Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dekster
Dekster (ing. Dexter) — ABŞ cinayət-drama teleserialı. Serial 2006-cı ildən 2013-cü ilə qədər Showtime kanalında yayımlanmışdır. Serial Mayami polis şöbəsində qan ləkəsi üzrə kriminalistika eksperti kimi çalışan, eyni zamanda seriyalı qatil kimi gizli həyat sürən Dekster Morqandan (Maykl Si Holl) bəhs edir. Deksterin qurbanları yalnız ədalətdən yayınan qatillərdir. Serialın ilk mövsümü Ceff Lindzinin müəllifi olduğu "Deksterin qaranlıq yuxuları" adlı roman əsasında çəkilmişdir. Roman Ceyms Manos Cr. tərəfindən ekranlaşdırılıb. Serialın sonrakı mövsümləri Lindzinin kitablarına əsaslanmır. Serialda rol alan aktyorlar Maykl Si Holl və Con Litqou göstərdiyi performanslarına görə "Qızıl Qlobus" da daxil olmaqla bir sıra mükafatlara layiq görülmüşdür.
Şkoder
Şkoder və ya İşkodra — Albaniyada şəhər. Paytaxt Tirana ilə Şkoderin arası 1,5 saat təşkil edir. Ölkənin ən böyük dağlarından olan Alp dağları Şkoderdə yerləşir. Şəhərin 100 min əhalisi var. Balkanların ən böyük gölü olan Şkoder gölü (və ya Skadar gölü) də bu şəhərdə yerləşir. Gölün yarısı Albaniya, yarısı isə Monteneqro ərazisinə düşür. Osmanlılar bu əraziləri tərk edən zaman Albaniyanın bəzi bölgələri ilə yanaşı gölün də bir hissəsi bu ölkə ərazisində qalıb. Şkoder qalası çox yüksək bir təpə üzərində qurulub. Qalada yerləşən Fatih Sultan Mehmet Məscidi hazırda yararsız haldadır. Qaladan baxdıqda gözəl mənzərələr insanı valeh edir.
Dekster Qordon
Dekster Qordon (ing. Dexter Gordon, 27 fevral 1923[…], Los-Anceles, Kaliforniya – 25 aprel 1990[…] və ya 26 aprel 1990, Filadelfiya, ABŞ) tenor saksofon alətində hard bop janrının yaradıcılarından biri olan Amerikan caz saksofonçusu və aktyorudur. == Həyatı == Dekster Qordon 27 fevral 1923-cü ildə ABŞ Kaliforniya ştatında anadan olub. Atası, Dr. Frank Qordon, 1918-ci ildə Harvard Universitetinin Vaşinqton Tibb Məktəbini bitirib Los Ancelesə gələn ilk Afro Amerikalı həkimlərdən biri idi. Anası, Qvendolin Beyker, İspan-ABŞ müharibəsində İspan-ABŞ müharibəsində Şərəf medalı (ABŞ) ilə təltif olunmuş beş Afro amerikalıdan biri olan Edvard Li Beyker Jr qızıdır. Uşaqlıq yaşlarından musiqiyə həvəs göstərərək klarnet ifa etməyə başlayan Dekster 15 yaşında saksofona keçid edir.
Dövri enkoder
Dövri enkoder — mexaniki hərəkəti, bucaq yerdəyişməsini elektrik siqnalına çevirən elektromexaniki qurğudur. Onun göndərdiyi siqnal sayğac və ya proqramlaşdırılabilən məntiqi kontroller (ing. PLC) vasitəsilə oxuna bilir. Bu siqnal vasitəsilə kontroller vəziyyəti, sayı, sürəti və ya istiqaməti müəyyən edə və buna müvafiq əmri icra edə bilər, məsələn, müəyyən olunmuş nöqtəyə rəng vurma və ya müvafiq uzunluqdan sonra kəsmə. Dövri enkoderlər iş prinsipinə görə iki kateqoriyaya bölünürlər: mütləq və artan enkoderlər. Artan enkoderlərin hər mövqe üçün xüsusi göstəricisi yoxdur, onlar yalnız hərəkətin bir nöqtədən digərinə keçməsini göstərir. Mütləq enkoderlərin isə hər mövqe üçün ayrıca qiyməti var.
Teoder Qorşelt
Teoder Qorşelt —Alman rəssam və batalist Teoder Qorşelt 1858-ci ildə Vrevskinin ekspedisiyası ilə Dağıstana yollanmış, daha sonra general Yermolovun Çeçenistana yürüşündə iştirak etmişdi.
Şkoder vilayəti
Şkoder vilayəti — Osmanlı İmperiyası tərkibində, 1867–1913-cü illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Şkoder şəhəri idi.
Şkoder gölü
Şkoder gölü (alb. Shkodër) — Monteneqro və Albaniya ərazisində yerləşən Balkan yarımadasındakı ən böyük göl. Gölün su səthinin sahəsi təxminən 390 km²-dir, lakin qış daşqınları zamanı 530 km²-ə qədər arta bilir. Orta hesabla ərazisi 475 km²-dir ki, bunun da gölün təxminən 2/3 hissəsi Monteneqroya, qalan hissəsi isə Albaniyaya aiddir. Şkoder gölünün üçüncü və ya dördüncü dövrlərdə tektonik hövzədə əhəngdaşı süxurlarının əriməsi nəticəsində əmələ gəldiyi güman edilir. Əvvəllər göl Adriatik dənizinin körfəzi idi, lakin hazırda ondan allüvial çöküntülərlə ayrılır. Sahilinin ümumi uzunluğu 168 km-dir: Monteneqroda 110,5 km, Albaniyada isə 57,5 ​​km-dir. Gölün qərbi və cənub-qərbində Dinar dağları, bataqlıqlı şimal sahillərində isə Monteneqronun əsas şəhəri Podqoritsa yerləşir. Gölün şimal-şərq hissəsində Prokletie dağlarının ətəkləri boyu uzanan Xotit körfəzi yerləşir. gölün şərq sahilləri isə bataqlıqdır.
Dekster Sent-Luis
Dexter St. Luis (21 mart 1968 — 16 may 2019) — Trinidad və Tobaqonu təmsil edən stolüstü tennisçi. == Karyerası == Dexter St. Luis Trinidad və Tobaqonu 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Daha sonra Dexter St. Luis Trinidad və Tobaqonu 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 65-ci pillənin sahibi olub.