Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dafni Kin
Dafni Mariya Kin Fernendez (isp. Dafne María Keen Fernández; 4 yanvar 2005, Madrid) — Britaniya-İspaniya aktrisası. Debüt işi "The Refugees" teleserialında Ana "Ani" Kruz Oliver rolu olmuşdur.
Dafni Rouzen
Dafni Rouzen (ing. Daphne Rosen; 9 iyun 1982, Tel-Əviv) — İsrail pornoaktrisasıdır. Təl-Əvivdə anadan olan Dafni uşaqlığını ABŞ-də Massamusetdə keçirmişdir. 2005-ci ildə "Venom Digital Media" ilə müqavilə bağlayaraq porqnoqrafik janrlı filmlərdə çəkilməyə başlayır.
Dafna dü Morye
Dama Dafna dü Morye (ing. Daphne du Maurier; 13 may 1907[…], London – 19 aprel 1989[…]) — ingilis hekayə, roman ve tamaşa yazıçısı. Romanlarından Rebekka (əsasında çəkilən film 1941-ci ildə Ən yaxşı filmə görə Oskar mükafatını qazandı) ilə Yamayka mehmanxanası və qısa hekayələrindən Quşlar və İndi baxma başqa olmaq üzrə bir çox əsərinə film çəkilmişdir. Babası aktyor və yazıçı Corc dü Morye, atası isə aktyor Cerald dü Moryedir. Bacısı Ancela da yazıçıydı və bacısı Janna isə bir rəssam idi. == Gəncliyi == Dafna dü Morye tanınmış bir aktyor olan Ser Cerald dü Morye və aktrisa Muriel Bomontun üç qız uşağından ikincisi olaraq Londonda doğuldu. Babası Şlyapa romanında Svenqali adlı qəhrəmanı yaratan yazıçı və karikaturist Corc dü Moryedir. Bu əlaqələr ona ədəbi karyera yaratmasında köməkçi oldu və dü Morye ilk əsərlərindən bəzilərini Beaumont's Bystander (azərb. Bomontun müşahidəçisi‎) jurnalında yayımlatdı. İlk romanı Sevginin ruhu 1931-ci ildə yayımlandı.
Dafni-Feryhop-Foli mteropoliten statistika ərazisi
Bolduin dairəsi (ing. Baldwin County) — ABŞ-nin Alabama ştatında qraflıq. 2010-cu il əhalinin siyahıyaalınması məlumatına görə əhalisi 182.265 nəfər olmuşdur. Qraflıq mərkəzi Bey-Minett şəhəridir. Senator Avraam Bolduinin şərəfinə adlandırılmışdır.
Dahlia
Soğangülü (lat. Dahlia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. Bu cins rus botaniki, alim və etnoqrafi İ. Georginin şərəfinə adlandırılmışdır. Cinsə 27 növ daxildir. Onların vətəni Mərkəzi Amerika və Kolumbiyadır. Gülçülükdə georginlərin 4 növündən və müxtəlif mədəni formalarından istifadə olunur. Dəyişkən georgin (D. variabilis) — çoxillik ot bitkisi olub, yaşıllaşdırmada geniş istifadə edilir. Onların yerüstü hissələri hər il məhv olur. Dəyişkən georginin gövdələrinin içi boş olub, budaqlıdır, hündürlüyü 300 sm-ə çatır. Çiçəyi səbətdir.
Dallia
Dalliya (lat. Dallia) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin durnabalığıkimilər dəstəsinin durnabalığılar fəsiləsinə aid heyvan cinsi.
Daphnia
Subirəsi və ya dafniya (lat. Daphnia) — şaxəbığcıqlılar dəstəüstünün ibtidai xərçənglər cinsi. Ölçüsü 1–3 mm-dir. Şəffaf bədəninin səthini xitinli çanaq örtür. Ayrıcinsiyyətlidir. Dünyada 26, Azərbaycanda 13 növü və yarımnövü məlumdur. Şirin sularda yayılmışdır. Bakteriyalar, birhüceyrəli yosunlar, ibtidailər və detritlə qidalanır. Körpə balıqların qidasıdır. Balıqçılıq təsərrüfatlarında artırılır.
Kaunia
Kaunia (lat. Kaunia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Kaunia camataguiensis (Hieron.) R.M.King & H.Rob. Kaunia endyta (B.L.Rob.) R.M.King & H.Rob. Kaunia eucosmoides (B.L.Rob.) R.M.King & H.Rob. Kaunia grossidentata (Hieron.) R.M.King & H.Rob. Kaunia gynoximorpha (Rusby ex B.L.Rob.) R.M.King & H.Rob. Kaunia hosanensis (B.L.Rob.) R.M.King & H.Rob. Kaunia ignorata (Hieron.) R.M.King & H.Rob. Kaunia lasiophthalma (Griseb.) R.M.King & H.Rob.
Taenia
Soliter (lat. Taenia) — heyvanlar aləminin yastı qurdlar tipinin lentşəkilli qurdlar sinfinin siklofillidlər dəstəsinin soliterlər fəsiləsinə aid heyvan cinsi.
