Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Daniel
Daniel - kişi adı. Daniel Alves - Braziliya futbolçusu. Daniel Batti - peşəkar İngiltərə futbolçusu Daniel Bell - Harvard Universitetinin professoru Daniel Berli Vulfoll - FİFA prezidenti Daniel Brül - Almaniya aktyoru. Daniel Defo - İngilis yazıçısı. Daniel Dixes - ispan müğənni. Daniel Franks - Yeni Zelandiyalı peşəkar kişi BMX velosipedçisi. Deniel Kaneman - iqtisadçı və psixoloq Daniel Karvaxal - İspaniya futbolçusu, Daniel Kiz - Amerika yazıçısı. Daniel Kristian Çiobanu - Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daniel Quisa - İspaniya futbolçusu Daniel Libeskind - yəhudi əsilli ABŞ memarı. Daniel Manin - İtalyan vətənpərvəri və Venesiya dövlət xadimi Daniel Muşitu - peşəkar İsveçli futbolçu Daniel Nikolov - Bolqarıstanı təmsil edən kişi badmintonçu. Daniel Orteqa - Nikaraqua prezidenti.
Danae
Budaqlı danaya - ( lat. Danae racemosa (L.) Moench). Bigəvərkimilər—(Ruscaceae Hutch.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu: “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri: == Qısa, sürünən, üfüqi kökümsov gövdəli həmişəyaşıl, qollu-budaqlı yarımkoldur. Gövdəsinin uzunluğu 0, 5-1, 5 (2, 5) m-dir. Çiçək salxımlarının uzunluğu 4-7 sm-dir, (3) 6 -16 (20)çiçəklidir, təpə budaqlarındakıkaldodidlərin qoltuqlarında yerləşmişdir və üst tərəfdən buğumlara ayrılmışdır. Çiçəkləri xırda ikicinslidir, diametrləri 3 mm-ə yaxındır; çiçəkyanlığı sənəkvari şəkildə və ağdır, bir qədər lətlidir, deltaşəkilli 6 dişiciyi vardır. Erkəkcikləri 6-dır, onların telləri birləşib, boru şəklini almışdır. Giləmeyvələri kürəvi, lətli, qırmızı rəngli, birtoxumlu, diametri 6-8 (10) mm-dir.
Danio
Danio (lat. Danio) — çəkilər fəsiləsinə aid balıq cinsi.
Danis
Ayı (lat. Ursus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinə aid heyvan cinsi. Ayılar Şimali Amerika, Cənubi Amerika, Avropanın şimalı və Asiyada yayılmışdır. == Bədən quruluşu == Böyük gövdələri, qısa ətrafları, uzun burunları, yumru qulaqları, qısa quyruğu var. Hər pəncədə (arxa və ön) 5 barmaq var. Hər barmağın ucunda uzun və iti dırnaq yerləşir. Arxa ayaqları üzərində duraraq insan kimi yeriyə bilirlər. Əksər ayıların rəngləri ağ, qara, qəhvəyi biri birrənglidir. Bu mənada sadəcə panda fərqlənir. Onun rəngi ağ-qara qarışıqdır.
Dante
Dante Aligyeri (əsl adı it. Durante di Alighiero degli Alighieri; təq. 1265, Florensiya, Florensiya Respublikası – 14 sentyabr 1321, Ravenna, Papa dövləti) — italyan şairi, italyan ədəbi dilinin banisi. Qədim zadəgan nəslindəndir. Bolonya Universitetində təhsil almış, hüquq və fəlsəfəni öyrənmişdir. Gənc yaşlarından Florensiyanın ictimai həyatında fəal iştirak etmiş, "ağ" qvelflər partiyasına qoşulmuşdur. "Qara" qvelflərin qələbəsindən sonra qiyabi olaraq yandırılmağa məhkum edilmişdir (1302). Didərgin həyat sürmüş, 1315-ci ildə ikinci dəfə ölümə məhkum olunmuşdur (həmin hökm 1966-cı ildə ləğv edilmişdir). Ömrünün son 6 ilini Ravennada yaşamışdır. Yaradıcılığının ilk dövründə Beatriçe adlı gənc bir qızı vəsf etmiş, onun vaxtsız ölümündən doğan kədər və hüzn dolu şerlər yaratmışdır ("Yeni həyat" kitabı, 1292).
Acacia deanei
Acacia deanei (lat. Acacia deanei) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Sinonimləri == Acacia decurrens var.
