Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İnna Rıskal
İnna Valeryevna Rıskal (rus. Инна Валерьевна Рыскаль; 15 iyun 1944, Bakı) — karyerasını başa vurmuş Azərbaycan voleybolçusu. == Həyatı == İnna Rıskal 1944-cü ildə Bakıda anadan olub. Yeniyetmə yaşlarından Bakının "Neftçi", 16 yaşından isə SSRİ yığma komandasının heyətində çıxış edib. "Xəzər qasırğası" təxəllüsü ilə şöhrət qazanıb. == Uğurları == Tokiodakı 1964 Yay Olimpiya Oyunları və Monrealdakı 1976 Yay Olimpiya Oyunlarında gümüş, Mexikodakı 1968 Yay Olimpiya Oyunları və Münhendəki 1972 Yay Olimpiya Oyunlarında analoji yarışların qızıl mükafatçısı olub. 1968-ci ildə SSRİ-nin əməkdar idman ustası adına yiyələnib. 1970-ci ildə dünya çempionu, 1973-cü ildə dünya kubokunun sahibi, 1963, 1967 və 1971-ci illərdə Avropa çempionu olub. O, 1961-ci ildə əvvəlcə 16 yaşında Bakıda keçirilən məktəblilərin Ümumittifaq Spartakiadasında iştirak etmiş və oradan birbaşa SSRİ-nin yığma komandasına dəvət almışdır. "Məhsul", sonra isə "Neftçi" komandasında çıxış etmiş və təcrübə qazanmışdır.
Barisal (vilayət, Banqladeş)
Barisal (Benqal dilində: বরিশাল বিভাগ) — Banqladeşin cənubunda əyalət. 1797-ci ildə təşkil olunmuşdur. Əvvəlki adı Bakercanci, ölkənin inzibati ərazisinə daxil olan 8 əyalətdən biridir. İnzibati mərkəzi — ölkənin şimalındakı Dəkkə şəhəri ilə cənub-şərqində yerləşən Çittaqonq şəhərini əlaqələndirən avtomobil yolunun üzərində yerləşən Barisal şəhəridir. Son onilliklərdə yeni körpülərin tikilməsi hesabına yol kommunikasiyası xeyli yaxşılaşmışdır. == Səciyyəvi cəhətləri == Əyalətin sahəsi — 13 225,2 km²-dir. 2001-ci il siyahıya alınmasına görə əyalətin əhalisinin sayı 8 325 666 nəfərdir. Yaşlı əhalinin savadlılıq səviyyəsi 35,25 faizdir, bu isə Banqladeş üzrə orta səviyyədən (43,1%) aşağıdır. Ölkə əhalisinin 50,67 faizini kişilər, 49,33 faizini qadınlar təşkil edirlər. Əhalinin dini tərkibi: müsəlmanlar - 88,06 %, induizm dininə və digər dinlərə sitayiş edənlər - 11,94 %, == İnzibati ərazi bölgüsü == Barisal əyaləti 6 dairədən ibarətdir.
Barisal (əyalət, Banqladeş)

Ana-Yulia Daskal
Ana-Yulia Daskal (12 sentyabr 2002, Kluj-Napoka) — Rumıniyalı üzgüçü. Ana-Yulia Daskal Rumıniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Ana-Yulia Daskal birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 58.72 saniyəlik nəticəsi ilə 36-cı yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.