DEKOR

сущ.
1. архит. декор (система украшений сооружения – фасада, интерьера или изделия)
2. см. dekorasiya
DEKOMPRESSİYA
DEKORASİYA
OBASTAN VİKİ
Azərbaycanda yerli əhəmiyyətli dekorativ-tətbiqi sənət nümunələrinin siyahısı
Azərbaycanda yerli əhəmiyyətli dekorativ-tətbiqi sənət nümunələrinin siyahısı — Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycanda qeydiyyata alınması göstərilmiş yerli əhəmiyyətli dekorativ-tətbiqi sənət nümunələrinin siyahısı. Siyahıda ən qədim abidələr Xaçmaz və Şamaxıdakı XIV əsrə aid ərəb sənduqələridir.
Dekorasiya
Dekorasiya (fr. decoratio — bəzək) — geniş anlamda əşyanın və ya yaşayış, fəaliyyət məskəninin müxtəlif bədii bəzədilməsi. Dekorasiya bəzədilən yerin xarakterinə və stilinə uyğun gəlməli, onun formalarını pozmamalı, onun gözəlliyini daha qabarıq verə bilməlidir.
Dekorativ Tətbiqi Sənət
== Dekorativ — tətbiqi sənət == bu sənətə el arasında "xalq sənəti" də deyirlər. Bu sənətin xalçaçılıq, batik (kəlağayı), qobelen, dulusçuluq (keramika), toxuma və bədii tikmə, zərgərlik, bədii şüşə, bədii oyma (ağac, metal, daş, sümük üzərində oyma) və digər növləri vardır. Dekorativ -tətbiqi sənət, həmçinin bədii sənətin müxtəlif növlərini əhatə edir. Onların arasında döymə sənəti və zərgərlik, metal üzərində işləmələr, ağac, daş və sümük üzərində oyma naxış, xalçaçılıq, hörmə sənəti, ornamental toxuculuq və basmanaxış, toxuma və bədii tikmələr və bir çox digərlərini göstərə bilərik. == Xalçaçılıq == Azərbaycan xalçaçılıq sənəti — bədii yaradıcılığın xalqın mənəvi həyatı və məişəti ilə sıx bağlı çoxəsrlik ənənələri olan ən maraqlı sənətdən biridir. Azərbaycanda Qarabağ, Qazax, Gəncə, Təbriz, Şirvan, Abşeron və Quba kimi böyük xalçaçılıq məktəbləri olub. == Batik == Qədim sənət növü olub, kəlağayı mənasını verir. Kəlağayı — ipək sapdan toxunmuş dördkünc formalı qadın baş örtüyüdür. Azərbaycanın qərb zonasında buna "çarqat" da deyilir. Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur.
Dekorativ bitki
Dekorativ bitki və ya bəzək bitkisi – bəzək və dekorasiya məqsədilə yetişdirilən bitki növü. Dekorativ bitkilərinin əksəriyyəti tropik ölkələrin nümayəndələri olduğundan öz yaşadığı şəraitə uyğun olaraq qulluq edilir. == Tarix == Bitkilərin dekorativ məqsədlərlə yetişdirilməsi qədim sivilizasiyalarda ilk dəfə e.ə. 2000-ci ildə başlayıb. Qədim Misirdə Amon fironları dekorativ bitkilərin yetişdirilməsi üçün böyük ərazilər ayırırdılar. == Xüsusiyyətlər == Dekorativ bitkilərə bəzən otaq bitkisi də deyilir. Belə bitkilərdən müxtəlif məqsədlər üçün istifadə etmək mümkündür. Bu bitkilər dərman kimi də istifadə olunur. Dekorativ bitkilərin 2 növü var: çöldə istifadə olunan və evdə istifadə olunan dekorativ bitki. Çöl dekorativ bitkiləri daha dözümlü olur.
Dekorativ bitkilər
Dekorativ bitki və ya bəzək bitkisi – bəzək və dekorasiya məqsədilə yetişdirilən bitki növü. Dekorativ bitkilərinin əksəriyyəti tropik ölkələrin nümayəndələri olduğundan öz yaşadığı şəraitə uyğun olaraq qulluq edilir. == Tarix == Bitkilərin dekorativ məqsədlərlə yetişdirilməsi qədim sivilizasiyalarda ilk dəfə e.ə. 2000-ci ildə başlayıb. Qədim Misirdə Amon fironları dekorativ bitkilərin yetişdirilməsi üçün böyük ərazilər ayırırdılar. == Xüsusiyyətlər == Dekorativ bitkilərə bəzən otaq bitkisi də deyilir. Belə bitkilərdən müxtəlif məqsədlər üçün istifadə etmək mümkündür. Bu bitkilər dərman kimi də istifadə olunur. Dekorativ bitkilərin 2 növü var: çöldə istifadə olunan və evdə istifadə olunan dekorativ bitki. Çöl dekorativ bitkiləri daha dözümlü olur.
