Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zахu
Zaxo (kürd. زاخۆ,süry. ܙܵܟ݂ܘܿ,erm. Զախո,ərəb. زاخو‎) — İraqın şimal bölgəsində iştirak edən Kürdüstan Regional Hökumətinə bağlı şəhər. Dəhuk mühafazasında yerləşir. Zaxo şəhərin əhalisi təxminən 350 min nəfərdir. Əhalinin əksəriyyətini kürdlər təşkil edir. Zaxo Türkiyə sərhədinə ən yaxın İraq şəhəridir. Habur və Mosul yolunun üstündə və bütün ticarət trafiki Zaxodan keçir.
Mahu
Mahu — Gədəbəy və Şəmkir rayonları ərazisində çaydır. Şəmkir çayının sağ qoludur. Yerli əhali arasında Mahısuyu adlanır. Çay başlanğıcını Mahı dağından aldığına görə həmin dağın adını daşıyır. Dağın adı isə Mahı antroponimi ilə bağlıdır.
Da Da Dam
Da Da Dam — Finlandiyanı 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Paradise Oskar ifa etdiyi mahnı.
Hişam Mahu
Hişam Mahu (12 iyul 1999-cu ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Nitsa klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == Mahu Nitsa akademiyası vasitəsilə inkişaf etmişdir. O, öz peşəkar karyerasında debütünü 20 may 2017-ci ildə Lyon klubuna qarşı oyunda etmişdir. O, 75-ci dəqiqədə Anastasios Donisi əvəz etmişdir. Liqa 1 görüşündə Nitsa rəqibi ilə 3-3 hesabı ilə bərabərə qalmışdır. == Karyera statistikası == === Klub === 6 yanvar 2018 tarixində yenilənib == Şəxsi həyatı == Mahu Fransada anadan olmuşdur. Valideynləri isə Mərakeş vətəndaşlarıdır.
Dat (hərf)
𐔳 (səslənməsi: /d/; transkripsiyası: D, d) — Alban əlifbasının dördüncü hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Գատ (Gat) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulzenin fikrincə, hərfin əsl adı "dat" olmalıdır, erməni müəllif isə Գ və Դ hərflərini səhv salmışdır. Bunu dəstəkləyən erməni tədqiqatçı Aşot Abramyanın fikrincə bu hərf həm də gürcü əlifbasındakı Ⴃ hərfinin invers edilmiş formasıdır. Alban əlifbasında [d] səsinin qarşılığı kimi işlənilib.
Maku
Maku və ya Makı (həmçinin Daşmakı olaraq da tanınır) — İranın Qərbi Azərbaycan ostanında şəhər, Maku şəhristanının inzibati mərkəzi. == Coğrafiyası == Maku şəhərinin arasından Zəngmar çayı axır. Mülayim iqlimi olan, dəniz səviyyəsindən 1634 m hündürlükdə dağ ətəklərində yerləşən və yarımdairəvi formaya malik şəhər sanki çətirlə örtülmüşdür. Maku şəhəri Urmiyadan təxminən 278 km, Təbrizdən təxminən 251 km, Tehrandan təxminən 939 km, Türkiyə sərhədindən (Gurbulaq sərhəd qapısı) təxminən 20 km aralı yerləşir. == Tarixi == Maku I Şah Abbasın hökmdarlığının əvvəlində sadəcə bir qala idi. Şəhərin salınma tarixi eramızın 1012-ci ilinə təsadüf edir. Maku, Səfəvilər zamanında İrəvan şəhərindən köçmüş azərbaycanlı türk bayat tayfasına məskən olur. Bayatlar Pəhləvi dövrünə qədər (20-ci əsrin ortaları) Makuda hökm sürürlər. == Təbiəti və abidələri == Maku şəhərinin gözəl təbii landşaftı, çox qədim tarixi və təbiəti zəngin olan yerlər var. Onlardan aşağıdakıları qeyd etmək olar: Hacıbulağı və digər mineral su bulaqları Qalacıq şəlaləsi; Mərakan qoruq zonası; Bağçacıq sarayı, Kolah Fərəngi binası və Maku Paşs Mərkəzinin köhnə binası; Rəvaz və Qaraqala (Qale-ye Siyah) köhnə qəsrlər; Qabanqalası tarixi qalası və dağı Beşgöz köhnə körpü, Makıdan 5 km.
