Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dermatit
Dermatit (yun. δέρμα, δέρματος — dəri + lat. itis — keçmək, dönmək) — dərinin üzərinə xarici fiziki və ya kimyəvi faktorun birbaşa təsir etdiyi yerdə əmələ gələn iltihab. Bəzən bu termin daha geniş mənada dərinin hər hansı iltihabının adı kimi istifadə olunur (məs. atopik dermatit). Tibbdə çaşqınlığı azaltmaq üçün "kontakt dermatit" termini qəbul edilir. Digər səbəblərdən yaranan dəri zədələri toksikermiya adlanır. == Təsnifatı == Sadə — zərərverici faktorun təsiri altında dəri hüceyrələrində nekrobiotik dəyişikliklər nəticəsində sürətlə inkişaf edən dermatit; Allergik — həssaslaşmış limfositlərin təsiri nəticəsində gecikmiş tipli iltihablı dermatit. İnkişaf səbəblərinə görə dermatit travmatik, tibbi, termik (yanıq, donma), rentgen şüaları və müxtəlif radioaktiv maddələrin şüalanması, yaraya yaxın olması, ziyil, nekrobasil, parazitar (qotur) və s. əlamətlərə görə fərqlənir.
Kontakt dermatit
Kontakt dermatit — kimyəvi və ya fiziki agentlərin təsirindən yaranan dərinin kəskin və ya xroniki iltihabı. Tez-tez allergik kontakt dermatitin səbəbi bəzi şampunların, losyonların, nəmləndirici kremlərin bir hissəsi olan törəmələrdən ayrılan formaldehidə reaksiyadır. == Epidemiologiyası == Kontakt dermatit bütün peşə dəri xəstəliklərinin 95%-ni təşkil edir. Kontakt dermatitin vaxtı və yayılması ilə bağlı dəqiq statistika azdır. Bir neçə aparılan tədqiqatın nəticələri metodoloji fərqlərə görə müqayisə edilə bilməz. == Simptomları == Kontakt dermatit, yad bir maddə ilə təmas nəticəsində yaranan lokallaşdırılmış səpgi və ya dəri qıcıqlanmasıdır. Kontakt dermatitə dərinin yalnız səthi bölgələri təsirlənir. Təsirə məruz qalan toxumanın iltihabı epidermisdə (dərinin ən xarici təbəqəsi) və xarici dermisdə (epidermisin altındakı təbəqə) mövcuddur. Kontakt dermatit şiddətli qaşınma ilə nəticələnir. Onların sağalması bir neçə gündən həftələrə qədər çəkə bilər.
Atopik dermatit
Atopik ekzema və ya atopik dermatit xəstəliyi — dərinin qaşıntılı qızartılı xroniki allergik mənşəli patologiyasıdır. Qaşıntılı qızartılar bədənin istənilən yerində yarana bilər. Lakin, əsasən yanaqlarda, bükənəklərdə, əl və ayaqda yaranır. Gecələr qaşıntı kəskinləşir. Atopik ekzema xəstəliyi erkən uşaqlıq vaxtlarından başlayır. == Etiopatogenez == Atopik ekzema xəstəliyinin yaranması genetik səbələrə bağlıdır. Adətən valideynlərdin birində atopik vəziyyət olur. Yəni, valideynlərdən birində allergik rinit, konyuktivit, astma və ya atopik ekzemanın özü olur. Dərinin barier funskiyasında məsul olan fillagrin və bənzəri proteinlərin genetik pozunutusu əsasə səbəblərdən biridir. Bu səbəbdən dəridə qaşıntı və qızartılar yaranır.
Dermatom
Dermatom, tibb dilində vücudun “coğrafi” hissiyat hissələrinə verilmiş olan addır. Periferik sinir sistemində dərinin səthi hisslərini qəbul edən bu hissə o sinirə məxsus olan dermatom olaraq adlandırılır.
Dermatoz
Dermatoz — (yun. δέρμα - dəri) müxtəlif dəri xəstəlikləri. Dermatoz həm anadangəlmə, həm də qazanılmış ola bilər. İnsan dəri sistemi dermatozlar kimi tanınan xəstəliklərin geniş spektri, eləcə də bir çox qeyri-patoloji vəziyyətlərə (məs. müəyyən şərtlərdə melanonikiya) malikdir. == Ümumi məlumat == Həkimə müraciətlərin sayı az olsa da, minlərlə dəri xəstəlikləri təsvir edilmişdir. Bu şərtlərin təsnifatı çox vaxt nozoloji çətinliklərlə əlaqələndirilir, çünki əsas səbəblər və patogenetikalar çox vaxt məlum deyil. Çox vaxt insanlar nevroloji anomaliyalara, endokrin sistemdə pozuntulara və ya zəifləmiş immunitet vaxtı inkişaf edən neyrodermatit kimi zədələnmələrə meyllidirlər. == Növləri == Dermatozun yaş məhdudiyyəti yoxdur və müxtəlif növləri var. Ən çox yayılan dermatit, ekzema və pullu dəmrov xəstəlikləridir.
