Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qar dənəsi
Qar dənəsi — yetərli bir ölçüyə çatmış, Yerin atmosferi'ə qar şəklində düşən tək bir buz kristalı. Hər bir dənə həddindən artıq soyuq olan bulud su damcılarını cəlb edərək, həddindən artıq doymuş hava kütlələrindəki bir toz hissəciyinin ətrafında damcıya dönür və donaraq kristal şəklində toplanır. Qar dənəsi atmosferdə müxtəlif temperatur və rütubət zonalarında hərəkət etdikcə mürəkkəb formalarda meydana çıxır ki, nəticədə hər bir qar dənələri bir-birindən öz detalları ilə fərqlənir. Onlar səkkiz geniş təsnifat və ən azı 80 fərdi variantlar üzrə təsnif edilə bilər. Buz kristalları üçün birləşmələrin meydana çıxa biləcəyi əsas formalar - iynəvari, sütunvari, lövhəvari və çubuqvari formalardır. Qar şəffaf buzdan əmələ gəlməsinə baxmayaraq ağ rəngdə görünür. Bu, qar dənələrinin kiçik kristallik küncləri tərəfindən bütün işıq spektrinin diffuzion əks olunması ilə əlaqədardır. == Formalaşması == Qar dənələri mineral və ya üzvi hissəciklərin ətrafında rütubət ilə doymuş, dondurulmuş hava kütlələrində nüvələşir. Onlar altıbucaqlı formalardakı başlanğıc kristallara yığılaraq böyüyürlər. Birləşən qüvvələr ilk növbədə elektrostatikdir.
Qar dənəsi (qorilla)
Qar dənəsi (isp. Copito de Nieve, kat. Floquet de Neu; 1964 — 24 noyabr 2003) — zooloji müşahidələr nəticəsində indiyənə kimi qeydə alınmış yeganə albinos qorilla. Bu erkək qorilla uzun zaman İspaniyanın Barselona zooparkında yaşamışdır. Qar dənəsi Qərb düzənlik qorillası yarımnövünə aid olmuşdur. Rəsmi məlumata görə bu canlı İspaniya Qvineyası ərazisində 1966-cı ildə tutulmuşdur. Sonra isə Barselona şəhərinə gətirilmişdir. İlk əvvəllər onu ovlayan ovçunun dilində (famnq dili) Nfumu Ngui olaraq adlandırılır. Bu sözün hərfi mənası isə "Ağ qorilla" anlamını verir. Qorilla 15 000 pesetaya satın alınır.
Denekia
Denekia (lat. Denekia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Denekia capensis Thunb. == Sinonimləri == Denekia Thunb. 1800 Denekia capensis var. latifolia DC. Denekia glabrata DC. Amphidoxa glandulosa Klatt Denekia capensis var.
Genesiz
Gənəşik
Gənəşik — İrəvan quberniyasının Şərur—Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazsində kənd.
Deneb
Deneb — Qu bürcünün α ulduzu. == Haqqında == Deneb (/ dɛnɛb /), ayrıca α CYGNE (Latinised alpha CYGNE, qısaldılmış Alpha Cyg, α Cyg) olaraq ifadə edilmişdir və Cygnus bürcünün ən parlaq ulduzudur. Görünən ulduz ölçüsü 1.25 olub, gecə səmasının 19-cu ən parlaq ulduzudur. Deneb açıq mavi rəngli ifratnəhəng olmaqla yanaşı həmçinin ən parlaq ulduzlardan biridir. Bununla birlikdə bu ulduza qədər dəqiq məsafəni (və buna görə də işılığı) təyin etmək çox çətindir; təxminən 55.000 və 196.000 dəfə Günəşin kimi parlaqdır. == Məsafə və xüsusiyyətləri == Denebin Yerdən uzaqlığı dəyişkəndir. Fərqli mənbələr 1600 - 3200 işiq ili arasında olduğunu irəli sürür. Qeyd etmək lazımdır ki, bu uzaqlıqdakı bir ulduzun məsafəsinin təyini parallaksı çox kiçik olduğundan olduqca çətindir. Denebin diametri Günəşinkindən 200 - 300 dəfə böyük olub parlaqlığına görə 60000 - 250000 dəfə daha parlaqdır. Bilinən ulduzların içində ən nəhənglərindəndir.
Denekia capensis
Denekia (lat. Denekia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Denekia capensis Thunb. == Sinonimləri == Denekia Thunb. 1800 Denekia capensis var. latifolia DC. Denekia glabrata DC. Amphidoxa glandulosa Klatt Denekia capensis var.