Muhu
Muhu (həmcinin Moon, Muhumaa; est. Muhu) — Estoniyanın sahəsinə görə Saaremaa və Hiyumaa adasından sonra sahəsinə görə üçüncü böyük adası. Adanın ümumi sahəsi 204 km² təşkil edir. Muhu Moonzund arxipelaqının tərkibinə daxil olan, Baltik dənizində yerləşən ada. == Coğrafiyası == Yaxınlığında yerləşən digər adalar kimi torpaq örtüyü olduqca kasıbdır. Belə ki, qum və çınqıldan təşkil olunmuşdur. Burada Tozağacı meşəsi və sahil xətdində isə qamışlıq yayılmışdır. Ən hündür nöqtəsi 24 metrdir. == Tarixi == Adanın dəniz dibindən qalxıb səthə çıxması 8000 min il öncəyə aiddir. Hal-hazırda belə proses davam edir.
Oahu
Oahu – Havay adaları qrupuna daxil olan ən böyük ada. Adada Havayın paytaxtı Honolulu yerləşir. Oahuda yaşayanların sayı 800 000 nəfəri ötüb. Bu da ümumi Havay adalarının əhalisinin 80%-ni təşkil edir. Oahu adası vulkan mənşəlidir. Uzunluğu 77 km, eni isə 48 km-dir. "Oahu" sözünü yerli dildən cəmləşən kimi tərcümə etmək olar. Amerika Birləşmiş Ştatlarının yeganə kral sarayı olan İolaniyə, kral Kamexamexa və kraliça Liliokarininin abidələri, senat, qubernator iqamətgahı, Pörl-Harbor xatirə kompleksi adada yerləşir. == Mənbə == Zamanın dayandığı yer Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine == İstinadlar == Vikianbarda Oahu ilə əlaqəli mediafayllar var.
Bat-bat
Batbat (lat. Hyoscyamus) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin batbat cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == İkiillik, 30-80 sm hündürlükdə, yumşaq tüklü, vəzili, pis qoxulu, gövdəsi düz, budaqlı, bəzən sadə, düzdayanan, yuxarısı qövsvari əyilmiş, sıx yarpaqlanmış bitkidir. Yarpaqlarının uzunluğu 4-25 sm, eni 1,5-11 sm, aşağıda saplaqlı, uzunsov-yumurtavari, oyuqvari lələkvari dilimlidir, gövdə yarpaqları, gövdəyə sarılmış, yumurtavari və ya uzunsov, kənarları oyuqlu iri dişli, bəzən bütövdür. Çiçəkləri iri, oturaq, meyvəyanı kasacıqları 25–30 mm uzunluqda, zanbaqvari, bərk, dibi tüklü-yapışqanlıdır. Tac 25-45 mm uzunluqda, çirkli-açıq-sarı və ya çirklisarı, bənövşəyi damarcıqlarla örtülmüşdür. Toxumları 1-1,5 mm uzunluqda, böyrəkvari və ya yumru-böyrəkvari, boz-qonurdur. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqların rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Ruderal yerlərdə, bəzən alaq kimi bostanlarda, bağlarda və əkinlərdə bitir. == Növləri == Ağ batbat (Hyoscyamus albus L.) Qızılı batbat (Hyoscyamus aureus L.) Hyoscyamus desertorum (Asch.
MAU
Mərkəzi Avropa Universiteti (ing. Central European University (CEU), mac. Közép-európai Egyetem) Macarıstanın paytaxtı Budapeşt şəhərində yerləşən və dünyanın ən nüfuzlu universitetlərindən biridir. Universitet 1991-ci ildə Corc Sorosun maliyyə dəstəyi ilə bir qrup ziyalı tərəfindən Mərkəzi və Şərqi Avropa, eləcə də keçmiş SSRİ ölkələrində açıq cəmiyyət və demokratiyanın inkişafına töfhə məqsədilə yaradılmışdır. Universitetin kampusları Varşava və Budapeştdə yerləşir. Bu gün MAU – 110-dan çox ölkədən olan 1600 nəfər tələbənin oxuduğu beynəlxalq universitetdir. Universitetin təsisçisi Corc Soros tərəfindən maliyyələşdirilən və 400 milyon avroya qədər büdcəsi olan MAU fondu sayəsində bir çox istedadlı və fərqlənən tələbələr bütün kurs boyu maliyyə dəstəyi alır. Mərkəzi Avropa Universiteti daimi ianə fondunun eksklüziv benefisiarıdır. MAU İanə Fondu Avropada ən böyük akademik ianə fondlarından biridir və universitetin uzunmüddətli maliyyə səmərəliliyini təmin etmək üçün yaradılmışdır. Bu, Budapeştdə yerləşən universitetin əsas əməliyyat xərcləri üçün illik maliyyəni təmin edir.
