Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pərisuz
Pərisuz və ya Parisos — orta əsr Azərbaycanında çarlıq, şəhər, qala və monastır adı. Onun mərkəzi Şəmkirçayın yuxarı hövzəsində, indiki Azərbaycanın Qalakənd kəndi yaxınlığında yerləşirdi. Pərisuz çarlığı X əsrdə Ermənistan yaylasının şərqində ən mühüm knyazlığa çevrilmişdir. == Tarixi == === Zəmin === Pərisuzun xarabalıqları tarixən Pərisuz adlanan, Şəmkirçayın qolu olan çayın sol sahilindəki qayanın üzərində yerləşir. Pərisuz həmçinin, Şəmkirçay hövzəsini əhatə edən ətraf mahalın və paytaxtı burada olan bir çarlığın adı idi. Pərisuz qala-şəhərinin IX əsrdə qurulduğu ehtimal olunur. Şəmkirçayın daha aşağı axınında, yaxınlıqdakı Girdman qalasını Şəmkirçay hövzəsinin mərkəzi kimi əvəz etmişdir. Pərisuz Girdmandan daha çətin coğrafi mövqeyə malik idi. Mahal əsasən əvvəlki Girdman ilə üst-üstə düşürdü. Yaxınlıqda Pərisuz adlı bir monastır da mövcud idi.
Dersu Uzala
Dersu Uzala (d. 1849-ö. 1908) — ovçu, nanay (qold) hansı ki, bütün həyatını tayqa meşələrində yaşayıb. == Həyatı == Onun heç vaxt evi olmayıb, o həmişə açıq səma altında yaşayıb, ancaq qış aylarında özünə soyuqdan müdafiə olunmaq üçün koma tikirmiş. Yaxşı təlim görmüş cavan Vladimir Klavdiyeviç Arsenyev və "meşə insanı" Dersu birlikdə 1902–1907-ci illərdə ussur tayqasında neçə kilometrlərlə yol qət eləmişlər. Onlar bu gəzintilər zamanı çox yaxşı dost olublar. Ekspedisiyadan sonra 1907-ci ildə Arsenyev tez anlayan Dersunu Xabarovskdakı evində yaşamağa dəvət edir. Dersu öz kapitanını çox sevirdi, ancaq şəhər həyatı artıq ona ağır gəlirdi. Meşələrin insanına dörd divar çox sıxıcı görünürdü. 1908-ci ilin yazında Dersu öz dostu ilə sağollaşdı və piyada doğma vətəni olan Primor vilayətinə yollandı.