Denekia glabrata
Denekia (lat. Denekia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Denekia capensis Thunb. == Sinonimləri == Denekia Thunb. 1800 Denekia capensis var. latifolia DC. Denekia glabrata DC. Amphidoxa glandulosa Klatt Denekia capensis var.
Deneris Tarqarien
Deyeneris Tarqarien (ing. Daenerys Targaryen) — amerikan yazıçısı Corc R. R. Martinin "Buz və odun nəğməsi" romanının və romandan adaptasiya olunmuş "Taxtların oyunu" serialının personajı. Romandakı hadisələrin bir hissəsi Deneris Tarqarienin baxış bucağından verilir.
Euphorbia denisii
Euphorbia denisii (lat. Euphorbia denisii) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Library Genesis
Library Genesis (Libgen) — elmi jurnal məqalələri, akademik və ictimai kitablar, şəkillər, komikslər, audiokitablar və jurnallar üçün faylın birgə istifadəsi əsaslı kölgə kitabxanası veb saytı. Libgen özünü "ictimai internet resurslarından toplanmış" elementlərin və istifadəçilərdən yüklənmiş faylların axtarış edilə bilən məlumat bazasını təmin edən "bağlantılar aqreqatoru" kimi təsvir edir. Libgen Elsevier-in ScienceDirect veb portalının məzmununun PDF-ləri kimi müəllif hüquqları ilə qorunan əsərlərə çıxış təmin edir. Elsevier kimi nəşriyyatlar Library Genesis-i internet piratçılığında ittiham edirlər. Digərləri iddia edirlər ki, akademik naşirlər bir çoxu dövlət universitetlərində çalışan tədqiqatçılar tərəfindən yazılmış dövlət tərəfindən maliyyələşdirilən araşdırmalardan ədalətsiz şəkildə faydalanırlar və Libgen ilk növbədə sərbəst şəkildə əldə edilməli olan tədqiqatların yayılmasına kömək edir.
Abbas dərəsi
Abbas dərəsi — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd. Abbas dərəsi — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində kənd. Abbas dərəsi — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd.
Abdul dərəsi
Abdul dərəsi — İrəvan quberniyasının Eçmiədzin qəzasında göl adı. == Həmçinin bax == Qərbi Azərbaycan İrəvan xanlığı Ermənistan azərbaycanlıları == Ədəbiyyat == Budaqov B.Ə. Ermənistanın Azərbaycan mənşəli coğrafi adları. “Didərginlər” məcmuəsi. Bakı, 1990.
Al dərəsi
Al dərəsi (fars. دره آل‎) — İranda dərə. Al dərəsi Məşhəddən 45 kilometr (28 mil) şimal-şərqdə yerləşir. Dəniz səviyyəsindən yüksəklikyi 1,998 metrdir. == Xüsusiyyətləri == Al vadisi mənbəyi Həzar Məscid dağlarında olan şəlalələrə malidir. Vadidə 5 şəlalə mövcuddur, lakin burada su axını yalnız güclü yağışlar zamanı baş verir.
Arqun dərəsi
Arqun dərəsi — Qafqazın ən uzun dərələrindən biri. == Coğrafiyası == Çeçenistan ərazisində Arqun dərəsi Arqun çayının geoloji fəaliyyəti nəticəsində formalaşmış. Arqun çayı Baş Qafqaz dağlarının şimal yamacında olan Qara dağlar silsiləsini kəsərək bu dərəni meydana gətirmiş. Arqun dərəsinin hündürlüyü 1100-4800 metr arasında dəyişir. Şatoy kəndi bölgəsində, dərə boyunca Çeçenistanın və Qafqazın ən böyük qoruqlarından biri yerləşir. Sahəsi 233 800 hektar olan bu qoruqada müxtəlif mədəni və təbii abidələr mövcuddur — Arqun dövlət tarixi-memarlıq və təbiət muzey-qoruğu bu ərazidə yerləşir. Arqun dərəsində çoxlu erkən və orta əsr, eləcə də eramızdan əvvələ aid olan abidələr mövcuddur. Ərazidə daş dövrünə və mağara həyat tərzinə aid məkanlar mövcuddur. XVIII-XIX əsr Qafqaz müharibələri öncəsi Arqun dərəsində 4000 qədim memarlıq tikilisi qeydə alınmış. Bunların çoxu hərbi, yarım hərbi, gözətçi tikililəri olmuş.
