Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İnna Rıskal
İnna Valeryevna Rıskal (rus. Инна Валерьевна Рыскаль; 15 iyun 1944, Bakı) — karyerasını başa vurmuş Azərbaycan voleybolçusu. İnna Rıskal 1944-cü ildə Bakıda anadan olub. Yeniyetmə yaşlarından Bakının "Neftçi", 16 yaşından isə SSRİ yığma komandasının heyətində çıxış edib. "Xəzər qasırğası" təxəllüsü ilə şöhrət qazanıb. Tokiodakı 1964 Yay Olimpiya Oyunları və Monrealdakı 1976 Yay Olimpiya Oyunlarında gümüş, Mexikodakı 1968 Yay Olimpiya Oyunları və Münhendəki 1972 Yay Olimpiya Oyunlarında analoji yarışların qızıl mükafatçısı olub. 1968-ci ildə SSRİ-nin əməkdar idman ustası adına yiyələnib. 1970-ci ildə dünya çempionu, 1973-cü ildə dünya kubokunun sahibi, 1963, 1967 və 1971-ci illərdə Avropa çempionu olub. O, 1961-ci ildə əvvəlcə 16 yaşında Bakıda keçirilən məktəblilərin Ümumittifaq Spartakiadasında iştirak etmiş və oradan birbaşa SSRİ-nin yığma komandasına dəvət almışdır. "Məhsul", sonra isə "Neftçi" komandasında çıxış etmiş və təcrübə qazanmışdır.
Barisal (vilayət, Banqladeş)
Barisal (Benqal dilində: বরিশাল বিভাগ) — Banqladeşin cənubunda əyalət. 1797-ci ildə təşkil olunmuşdur. Əvvəlki adı Bakercanci, ölkənin inzibati ərazisinə daxil olan 8 əyalətdən biridir. İnzibati mərkəzi — ölkənin şimalındakı Dəkkə şəhəri ilə cənub-şərqində yerləşən Çittaqonq şəhərini əlaqələndirən avtomobil yolunun üzərində yerləşən Barisal şəhəridir. Son onilliklərdə yeni körpülərin tikilməsi hesabına yol kommunikasiyası xeyli yaxşılaşmışdır. == Səciyyəvi cəhətləri == Əyalətin sahəsi — 13 225,2 km²-dir. 2001-ci il siyahıya alınmasına görə əyalətin əhalisinin sayı 8 325 666 nəfərdir. Yaşlı əhalinin savadlılıq səviyyəsi 35,25 faizdir, bu isə Banqladeş üzrə orta səviyyədən (43,1%) aşağıdır. Ölkə əhalisinin 50,67 faizini kişilər, 49,33 faizini qadınlar təşkil edirlər. Əhalinin dini tərkibi: müsəlmanlar — 88,06 %, induizm dininə və digər dinlərə sitayiş edənlər — 11,94 %, == İnzibati ərazi bölgüsü == Barisal əyaləti 6 dairədən ibarətdir.
Barisal (əyalət, Banqladeş)

Ana-Yulia Daskal
Ana-Yulia Daskal (12 sentyabr 2002, Kluj-Napoka) — Rumıniyalı üzgüçü. Ana-Yulia Daskal Rumıniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Ana-Yulia Daskal birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 58.72 saniyəlik nəticəsi ilə 36-cı yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.