Astragalus deanei
Astragalus deanei (lat. Astragalus deanei) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.
Danaid-monarx
Monarx kəpənək, danaid-monarx (lat. Danaus plexippus) – danaus cinsinə aid həşərat növü. Subaldırğanı son dərəcə zəhərli bitkidir. Bir çox heyvan üçün öldürücü olmasına baxmayaraq, möcüzəvi bir şəkildə monarx kəpənəklərinin tırtılları zəhərli subaldırğanı bitkisi ilə qidalanırlar. Çünki tırtılların subaldırğanının zəhərinə qarşı immunitetləri var. Bir çox heyvan subaldırğanıdan uzaq durduğu zaman Monarx kəpənəkləri onun yarpaqların hamısını yeyə bilirlər. Bundan başqa, bu zəhərdən müdafiə vasitəsi olaraq da istifadə edirlər. Monarx tırtılları başqa kəpənəklərdən fərqli olaraq çox parlaq rənglərə sahibdirlər. Bu, onların düşmənləri üçün bir xəbərdarlıqdır və onlara tırtılların yeyilməyəcək xüsusiyyətə sahib olduğunu göstərir. Tırtıllar kəpənəklərə çevridikdə də bu zəhər molekulları dəyişmədən və çox güclü bir şəkildə bədənlərində qalır.
Daniel Alvarado
Daniel Alvarado (12 avqust 1949 – 8 iyul 2020, Karakas) — Venesuelalı aktyor. == Həyatı == Alvarado 12 avqust 1949-cu ildə Venesuelanın Marakaibo şəhərində anadan olub. 1973-cü ildə başlayan və 2020-ci ildə ölümünə qədər davam edən aktyor karyerasında, əsasən Latın Amerikasında televiziya seriallarında göründü. Üç dəfə ailəli olan 7 uşağı var. == Ölüm == Alvarado 8 iyul 2020-ci ildə Venesuelanın Karakas şəhərində 70 yaşında vəfat etdi.
Daniel Alves
Daniel Alves — Braziliya futbolçusu. == Həyatı == Daniel Alves 6 may 1983-cü ildə Braziliyanın Juazeyroda şəhərində anadan olub. O, öz peşəkar futbolçu karyerasına Braziliya klubu "Bahia"da başlayıb. 2002-ci ildə Alves 6 aylıq Sevilya klubuna icarəyə verilib. 2003-cü ildə Alves gənclərin dünya çempionatında iştirak edib, bu turnirdə Daniel özünü yaxşı cəhətdən göstərib. Braziliya millisi bu turnirin qalibi olub, Alves isə turnirin ən yaxşı uç oyunçusundan biri seçilib. Çempionatda göstərdiyi gözəl oyundan sonra, Sevilya klubu Alveşi birdəfəlik heyətinə cəlb edib. 2006-cı ilin dekabrında Alveş Sevilya ilə 2012-ci ilə qədər müqavilə imzalayıb. 2008-ci ilin 7 iyununda Daniel Alves Barselona klubuna transfer olunub. Burada onun əsas işi, Milana keçmiş Canluka Zambrottanı əvəz etməkdir.
Daniel Antoş
Daniel Antoş (7 mart 2000-ci ildə Avstriyada anadan olub) — Avstriya Birinci Liqa təmsilçilərindən olan Liferinq klubunda qapıçı kimi çıxış edən peşəkar Avstriyalı futbolçudur. == Klub karyerası == === Liferinq === Antoş Rapid Vyana akademiyası vasitəsilə inkişaf etmişdir. Antoş 2016-cı ildə Zalsburq U-19 komandası ilə UEFA Gənclər Liqasında iştirak etmişdir. O, turnirdə debütünü 7 mart 2017-ci ildə Atletiko Madrid U-19 komandasına qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmış və komandası 2-1 hesabı ilə qalib gəlmişdir.Antoş öz peşəkar karyerasında debütünü 21 may 2018-ci ildə Avstriya Lustenau klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Həmin görüşdə Liferinq liqa görüşündə rəqibi ilə 0-0 hesabı ilə bərabərə qalmışdır. == Karyera statistikası == === Klub === 24 iyul 2018 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Avstriya Superkuboku görüşləri daxildir.