Asyab dərəsi
Asyab dərəsi — İranda dərə. Küsərx şəhristanında yerləşir. təbii və turistik yerlərindən birinin adıdır. Bu vadinin qərbində Doxtər qalası və Şahı SES yerləşir. Asyab dərəsi əlverişli bitki örtüyünə malikdir, burada hər cür meyvəli və meyvəsiz ağaclar bitir. Vadi Bərdəskən şəhərindən 30 kilometr (19 mil) şimal-şərqdə yerləşir.
Axçu dərəsi
Axçu — Qavqazda çay dərəsi. Dərə Krasnodar diyarının Adler rayonu ərazisindədir. Soçi şəhəri yaxınlığındadır. == Adlanması == Dərə adı ilə bağlı bir neçə versiya mövcuddur: abxaz dilində Аахыц — "cənub yamacı" və ya abxazca Ахуаца — "dağ yeriг" deməkdir. Başqa bir fikirə görə söz "diş" — şiş qaya, zirvə mənasındadır. Abazin dilində isə Axçu "ildırımın vurduğu yer" mənasını verir. == Formalaşması == 20 milyon il əvvəl əhəng daşlı süxurların tektonik qalxması başlamış və bu proses indid də davam edir. Axçu silsiləsi qalxdıqca Mzımte çayının qarşısını almağa başlamışdır. Nəticədə çay silsilədən əlavə dərə-yol açmışdır. Yolun 34 km-lik hissəsində dərənin ən dar hissəsi mövcuddur.
Buynovsk dərəsi
Buynovsk dərəsi (bolq. Буйновското ждрело, Ягодинско ждрело) — Bolqarıstanda, Rodop dağlarının qərbində yerləşən çay dərəsi. Dərə boyu eyni adlı Buynovsk çayı axır. Buynovsk çayı Vıça çayının sol qoludur. Dərə ölkənin Smolyansk vilayətinin ərazisində yerləşir. == Coğrafiyası == Dərənin uzunluğu təqribən 16 km, orta hündürlüyü 1090 metrdir. Buinovo kəndindən şimalda, dəniz səviyyəsindən 1307 metr yüksəklikdən başlayır, sonra şimala istiqamət alır və 16 km-dən sonra Teshel anbarında, dəniz səviyyəsindən 876 m yüksəklikdə bitir. Buynovsk dərəsi əsasən Proterozoy yaşlı mərmər süxurlarından ibarətdir. Məhs bu süxurların yaratdığı təbii gözəllik turistləri özünə cəlb edir. Dərənin ilk 7-8 km-lik hissəsi daha genişdir.
Daşlıq dələsi
Daşlıq dələsi (lat. Martes foina) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü. == Qısa təsviri == Bədənin uzunluğu 45-54 sm, quyruğun uzunluğu 25-35 sm-dir. Çəkisi 1700-1800 qramdır. Xarici görünüşcə meşə dələsinə çox oxşayır. Lakin meşə dələsinin boğazının altı bütünlüklə narıncı-sarı rəngdə olduğu halda, daşlıq dələsinin boğazının altındakı tamamilə ağdır. Ona görə də bu dələyə ağdöş dələ deyirlər. == Yayılması == Daşlıq dələsinin hazırkı arealı Qərbi Avropa, Ön, Orta, Mərkəzi və Şərqi Asiya ölkələrinin ərazisini əhatə edir. Dəniz səviyyəsindən 3000 m-dək yüksəkliklərə qalxırlar. Xəz-dərili heyvan kimi ABŞ Viskonsiya ştatına introduksiya edilmişdir.
Gığı dərəsi
Gığı dərəsi (bəzən Qaravun dərəsi; erm. Գեղվա ձորում Geğva dzorum) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin qərbində vaxtilə azərbaycanlıların kompakt məskunlaşdığı Qazangölçay boyunca uzanan vadi, dərə. 1965-ci ildə Gığı dərəsində 840 təsərrüfat (ailə), 4884 nəfər əhali yaşayıb, 1988-ci ildə təsərrüfatların sayı 650-yə, əhalinin sayı isə 2657 nəfərə qədər enib. Keçmiş Qafan rayonu ərazisində yerləşən dərəni Naxçıvan MR-ının Ordubad rayonundan Zəngəzur silsiləsi ayırır. == Adı == Dərə adını eyniadlı Gığı kəndindən alır. Toponim türk mənşəli kiği - kiğili etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Toponim erməni dilinə kalka edilərək Geği (erm. Գեղի) şəklində işlədilir.
