DANİMARKALI
DANİŞAMUZ
OBASTAN VİKİ
Mirzə Nəcəfəlixan Daniş
Mirzə Nəcəfəlixan Daniş (tam adı:Mirzə Nəcəfəlixan Daniş Həsənəli oğlu) — XIX əsr Azərbaycan şairi, "Əxtər qəzeti"nin təsisçilərindən biri olmuşdur. == Həyatı və təhsili == Mirzə Nəcəfəlixan Daniş Həsənəli oğlu Təbrizdə anadan olmuşdur. Fiqh, üsul, hədsiz, əxbar və ədəbiyyatı dərindən bilmişdir. === Vəfatı === istabulda şəhərində vəfat etmişdir. == Fəaliyyəti == === Diplomatik fəaliyyəti === 1885-ci ildə İstanbulda İran dövlətinin konsulu olmuşdur. === Bədii yaradıcılığı === İstanbulda konsul olarkən məşhur xəttat, alim və səyyah, "Təzkirət ül-xəttatin" əsərinin müəllifi Mirzə Sənqulaxla tanış olmuş, müasirlərinin Sənqulaxa həsr olunmuş mədhlərini toplayaraq "Məcmuəül-övsaf" (Mədhlər məcmuəsi) adı ilə çap etdirmişdir. "Əxtər qəzeti"nin (1875-96) təsisçilərindən biri olmuşdur. "Mizanül-məvazin fi əmrid-din" (Din işində yeganə ölçü; 1870-ci ildə İstanbulda çap edilmişdir) adlı əsəri var. Mirzə Mülküxan, Mirzə Fətəli Axundzadə, Mirzə Ağaxan Kirmani, Məhəmmədəli Tərbiyət və başqaları ilə dost və həmfikir olmuşdur. == Ədəbiyyat == Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan».
Mirzə Rzaxan Daniş
Mirzə Rzaxan Daniş (tam adı: Mirzə Rzaxan Daniş Hacı Hüseyn oğlu) — Azərbaycan şairi, publisist == Həyatı və təhsili == Mirzə Rzaxan Daniş Hacı Hüseyn oğlu 1853-cü ildə Təbrizdə anadan olmuşdur. Mükəmməl təhsil almışdır. == Fəaliyyəti == === Diplomatik fəaliyyəti === Tiflis, Peterburq və İstanbulda İran(Qacarlar) dövlətinin konsulu və səfiri olmuşdur. 1899-cu ildə Haaqada keçirilən sülh konfransında İranı təmsil etmişdir. === Bədii yaradıcılığı === "Sülh" şeiri bir çox dilə tərcümə olunaraq,geniş şöhrət qazanmışdır.Mirzə Fətəli Axundzadənin tərtib etdiyi yeni əlifba haqqında risaləsini "Risaleyi-Rüşdiyyə" adlı ilə İstanbulda nəşr etdirmişdir 1879. "Müntəxəbati-Daniş" 1888 kitabının müəllifidir. == Ədəbiyyat == Məmmədzadə H.Mirzə Fətəli Axundov və Şərq, 1971; Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan». Bakı,1987. == İstinadlar == "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. Azərbaycan Milli Ensiklopediyası.
Daniş Hacı Hüseyn İrəvani
İrəvani Daniş Hacı Hüseyn. Daniş Hacı Hüseyn İrəvani XIX əsrin ortalarında İrəvanda doğulmuşdur. O, Mirzə Rzaxanın atasıdır. Əsas yaradıcılığı poeziya olub, şeirlərini Ərfəüddövlə təxəllüsü ilə yazmışdır. Gənc yaşlarından Təbrizə oxumağa getmiş və həmişəlik də orada yaşamışdır. == Mənbə == Ziyəddin Məhərrəmov, "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, Nurlan nəşriyyatı, 2010.
Mirzə Lütfəli ağa Daniş
Daniş Mirzə Lütfəli ağa (?-1931) – Məhəmmədkazım Təbrizinin oğlu və Sədrül-əfazil ləqəbi daşıyan Daniş Azərbaycanın tanınmış ədiblərindən və məşhur mədəniyyət xadimlərindəndir. == Həyatı == O, fars və ərəb dillərində nəzm və nəsrdə öz dövrünün görkəmli şəxsiyyətlərindən olmuşdur. Daniş hicri qəməri 1350 (1931)-ci ildə vəfat etmişdir. Ərəb və fars dillərində onun bir çox əsərləri vardır. Onlar aşağıdakılardır: mühazirə haqqında “Hezar dastan” – (“Min dastan”, “Müləxxəs”adlı təzkirə, inşa və məktublar haqqında “Cəvahirül-bəlağə” və “Naməkdan”.