Peqmatit
Peqmatit — damar, linza, yuva, ştokvari və başqa formalı, mineral tərkibinə görə ana süxurdan fərqlənməyən, əsasən iri dənəli maqmatik süxur. Peqmatit turş (qranit, qranodiorit), əsasi (qabbro), qələvi (nefelinli siyenitlər) və başqa intruziv süxurlarla əlaqədardır. Turş süxurların peqmatit bir neçə qrupa ayrılır: keramik, muskovit, muskovit-nadir metal və nadir metal. Bu süxurlarda müxtəlif miqdarda turmalin, berill, floqopit, spodumen, nadir torpaq elementlərinin mineralları da olur. Qələvi süxur peqmatit nadir torpaq element (niobium, tantal, fosfor və s.) mineralları, əsasi süxur peqmatit isə nikel, dəmir, mis və başqa sulfidlərlə zəngin olur. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Çermakit
Çermakit [Çermak soyadına görə] — hipotetik "çermak molekulu"-nun ümumi düsturu belədir: Ca2(Mg,Fe2+)3 (Al,Fe3+)2 [(OH,F)2Al2Si2O22]. Mg- çermakit və Fe-çermakit hipotetik tam izomorf seriyanı təşkil edir. Bu seriyanın üzvləri hornblend yarımqrupu minerallarının tərkibinə daxildir. Tərkibinin əsas hissəsini çermakit təşkil edən təbii amfibol çermakit hornblendi adlanır. Çermakit daha yaxın mineral, kalsium-karbonat və dolomit şistlərindən əmələ gəlmiş amfibolit və şistlərdə tapılmışdır; çermakit eklogitlərin omfasit və qranatının dəyişməsi hesabına əmələ gəlmiş kianitli amfibolitlərdə rast gəlir. İzomorfizm Amfibollar Amfibolit Şist Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Hematit
Hematit — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. == Növ müxtəliflikləri == Alümohematit (30 mol. %-dək Al2O3), hidrohematit (4-8% H2O). == Xassələri == Rəng – kristalları qara, torpaqvari aqreqatları parlaq-qırmızı rənglidir; Mineralın cizgisinin rəngi – albalı kimi qırmızı, qırmızımtıl-qəhvəyi; Parıltı – yarımmetal; Şəffaflıq – qeyri-şəffaf, nazik qırıntıları yarımşəffafdır; Sıxlıq – 4,9-5,3; Sərtlik – 5,5-6,5; Kövrəkdir; Ayrılma – yoxdur; Bölünmə – {0001} və {1011} üzrə; Sınıqlar – yarımqabıqlı; Başqa xassələr – yarımkeçiricilik xassələri ilə səciyyələnir; Morfologiya – kristallar: lövhə - və təbəqəvarı, romboedrik, nadir hallarda prizmatik və skalenoedrik; İkiləşmə: tez-tez rast gəlir; {1011} üzrə polisintetik; nadir hallarda – sadə; pinakoid üzlərində üçbucaqlı, romboedr üzlərində paralel diaqonal cizgilənmə səciyyəvidir; Mineral aqreqatları: bütöv sıx, vərəq-, pulcuq-, salxım-, böyrək və torpaqvari, konsentrik - zonal kütlələr, axın formaları, oolitlər, maqnetit üzrə psevdomorfozalar – martit, kristalların dəmir gülü şəklində bitişikləri, nadir hallarda təbəqəvari dendritlər; aqreqatlarının xarakterinə görə mineralın növ müxtəliflikləri: dəmir parıltısı – metal parıltılı lövhəvari əmələgəlmələr; dəmir xaması – əldə yağlı hiss edilən incəpulcuqlu kütlələr, qırmızı dəmir filizi – sıx gizlikristallik aqreqatlar, «qırmızı şüşə kəllə» – səthi parıldayan böyrəkvari kütlələr. == Mənşəyi və yayılması == Müxtəlif proseslər nəticəsində – maqmatik, kontakt-metasomatik, hidrotermal, ekzogen və metamorfogen yolla əmələ gəlir. Hematitin ən iri yığınları çökmə mənşəli qonur dəmir filizi qatlarının regional metamorfizmi ilə əlaqədar olub, dəmirli kvarsitlərdə toplanır. Mineralın əsasən martitdən ibarət olan kontakt - metasomatik əmələgəlmələri maqnetitlə sıx assosiasiyada skarnlarda müşahidə olunur. Hematitin əhəmiyyətli kütlələri hidrotermal yolla əmələ gəlir. Aksessor mineral kimi tez-tez müxtəlif maqmatik əmələgəlmələrin, həm intruziv (xüsusilə turş), həm də effuziv süxurların tərkibində iştirak edir.
