisəyə müdaxilə etdiklərini açıqlamışdır. İyunun 7-dən iyulun 2-dək baş verən daşqınlar nəticəsində ümumilikdə 5 nəfər həlak olmuşdur. == Nəticə == Daşqınların abadlıq işlərinin sıxlığından və dərələrin üstünün plansız bağlanmasından qaynaqlandığı iddia edilmişdir.
Araz daşqını (1896)
Araz daşqını (1896) — Araz çayının tarixi boyunca aşağı axarlarda dəfələrlə dəyişikliklər olmuşdur. Çayın xüsusi ilə dağ və dərə zonalarından axdığından əsasən aşağı axarlarda düzənliyə çıxır. Burada isə çayın güçü sanki bütünlüklə tükədilir. Araz çayının əvvəllər Xəzər dənizinə bir başa çıxışı olmuşdur. 1896-cı ildə Araz tarixində son 100 ildən artıq müddətində ən güçlü daşqın müşahidə edilmişdir. Daşqın nəticəsində sahil bəndini uçmuş, suyunun bir hissəsi Muğan düzündən keçərək Xəzər dənizinə axmışdır. Bununla əlaqədər Muğan düzü suyun altında qalmışdır. Ərazi lil ilə örtülmüşdür. Bu fəlakətin nəticəsi olaraq əhalinin təsərrüfatlarına böyük zərər dəymişdir. Hətta bölgədə bir neçə göl (Ağçala, Mahmudçala və s.) əmələ gəlmişdir.
Kür daşqını (2010)
Kür daşqını — 2010-cu ilin may ayında Azərbaycan Aran zonasını əhatə edən genişmiqyaslı daşqın. Salyan, Sabirabad, Saatlı, Hacıqabul, Şirvan, İmişli, Kürdəmir rayonlarının çay sahili boyu ərazilər suyun altında qalmışdır. Ölkənin şərq hissəsində Şirvan ərazisində Kür seli çay səddini dağıtmış və Bayramlı qəsəbəsini basmışdır. Xoşbəxtlikdən insan itkisi qeydə alınmamışdır. == Dəymiş zərər == 50 min hektara yaxın ərazini su basmış və 20 mindən çox ev suyun altında qalmışdır. 300-dən çox ev tamamən dağılmışdır. 10 min hektarlarla əkin sahələrini və otlaqları su basması ilə təsərrüfata böyük zərər dəymişdir. 10 minlərlə insan isə öz ev-eşiklərini tərk edərək çadırlara yerləşdirilmişdi. == Nəticələrin aradan qaldırılması == Nəticələrin aradan qaldılırılması məqsədi ilə güç strukturları bura cəlb edilmişdir. Kürə daxil olan suyun həcmini azaltmaq məqsədi ilə Araz çayı tarixi məcrasına buraxılmışdır.
Mürsəlli Daşqını (1929)
== Məzmun == Xüsusi buraxılış Kür sahilində yerləşən Mürsəlli kəndində bəndin partladılması və bunun nəticəsində pambıq sahələrini su basması haqqındadır. == Film haqqında == Kinoxronika Moskva Mərkəzi Dövlət Kino-Fotofono Sənədlər Arxivində saxlanılır.
Sumqayıtçay daşqını (2010)
Sumqayıtçay daşqını (2010) — 2010-cu ilin may ayında Abşeron yarımadasının şimal-qərbində baş vermiş daşqın. Daşqın Sumqayıtçayın qəfil daşması və yatağını basması ilə meydana gəlmişdir. Başlanğıcını Şamaxı rayonundan götürərək Xəzər dənizinə tökülən çayın uzunluğu 198 km, hövzəsinin sahəsi isə 1751 km²-dir. Başlanığıcını Gülümdostudağından (2000 m) götürən çay Sumqayıtçay adını Qozlu və Çikilçayın birləşməsindən sonra alır. Az sulu olması və mənsəbə yaxın qumsal ərazidən axması suyunun süzülməsi effektini yaradır. Bu səbəbdən insanların hafizəsində bu çayın daşması nadir hadisədir. Axımı əsasən yağış (90%) sularından əmələ gəlir. Orta illik su sərfi 1,34 kub m/san olan çayın daşqın zamanı bu rəqəmi on dəfələrlə aşması ehtimal edilir. == Fəsadları == Daşqın baş verən zaman çayın hündürlüyünün 5 metrə çatmışdır. Nəticədə çayın yaxınlığından axdığı Pirəşükül kəndin girişindəki körpü yuyularaq tamamilə yararsız vəziyyətə düşmüşdür.