Darğalı (Qəmərli)

Darğalıİrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. 1940-cı illərin əvvəllərində rayondakı Aşağı Darğalı və Yuxarı Darğalı kəndləri birləşdirilərək Darğalı kəndi yaradılmışdır.[2]

Kənd
Darğalı
39°56′45″ şm. e. 44°36′32″ ş. u.
Ölkə  Ermənistan
Region Gərnibasar mahalı
Rayon Qəmərli rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1831
Sahəsi
  • 8,64 km²
Mərkəzin hündürlüyü 871 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 2.994 nəf. (2011)[1]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Nəqliyyat kodu 25
Xəritəni göstər/gizlə
Darğalı xəritədə
Darğalı
Darğalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aşağı Darğalı

[redaktə | mənbəni redaktə et]

Rayon mərkəzindən 3–4 km şərqdə, Gərni çayından axan arxın yanında, Araz çayının yaxınlığında, Yuva kəndinin yaxınlığında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə[3], Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir.

Toponim monqol dilində "şəhər, qəza, mahal, vilayət hakimi" mə'nasında işlənən darğa sözünə[5] mənsubluq bildirən -lı şəkilçisinin artırılmasından əmələ gəlib "şəhər, qəza, mahal, vilayət hakiminə mənsub kənd" mə’nasını bildirir. "Aşağı" fərqləndirici əlamət bildirir. Quruluşca mürəkkəb toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin l. XII.1949-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Anastasavan (26lardan olan Anastas Mikoyanın şərəfinə), 30. XII.1957-ci il fərmanı ilə yenidən dəyişdirilərək Aygezard qoyulmuşdur.

Yuxarı Darğalı

[redaktə | mənbəni redaktə et]

1940-cı illərin əvvəllərində rayondakı Aşağı Darğalı və Yuxarı Darğalı kəndləri birləşdirilərək Darğalı kəndi yaradılmışdır.

Toponim monqol dilində "şəhər, qəza, mahal, vilayət hakimi" mənasında işlənən darğa sözünə[5] mənsubluq bildirən -lı şəkilçinin qoşulması yolu ilə əmələ gəlmişdir. "Yuxarı" fərqləndirici əlamət bildirən sözdür. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Aşağı Darğalı

[redaktə | mənbəni redaktə et]

Burada tarixən, 1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. Kəndə ermənilər 1828–30-cu illərdə Iranın Xoy və Salmas vilayətlərindən köçürülmüşdür[6].

Kənddə ermənilərlə yanaşı, 1831-ci ildə 125 nəfər, 1873-cü ildə 22 nəfər, 1886-cı ildə 36 nəfər, 1897-ci ildə 11 nəfər azərbaycanlı yaşamışdır[7].

1918-ci ildə azərbaycanlılar soyqırımına mə'ruz qaralaraq deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.

Yuxarı Darğalı

[redaktə | mənbəni redaktə et]

Kənddə 1897-ci il ddə 35 nəfər, 1926-cı ildə 4 nəfər, 1931-ci ildə 5 nəfər azərbaycanlı yaşamışdır[8].

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002.
  3. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.100
  4. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.75
  5. 1 2 Azərbaycan dilinin izahlı lüğəti, II c., Bakı, "Elm", 1980. s.36
  6. Hakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində) I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.226
  7. Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.48–49, 128–129
  8. Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.67, 128–129