Afina
Afina (yun. Αθήνα) — Yunanıstanın paytaxtı və təxminən 4 milyon əhalisiylə ən böyük şəhəri. Qədim Yunan mədəniyyətinin də mərkəzi olmuşdur. Afina qədim çağlarda da əhəmiyyətli bir ticarət və mədəniyyət mərkəzi idi. Adı, qoruyucusu olan müharibə ilahəsi Afina'dan gəlməkdədir.1896 və 2004 Yay Olimpiya Oyunları'na ev sahibliyi etmişdir. == Afina mifologiyada == Mifologiyada Afina şəhərinə ad verilməsi tanrılar arasında bir müsabiqənin nəticəsində olub.Dəniz Tanrısı Poseydon şəhərə sahib olmaq üçün öz üç dişli nizəsini qayaya vurmuş və vurduğu yerdən at çıxmışdır,bəzi mənbələrdə su fışqırdığı qeyd olunur.Bundan sonra müdriklik tanrıçası Afina,öz nizəsini yavaşca yerə toxundurub və oradan meyvələrlə dolu,gümüş yarpaqlı zeytun ağacı bitib.İnsanlar zeytun ağacını daha faydalı hesab etdikləri üçün şəhərin adını Afina qoyublar. == Tarixi == Yaxın Şərq tərəfdən baxdığımızda Avropanın ilk şəhəri demək olar. Avropadan baxdıqda isə Qərbdən Şərqə bir körpü rolu oynadığını görürük. Tarixi eradan əvvələ gedən şəhərdə günümüzə qədər gəlib çıxmış tunc dövrünə aid abidələrin qalıqları var. == Turizm == Yunanıstanın paytaxtı Afina təxminən, 4 milyona yaxın əhalisi və isti qilimi ilə turistlərə xoş əhval bəxş edir.
Dacia
Dacia —1966-ci ildə Rumıniya hökumətinin açmış olduğu tender nəticəsində qurulmuş, adını Rumıniya torpaqlarının köhnə adı olan Daçyadan alan, 1999-ci ildə Renaultun tərkibinə keçən Rumıniyalı avtomobil istehsalçısı. Bundan başqa Renaultun Rumıniyadakı markasıdır.
Danio
Danio (lat. Danio) — çəkilər fəsiləsinə aid balıq cinsi.
Danis
Ayı (lat. Ursus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinə aid heyvan cinsi. Ayılar Şimali Amerika, Cənubi Amerika, Avropanın şimalı və Asiyada yayılmışdır. == Bədən quruluşu == Böyük gövdələri, qısa ətrafları, uzun burunları, yumru qulaqları, qısa quyruğu var. Hər pəncədə (arxa və ön) 5 barmaq var. Hər barmağın ucunda uzun və iti dırnaq yerləşir. Arxa ayaqları üzərində duraraq insan kimi yeriyə bilirlər. Əksər ayıların rəngləri ağ, qara, qəhvəyi biri birrənglidir. Bu mənada sadəcə panda fərqlənir. Onun rəngi ağ-qara qarışıqdır.
Denia
Denia (isp. Denia) — İspaniyada yerləşən bələdiyyə və şəhər. Bələdiyyə Marina-Alta ərazisinin 66.2 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 42704 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 100 km uzaqlıqda yerləşir. == Qalereya == == Həmçinin bax == Marina-Alta Xavea Kalpe == İstinadlar == == Xarici keçidlər == Rəsmi səhifə Ayuntamiento de Denia Portal Turístico de Denia Índice Estadístico Municipal de Denia.
Donia
Grindelia (lat. Grindelia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Alessandro Safina
Alessandro Safina (14 oktyabr 1963, Siena, Toskana) — İtalyan tenor. == Bioqrafiyası == === Erkən illəri === Alessandro Safina 14 oktyabr 1963-cü ildə İtaliyanın, Toskana regionunun Siena şəhərində doğulub. Çox kiçik yaşlarında mahnı oxumaq kimi istedadının olduğu ailəsi tərəfindən kəşf edilib. Alessandro musiqi təhsili almağa başladıqda sadəcə 9 yaşı olub və klassik musiqiyə maraq göstərməyə başlayıb. Valideynləri opera həvəskərı olduğundan klassik musiqini Alessandroya aşılaya bilib və bu sahədə ona dəstək olublar. Xüsusi istedadı Alessandronun cəmi 12 yaşında musiqi akademiyasına daxil olmasına səbəb olub. === Karyerası === Artıq 17 yaşında Alessandro, Florensiyadakı professional Musiqi Konservatoriyası "di Luiza Cherubini"yə müraciət edib. Onun müraciəti qəbul edilib və qısa müddətdə Avropanın müxtəlif səhnələrində məşhur operaların aparıcı hissələrini ifa etməyə başlayıb. 1989-cu ildə, Mantovada italyan soprano Katia Riçiarelliyə həsr olunmuş "Concorso Lirico Internazionale" adlı müsabiqədədə birinci yerə layiq görülüb və opera sahəsində ilk mükafatını qazanıb. Bu mükafat onun parlaq karyerasının başlanğıcı olub.