Daniel Batti
Daniel Batti (10 dekabr 1997-ci ildə anadan olub) — İngiltərə təmsilçələrindən olan Hall Siti klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Klub karyerası == === Hall Siti === Batti öz peşəkar karyerasında debütünü 21 may 2017-ci ildə mövsümün son oyununda Tottenhem Hotspur klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Hall Siti rəqibinə 1-7 hesabı ilə məğlub olmuşdur.
Daniel Bell
Daniel Bell(Daniel Bell) – 10 may 1919-cu ildə amerikalı sosioloq və publisist, informasiya cəmiyyəti nəzəriyyəsinin banilərindən biri Daniel Bell (Daniel Bell) anadan olmuşdur. Bell, Harvard Universitetinin professoru olmuşdur. O, özünü “iqtisadiyyatda sosialist, siyasətdə liberal, mədəniyyətdə isə konservator” adlandırırdı. 1999-cu ildə Bell humanizmə görə Aleksis de Tokvil mükafatına (Alexis de Tocqueville Award) layiq görülmüşdür. == Ədəbiyyat == Əliquliyev R., Salmanova P. “İnformasiya cəmiyyəti: Maraqlı xronoloji faktlar”, 2013, “İnformasiya Texnologiyaları” nəşriyyatı, 169 s.
Daniel Berjenyi
Daniel Berjenyi (mac. Berzsenyi Dániel; 7 may 1776[…] – 24 fevral 1836[…], Nikla[d], Şomod) — Macarıstan yazıçısı.Berjenyi Macarıstan ədəbiyyatının ən ziddiyyətli şairlərindən biri idi. O, həyatı boyu fermaçı olmuşdur, lakin hər zaman Macarıstan ədəbiyyatında baş verən dəyişikliklərə yaxın olmaq istəyirdi. Həll edə biləcəyini düşündüyü bu çaşqınlıq sonralar onu təkəbbürlü, özünəqapanan və acı bir şair kimi formalaşdırdı. Əsərlərində klassisizmin, sentimentalizmin və romantizmin əlamətləri özünü göstərirdi. == Həyatı == Berjenyi zadəgan ailəsinin yeganə övladı idi. Atasının hüquq dərəcəsi almağına baxmayaraq özü heç vaxt hüquqla maraqlanmamış və fermada işləmişdir. Atası hesab edirdi ki, zəif və xəstə oğlunun fermada işləməsi onu daha fiziki cəhətdən möhkəmləndirəcək. Onun fikrincə, uşaqlara on yaşından sonra məktəbə getməlidirlər. 1788-ci ilin payızında 12 yaşı olan Berjenyi Şoprondakı evangelist liseydə təhsil almağa başladı.
Daniel Brühl
Daniyel Sesar Martin Brül Qonsales (alm. Daniel César Martín Brühl González‎, 16 İyun, 1978, Barselona) – alman aktyoru. Brül, Barselonada, İspan bir ana ilə Alman bir atadan dünyaya gəlmişdir. Atası televiziya rejissoru, anası isə professordur. Doğulmasından qısa bir müddət sonra ailəsi Kölnə daşınan Brülün uşaqlığı burada keçmişdir. 1995-ci ildə rol aldığı Verbotene Liebe adlı serialla Almaniyada tanınan Brül, 2003-cü ildə, Good Bye, Lenin! adlı kino filmində canlandırdığı Aleks Kerner roluyla dünyaca tanındı.
Daniel Brül
Daniyel Sesar Martin Brül Qonsales (alm. Daniel César Martín Brühl González‎, 16 İyun, 1978, Barselona) – alman aktyoru. Brül, Barselonada, İspan bir ana ilə Alman bir atadan dünyaya gəlmişdir. Atası televiziya rejissoru, anası isə professordur. Doğulmasından qısa bir müddət sonra ailəsi Kölnə daşınan Brülün uşaqlığı burada keçmişdir. 1995-ci ildə rol aldığı Verbotene Liebe adlı serialla Almaniyada tanınan Brül, 2003-cü ildə, Good Bye, Lenin! adlı kino filmində canlandırdığı Aleks Kerner roluyla dünyaca tanındı.