Danişmənd qazi
Danışmənd qazi (1071–1104) — Səlcuqlu bəyi, Danişməndlilər sülaləsinin banisi. == Həyatı == Lakin türk hökmdarlarmın humanist və ədalətli idarəçiliyinə rəğmən ermənilər zaman-zaman türklərə qarşı xəyanətdən və savaşmaqdan geri qalmamışlar. "Danişməndnamə", Niksan mühasirəyə alan türk əsgərlərinə qarşı vuruşan xristianlar arasında çoxlu sayda ermənilərin olduğunu yazır. Anadolu bölgəsi xaçlılara məzar olduqdan sonra Gümüş Təgin Qazi Əhməd Danişmənd erməni hakimi Qabrielə mək-tub yazaraq Malatyanı təslim verməsini istədi. Lakin Qabriel bu təklifi rədd edərək Malatya qalasmı daha da möhkəmlən-dirdi. Qaladakı ermənilər və suriyalılar Qabrielin zülmündən cana doymuşdular. Malatya əhalisi istəyirdi ki, burada Bizansdan asılı olan Qabrielin idarəçiliyi əvəzinə türklərin ədalətli hakimiyyəti bərqərar olsun. Erməni hakim Qabriel aclıq və qıtlığa çarə qılmaq əvə-zinə xalqa daha çox zülm edir, hətta keşişləri belə öldürür-dü. Bütün bunlarm nəticəsində Malatya əhalisi üsyan qaldı-raraq şəhərin qapılarmı səlcuq türklərinin üzünə açdılar.1101-ci ildə şəhərə daxil olan türk əsgərləri kimsənin malı-na əl vurmadılar. Danişmənd Əhməd Qazi dərhal başqa yer-lərdən taxıl gətirdib erməni və suriyalılara paylatdırdı.
Danişməndlilər sülaləsi
Danişməndlilər sülaləsi- 1071 – 1178 illəri arasında Sivas mərkəz olmaqla, Anadoluda indiki Çorum, Tokat, Amasya, Malatya, Kayseri vilayətlərində bəylik qurmuş xanədandır. == Danişməndlilər sülaləsi == Sivasda: Danişmənd qazi (1071—1084) Qazi Gümüştəkin (1084—1134) Məhəmməd (1134—1142) İmadəddin Zünnun (1142) Nizaməddin Yağıbasan (1142—1164) Mücahid Camalaləddin qazi (1164—1166) Şəmsəddin İbrahim (1166) Şəmsəddin İsmayıl (1166—1168) Zünnun (İkinci dəfə, Nasirəddin ləqəbi ilə; 1168—1174)Malatyada: Eynəddin bəy (1105—1107) Zülqərneyn (1107—1122) Nasirəddin Məhəmməd bəy (1122—1152) Fəxrəddin (Məyfərakində; 1122—1129) Əfridun bəy (1176—1184) Nasirəddin Məhəmməd bəy(ikinci dəfə; 1122—1152).
Davud Danişdust
Davud Danişdust (6 avqust 1985) — İran futbolçusu, müdafiəçi. Danişdust 2010-cu ildən Təbrizin Traktor Sazi klubuna qoşulmuşdur. O Traktor Sazi klubuna gələndən öncə Məşhədin Əbumüslüm klubunda oynamışdır.
Mirzə Əbdülbaqi Danişmənd
Mirzə Əbdülbaqi Danişmənd (v. 1629) — Azərbaycan şairi == Həyatı == Həyatı haqqında məlumat azdır. Ərəb və fars dilində mükəmməl təhsil almışdır. Fəlsəfə, ədəbiyyat, ərəb dilçiliyi, riyaziyyat və s.fənləri dərindən öyrənmişdir. === Vəfatı === Mirzə Əbdülbaqi Danişmənd 1629-cu ildə vəfat etmişdir. == Yaradıcılığı == === Bədii yaradıcılığı === Əsərlərini farsca yazmışdır. İraq alimləri onu öz dövrünün dahisi hesab etmişlər. "Baqi" təxəllüsü ilə fəlsəfi məzmunlu qəsidə və rübailər yazmışdır. Sufiliyə meyil göstərmiş, xəlifə Əlinin "Nəhcül-bəlağə" əsərinə, "Qurana" və "Əssəhifə əl-kamilə əs-səccadiyyə" əsərinə farsca şərhlər yazmışdır. Danişmənd eyni zamanda tanınmış xəttat olmuşdur.

Значение слова в других словарях

вы́буравить вы́ехать ледничо́к не́мка отрепа́ть перепроектиро́вка полиме́нт сма́тывание специали́стка коопти́роваться местечко́вый на слова́х намота́ть прово́дка таба́чница охреян residuary rib-tickler thigh blocking turn tufted vetch vali замочный краб морозильный постоялец