Cobitis taenia
Adi ilişgən (lat. Cobitis taenia) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çöprələr fəsiləsinin cobitis cinsinə aid heyvan növü. Öz fəsiləsinin ən kiçik balığıdır. == Təsviri == Bədəni lentvari formanda olub, yanlardan sıxılmış formadadır. Burnunun ucunda və ağzının kənarlarında bığcıqlar vardır. Quyruq üzgəcləri çökəkdir. Uzunluqları 12 sm-dir. Burnu kəsikdir. Alt dodağı iki pərlidir. Rəngi açıq sarıdır.
Dallia pectoralis
Dallia pectoralis (lat. Dallia pectoralis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin durnabalığıkimilər dəstəsinin durnabalığılar fəsiləsinin dalliya cinsinə aid heyvan növü.
Danica McKellar
Danika Makkellar (ing. Danica McKellar; 3 yanvar 1975, Kaliforniya, ABŞ) — ABŞ aktrisası, kitab yazıçısı və riyaziyyatçı. 2001-2013-ci illərdə Mayk Verta ilə evli olub. 2013-cü ildən Skot Svesloski ilə evlidir.
Danika Makkellar
Danika Makkellar (ing. Danica McKellar; 3 yanvar 1975, Kaliforniya, ABŞ) — ABŞ aktrisası, kitab yazıçısı və riyaziyyatçı. 2001-2013-ci illərdə Mayk Verta ilə evli olub. 2013-cü ildən Skot Svesloski ilə evlidir.
Danila Dyatlov
Danila Yevgenyeviç Dyatlov (rus. Данила Евгеньевич Дятлов; 26 may 1999-cu ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Leninqrad klubunda müdafiəçi kimi çıxış edən Rusiyalı peşəkar futbolçudur. == Karyerası == Dyatlov öz peşəkar karyerasında debütünü 26 iyul 2018-ci ildə Leninqrad klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Dnepr Smolensk klubuna qarşı oyunda etmişdir.
Danila Manka
Danila Manka (18 may 1970) — İtaliyalı qadın ağır atlet. 48 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda İtaliyanı təmsil edir. Danila Manka dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 1998 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Daniya Ramires
Daniya Ramires (8 noyabr 1979, Santo-Dominqo) — Dominikan Respublikasında anadan olmuş aktrisadır. NBC telekanalında efirə gedən "Qəhrəmanlar" serialında Maya Herreyra rolu ilə tanınır.
Daphnia longispina
Daphnia longispina (lat. Daphnia longispina) subirəsi və ya dafniya (lat. Daphnia) cinsinə aid növ. == Morfoloji quruluşu == Dişi fərdin uzunluğu 1,3-4,0, erkəyinki isə 1,1-1,8 mm-dir. Dişi fərdin çanağı oval şəklindədir. Başın forması dəyişkən olur. Lateral til gözün üstündən başlayaraq küt bucaq əmələ gətirir. Rostrum çox itidir. Ön antenalar çıx qısa olub, rostrumun qurtaracağına çatmır. Üzmə antennalarının aşağı şaxəsinin içəri kənarında və yuxarı şaxəsinin birinci və ikinci buğumlarında xırda tükcüklər vardır.
Daphnia magna
Daphnia magna (lat. Daphnia magna) subirəsi və ya dafniya (lat. Daphnia) cinsinə aid növ. == Morfoloji quruluşu == Boz sarı və qırmızı rənglərdə olur. Dişi fərdin uzunluğu 2,2-6,0, erkəyinki isə 2,0-2,2 mm-dir. Dişinin çanağı oval formada olub, bel və lateral tilləri, habelə quyruq iynəsi yaxşı inkişaf etmişdir.Bel tili, çanağın aşağı kənarı və quyruq iynəsi tikanlı çıxıntılarla təchiz olunmuşdur.Başda 4 ədəd til vardır. Rostrum uzanmş və girdələnmiş şəkildə olub, qurtaracağında tikanlı çıxıntı yerləşir. Göz başınkənarına yaxın yerləşir. Ön antenaların oturacağı piramida şəkilindədir. Abdomen çıxıntıları yaxşı inkişaf etmiş və yuxarı uzun çıxıntılar qısa tüklərlə örtülmüşdür.Postabdomen çox uzanmış, yuxarı kənarında iki ədəd çuxur vardır.
Daphnia pulex
Adi subirəsi (lat. Daphnia pulex) subirəsi və ya dafniya (lat. Daphnia) cinsinə aid növ. == Morfoloji quruluşu == Dişi fərdin uzunluğu 1,4–4,0, erkəyinki isə 0,9–1,5 mm -dir. Dişi fərdin çanağı oval formada olub, yan tilləri yoxdur, quyruq iynəsi qismən uzundur. Çanağın arxa hissəsi və quyruq iynəsi tikanlı çıxıntılarla örtülmü.dür. Baş qıs lateral til ilə təchiz olunmuşdur. Baş zirehi çanağa söykənir və çıxıq əmələ gətirir. Rostrum uzanmış və itidir. Ön antenaları qısa olub, rostrumun qurtaracağına çatır.