Daniel Defo
Daniel Defo (ing. Daniel Defoe; təq. 13 sentyabr 1660[…], 3 aprel 1660 və ya 30 sentyabr 1660, Kriplqeyt[d], London, İngiltərə və ya London – 24 aprel 1731[…] və ya 1731, Murfilds[d], London, İngiltərə) — ingilis yazıçı. == Həyatı == Daniel Defo öz qəhrəmanları kimi çox qalmaqallı və qalmaqallı həyat yolu keçmişdir. Defonun həyatı cəmiyyətdə özünə yer tutmaq istəyən bir adamın həyatıdır. Daniel Defo ət satıcısı və şam fabrikantı Ceyms Fonun ailəsində 1660-cı ildə anadan olub. Atasının soyadı sadəcə "Fo" idi. Daniel Defo bəzi səbəblərdən soyadının əvvəlinə "De" artırır və ədəbiyyat tarixində Daniel Defo kimi tanınır. Onun ailəsi puritan idi və dissenterlərin dini-fəlsəfi görüşlərinin daşıyıcısı idilər. Defo puritan ruhani akademiysına oxumağa verilsə də, heç vaxt dini həyata güclü meyl etməyib.
Daniel Delqadillo
Daniel Delqadillo (d. 27 sentyabr 1989) — Meksikalı üzgüçü. Daniel Delqadillo Meksikanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Daniel Delqadillo birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 5 km məsafəyə açıq hovuz üzgüçülüyü yarışlarında iştirak etdi. 53:43.6 saniyəlik nəticə ilə 24-cü yeri tutdu və yarışı başa vurdu.
Daniel Diges
Daniel Dixes (17 yanvar 1981, Alkala-de-Enares[d]) — ispan müğənni. 2010 Avroviziya Mahnı Müsabiqəsində İspaniyanı "Algo pequeñito" mahnısı ilə təmsil edib.
Daniel Dixes
Daniel Dixes (17 yanvar 1981, Alkala-de-Enares[d]) — ispan müğənni. 2010 Avroviziya Mahnı Müsabiqəsində İspaniyanı "Algo pequeñito" mahnısı ilə təmsil edib.
Daniel Feuerriegel
Deniel Qreqori Fyurriqal (ing. Daniel Gregory Feuerriegel; 29 oktyabr 1981, Sidney) — avstraliyalı film və serial oyunçusu. == Həyatı == Daniel Feurriegel 1981-ci il, 29 oktyabrda Sidneydə doğulmuş avstraliyalıdır. Brisbanedə aktyorluğa başlayan və kiçik rollarda çəkilən aktyor, Avstraliya istehsalı olan filimlərdə də rol almışdır. Geniş kütlələr tərəfindən tanınmasına isə Spartacus: Blood and Sand,Spartacus: Vengeance,Spartacus: War of the Damned seriallarında canlandırdığı alman qladiator Aqron rolu olmuşdur.
Daniel Franks
Daniel Franks (2 oktyabr 1993) — Yeni Zelandiyalı peşəkar kişi BMX velosipedçisi. Daniel Franks Yeni Zelandiyanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Daniel Franks 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.251 saniyəlik nəticəsi ilə 25-ci yeri tutdu.
Daniel Fransisko
Daniel Fransisko (8 fevral 2000) — Anqolalı üzgüçü. Daniel Fransisko Anqolanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Daniel Fransisko birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 50 m kəpənək stildə, təsnifat mərhələsində iştirak etdi. 26.33 saniyəlik nəticəsi ilə 89 üzgüçü arasında 61-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Daniel Fridman
Deniyl Friedman (ivr. ‏דניאל פרידמן‎‏‎; 17 aprel 1936, Britaniya Fələstini[d]) — Təl-Əviv Universitetinin Hüquq Fakültəsinin keçmiş professoru və dekanıdır. 2007-2009-cu illərdə o zamankı baş nazir Ehud Olmert tərəfindən təyin edilmiş İsrailin ədliyyə naziri vəzifəsini icra etdi. 7 fevral 2007-ci ildə Tzipi Livninin ardından and içdi. 2009-cu ildə Yaakov Nemanın yerinə gəldi.
Daniel Friedmann
Deniyl Friedman (ivr. ‏דניאל פרידמן‎‏‎; 17 aprel 1936, Britaniya Fələstini[d]) — Təl-Əviv Universitetinin Hüquq Fakültəsinin keçmiş professoru və dekanıdır. 2007-2009-cu illərdə o zamankı baş nazir Ehud Olmert tərəfindən təyin edilmiş İsrailin ədliyyə naziri vəzifəsini icra etdi. 7 fevral 2007-ci ildə Tzipi Livninin ardından and içdi. 2009-cu ildə Yaakov Nemanın yerinə gəldi.