Mau-Mau üsyanı
Mau-Mau üsyanı və ya Mau-Mau dirənişi - 1952-1960 illər arasında keniyalıların Britaniya müstəmləkəçilərinə qarşı azadlıq hərəkatı. Azadlıq mübarizəsində üsyançılar məğlub olsalar da, Britaniya müstəmləkəçiyinə böyük zərbə vurdu.
Bat
Bat (İngiltərə)
Cat
Cat - faylın içindəkiləri göstərmək üçün istifadə olunan *nix alətidir.
DAF
DAF Trucks NV ― yük maşınları istehsal edən Niderland markası. Şirkət ilk vaxtlar minik avtomobillər istehsal edirdi. Daha sonra isə yük maşınları istehsal olunmağa başlandı. Şirkət rəsmən 1928-ci ildə yaradılmışdır. 1993-cü ildə isə yenidən qurulmuşdur. Maddi sıxıntıları olduğundan Amerikanın Paccar şirkəti bu şirkəti özunə birləşdirmişdir. Şirkət 2013-cü ildən EURO 6 tipli yük maşınları istehsal edir.
DAK
Dünya Azərbaycanlıları Konqresi (qısaca "DAK"") — Dünyadakı Azərbaycan diasporunun bir hissəsini birləşdirən beynəlxalq təşkilat. == Haqqında == Dünya Azərbaycanlıları Konqresi (DAK) 1997-ci ildə ABŞ-də yaradılıb və Azərbayсanda, həmçinin ondan kənarda yaşayan azərbaycanlıların hüquqlarının bərpası və insan haqları uğrunda mübarizə aparan müstəqil, iсtimai və beynəlxlaq diaspor təşkilatıdır. DAK fəaliyyətə başladığı ilk gündən dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi, bərabərliyi istiqamətində müvafiq addımlar atıb, Azərbaycan diasporunun inkişafı üçün səylərini səfərbər edib. Təşkilat dünyaya səpələnmiş azərbaycanlıların bir araya gəlməsi, xüsusilə də adi insani hüquqlardan məhrum olan güneyli soydaşlarımızın səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında aktivlik nümayiş etdirib. Bu sahədə DAK-ın gördüyü işlər dünyanın ayrı-ayrı ölkələrində yaşayan soydaşlarımızın bir məqsəd ətrafında birləşməsinə, eyni zamanda Güney Azərbaycan probleminin dünya birliyinin gündəminə gətirilməsinə güclü təkan vermişdir. Təşkilatın rəhbərliyinin nüfuzlu beynəlxalq qurumların əsas şəxsləri, aparıcı ölkələrin dövlət rəsmiləri, parlament üzvləri ilə intensiv görüşləri, ictimaiyyət nümayəndələri qarşısında mütəmadi çıxışları artıq müəyyən konkret nəticələr vermiş, hətta BMT-nin Baş katibi səviyyəsində Güney Azərbaycanda yaşayan soydaşlarımızın dil, milli təhsil və milli mətbuat hüquqlarından məhrum olması faktı etiraf edilmişdir. == Parçalanmalar == DAK bununla belə fəaliyyəti dövründə əldə etdiyi uğurlarla yanaşı, problemlərlə də qarşılaşıb, müəyyən çətinliklərlə üzləşib. Təşkilatın üzləşdiyi ən ciddi problemlərdən biri zaman-zaman parçalanması, müəyyən insanların konqresdən ayrılmaları, bəzilərinin isə DAK-a alternativ qurumlar yaratması olub. Dünya Azərbaycanlıları Konqresi daxilində ilk parçalanma 2005-ci ilə təsadüf edib. Təşkilatın 2002-ci ildə Haaqada keçirilən qurultayından sonra bir qrup şəxslər adı çəkilən qurumdan ayrılaraq yeni konqres formalaşdırmaq istiqamətində fəaliyyət göstəriblər.