Dekorativ pion
Dekorativ pion (lat. Paeonia peregrina) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin pionkimilər fəsiləsinin pion cinsinə aid bitki növü.
Fikus (dekorativ bitki)
Fikus — otaq şəraitində becərilən ağac. Abşeronda geniş yayılmış əncir ağacı fikusun xarici gorünüşündə böyük fərq olsa da, onların əcdadı birdir. Hindistan cəngəlliklərində bitən tropik bitki sonralar Asiya, Avrasiya və Qərbi Afrikada da yayılmışdır. Otaq bitkisi kimi tanıdığımız fikus öz vətənində çox nəhəng bitkidir. == Çoxalması == Fikus qələmlə çoxaldılır. Hər qələmin üzərində bir yarpaq və bir tumurcuq olmalıdır. Tez kök atması üçün qələmin əkilən ucunda bir-iki kəsik edilir, bir neçə saat ilıq suda saxladıqdan sonra onu dənəvər quma basdırılır və 23-25ºC temperaturu olan yerə qoyulur. == Saxlama qaydası == Fikus dəyişikliyi, çox yerdəyişməsini sevən bitki deyil, ona görə də evə gətirməzdən əvvəl onun daimi yeri barədə fikirləşmək lazımdır. Fikusun əkildikdən sonra yeri dəyişdirilməməlidir. Yay fəslində onu eyvana və ya təmiz hava olan yerə keçirmək olar.
I Ümumrespublika Dekorativ-tətbiqi sənət Festivalı
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2009-cu ilin fevral - dekabr aylarında "I Ümumrespublika Dekorativ-tətbiqi sənət Festivalı" keçiriləcək.Festivalın kçeirilməsində məqsəd qədim tarixi köklərə və zəngin ənənələrə malik Azərbaycan dekorativ-tətbiqi sənətinin müasir dövrdə inkişafı, respublikada gedən bədii yaradıcılıq proseslərinin, qazanılan uğurların, geniş ictimaiyyətə təqdim olunması, istedadlı gənclərin, yüksək sənət meyarlarına cavab verən dekorativ-tətbiqi sənət əsərlərinin aşkarlanmasıdır. Festival respublikanın bütün şəhər və rayonlarını əhatə etməklə beş regional mərkəzdə – Gəncə, Naxçıvan, Lənkəran, Şəki, Xaçmaz şəhərlərində təşkil ediləcək.
Teatr-dekorasiya sənəti
Teatr-dekorasiya sənəti — dekorasiya, əlbəsə, qrim, işıq, mebel, butaforiya, və s. vasitəsilə səhnə tamaşasının əyani obrazının yaradılması sənəti. İncəsənətin sintetik növlərindən olan teatrda tamaşanın bədii tərtibatı əsərin ideya məzmununun açılmasında mühüm rol oynayır. Rəssam əsərin məzmununa və rejissor işinə əsaslanaraq, hadisələrin cərəyan etdiyi dövrü, yerli və milli koloriti səhnədə canlandırır, əsərin janrına və uslubuna uyğun dekorasiya, əlbəsə, işıq və s. bədii təsvir və ifadə vasitələrindən istifadə edərək obrazların fərdi xarakteristikasını daha dolğun nəzərə çatdırır. Teatr-dekorasiya sənəti memarlıq və təsviri sənətin vəhdətinə əsaslanır. Bədii tərtibat tamaşanın ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, onun bədii-emosional quvvəsini artırır. Teatr-dekorasiya sənətinin mənşəyi qədim, tarixi zəngin və çoxcəhətlidir. Hələ ən qədim xalq oyunlarında Teatr-dekorasiya sənəti ünsürlərindən (əlbəsə, maska və s.) istifadə olunmuşdu. Antik yunan və Qədim Roma teatrlarında hadisələrin cərəyan etdiyi məkanı konkretləşdirən dekorlar tətbiq edilirdi.

Значение слова в других словарях