Keratit
Kaeratit (rus. Керати́т) — gözün buynuz qişasının iltihabı. Travmatik və ya infeksion (qrip, vərəm) mənşəli ola bilər. Keratit bəzən görmənin itirilməsi ilə nəticələnə bilər . == Xüsusiyyətləri == Buynuz qişa gözün ən ön hissəsində yerləşən işığı fokuslamaq və gözü xarici zədələyici faktorlardan qorumaq üçün xüsusiləşmiş şəffaf və əyri səthə malik olan toxumadır. Normada gözün buynuz qişası şəffaf və parlaq olur. Buynuz qişanın iltihabı "keratit" adlandırılır. Keratit həm 1, həm də hər 2 gözdə inkişaf edə bilər. Keratit təhlükəli xəstəlikdir. Vaxtında müalicə olunmadıqda keratit görmənin zəifləməsinə və hətta korluğa səbəb ola bilər.
Böyük Bermamıt
Böyük Bermamıt (устар. Бермамыт, Бермамут, карач. — Уллу-Бурмабут) — Böyük Qafqaz sisteminin (Şimali Qafqaz bölgəsi) şimal yamacındakı Qayalı silsiləsində dağ zirvəsi. Qaraçay-Çərkəz Respublikasının, Maloqaraçayevsk rayonunda, Xasaut kəndindən 3 km aralıda yerləşir. Dəniz səviyyəsindən 2592.3 m yüksəklikdədir. == Adı == XIX əsrin sonlarında Rusiya imperiyasının cənubunun ətraflı xəritələrindən birində -"Qafqaz bölgəsinin beş verstli xəritəsin"də, həmçinin D.D.Paqirevin "Qafqaz bölgəsinin beş verstlik xəritəsinə əlifba sırası ilə ..." (1913) əsərində, dağın adı "Böyük" və ya "Kiçik" izah edilmədən yalnız Bermamıt kimi göstərilmişdir. Aleksandr Selivanovun Böyük Sovet Ensiklopediyasındakı "Terek vilayəti" (1903) məqaləsində oronim başqa cür - Bermamut olaraq göstərilmişdir. Burmabut qaraçayca "bükülmüş uçurum" mənasını verir. == Ümumi məlumat == Böyük Bermamıt, Kuma və Malka çayı hövzələrinin yuxarı su hövzəsində yerləşən Qayalı silsiləsinin dağlarından biridir. Böyük Bermamıt dağının dəniz səviyyəsindən hündürlüyü, 1983-cü il ölçülərinə görə 2592,3 m-dir.
Alabaşlı hematit yatağı
Alabaşlı hematit yatağı — Azərbaycanın Gəncə şəhərindən 16 kilometr şimal-qərbdə, Şəmkirdən 20 kilometr şərqdə, Kiçik Qafqazın şimal-şərq yamaclarında hematit yatağı. Yatağın geoloji quruluşunda qalınlığı 200–250 metr olan vulkan mənşəli Orta Yura süxurları (tufqumdaşlı, tuf-brekçiya, tuf-konqlomerat) iştirak edir. Bu süxurlarda qalınlığı 1–3 metr olan 10-a qədər hematit layı var. Oxşarlığına və formasına görə yataqda üst və alt filiz təbəqələri ayrılır. Təbəqələrin yatım bucağı 15–20°-dir. Filizin tərkibində 18,3–48,4% dəmir olur. Filizdə hematitdən başqa pirit, xalkopirit, kvars, kaolinit və s. minerallar da var. Yataq hidrotermal mənşəlidir.
Fermatın otağı (film, 2007)
Fermatın otağı - 2007-ci il psixoloji gərilim ispan filmi. Premyerası 7 oktyabr 2007-ci ildə Sitges Fim Festivalında olan film noyabrın 16-da İspaniya miqyasında nümayiş olundu. == Süjet == Özünü Fermat kimi təqdim edən kimliyi bilinməyən biri bir neçə riyaziyyatçını ölkənin ən yaxşı riyaziyyatçılarının qatıldığı konfransa dəvət edir. Amma dəvətə qoşulmaq üçün riyazi tapmacanı həll etmək lazımdır. Doğru həll yolunu tapdıqdan sonra hər biri məşhur riyaziyyatçı və ya filosofun adını ləqəb kimi alır, belə ki, onlara əsl adlarınından istifadə qadağandır. Hər birinə "ən böyük müəmma" üzərində işləmək üçün təkbaşına və cib telefonu olmadan müəyyən olunmuş vaxtda müəyyən olunan gəlmək tapşırılır. Təyin olunmuş vaxtda dörd nəfər çayın sahilində görüşür. Qalua ləqəbli ciddi gənc oğlan, Hilbert ləqəbli qoca kişi, Paskal ləqəbli üzünəinamlı gənc oğlan və Olivia ləqəbli cavan qadın. Qaranlıq çökəndə çayın o biri tərəfindəki maşın faraları yanıb-sönərək işarə verir. Riyaziyyatçılar qayıqla çayı keçib maşına çatdıqda avtomobildə GPS koordinatları və səyahət təlimatları olan PDA tapırlar.