DAX
DAX (alm.Deutscher Aktienindex) - Almaniyanın ən əhəmiyyətli fond indeksidir. Bura Almaniyanın ən böyük otuz şirkəti daxildir. DAX 1988-ci ildə Almaniyanın Frankfurt şəhərində olan işadamları tərəfindən səhmləri idarə altında tutmaq məqsədiylə quruldu. Almaniyanın ən əhəmiyyətli şirkətlərinin səhmləri saxlayan Alman birjası indeksi, Alman birjasının nəbzini tutur. DAX-in içərisində yer ala bilmək üçün Prime Standart adı verilən kriteriyalara sahib olunması və birjada ticari şirkətin iqtisadi vəziyyətinin şəffaf olması və şirkətin cəmi gəlirinin 33%-inin birjada olması lazımdır.
DDT
DLT
DLT — Psixokimyəvi zəhərli maddə. Dimetilamid lizergin turşusu rəngsiz, dadsız və iysiz kristal maddədir. Suda yaxşı həll olur. == Toksiki xassələri == DLT kiçik dozalarda həzm sisteminə, aerozolları ilə nəfəs aldıqda, dəri və yara vasitəsilə qana keçdikdə insan psixikasına təsir göstərir. DLT ilə zəhərlənməni 3 fazaya ayırırlar: başlanğıc, psixoz, sonuncu. Başlanğıc faza hər şeydən əvvəl subyektiv hissiyyatlarla başlayır. İnsan orqanizminə DLT daxil olduqdan 15–20 dəq. sonra yorğunluq, həyəcan, baş gicəllənməsi, baş ağrısı, ürək nahiyəsində xoşagəlməz ağrılar, əllərin soyuması və titrəməsi əlamətləri baş verir. Eyni vaxtda dərinin qızarması, yaxud solğunlaşması, istilik yaxud soyuqluq hissləri, tərləmə, güclü selik axması və ürəkbulanma əlamətləri müşahidə olunur. Göz bəbəkləri genişlənir, nəbz sürətlənir, tənəffüs isə zəifləyir.
DNT
Dezoksiribonuklein turşusu (DNT) — canlı orqanizmin formalaşması və həyati proseslərini davam etdirə bilməsi üçün irsi informasiyanın saxlanıldığı, nəsildən-nəslə ötürülən biopolimerdir. Bütün orqanizmlər, bəzi viruslar da daxil olmaq üzrə DNT-yə sahibdir. DNT heyvan vəya bitki kimi eukariot hüceyrələrdə nüvədə yerləşir. Buradaki DNT hüceyrənin bəzi mərhələlərində xromosom şəklində yüksək dərəcədə sıxışdırılır. Eukariotlarda DNT, həmçinin, mitoxondri və ya plastid kimi bəzi orqanellərdə də var. Bakteriya vəya arxey kimi prokariot orqanizmlərdə isə, DNT nüvəvari ərazidə hüceyrə membranına tutunmuş haldadır. Bu orqanizmlərdə plazmid deyilən, avtonom bölünə bilən kiçik və adətən dairəvi DNT molekulları da mövcuddur. Bundan başqa bəzi viruslar genetik material olaraq təkzəncirli və ya ikizəncirli DNT molekuluna sahibdir. == Quruluş == DNT molekulunun əsas rolu hüceyrədə uzunmüddətli informasiyanın saxlanılmasıdır. DNT ən önəmlisi gen olan bir sıra vahidlərə bölünür.
Dal
Dal (həmçinin дал, даал; hind. दाल, kann. ತೊವ್ವೆ) - hind mətbəxinin milli şorbasıdır. == Etimologiyası == Bu söz (dāl) ilk dəfə Sanskrit regionunda işlənib, mənası ayırmaq deməkdir. == Tərkibi == Hind mətbəxinə məxsus lobyadan ibarət vegetirian şorba-puredir. Şorbanı hazırlayarkən ona toz darçın, kokos südü, limon şirəsi, pomidor, sarımsaq və qızardılmış soğan əlavə edilir. Serviz zamanı onu müxtəlif buğda məhsullarından, o cümlədən qırmızı mərci, xırda lobya, maş, qoyunnoxudu və göyərçin noxudu istifadə edilir. == Qidalanma == Yeməyin 100 qr tərkibində 9% protein, 70% su, 20% karbohidrat (8% lif daxildir) və 1% yağ vardır.