Hav dərəsi
Hav dərəsi- Füzuli rayonunun Gecəgözlü kəndi ərazisində qeydə alınan oroqrafik obyektlərdən biri. == Toponimikası == Dərə coğrafi termini mənfi relyef forması ifadə edir; si şəkilçisi mənsubuyyət bildirir. Hav termini ərəb və fars dillərində işlədilən həvadar sözünün təhrif olunmuş formasıdır. Həvadar sözü "tərəfdar", "Tərəf saxlayan", "kömək edən", "həvadar" anlamındadır. Yerli məlumata görə, XIX əsrdə Gecəgözlü kəndindən olan Cavanşir əsilli Hacı Qasım adlı varlı, xeyirxah bir insan tez-tez bu barədə yığışan adamlara havadar durar, əl tutar, kömək edərmiş. Sonralar elə həmin dərə də kənd camaatı arasında bununla əlaqədar olaraq qısaca Hav dərəsi adlandırılmışdır. == Həmçinin bax == Füzuli rayonu == Xarici keçid == armenianvandalism.
Hayqır dərəsi
Hayqır dərəsi — İranda dərə. Fars ostanının Firuzabad şəhərindən 35 kilometr (22 mil) cənub-qərbdə yerləşir. Dərənin divarlarının dərinliyi bəzən təxminən 450 metrə çatır. Hayqırın tam uzunluğu 18 kilometr (11 mil) qədərdir. Dərə İranın Böyük Kanyonu adlanır. == Necə formalaşdırmaq == Hayqır dərəsi Dəbin antiklinalının eni boyunca uzanır. Su eroziyasına görə genişlənmişdir. Vadinin hündür divarları və dibində axan çay turizmi üçün əlverişli ərazi yaratmışdır.
Kadişa dərəsi
Qadişa vadisi (ərəb. وادي قاديشا‎) — Livanın Şimal mühafəzəsinin Beşarri və Zğarta nahiyələrində yerləşir.
Kodori dərəsi
Kodori dərəsi , həmçinin, Kodori vadisi (gürc. კოდორის ხეობა, abx. Кәыдырҭа) olaraq da tanınan, Gürcüstanın yarı-müstəqil muxtar respublikası olan Abxaziyadakı çay vadisidir. Svanların məskunlaşdığı vadinin yuxarı hissəsi 1993-cü ildən sonrakı Abxaziyada mərkəzi Gürcüstan hökumətinin birbaşa nəzarətində olan və 2006-cı ildən adı rəsmi olaraq Yuxari Abxaziya (gürc. ზემო აფხაზეთი, Zemo Apxazeti) kimi dəyişdirilən yeganə künc bölgə idi. 12 avqust 2008-ci ildə rus-abxaz qüvvələri əvvəllər Gürcüstanın nəzarətində olan Yuxarı Kodori Vadisinə nəzarəti əldə etdilər.
Mariya Keneşi
Mariya Keneşi (mac. Mária Kenessey; 1 aprel 1946, Budapeşt) — macar türkoloq alim. == Həyatı == Maria Keneşi aprelin 1-i 1946-cı ildə Macarıstanın Budapeşt şəhərində anadan olmuşdur. 1967-ci ildə Zumplaov Luka Georgiyevlə ailə həyatı qurmuşdur. 2 övladı var == Təhsili == O , ibtidai təhsilini 5-ci sinifdən sonra rus dilində təhsil aldığı Újpest əyalətinin Atilla küçəsindəki məktəbdə almışdır. Ümumi orta məktəbin 8-ci sinfini bitirdikdən sonra ELTE Universiteti nəzdində fəaliyyət göstərən rus dili və ədəbiyyatı təmayüllü gimnaziyada təhsilini davam etdirmişdir. Tədris proqramında rus dilində keçirilən dərslərin üstünlük təşkil etdiyi gimnaziyada Mariya Keneşi Azərbaycan ədəbiyatı ilə o vaxtlar rus dili vasitəsilə yaxından tanış olmağa başlamışdır. O, 1964-cü ildə gimnaziyada dördüncü kursda oxuyarkən olduqca çətin imtahan verərək Azərbaycan Dövlət Universiteti (indiki BDU) Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə qəbul olunur. Burada ona məşhur dilçi-alimlərdən fakültənin dekanı Əlövsət Abdullayev, professorlardan Fərhad Zeynalov, Ağamusa Axundov, Musa Adilov, Yusif Seyidov, görkəmli ədəbiyyatşünaslardan Bəxtiyar Vahabzadə, Abbas Zamanov, Əkrəm Cəfər, Firudin Hüseynov, Cəlal Abdullayev və b. dərs demişdir.