Dam
Dam — binanın yuxarı konstruksiyası, atmosfer yağıntılarından qorunmaq üçün qurulur. Digər funksiyası isə yaşayış yerindəki istiliyi və ya rütubəti qorumaq üçündür.
Dan
Dan — ad. Dan (kral) — danlar və Danimarkanın birinci əfsanəvi kralı. Dan Vilson (musiqiçi) — amerikalı musiqi ifaçısı, produseri, söz yazarı. Dan-Aksel Zaqadu — Fransa futbolçusu. Dan Anderson — İsveç yazıçısı və şairi. Dan Stav — İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku — Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Soyad Sun Dan — Çini təmsil edən bədii gimnast. Digər Dan dili — Danimarkanın dövlət dili.
Dao
Dao (çin. 道, hərfi mənası — yol) – şeylərin özünün təbii qanunudur. Həmin qanun Tsi (hava, efir) substansiyası ilə dünyanın əsasını təşkil edir. Lao– tszı ("qoca müəllim") belə he-sab edirdi ki, dünyada hər şey hərəkətdə və dəyişmədədir, hər şey mütəmadi olaraq dəyişir. Bu inkişafın necə getməsindən asılı olmayaraq ədalət təntənə çalır. Qanun belədir. İnsan şeylərin təbii gedişinə qarışmamalıdır. İşə qarışmamaq, yaxud "hərəkətsizlik" (uvey– gerçəkliyə seyrçi münasibət) dao– nun insana münasibətdə əsas tələblərindən biridir. Bu, "təbiiliyə əməl edilməsi" deməkdir. Bu, adamların həm sosial, həm də fərdi fəaliyyətinə, həm də onların idraki fəaliyyət sahəsinə də aid edilir.
Data
Verilənlər (ing. Data) – texniki vəsaitlərlə saxlanması, emal edilməsi və ötürülməsi üçün formal şəkildə təsvir olunan (kodlaşdırılan) məlumatdır. Verilənlər faktları, mətn, qrafik, müxtəlif şəkilləri, səsləri, analoq və ya rəqəm video-seqmentləri təsvir edirlər. Verilənlər sistemin informasiya istifadəçiləri tərəfindən istifadə olunan işlənməmiş materiallarıdır. Verilənlər termini latınca "datum" fakt sözündən yaranmışdır. Verilənlər ümumi halda ad, qiymət, tip və s. kimi struktur xarakteristikaları ilə təyin olunurlar. Verilənlər – mətn, rəqəm, zaman, pul, memo, OLE, məntiqi və s. tiplərə malik olurlar. == Terminologiya == “Verilənlər” anlayışı “informasiya” anlayışı ilə sıx bağlıdır.
Dağ
Dağ — təpədən uca, quruluqlarda yer üzündən ucalan yerlərə deyilir. Dağlar yer kürəsinin relyefinin təxminən 40%-ni - Asiyanın 54%, Şimali Amerikanın 36%, Avropanın 25%, Cənubi Amerikanın 22%, Avstraliyanın 17%, Afrikanın isə 3% ərazisini təşkil edir. İnsanların 10%-i bu ərazilərdə yaşayır. Əksər çaylar mənbəyini dağlardan götürür. Dünyanın ən hündür zirvəsi - Himalay dağlarıdır. Ən uzun sıra dağları And dağlarıdır. Dəniz səviyyəsi nəzərə alınmazsa ən hündür Mauna-Kea dağıdır. === Mənşəyinə görə === Dağların yaranmasında yerin daxili qüvvəsi iştirak edir. Dağlar mənşəyinə görə iki qrupa bölünür: ==== 1.Tektonik dağlar ==== Yerin üfüqi hərəkətləri zamanı lifosfer tavalarının və ya kiçik platformaların bir-birinə yaxınlaşması və ya toqquşması zamanı yaranır. Tektonik dağlar əsasən sıra dağları şəklində olur və litosfer tavalının sərhədlərində yerləşir.